Neft və qaz yataqlarinin dağilmasi



Yüklə 106,29 Kb.
səhifə3/4
tarix29.05.2022
ölçüsü106,29 Kb.
#88306
1   2   3   4
Mühazirə 30 (1)

Neftli-qazlı qurşaq, yaxud əyalətlər qrupu

Neftli-qazlı qurşaq, ancaq qırışıqlıq ərazilərində ayrılır. Eyni qırışıqlıq sistemlərində yerləşən və mənşə etibari ilə ona bağlı olan neftli-qazlı əyalətlər birliyinə neftli-qazlı qurşaq deyilir. Neftli-qazlı qurşaqlara Hersin qırışıqlığına aid Appalaç və Uralı; Mezozoy qırışıqlığına aid Qayalı Dağları, Cənub Şərqi Asiyanı; Paleogen-Neogen qırışıqlığına aid Alp-Himalayı, And və Kordilyeri misal göstərmək olar
Yer qabığının ən iri neftli-qazlı qurşaqlarından biri olan Şimali Afrikanın Atlas dağ qırışıqlıq sistemindən başlayan və Himalay dağlarına qədər davam edən Alp-Himalay yaxud Aralıq dəniz neftli-qazlı qurşağını mərkəzi seqmentində yerləşir.
Neftli-qazlı əyalətlər qrupu isə müxtəlif yaşlı kristallik bünövrəyə malik olan platformalarda seçilir, məsələn, Kembriyəqədər, Hersin, Mezozoy və s. Bunlara Qərbi yaxud Şərqi Sibir platformalarının neftli-qazlı əyalətlər qrupunu (asossiyasiyasını) aid etmək olar.

  1. Neftli-qazlı əyalət regional xarakterli olub geotektonik xüsusiyyətləri ümumi və oxşar, neftli-qazlı komplekslərinin stratiqrafik vəziyyəti eyni olan neftli-qazlı vilayətlərin cəmidir. Vahid əyalətə daxil olan neftli-qazlı vilayətlər tektonik quruluşlarının və çöküntütoplanma şəraitlərinin ümumiliyi ilə səciyyələnir.

Oxşar və yaxın neftli-qazlı vilayətləri əyalət daxilində birləşdirərkən, regional tektonik hərəkətlərin, çökmə formasiyaların oxşarlığını əks etdirən əsas prinsipləri, eləcə də regional neftqazəmələgəlmə və toplanma şəraitləri nəzərdə tutulur. Geoloji əyalətin səciyyəvi xüsusiyyəti orada olan litoloji-stratiqrafik vahidlərin regional neftli-qazlı olmasıdır.
Neftli-qazlı əyalətləri ayırarkən yuxarıda qeyd etdiklərimizdən əlavə, platforma sahələrində qırışıqlıq bünövrənin, geosinklinallarda isə qırışıqlıqların yaşları da nəzərə alınır. Məsələn, Kembriyəqədər, Kaledon, Hersin, Mezozoy qırışıqlıq bünövrələri, keçid zonalarında isə kənar çökəkliklərlə əlaqədar olan neftli-qazlı əyalətlər ayrılır.


  1. Yüklə 106,29 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə