NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə22/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

24-cü məktub
İmam Əli əleyhis-salamın əmlak və malları ilə necə davranılması barəsindəki vəsiyyətlərindəndir. O Həzrət bu vəsiyyətnaməni Siffeyn (müharibəsin)dən qayıtdıqdan sonra yazıb.

Bu, Allahın bəndəsi və möminlərin başçısı Əli ibn Əbu Talibin Allahın razılığını əldə etmək üçün öz əmlak və malı barəsindəki göstərişidir ki, Allah onun səbəbi ilə məni cənnətə daxil etsin və mənə ona görə rahatlıq (axirət rahatlığı) əta etsin.


Bu da həmin vəsiyyətin bir hissəsidir
(Məndən sonra) tapşırıqlarımı Həsən ibn Əli yerinə yetirəcək. (O mənim vəsi canişinimdir.) O mənim mal və sərvətimdən layiqli şəkildə (şəriətin hökmlərinə uyğun olaraq öz ehtiyaclarının aradan qaldırılmasında) sərf edəcək və doğrudan da ehtiyacı olan kimsələrə bağışlayacaq. Əgər Həsənin başına bir iş gəlsə (o, dünyadan köçsə) və Hüseyn sağ olsa, mənim Həsəndən sonrakı vəsi və canişinim odur və mənim tapşırıqlarımı onun kimi yerinə yetirər.

Əlinin (əleyhis-salam) hədiyyəsindən Fatimənin iki oğluna (Həsən Hüseyn əleyhiməs-salama) Əlinin digər oğlanlarına çatan qədər çatır. (Mənim malımdan digər qardaşlara verdikləri qədər götürsünlər.) Mən bu işin öhdəçiliyini Fatimənin iki oğluna Allahın razılığını əldə etmək, Həzrət Peyğəmbərə yaxınlaşmaq, ona ehtiram və o Həzrətlə qohumluq şərəfinə görə verdim.

(İmam əleyhis-salam) malın öhdəçiliyini verdiyi şəxslə (Həsən əleyhis-salamla) şərt kəsir ki, bu malı olduğu kimi saxlasın (satmasın) və onun meyvəsini əmr edilən və yolu göstərilən yerlərdə sərf etsin. Həmçinin şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə həmin kəndlərin yeri, xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi satmasın. (Ağacların çoxluğu onları görəni belə gümana salana kimi ki, bu yer onun əvvəllər gördüyü yer deyil.)

Bir yastığa baş qoyduğum və uşağı olan və ya hamilə olan kənizlərimin hər biri, öz övladlarının ixtiyarında qoyulurlar və (o kəniz) onun payıdır.1 Əgər həmin kənizin övladı ölmüş olsa və onun özü sağ olsa (yenə ) azaddır ( onu satmaq düz deyil. Çünki) kənizlik ondan götürülüb və (övlada verilmə yolu ilə olan) azadlıq, onu azad edib. (Seyyid Rəzi-rəhiməhullah-deyir:)



O Həzrət əleyhis-salamın bu vəsiyyətdəki «أَنْ لا يَبِيعَ مِن نَخْلِها وَدِيَّةً» «şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə satmasın» cümləsində işlətdiyi «وَدِيَّةً» «vədiyyə» kəlməsi «فَسِيلَة» «fəsilə» (xurma ağacının qələmi) mənasınadır. Onun cəm forması isə «وَدِيّ» «vədiyy»dir. O Həzrətin «حتّى تُشْكِلَ أرْضُها غِراساً» «həmin kəndlərin yeri xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi....» cümləsi ən fəsih kəlam və ən gözəl sözlərdəndir. Məqsəd budur ki, həmin kəndlərdə xurma ağaclarının bitməsi o qədər çoxalsın ki, onu görən onları (əvvəllər) gördüyü yerdən ayrı bir yer sansın və yer ona dəyişik təsir bağışlasın, (ağacların çoxluğundan) elə bilsin ki, həmin yer (əvvəllər gördüyü) o yerdən ayrı bir yerdir.
25-ci məktub
İmam Əli əleyhis-salamın zəkat yığmaq vəzifəsinə təyin etdiyi şəxsə yazdığı tövsiyələrindəndir (ki, onda zəkat almaq yığmaq yollarını göstərir, zəkat verənlərlə mehriban olmaqdan danışır zəkat kimi alınan dəvələri incitməməyi əmr edir). Biz burada həmin tövsiyədən bəzi cümlələri xatırladırıq ki, onların vasitəsi ilə İmam əleyhis-salamın haqqın sütunlarını dikəltməsi və kiçik, böyük, gizlin və aşkar işlərdə ədalət (bərabərlik düzlük) nümunələrini üzə çıxarması bilinsin.

Bir olan və şəriki olmayan Allahdan qorxub çəkinərək get. (Danışıq davranışında Allahı nəzərində saxla.)(əmr hökmü keçənlərdən olduğun üçün zalım hakimlər kimi) heç bir müsəlmanı qorxutma. Əgər onun ürəyindən olmasa, (torpaq bağının) yanından keçmə. Ondan Allahın onun malında olan haqqından (onun verməsini əmr etdiyindən) artıq alma. Hər hansı bir qəbiləyə (məxsus yerə) çatanda, onların evlərinə daxil olma, sularının üstündə düş. Bundan sonra sakitcə, vüqarla onlara tərəf gedib aralarında dayan. Sonra onlara salam ver. Onlara salamı qısa etmə. (Onlara ehtiramsızlıq hörmətsizlik göstərmə.) Sonra belə de: «Ey Allahın bəndələri! Allahın dostu və xəlifəsi, məni Allahın mallarınızda olan haqqını və payını (mallarınıza aid olan zəkatı) almaq üçün sizin yanınıza göndərib. Mallarınızda Allahın vəlisinə veriləcək Allah haqqı varmı?» Əgər biri «yox (mənim veriləcək zəkatım yoxdur)!» desə, ona müraciət etmə. (İkinci dəfə onun yanına getmə.) Əgər biri «var» desə, onu qorxutmadan, vahiməyə salmadan, sərtlik edərək çətinliyə düçar etmədən onunla birlikdə get. Sonra qızıl və gümüşdən sənə nə versə al. Əgər inək, qoyun və dəvəsi olmuş olsa, onun icazəsi olmadan onların yanına getmə. Çünki onların çoxu onundur. Dördayaqlıların yanına çatanda, onlara onların sahiblərinin ağası və ya ona qarşı sərt olan kəs kimi baxma. Heyvanı hürküdərək qorxutma və onu alanda yiyəsini incitmə. Malı iki hissəyə böl. Sonra onu (malın sahibini onlardan istədiyini seçməkdə) sərbəst burax. (Həmin iki hissədən birini) seçəndən sonra onun seçdiyinə toxunma. (Ona «niyə bunu seçdin?!» demə!) Ondan sonra yerdə qalanı iki hissəyə ayır və (yenə) onu (istədiyini seçməkdə) azad burax. Beləliklə, elə ki (onlardan birini) seçdi, seçdiyinə toxunma. Onun malından yerdə Allahın haqqı (zəkat) miqdarında qalana kimi bölgünü davam etdir. (Bu cür davranışla) Allahın haqqını ondan al. Əgər (sənin zəkat kimi götürdüyünün onun seçdiyindən yaxşı olmasını güman etsə ) həmin bölgünün pozulmasını istəsə, sən (bölgünü) poz və hər iki hissəni bir-birinə qarışdır. Sonra Allahın onun malında olan haqqını almaq üçün bir daha etdiyin işləri yerinə yetir. Əldən düşmüş qoca dəvəni, (əl-ayağı) sınıq olanı və nöqsanlını (bir gözlü bu kimini) zəkat kimi götürmə.1(onları zəkat kimi təhvil aldıqdan sonra) dinindən əmin olduğun şəxsdən başqa heç kəsə tapşırma. (Həmin şəxsin danışıq davranışının İslam dininin hökmlərinə uyğun olmasından arxayın olduqdan sonra malları ona tapşır.) Həmin şəxs müsəlmanların malına (münasibətdə) düz olmalıdır ki, onu onların hakimlərinə çatdırsın və o, müsəlmanların arasında bölsün. Onlara ancaq düz və mehriban adamı gözətçi et ki, kobudluq edib çətinliklərə salmasın və onları incidib yormasın. Sənin yanında yığılanları tez bizə göndər ki, Allahın əmr etdiyi yerə sərf edək. Sənin inandığın şəxs onları (bizim yanımıza gətirmək üçün) götürəndə, ona tapşır ki, dəvə ilə südəmər balasını bir-birindən ayırmasın, onun südünü çox sağmasın ki, (nəticədə) balasına ziyan dəyməsin, onu minərək yorub əldən salmasın və sağmaq və minməkdə onunla başqa dəvələr arasında bərabər davransın. (Ancaq birinin südünü sağmasın ya bütün yol boyu təkcə birinə minməsin.) Həmçinin gərək yorulan üçün rahatlıq yaratsın. Ayağı yeyilmiş və getməkdən aciz olanını yavaş sürsün. Dəvələri yanından keçdikləri gölməçələr və su yığılan yerlərə salsın. Onları otlu yerlərdən (otsuz) yollara aparmasın (ki, onlar yol boyu otlayaraq güclənsinlər). Gərək onlara saatlarla (hər neçə saatda bir dəfə, yaxud otlaqlarda) istirahət versin (ki, rahat otlasınlar). Həmçinin gərək onlara su və ot olan yerdə imkan versin və onları boşlasın ki, bizim yanımıza yorğun və əzgin deyil, Allahın izn və əmri ilə, kökəlib dolu sümüklü gəlsinlər və biz də onları Allahın kitabının (Qurani-Kərimin) göstərişi və Peyğəmbərinin sünnəsi ilə (ehtiyacı olanlar arasında) bölüşdürüb paylayaq. Allahın istəyi ilə, deyilənlər sənin (Allah tərəfindən) mükafatlanmağın üçün çox münasib, hidayət və nicat tapmağın üçün isə çox yetərlidir.
26-cı məktub
İmam Əli əleyhis-salamın öz məmurlarından birini zəkat yığmağa göndərərkən, onunla (pərhizkarlıq, rəiyyətlə mehribanlıq əli altında olanların yoxsulların hüquqlarına riayət etmək barəsində) olan əhd-peymanlarındandır .

Öz məmuruma gizlinliklərdə (düşüncəsində) və örtülü işlərində Allahdan başqa olan və görən və Ondan başqa gözətçi və işlərin tapşırılacağı kimsə olmayan yerdə Allahdan qorxub çəkinməyi əmr edirəm.

Həmçinin əmr edirəm ki, üzdə Allahın əmrinə itaət edib gizlin və batində onun əksini etməsin (münafiq ikiüzlü olmasın). Gizlin və aşkarı və danışıq və davranışı iki cür olmayan kəs əmanəti əda edib (Allahın göstərişini yerinə yetirib) və ibadət və bəndəliyi (riyakarlıq özünü göstərməklə deyil) saf niyyət və düzlüklə yerinə yetirib.

Ona əmr edərək göstəriş verirəm ki, onları (rəiyyət əli altında olanları) incitməsin və onlara yalan deməsin (yaxud onlara yalan şey nisbət verməsin. Məsələn, «dəvəniz ya əkininizin məhsulu bundan çoxdur, amma zəkat verməkdən yayınmağınız üçün onları gizlətmisiniz» kimi sözlər deməsin onlara). Onlara göstəriş verən olduğu üçün itaətsizlik səbəbindən onlardan üz döndərməsin (özünü onlardan ehtiyacsız sanmasın). Çünki onlar dində qardaş və dindaşdırlar, haqları hazırlamaq və ortaya çıxarmaqda yardımçıdırlar.1



Sənin bu zəkatda sabit payın, aşkar haqqın və yoxsul və acizlərdən ibarət şərik və ortaqların var. (Necə ki,) biz sənin haqqını tam şəkildə ödəyirik, sən () onların haqlarını tam şəkildə ödə. Əgər belə etməsən (onların haqqlarını kəssən), qiyamət günü sənin hamıdan çox düşmənin olacaq. Vay o adamın halına ki, Allah yanında onun düşmənləri yoxsullar, kasıblar, dilənçilər, qovulmuş səfillər, günah olmayan işlər üçün borca girənlər, öz malından, evindən və əhli-əyalından uzaqda aciz qalmış müsafirlər (səfərdə olanlar) olsun! Əmanətə (ilahi hökmə) xor baxan, xəyanətdə otlayan (ondan çəkinməyən) və özünü və dinini ondan təmizləməyən kəs dünyada özünə rüsvayçılıq rəva bilib və axirətdə daha çox xar və rüsvay olacaq. Ən böyük xəyanət və əyrilik ümmətə xəyanət etmək və ən çirkin hiylə isə, imamlara qarşı hiylə işlətməkdir.1 Salama layiq kimsəyə salam olsun!
27-ci məktub
İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr
(Allah ondan razı olaraq mükafatlandırsın) ilə olan əhd-peymanlarındandır.2 İmam bu əhdi Misir hökumətini ona tapşırarkən yazıb. (Bu əhdnamədə ona camaat arasında ədalət bərabərliklə davranmağı əmr edərək pərhizkarlığı, ölümün qiyamət əzabının çətinliklərini yada salıb sonda ona nəfsi istəklərlə mübarizə namaza diqqət etmək barəsində nəsihətlər verib.)

Qanadını onlar (Misir əhalisini) üçün yığ (hamı ilə təvazökar ol) və mülayim davran (elə gör ki, hamı sənin davranışından faydalansın). Onlarla gülərüz ol (əlin altında olanlara üzünü turşutma) və onları gözaltı baxmaqda və baxışını üzlərinə zilləməkdə bərabər tut.1 (Belə et) ki, böyüklər sənin onların xeyrinə zülm və sitəm etməyinə (düzlükdən uzaqlaşmağına) tamahlanmasınlar (əlləri altında olanlara zülm etməsinlər) və imkansızlar sənin ədalət və düzlüyündən məyus olmasınlar. Çünki ey Allah bəndələri, Allah-təala (qiyamət günü) sizin kiçik və böyük, aşkar və gizlin işləriniz barəsində soruşacaq. Buna görə də əgər əzab versə (sizi odda yandırsa), siz (özünüzə qarşı hamıdan) çox zalımsınız (çünki ona sizin günah itaətsizlikləriniz səbəb olub). Əgər bağışlasa, O, çox kərim və böyükdür.



Ey Allah bəndələri, bilin ki, pərhizkarlar keçici dünyanı və gələcək axirəti (onların xeyrini) qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında (onun xeyrlərində) şərik oldular. Dünya əhli isə onların axirətlərində (onun xeyirində) şərik olmadılar. Onlar dünyada ən yaxşı mənzildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər.2 Beləcə, dünyadan əylənənlər kimi bəhrələndilər və itaətsizlərin aldıqları ləzzəti aldılar.3 Dünyadan sonra onları (məqsədə) çatdıran azuqə və (səadət) mənfəəti olan sövdələşmə ilə (axirətə) getdilər. Dünyada öz zahidliklərinin ləzzət və şirinliyini daddılar. Sabah, axirətdə Allahın yaxınlığında olacaqlarını yəqin etmişdilər, (Allahın rəhmətinin onlara çatacağını yəqinliklə bilirdilər. Belə) ki, istəkləri rədd edilməyəcək və rahatlıq və asayiş bəhrələri azalmayacaq. Odur ki, ey Allah bəndələri, (pərhizkarlara tabe olub fani dünyaya bel bağlamayın ) ölüm və onun yaxın olmasından qorxun və onun üçün tədarük görün. (Elə edin ki, ölüm çatanda nigarançılıq keçirməyəsiniz.) Çünki ölüm böyük təhlükəsi olan bir işlə gəlir. (Yaxşı işlər görənlər üçün) heç vaxt pisliyi olmayan xeyir və yaxşılıqlar gətirir. Yaxud (pis işlər görənlər üçün) onunla heç vaxt yaxşılıq olmayan şər və pisliklər gətirir! Belə isə, Cənnətə Cənnət işləri görəndən və Cəhənnəmə Cəhənnəm işləri görəndən kim yaxın ola bilər? Siz ölümün qovduğu, təqib etdiyi kimsələrsiniz. Əgər dayansanız, sizi tutacaq, əgər ondan qaçsanız, sizi tapacaq.1 Ölüm sizə kölgənizdən də yaxındır (sizdən bir an belə ayrılmaz)! Ölüm sizin kəkillərinizə bağlanıb (ondan qurtula bilməyəcəksiniz) və dünya sizin arxanızca büküləcək (şəxs keçdikdən sonra bükülərək yığışdırılan xalça kimi). Belə isə, (axirət məsələsinə bu qədər etinasız olmayıb) dərinlik və istiliyi hədsiz, əzab və çətinliyi isə yeni olan oddan qorxun.2 (Cəhənnəm) elə bir yerdir ki, orada rəhmət və mehribançılıq yoxdur, istək qəbul edilmir, qəm-qüssə qurtarmır.3 (İndi) əgər Allahdan həm xof və qorxunuzun çox, həm də Ona güman və ümidinizin yaxşı olmasını bacarırsınızsa, qorxu ilə ümidi (bir yerə) toplayın. (Mütləq elə edin ki, həm qorxasınız, həm ümidvar olasınız, qorxunuz çox olsun, ümidiniz qorxunuzu üstələsin.) Çünki bəndənin Rəbbinə olan yaxşı güman və ümidi, Rəbbindən olan qorxusunun miqdarındadır və insanların Allaha nisbətdə ən nikbini Ondan ən çox qorxandır.1

Ey Məhəmməd ibn Əbu Bəkr, bil ki, mən səni qoşunlarımın ən böyüyü olan Misir əhlinə vali təyin etmişəm. Buna görə də dünyadan sənin bir saatın qalmış olsa belə, öz nəfsinlə müxalifət edərək dinini müdafiə etməlisən. Allahı, yaratdıqlarından birini (nahaq) şad etməklə qəzəbləndirmə. Çünki Allahdan başqasında olan şeylərin əvəzi, Onun yanında var, (amma) Allah yanında olan şeylərin əvəzi, Ondan başqasında yoxdur. (Əgər Allah razı olsa, başqasından qorxu əgər O razı olmasa, başqasına ümid?)



Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır. (Əgər namazını yaxşı qılsan, başqa işləri yaxşı yerinə yetirəcəksən. Onu zay etsən isə ondan qalan işləri daha xarab pis edəcəksən)
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə