25
Burada olduqca çoxlu xarakterik səhnələr var idi, mən onlar haqqında susuram.
Nəhayət, müsəlmanların deputatlar heyəti yanıma gəlir və özlərini məğlub edilmiş
hesab edərək müharibəni dayandırmağı xahiş edir.
Mən dərhal yol. Çaparidzeyə
58
zəng edirəm.
O, deputatlar göndərməyə söz verir.
Bu vaxt daşnaklar mənim mənzilimə basqın edirlər.
Mən qaçıb gizlənirəm.
Mənim qardaşımı tutub aparırlar. Bir saatdan sonra yol. Şaumyan məni ailəmlə
birlikdə “Sovet hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir.
Bundan sonra Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı
baş verir. Nəticədə daşnaklar, yəni “Sovet hakimiyyətinin müdafiəçiləri” əliuşaqlı
müsəlman qadınlarını əsir edirlər... Burada bizim müdafiəçilərimiz daşnaklar tərəfindən
qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir.
Bu haqda susmaq daha yaxşıdır.
Lakin Alyoşa Çaparidzenin çox nəcib ürəyi bu haqda susmamışdı.
Çaparidze ilə mənim aramda nə kimi söhbət olmuşdur, mən bunların hamısının
üzərindən keçirəm.
Lakin belə bir dəhşətli hadisədən sonra, onun qəzalar üzrə həyata keçirilməsini
davam etdirmək nəyə lazım idi.
Bax, bu suala 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməlidir.
Bütün bunlar məni ilk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə təyin etməmək
barəsində danışmağa məcbur edirdi.
Bununla belə, lap əvvəldən bu günə kimi, BEKA elə bil qəsdən, Mikoyan, Sərkis
və Mirzoyan tərəfindən tutulur.
Axırıncı, yəni Mirzoyan, artıq daha cəsarətlə fəaliyyət göstərir.
Mən təkrar edirəm – bu eynilə göstərildiyi kimi, müəyyən edilmiş plandır.
Lakin çoxları bunu başa düşmürlər. Bunu hazırda AKP MK katibi olan yol. Kirov
da başa düşmür, bu adama Mirzoyanla əlbir fəaliyyət göstərmək təlqin edilmişdi.
Hətta əgər Kirova təlqin edilməsəydi də, o bu kompaniyanın təsiri altına düşərdi,
çünki bu kompaniyanın fəaliyyəti onun daxili aləmini məmnun edir.
Bu kompaniyanın fəaliyyəti isə məhz Azərbaycanın simasızlaşdırılmasına
yönəlmişdir. Bir tərəfdən kommunizm bayrağı altında daşnaklar öz işlərini görür, digər
tərəfdən keçmiş eserlər tədriclə və inadla Sovet hakimiyyətini içəridən dağıdırlar.
Əgər bir vaxt Hüseynov, Qarayev, Ruhulla Axundov və bu cəhdləri şüurlu surətdə
müdafiə edən başqaları Azərbaycanın fəhlə və kəndliləri qarşısında cavab verməli olsalar,
məhz bu nöqteyi-nəzərdən cavab verməlidirlər. Onlar isə müdafiə etmiş və indi də
müdafiə edirlər, çünki öz keçmişlərindən qorxurlar. Məgər bunun hamısını yoxlamaq
çətindir.
Mən isə yenə də öz əsas məqsədimi irəli sürürdüm: Azərbaycanda Şərq üçün
nümunəvi Sovet Respublikası yaratmaq və bununla da Şərqin məzlum xalqlarını tez bir
zamanda öz tərəfimizə cəlb etmək, azadlıq hərəkatını alovlandırmaq və bu yolla Avropa
26
kapitalizmini öz iqtisadi bazasından məhrum etmək, Avropa fəhlələrinin həyatındakı
böhranı dərinləşdirmək, tezləşdirmək və beləliklə də Avropada arzu etdiyimiz inqilabı
sürətləndirmək.
Öz qarşıma qoyub həll etmək istədiyim başlıca vəzifə bundan ibarətdir.
İranda Mikoyanla Sultanzadənin birgə kommunist inqilabı olmasaydı; əgər məni,
ancaq özlərinin bugünkü vəziyyətini düşünən xəbis qəlbli adamlar əhatə etməsəydi, əgər
Mərkəz mənə etibar etsəydi bu çox asan olardı. Mərkəz ancaq Serqo Orconikidzeyə etibar
edir.
Serqo isə o xəbis qəlbli adamlara daha çox etibar edirdi, onlar da öz vəziyyətlərini
qorumaq və möhkəmləndirmək üçün onun qarşısında nökərlik edir və Azərbaycanda milli
təmayül haqqında çığırırdılar. Bu isə yol. Serqonun çox xoşuna gəlirdi.
Mərkəz baş aça bilmirdi ki, nə üçün mən, 20 il bundan əvvəl öz romanımda
beynəlmiləlçiliyi təbliğ etdiyim halda, o zaman ən çətin halda müsəlmanlar arasında hər
cür dini inkar etdiyim halda, indi mənim milli təmayülüm olmalıdır, dünənki daşnak və ya
müsavatçı isə beynəlmiləlçi olmalıdır.
Burada məsələni belə qoymaq lazımdır:
Ya həqiqətən Mərkəz bu məsələdən baş aça bilmir, ya da o, ucqar respublikaların
daxili işlərinə qarışmaq məqsədilə qəsdən bu “beynəlmiləlçiləri” irəli çəkir, müdafiə
edir...
Onsuz da bir qədər sonra Mərkəz bu suallara cavab verməli olacaqdır, belə ki,
bütün bu müddət ərzində ucqar respublikaların həyatından olan zəngin materialı inkar
etmək çətindir.
Biz partiyamızın intizamı ilə qüvvətliyik, lakin intizamı Şərqdə az-çox məşhur
olan partiya üzvlərinin şəxsiyyətsizləşdirilməsinə yönəltmək bizim Şərq siyasətimizin
məhv olması deməkdir.
Əgər birinci məsələ, yəni Mərkəzin öz üzvlərinin yararlı olub-olmamasını ayırd
edə bilməməsi, bu anlaşılmazlıqların səbəbidirsə, bunun eybi yoxdur, lakin əksər çoxluğu
müsəlman kommunistlər olan ucqar respublikaların nə vaxtsa Sovet Rusiyası üçün zərərli
ola biləcəyi fikrini birdəfəlik başdan atmaq lazımdır.
Müsəlman zəhmətkeş kütlələri rus çarlarının siyasətindən cana gəlmişlər, indi
onlar çarizmin, demokratizmin və Sovet hakimiyyətinin nə demək olduğunu çox gözəl
başa düşürlər. Zəhmətkeşlərin özlərinin hakimiyyəti.
Bu fikri qəti surətdə başdan atmaq lazımdır və kim istəyirsə, rahat yata bilər, həm
də əmin olsun ki, keçmiş və indiki Rusiyanın ərazisində yaşayan müsəlmanların
zəhmətkeş kütləsi Sovet hakimiyyəti tərəfdarıdır.
Lakin onlarda milli təmayül vardırmı.
Yol. Stalinə məruzələrimdən birində mən deyirəm: əgər sabah Avropada proletar
inqilabı alovlansa və hər yerdə hakimiyyət fəhlələrin əlinə keçsə, bununla belə, biz
sənayemizi bərpa etmək üçün havayı olaraq hər şey əldə edəcəyimizə ümid ola bilmərik,
yəni hələ uzun müddət belə bir vəziyyət olmayacaq ki, bu zaman biz deyə bilək:
“Bizimki – Sizinkidir, Sizinki isə - Bizimki”.