N.Ə.İMamverdiyev



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə41/46
tarix27.10.2017
ölçüsü4,58 Kb.
#7000
1   ...   38   39   40   41   42   43   44   45   46

 
Şəkil 6.10. Rubidiumun ərintidəki miqdarını göstərən sadələşdirilmiş 
diaqram. a-müvazinətdə olan mantiyanın artan paylarla əriməsi zamanı; b-
olivinin və Rb uyuşmayan element olan başqa fazaların fraksionlaşması 
zamanı. 
 
Digər halda isə müəyyən elementlərin azalması 
fraksionlaşmanın göstəricisi deyil, maqmagenerasiya prosesinin 
və xüsusi faza ilə tarazlığın nəticəsi ola bilər. Buna əsasi 
süxurlarda  NTE  xondritə görə normallaşdırılmış paylanması 
misal ola bilər. Məsələn, kristallik şəbəkəyə yüngül deyil, daha 
ağır  NTE asan daxil olur. Beləliklə, alüminiumlu faza – qranat 
stabil olan dərinliklərdə az miqdarda maqmanın əmələ gəlməsi 
yüngül  NTE –lə  zəngin olan ərintilərin formalaşmasına səbəb 
olur.  
Ümumiyyətlə, mikroelementlərin konsentrasiyası 
maqmanın əmələ gəlməsində və təkamülündə aparıcı rola malik 
olduğu üçün o müasir kompüterlərin köməyilə riyazi üsullardan 
istifadə etməklə  dəqiqləşdirilməli və yoxlanılmalıdır. Hal-ha-
zırda həqiqətən belə modellərə Y.Pirsin, M.Kəskinin, A.Aris-
kinin və bir çox başqalarının  əsərlərində rast gəlmək olur. 
Fraksion kristallaşma prosesi bizim tərəfimizdən tərtib olunmuş 
«Solid» proqramı üzrə Azərbaycanın müxtəlifyaşlı vulkanitləri 
üçün yoxlanılmışdır və uyğun əsərlərdə bu metodla tanış olmaq 
olar (İmamverdiyev, Babayeva, 1998). Məsələn, bu modelin 
əsasında müəyyən olunmuşdur ki, Kiçik Qafqazın üst pliosen-
dördüncü dövr yaşlı diferensiallaşmış traxibazalt-traxian-
dezibazalt-traxiandezit seriyası üçün ilkin subqələvi olivinli
bazalt maqmasının təkamülü mineralların tərkibinin və 
miqdarının dəyişməsilə baş verir. Fraksionlaşmanın ilkin 
mərhələsində az sulu şəraitdə kristallik çöküntünün əsas mineralı 
olivin olmuşdur və növbəti diferensiatlarda o itir. Bu mərhələdə 
likvidus assosiasiyasına olvin-plagioklaz-avgit-titanlı maqnetit 
olmuşdur.  Ərintinin bir hissəsi kristallaşdıqdan və 4% olivin, 
12% plagioklaz, 9% avgit və 2% maqnetit çökdükdən sonra 
ərintinin tərkibi traxibazalta yaxınlaşır. Bu yolla da digər 
diferensiatlar alınır. Balans hesablamaları nadir elementlərin 
miqdarı ilə  təsdiq olunmuşdur və qeyd edilən seriyanın  əmələ 
gəlməsinin Reley fraksion kristallaşma modelinə uyğun gəldiyi 
müəyyən olunmuşdur.   
Hal-hazırda dünyanın bir çox əyalətlərində intişar tapmış 
maq
 
163
 
matik süxurlar üçün belə proqramlar tərtib olunmuşdur 
(«Komaqmat» - A.Ariskin, FC, AFC proseslərinin kompüter 
modelləri –M.Kəskin  və b.).  
 
 
162 


7. MAQMATİK SÜXURLARIN MULTİ-ELEMENT 
(SPAYDER) VƏ DİSKRİMİNASİYA DİAQRAMLARI  
 
7.1. Primitiv mantiyaya, xondritə, MORB-a görə  
normallaşdırılmış spayder diaqramları,  
onların istifadəsi və interpretasiyası 
 
Normallaşdırılmış multi-element diaqramları tipik mantiya 
mineralogiyasına uyuşmayan elementlərin qruplaşdırılmasına 
əsaslanmışdır. Bu diaqramlar NTE xondritə görə normallaşdırıl-
mış diaqramlarına bənzəyir və onlara başqa nadir elementlər də 
əlavə olunur. Mantiyaya (və ya xondritə) görə normallaş-
dırılmış multi-element diaqramlarını danışıq dilində «spayder 
diaqram»  (ingiliscə «spider diagram») adlandırırlar.  
Normallaşdırılmış nadir elementləri spayder diaqram kimi 
göstərmək üçün üç populyar yol vardır. Bunlara hesablanmış pri-
mitiv mantiyanın və xondrit meteoritinin tərkibi – primitiv dife-
rensiallaşmamış yerin iki növü və primitiv MORB aiddir. Hər bir 
versiyada elementlərin yüngül diferensiallaşmış sırasını görürük.     
İlkin (primitiv) mantiyaya görə normallaşdırılmış spayder 
diaqramları.  Kontinental qabıq formalaşana qədər mantiyanın 
tərkibi primitiv mantiya adlanır. Daha çox istifadə olunan 
Vudun (Wood, 1979) əsasi lavaların arasındakı variasiyanı  tə-
yin etmək üçün  təklif etdiyi tərkibdir. Mantiya ərintisinə 
nisbətən az paya malik olan uyuşması artan 19 element istifadə 
edilmişdir (cədvəl 7.1). Onlar cədvəl 7.1-də birinci sütunda 
yerləşdirilmişdir. Elementlərin konsentrasiyası loqarifmik miq-
yasda qurulur (şəkil 7.1). Şəkildə üst və  aşağı kontinental 
qabığın spayder diaqramı  və müqayisə üçün N-tip MORB və 
Okean  İnisial Bazaltlarının da (OIB)  normallaşdırılmış 
diaqramı göstərilmişdir. Diaqramları qurmaq üçün cədvəl 7.1 və 
7.2-də müxtəlif müəlliflərə görə verilmiş məlumatlardan istifadə 
edilmişdir. Qeyd etmək lazımdır ki, N-MORB  tipli okean 
toleitləri yüngül NTE –in aşağı qiymətinə malikdir və ona görə 
də La/ Yb nisbəti 0,4-0,6 təşkil edir, kaliumun miqdarı artdıqda 
isə onlar E-MORB adlanır və yüngül NTE  yüksək miqdarı ilə 
xarakterizə olunaraq, La/ Yb nisbəti 2-3-ə kimi artır.  
 
Cədvəl 7.2 
Spayder diaqramlarında istifadə olunan mikroelementlər  
(şəkil 7.1, 7.3, 7.4) 
 
164 
 
 
 
 
Üst
kontinental 
qabıq (1) 
Aşağı 
kontinental 
qabıq (2) 
Orta 
kontinental 
qabıq (3) 
Orta N-tip 
MORB 
(4) 
Orta OIB 
(5) 
Rb 
110,00 
 
 
 
 
11,00
61,00
1,00
22,00
Ba 
700,00 
 
 
 
 
757,00
707,00
12,00
380,00
Th 
10,50 
 
 
 
 
0,42
5,70
0,20
3,40

2,50 
 
 
 
 
0,05
1,30
0,10
1,10

27393 
 
 
 
 
8301
17430
830
9600
Nb 
25,00 
 
 
 
 
5,00
13,00
2,50
53,00
Ta 
      
0,16
3,00
La 
30,00 
 
 
 
 
22,00
28,00
3,00
35,00
Ce 
64,00 
 
 
 
 
44,00
57,00
10,00
72,00
Sr 
350,00 
 
 
 
 
569,00
503,00
136,00
800,00
Nd 
26,00 
 
 
 
 
18,50
23,00
8,00
35,00

742,22 
 
 
 
 
785,88
829,54
570,00
2760,00
Hf 
5,80 
 
 
 
3,60
4,70
2,50
 
Zr 
240,00 
 
 
 
 
202,00
210,00
88,00
220,00
Sm 
4,50 
 
 
 
 
3,30
4,10
3,30
13,00
Ti 
3597,00 
 
 
 
 
2997,50
3597,00
8400,00
20000,00
Tb 
2,20 
 
 
 
0,43
0,24
0,71
 

22,00 
 
 
 
 
7,00
14,00
35,00
30,00
Tm 
0,33 
 
   
 
0,19
0,24
Yb 
2,20 
 
   
 
1,20
1,53
Mənbələr: (1) Taylor and McLennan, 1981; (2) Waver and Tarney, 
1984; (3) Waver and Tarney, 1984; (4) Saunders and Tarney, 1984; 
Sun, 1980; (5) Sun, 1980. 
 
7.1 cədvəlində ən populyarları və geniş istifadə olunanları 
(2), (7-9) mənbələrdir. 7.2 cədvəlindən də tələb olunan spayder 
diaqramlarında geniş istifadə edilir. Primitiv mantiyaya görə 
normallaşdırma diaqramına Kiçik Qafqazın üst pliosen-dör-
düncü dövr yaşlı traxibazalt-traxiandezit formasiya süxurlarında 
nadir elementlərin spayder diaqramını misal göstərmək olar (şəkil 
 
163 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə