NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

27 

 

Avropa kapitalizmi, Avropa sənayesi başqa dövlətlərin hesabına inkişaf edirdi. 



Çətin ki, ingilis fəhlə hökuməti Hindistanda istismarçı siyasətindən əl çəksin. 

Bir  halda  ki,  belə  bir  siyasət,  sözün  yaxşı  mənasında  iqtisadi  asılılıq  siyasəti 

mövcud olacaqdır, lakin daha dəqiq desək, bu, bir xalqın başqa bir xalq üzərində iqtisadi 

əsarət  siyasəti  olacaqdır,  deyə  bilərikmi,  əgər  belə  demək  mümkünsə,  biz  dərhal 

beynəlmiləlçi mühit yaradacağıq. 

Sovet  Rusiyası  ilə  Sovet  Almaniyası  arasında  olan  qarşılıqlı  münasibətlərdə  də 

eyni  ilə  bu  cür  olacaqdır.  Eyni  vəziyyət  Sovet  Rusiyası  və  ucqar  respublikalar  arasında 

baş verir. 

Gözəl nitqlər söyləmək olar, lakin gözəl iş görmək çətindir. 

Lakin Azərbaycan məhz gözəl iş görmüşdür. 

Sovet  Azərbaycanı  özü  könüllü  olaraq  neftin  Sovet  Rusiyası  zəhmətkeşlərinə 

mənsub  olduğunu  elan  etmişdi,  lakin  Sovet  respublikasında  başda  “kral”  Serebrovski

59

 

olmaqla “monarxiya” yaratmaq nəyə lazım idi, o indiyə qədər elə bilir ki, azərbaycanlıları 



aypara və ulduzla aldadır. 

Yox,  hər  bir  fəhlə  və  kəndliyə  neftin  Sovet  Rusiyası  üçün  nə  demək  olduğu  izah 

edilmişdir. 

Azərbaycan  birinci  il  nəinki  neft  verir,  hətta  öz  dövlət  kassasından  fəhlələrin 

məvacibini də ödəyirdi. 

Bundan da artıq beynəlmiləl nə ola bilər? 

Mən  israr  edirəm  ki,  mənimlə  mərhəmanə  söhbət  zamanı  azərbaycanlılardan 

kimsənin  Azərbaycanın  ən  gəlirli  mənbədən  məhrum  olması  haqqında  öz  narazılığını 

bildirməsi  halı  olmamışdır,  lakin  Serebrovskinin  Sovet  Azərbaycanını  tanımaq 

istəməməsi barəsində çoxlu söz-söhbət olmuş və indi də vardır. 

Bax, budur milli təmayülü yaradan. 

Xəstəxana üçün cərrah həkim lazımdır. İki namizəd vardır: yəhudi Belenki, bitərəf, 

birillik stajı olan, Azərbaycanda tamamilə yeni adam və türk Talışinski, beşillik stajı olan, 

yerli əhalinin yaxşı tanıdığı adam. 

Hər ikisi 8 səs qazanır. 

Nəyə görəsə Bakı İcrakomu Belenkini təyin etmək istəyir. 

Ona görə ki, Belenkinin qardaşı – BEKA-nın üzvüdür, BEKA isə İcrakomun sədri 

yol.  Krılova

60

  Belenkini  təyin  etməyi  əmr  edir.  Mənim  müdaxilə  etməyim,  nəhayət, 



Belenkiyə öz qardaşını yerləşdirməyə imkan vermir. 

Əgər  indi  Neftkomun  və  Baksovetin  qulluqçularının  tərkibinə    nəzər  salınarsa, 

onda  qərəzsiz  müşahidəçi  dəhşətə  gələr.  Yerli  müsəlman  mühəndislər  və  ümumiyyətlə 

ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə doldurulmuşdur. 

Azərbaycan  kəndlisi  ağ  neft  olmadığı  üçün  talaşa  yandıranda,  azərbaycanlı 

vətəndaş  Tiflisdə  ağ  neftin  Gəncədəkindən  ucuz  satıldığını  görəndə,  istər-istəməz  bütün 

bunları  törədənlərin  ünvanına  tənə,  müstəmləkəçilikdə  ittiham  və  i.a.  eşitməyə  məcbur 

olursan. 




28 

 

Mən  neft  məhsullarından  Azərbaycanın  xeyrinə  faizli  ayırmalara  dair  düz  bir  il 



yol.  Serebrovski  ilə  mübarizə  aparmışam,  işi  Siyasi  Büroya  qədər  çatdırmışam,  Siyasi 

Büro  bu  ayırmanı

61

  yerinə  yetirməyi  qərarla  yol.  Serebrovskiyə  bir  vəzifə  olaraq 



tapşırmışdı.  Nə  üçün  yol.  Serebrovski  indiyə  qədər  bunu  lazımınca  yerinə  yetirmir.  Nə 

üçün  respublika  EMKA-sı  bu  qərarın  icrasına  nəzarət  etmir.  Ona  görə  ki,  Kirov, 

Mirzoyan  yoldaşlar  və  onların  kompaniyası  işə  saymaz  münasibət  bəsləyirlər.  Buna 

diqqət  yetirmək  üçün,  əgər  belə  demək  mümkünsə,  gərək  həqiqətən  beynəlmiləl  qəlbə 

malik olasan. Azərbaycanda kəndlilərin cəhalət bataqlığına boğulması onların əsla vecinə 

deyil.  Bəs  MİK-in  sədri  Ağamalıoğlu

62

,  Xalq  Komissarları  Sovetinin  sədri  Musabəyov 



kimi məsul müsəlman işçilər nə iş görürlər. 

Bəli, bu bədbəxtlər bu vəzifələrə irəli ona görə çəkilmişlər ki, sussunlar... 

Bu,  Azərbaycanda  onun  marağı  haqqında  daha  söz-söhbət  olmasın  deyə 

mənim  namizədliyimi  SSRİ  MİK  sədrliyinə  göstərən  Serqo  Orconikidzeyə  də  yaxşı 

məlumdur.  Ona  özünün  heç  bir  xüsusi  fikri  olmayan,  yalnız  icraçı  adamlar  lazım 

idi. İşə belə münasibət şübhəsiz ki, milli antoqonizmi genişləndirir. 

Mən  həmişə  bu  nöqsanları  göstərirdim  və  əlbəttə  əleyhdarlarımın  dili  ilə  desək 

“millətçi” adını qazanmışam.  

Müqabil  tərəfin  millətçilik  təmayülü  olduqca,  bu  tərəfin  də  millətçilik  təmayülü 

olacaqdır. 

Bunu  iki,  üç,  dörd  ilə  aradan  qaldırmaq  mümkün  deyil,  çünki  Nikolay  və  onun 

iyrənc həyata keçirmə üsulları zamanı böyük dövlətçi xalqın siyasəti ucqarların yaddaşına 

həkk olmuşdu.  

Yaralar həddən artıq dərin və təzədir.  

Rus işçilərinin təkəbbürlü hissləri də beləcə təzədir.  

Beləliklə,  ucqarlarda  milli  təmayül,  lakin  ucqar  respublikaların  zərərinə  Sovet 

Rusiyasının müdafiəsi həmin dildə beynəlmiləl akt adlandırılır. 

Hal-hazırda əgər Sovet Rusiyası layiqli adamlara malik olsaydı, onların köməyilə 

Mərkəzin səmərəli layihələrini həyata keçirə bilərdi ki, əlbəttə, onda heç kim buna etiraz 

etməzdi:  canlı  qüvvələrin  səmərəli  bölüşdürülməsi  enerjinin  daha  az  sərf  edilməsinə  və 

əmək məhsuldarlığının artmasına səbəb olardı. 

Birincisi bu.  

İkincisi: Əgər Mərkəz o qədər qüvvətli və varlı olsaydı ki, ucqarları bütün zəruri 

şeylərlə təchiz etsin, bu halda Mərkəzin hakimiyyəti ələ keçirməsi cəhdinə ucqarlarda da 

müqavimət göstərilməzdi. 

Lakin beşillik təcrübə aşağıdakıları göstərir: 

Mərkəzdən  olan  işçilər  hazırlıqlı  olmadıqları  üçün  ya  işi  korlayır,  ya  da  həmin 

Respublikada  öz  vəziyyətlərini  möhkəmləndirmək  üçün  “milli  təmayül”  uydururlar  və 

işlə deyil, xəbər gəzdirməklə məşğul olurlar, “solların” mənşəyi də buradan başlayır. 

Çox əfsuslar olsun ki, bu, Mərkəz tərəfindən təqdir edilir. 

Beləliklə,  işimiz  üçün  fəlakətli  olan  yerli  işçilərlə  mərkəzçilər  arasında  süni 

surətdə mübarizə yaradılır. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə