NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə24/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   20   21   22   23   24   25   26   27   ...   85

29-cu məktub
İmam Əli əleyhis-salamın Bəsrə əhlinə olan məktublarındandır (ki, onda Bəsrə əhalisini onların çirkin əməllərindən keçdiyinə ümidvar edib itaətsizlik etməkdən qorxudub).

(Azğınların ardınca getmək nəticəsində) ipinizin qırılması (əhd-peymanı pozmaq), düşmənçilik və müxalifət etməyiniz (nalayiq işləriniz) nadan və xəbərsiz olduğunuz məsələlərdən deyildi. Amma mən sizin günahkarınızı bağışladım, qılıncı üz çevirib qaçanınızdan saxladım, üz tutanınızı (qayıdanınızı) qəbul etdim. Lakin bundan sonra əgər haqqa zidd pozğunçuluq və səhv düşüncələr sizi mənimlə düşmənçilik və müxalifətə sövq etsə, bilin ki, öz atlarını yaxına gətirərək öz minik dəvəsinə palan qoyan mən olacağam. Əgər məni özünüzə tərəf gəlməyə məcbur etsəniz, sizinlə elə döyüşə başlayacağam ki, Cəməl müharibəsi onun yanında (qazan dibi) yalayanın (qazanın dibini) yalaması kimi olsun. Hərçənd ki, sizə tabe olanın fəzilət və böyüklüyü və (sizə, mənə qarşı çıxmamaq barəsində) öyüd-nəsihət verənin haqqından da xəbərdaram. Eyni zamanda günahsıza vurulmuş töhmətdən və vəfalıya qarşı peymanını pozandan da keçməyəcəyəm. (Müharibə zamanı haqq ilə batili bir-birinə qatışdırmayacaq, kimin öldürülməli kimin buraxılmalı, kimin cəzasına çatdırılmalı kimin mükafatlandırılmalı olmasını yaxşı bilirəm.)
30-cu məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onda Müaviyəyə öyüd-nəsihət verərək onu işin sonunda olacaq əzab bədbəxtlikdən qorxudub).

Yanında olan şeylərə (nemətlərə) görə Allahdan qorx. Onun sənin boynunda olan haqqına (itaət, hökmlərinə tabeçilik şükr haqqına) bax. Barəsində cahil və nadan olmaqda üzrlü sayılmayacağın şeyi tanımağa qayıt (öz zəmanənin imamına tabe ol). Çünki (əsası zəmanə imamının tanınması olan Allaha) itaət etmək və tabeçilik üçün aşkar nişanələr, aydın, düz və bəlli yollar və (Cənnət kimi) arzu olunan sonluq var. Zirəklər ona daxil olur, alçaqlar isə ondan boyun qaçırır, yayınırlar. (Allah Peyğəmbərin göstərişlərinə zidd olan nalayiq işlər görürlər nəticədə ona nail olmurlar.) Kim o yoldan çıxsa haqq yoldan kənara çıxıb və bilmədən azğınlıq çölünə ayaq basıb. Allah, nemətlərinin üzünü ondan döndərər (nemətlərini ondan alar) və əzab və çətinlikləri ona rəva bilər. Belə isə özünü qoru və nəfsindən qorx (onun göstəriş istəklərinə uyğun davranma) ki, Allah (səadət xoşbəxtlik) yolunu sənə göstərib. İşlərinin sənin öhdənə düşən qədərində öz atını zərər-ziyanın sonuna və küfr və üsyan diyarına (cəhənnəmə) sürmüsən və (istəklərinə tabe olduğun) nəfsin, səni şər və pisliyə (öz zəmanənin imamı ilə müxalifət etməyə) vadar edib, azğınlığa (əbədi bədbəxtliyə) atıb, pozğunçuluğa (Allah Peyğəmbərə qarşı günah işlətməyə) məcbur edib və (hidayət nicata gedən) yolları sənə çətinləşdirib. (Çünki nəfs, ona tabe olan şəxsin azğınlıq zəlalət yollarından kənara çıxması üçün səadət xoşbəxtlik yollarını ona çətinləşdirir.)
31-ci məktub
İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra, Hazirində (Siffeyn bölgəsi yaxınlığında yer adıdır) Həsən ibn Əli əleyhiməs-salama yazdığı vəsiyyətlərindəndir.1

(Bu vəsiyyətnamə) yoxluq və ölümə yaxın olan, zamanı (onun keçərliyi çətinliklərini) etiraf edən, ömür və həyata arxa çevirmiş,2 dövrana (onun çətinliklərinə) təslim, dünyaya bədbin, ölülərin evlərində məskunlaşmış və sabah (yaxın olan ölüm günü) ondan köçəcək atadan (xalqın hidayəti düz yola gətirilməsi barəsində) əldə edilməz bir şey arzulayan, məhv olanların (ölülərin) yolu ilə gedən, (müxtəlif) xəstəliklərə hədəf, zamanın girovu olan, müsibət və qəmlərə nişangah, dünyaya qul (onun xoşagəlməz rəftarına düçar), hiylə və yalan diyarının (yaxşılarının səadət xoşbəxtliyi pis əməllilərinin bədbəxtliyinin) taciri, (borc yiyəsi kimi öz borcunu almayınca əl çəkməyən xəstəliklərə, ölümlə nəticələnən hadisələrə ) puçluqlara borclu, (əlindən qurtarmaq mümkün olmayan) ölümə əsir, möhnətlərlə müttəfiq, qəm-qüssəyə yoldaş (insan möhnət qəm-qüssədən ayrılmır sanki onlardan ayrılmamağa yoldaş olmağa and içib), bəla və dərdlərə hədəf, nəfsi istəklərin torpağa yıxdığı və (qovuşacağı) ölülərin canişini olan oğula!

Dünyanın mənə arxa çevirməsi, dövranın mənə itaətsizlik etməsi və axirətin mənə üz tutması barəsində bildiklərim məni başqasını yada salmaq və məndən sonra qalacaq (ev, var-dövlət övlad kimi) şeylər üçün çalışmaqdan saxlayır. (Çünki belə bir vaxtda kimisə yada salmaq ya nəyinsə qəmini çəkmək münasib deyil. Gərək səadət xoşbəxtliyə səbəb olan fəzilətlər əldə etməyin fikrində olum.) Amma mənə camaatın qəm-qüssəsi deyil, yalnız öz qəm-kədərim aid edildiyi üçün ( vaxt öz işimdən başqa öz qəmimdən başqa qəmi yadımdan çıxartdımsa) düşüncəm məni təsdiqləyərək arzu və nəfsin istəklərindən saxladı, işimin həqiqətini (dünyadan köçməyi) aşkar etdi. Sonra məni onda oyun-oyuncaq olmayan səy və təlaşa və yalanla qarışıq olmayan doğruluğa vadar etdi. (Xülasə, dünyanın mənə arxa çevirdiyini axirət səfərinə hazırlaşmağın zəruriliyini gördüyüm üçün öz işimdən başqa işlər üçün olan hər bir düşüncəni özümdən uzaqlaşdırdım. Amma) səni vücudumun bir parçası gördüm (çünki övlad insanın bir parçasıdır), hətta vücudumun hamısı hesab etdim (çünki övlad valideynin yerini tutaraq adını qoruyur). Belə ki, sənə bir şey gəlsə, mənə gəlmiş kimidir və əgər ölüm səni haqlasa məni haqlamış kimidir. (Qısası, sənin işlərin barəsində düşünməyim öz işim üçün düşünmək kimidir.) Sənin işin məni öz işlərim qəm-qüssəyə saldığı kimi kədərləndirir. Buna görə də (həmin səbəbdən) sağ qalmağımdan və ya ölməyimdən asılı olmayaraq bu məktuba möhkəm arxalanaraq onu sənə yazdım. (Bu elə bir vəsiyyətnamədir ki, əgər sən ona əməl etsən mənim qəlbim rahat olar.)

Oğulcan, sənə təqvalı olaraq Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı (çünki bina evin kamilliyi olduğu kimi Allahı yad etmək nəfsin kamillik amilidir) və Onun (itaət tabeçilik) ipindən yapışmağı tövsiyə edir, tapşırıram. Əgər sən ondan yapışsan, hansı səbəb və ip səninlə Allah arasında olan ip və səbəbdən möhkəm ola bilər?!



Qəlbini öyüd-nəsihətlə (elm, hikmət axirəti yada salmaqla) dirilt, zahidliklə (dünyaya ürək bağlamamaqla) öldür, yəqin və inamla (Allah Peyğəmbərə iman gətirməklə) qüvvətləndir, hikmətlə (Allahın hökmlərini bilməklə) nurlandır, ölümü yada salmaqla zəlil və xar et (nəfsi istəklərə tabe olma)(dünyanın) fanilik və yoxluğu(nu) etiraf etməyə məcbur et (onu dünyanın yox olacağını iqrar etməyə vadar et ki, oranın əbədi diyar olmasını zənn etməsin). Onu dünyanın pislikləri və dərdləri ilə dərindən tanış et (ki, ona etimad etməsin), zamanın (acı hadisələrinin) hücumu və gecə ilə gündüzün pis keçməsi (insanın istək arzularına uyğun olmaması) ilə qorxut. Keçənlərin xəbərləri (onların sərgüzəştlərinin necəliyi) ilə tanış edərək səndən qabaqkıların başına gələnləri onun yadına sal. Onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan, nə etdiklərinə, haradan köçdükləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə (layiqli əməllərlə) öz mənzil və uyuyacağın yeri abadlaşdır, axirətini dünyana satma. Bilmədiyin şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə. Azğınlıq olmasından qorxduğun yoldan (onunla getməkdən) çəkin. Çünki azğınlıq sərgərdanlığı zamanı özünü saxlamaq, qorxulu işlər görməkdən daha yaxşıdır. Yaxşı işlərə əmr et ki, yaxşılardan olasan. Pis işləri əlinlə, dilinlə qadağan et. Öz səy və təlaşınla onları (pis işləri) yerinə yetirən kəsdən ayrıl. Allah yolunda (din düşmənlərinə pis işlərə əmr edən nəfsə qarşı) Ona layiq tərzdə cihad et. (İmkan bacarığın olan qədər cihad etməkdən çəkinmə.) Allah yolunda, tənə vuranın tənəsindən qorxub çəkinmə. (Başqalarını yaxşı işlərə əmr edərək pis əməllərdən çəkindirməkdə digər ilahi hökmlərin icrasında kiminsə tənə vurması, sənə boynunda olan vəzifəni yerinə yetirməyə mane olmasın.) Harada olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq haqq-həqiqət uğrunda (ona yardım etmək üçün) çalış. (Bu yolda qarşıya çıxan heç bir hadisədən üz çevirmə.) Dində elm əldə et. (Onun hökmlərini öyrən.) Özünü xoşagəlməz işlərə səbr etməyə adət ver. Haqq yolda səbrli olmaq necə də gözəl xasiyyətdir! Bütün işlərində öz nəfsini Allahına tapşır. Çünki sən (belə olan halda,) onu qüdrətli sığınacağa və qoruyucuya tapşırmış olursan. İstədiyin şeyi ancaq Rəbbindən istə (Ondan başqasına üz tutma). Çünki bağışlamaq və vermək də Onun əlindədir, məhrum etmək də. (Hər bir işdə Allahdan) çoxlu xeyir dilə. Mənim vəsiyyət və tapşırığım barəsində dərrakə və fikir işlət, ondan üz çevirmə. Çünki sözün ən xeyirlisi və gözəli onun fayda verənidir (qulaq asanın eşidərək ona uyğun rəftar etmədiyi deyil, eşidərək əməl etdiyidir). Bil ki, (sahibinə) fayda verməyən bilikdə xeyir yoxdur. Öyrənilməsi münasib olmayan (sehr, cadu bu kimi din məzhəbə zidd) elmdən fayda əldə edilməz.

Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə