Neft və qaz yataqlarinin dağilmasi



Yüklə 106,29 Kb.
səhifə2/4
tarix29.05.2022
ölçüsü106,29 Kb.
#88306
1   2   3   4
Mühazirə 30 (1)

KARBOHİDROGEN YIĞIMLAR
Dünyanın elə bir neftli-qazlı ərazisi yoxdur ki, yalnız bir neft-qaz yatağı olsun. Neft-qaz yataqları adətən, qrup halında yerləşib neftli-qazlı zonalar əmələ gətirirlər. Zonalar isə birləşərək yer qabığının daha iri geostruktur elementlərinə daxil olan neft-qaz yığımlarına çevrilirlər. Bu cür yığımlar çökmə süxurlar kompleksi ilə əlaqədar olan neftli-qazlı formasiyalarda toplanır. Ümumiyyətlə neft və qazın qabığında paylanması regional xüsusiyyət daşıyır. Neft və qazın iri geostruktur elementlərdə toplanması qanunauyğunluqlarının öyrənilməsi çox böyük elmi və təcrübi əhəmiyyət daşıyır. Bu baxımdan öyrənilən hər hansı bir ərazinin neftlilik-qazlılıq cəhətdən sistemləşdirilməsinin böyük əhəmiyyəti vardır (şəkil IX.1).






Neftli qazlı ərazi

Neftli-qazlı vilayət

Neftli-qazlı rayon

Neftli-qazlı rayon



Şəkil
nin tektonik prinsip əsasında rayonlaşdırılması



IX.1. Neftli-qazlı ərazi


Neftli-qazlı ərazilərin təsnifatı

Neftgeoloji rayonlaşdırmanı elmi cəhətdən əsaslandırmaq üçün regional neftli-qazlı ərazilərin uyğun təsnifatını işləyib hazırlamaq vacib məsələlərdən biridir.


Neftli-qazlı əraziləri təsnif edərkən onların geoloji quruluşuna və əmələgəlmə şəraitlərinə görə bir-birinə yaxın olanlarını ayrı-ayrı kateqoriya, qrup və sinifdə birləşdirmək lazımdır. Digər tərəfdən, belə əraziləri kateqoriya, qrup və siniflərə ayırarkən onların əmələgəlmə şəraiti və geoloji quruluşuna görə hansı geostruktur elementə aid olmaları hökmən nəzərə alınmalıdır.
Hazırda Ə.Ə.Bakirov (1959) tərəfindən işlənmiş regional neftli-qazlı ərazilərin vahid təsnifatı qəbul edilmişdir. Bu təsnifat dünyanın bütün neft-qaz yığımlarında müşahidə edilən faktiki materiallara əsasən tərtib edilmişdir. Təsnifat Hindistanda (Dehli şəhərində) 1964-cü ildə keçirilən XXII Beynəlxalq geoloji konqresdə təsdiq olunmuşdur. Təsnifatın əsasını tektonik prinsip təşkil edir, yəni regional neftli-qazlı ərazilər ayrı-ayrı kateqoriyalara, qruplara ayrılarkən və hər hansı geostruktur elementə (platforma, keçid və geosinklinal vilayətlər) daxil edlərkən, onların geoloji quruluşu və geoloji inkişaf tarixi əsas götürülür. Neftgeoloji rayonlaşdırmanın təsnifatı aşağıdakı kimidir: neftli-qazlı qurşaq (geosinklinal ərazilərdə) yaxud əyalətlər qrupu və ya asossiasiyasiyasi (platforma əraziləri üçün), neftli-qazlı əyalət, neftli-qazlı vilayət, neftli-qazlı rayon, neftli-qazlı zona


  1. Yüklə 106,29 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə