Nefrologiya ixtisası üzrə nümunəvi test sualları (yeni əlavə olunmuş suallar bu faylın tərkibində mövcuddur) Tarix


) Antibiotikoterapiyadan sonra kəskin interstisial nefritin ilkin əlamətləri hansılardır?



Yüklə 1,37 Mb.
səhifə6/15
tarix22.03.2018
ölçüsü1,37 Mb.
#33131
1   2   3   4   5   6   7   8   9   ...   15

349) Antibiotikoterapiyadan sonra kəskin interstisial nefritin ilkin əlamətləri hansılardır?

A) Bel nahiyyəsində aqrılar

B) Arterial təzyiqin artması

C) Qızdırmanın təkrarlanan dalğası

D) Baldırlarda ödemin əmələ qəlməsi

E) Bütün göstərilən əlamətlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
350) Kortikosteroid terapiyası kəskin interstisial nefritin hansı növündə məqsədəuyğundur?

A) Uveitlə qedən idiopatik interstisial nefritdə

B) Rifampisindən sonra başladıqda

C) Bütün göstərilən hallarda

D) Ampisilindən sonra başladıqda

E) Qeyristeroid iltihab əlhinə preparatların təsirindən yaranan nefritdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
351) Xroniki interstisial nefritin patogenezində əsas rolu hansı faktorlar oynayır?

A) Piylənmə

B) Böyrək damarlarında qan dövranının pozulması

C) İnfeksiya

D) Qlomerulonefritin olması

E) İmmun komplekslərin yığılması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
352) Böyrəkdə hansı morfoloji dəyişikliklərin aşkarlanması xroniki interstisial nefrit üçün səciyyəvidir?

A) Periglomerulyar fibroz

B) İnvaziv qlomerulit

C) Kanalcıqların atrofiyası

D) İnterstisiyda limfositlərdən və plazmatik hüceyrələrdən ibarət lokal infiltratların müəyyən edilməsi

E) İnterstisiyda immun komplekslərin yıgılması


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
353) Hansı əlamətlər kəskin qlomerulonefrit haqqında fikir yaradır?

A) Arterial hipertenziya, hematuriya, sidiyin yüksək nisbi sıxlığı

B) Ödemlər, hematuriya, arterial hipertoniya

C) Dizuriya, ödemlər, arterial hepertoniya

D) Dizuriya, eritrosituriya, hiperlipidemiya

E) Sidiyin yüksək nisbi sıxlığı, ödemlər, dizuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
354) Hansı əlamətlər hamiləlik zamanı kəskin pielonefrit üçün səciyyəvidir?

A) Yüksək qızdırma

B) Qüclü üşütmə

C) Bütün qöstərilənlər

D) Piuriya

E) Aşağı qarın nahiyyəsində ağrılar, dizuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
355) Pielonefritin inkişafına hansı faktorlar təkan verir?

A) Sidikdaşı xəstəliyi

B) Bütün qöstərilələr

C) Ürək çatışmazlığı

D) Şəkərli diabet

E) Hamiləlik


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
356) Antibakterial preparatların təyinatı zaman hansı faktorları nəzərə almaq vacibdir?

A) Disproteinemiya dərəcəsini

B) Mikrofloranın həssaslığını

C) Proteinuriya səviyyəsini

D) Eritrosituriyanı

E) Arterial təzyigin səviyyəsini


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
357) Hal- hazırda nefrologiyada qlomerulonefritlərin müalicəsində istifadə olunan sitostatiklər hansıdır?

A) Xlorbutin

B) Siklofosfamid

C) Sarkolizin

D) Siklofosfamid və xlorbutin

E) Mielosan


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
358) Qlükokortikoidlərin təsir mexanizmləri hansılardır?

A) Antitellərin əmələ gəlməsini azaldır

B) Damar keciciliyini endirir

C) T-limfositlərin aktivliyini endirir

D) Bütün sadalananlar

E) Sitokinlərin ifrazının qarşısını alır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
359) Qlükokortikoidlərin təyininə hansı göstərişlər aiddir?

A) Terminal qlomerulonefrit

B) Latent forma qlomerulonefrit (proteinuriya 1q/sut az)

C) Berje xəstəliyi

D) Qlomerulonefritin qarışıq tipi

E) Qlomerulonefritin nefrotik tipi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
360) Hansı halda qlükokortikoidlərin təyini məsləhət deyil?

A) Sürətli proqressivləşən qlomerulonefrit

B) Fokal- seqmentar qlomeruloskleroz

C) Qlomerulonefritin nefrotik tipi

D) Lyupus-nefrit

E) Nəzərəçarpan proteinuriya


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
361) Qlükokortikoidlərin təyininin əks göstərişlərinə nə aid deyil?

A) Latent forma qlomerulonefrit

B) Terminal qlomerulonefrit

C) Qlomerulonefritin qarışıq tipi

D) Qlomerulonefritin hipertonik tipi

E) Tezproqressivləşən qlomerulonefrit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
362) Qlükokortikoidlərin təyininə ümumi göstərişlər hansılardır?

A) Böyrək prosessinin aktivliyi

B) Hematuriyasız nefrotik sindrom

C) Bütün sadalananlar

D) Lipoidli nefroz

E) Hipertenziyasız nefrotik sindrom


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
363) Qlükokortikoidlərlə təyin olunmuş müalicə sxemlərindən hansı düz deyil?

A) Prednizalonun yüksək dozasının (0,5-1,5q/gün) vena daxili qəbulu

B) Səhər bir dəfəlik çəkiyə görə prednizalonun dozasının qəbulu

C) Səhər saatlarında hissə-hissə gündəlik prednizalonun 0,8-1-2mq/gün qəbulu

D) Gündəlik prednizalonun 0,8-1-2mq/gün dozasında səhər-günorta-axşam qəbulu

E) Prednizalonun növbələşən qəbulu: günaşırı çəkiyə görə iki dəfə artırılmış dozasının qəbulu (alternativ sxem)


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
364) Prednizolonla(metilprednizolonla) puls-terapiyasının düzgün sxemi hansıdır?

A) Bolyuslu vena daxilinə 3 qr metilprednizolonun bir dəfəlik qəbulu

B) Vena daxilinə damcı üsulu ilə 20-40 dəq. müddətində 1,5-2,5 qr dozasında metilprednizolonun 4 gün ardıcıl qəbulu

C) Vena daxilinə damcı üsulu ilə 20-40 dəq. müddətində 0,5-1,5 qr dozasında metilprednizolonun 3 gün ardıcıl qəbulu

D) Bolyuslu vena daxilinə 3 qr metilprednizolonun 3 gün ardıcıl qəbulu

E) Vena daxilinə damcı üsulu ilə 20-40 dəq. müddətində 0,5-1,5 qr dozasında metilprednizolonun 7 gün ardıcıl qəbulu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
365) Nefrologiyada daha tez-tez istifadə olunan düzgün qlükokortikoid terapiyası hansıdır?

A) Hesablanmış prednizolonun dozasını 6 ay müddətində kliniki və laborator göstəricilərın nəzarətində qəbulu

B) Qlükokortikoid terapiyasının sərbəst qəbulu

C) Hesablanmış prednizolonun dozasını kliniki simptomların ləvğ olunmasına qədər qəbulu

D) Hesablanmış prednizolonun dozasını laborator göstəricilərın normallaşmasına qədər qəbulu

E) Hesablanmış prednizolonun dozasını 6-8 həftə müddətində kliniki və laborator göstəricilərın nəzarətində qəbulu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
366) Qlükokortikoidlərin əlavə təsiri hansıdır?

A) Hiperqlikemiya

B) İtşenko-Kuşinq simptomkompleksi

C) İtşenko-Kuşinq simptomkompleksi, hiperqlikemiya

D) Qanaxma

E) Hipotoniya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
367) Qlükokortikoidlərlə müalicəyə əks göstərişlər hansılardır?

A) Bütün sadalananlar

B) Şəkərli diabet

C) Ürək-damar çatmamazlığı

D) Şəkərli diabet, bədxassəli hipertoniya

E) Bədxassəli hipertoniya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008

368) Prednizolonun kəskin dayandırılmasından sonra yaranan adrenal krizin simptomları hansıdır?

A) Bütün sadalananlar

B) İsti ətraflar

C) Hipotoniya

D) Əzələlərdə ağrılar

E) Qızdırma


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
369) Qlomerulonefritlərin müalicəsində istifadə olunan hansı alkilizə edən sitostatiklər daha çox istifadə olunur?

A) Xlorbutin

B) Siklofosfamid, xlorbutin

C) Azatioprin

D) Siklosporin

E) Siklofosfamid


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
370) Hansı sitostatiklər alkiləşdirən qrup preparatlara aiddir?

A) Azatioprin

B) Bütün preparatlar

C) Siklofosfamid

D) Mikofenolat Mofetil

E) Siklosporin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
371) Alkilləşdirən sitostatiklərin əsas təsir mexanizmləri hansılardır?

A) Anticisimlərin, sitotoksiki T-limfositlərin əmələ gəlməsini azaldır, B-limfositlərin proliferasiyasını inhibisiya edirlər

B) İnterleykinlərin əmələ gəlməsini və T-xelperlərin aktivliyinin azaltması

C) Zülalların sintezini pozan çarpaz nuklein turşuların birləşməsi

D) Dezoksiribonuklein turşusunun sintezinə vacib olan fermentlərin inhibisiyası

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
372) Sitostatiklərin antimetabolik təsirli əsas mexanizmləri hansılardır?

A) Zülalların sintezini pozan çarpaz nuklein turşuların birləşməsi

B) İnterleykinlərin əmələ gəlməsini və T-xelperlərin aktivliyinin azaltması

C) Dezoksiribonuklein turşusunun sintezinə vacib olan fermentlərin ingibisiyası

D) Bütün sadalananlar

E) Anticisimlərin, sitotoksiki T-limfositlərin əmələ gəlməsini azaldır, B-limfositlərin proliferasiyasını inhibisiya edirlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
373) Siklosporin A təsirinin əsas mexanizmləri hansılardır?

A) Zülalların sintezini pozan çarpaz nuklein turşuların birləşməsi

B) Anticisimlərin, sitotoksiki T-limfositlərin əmələ gəlməsini azaldır, B-limfositlərin proliferasiyasını inhibisiya edirlər

C) Dezoksiribonuklein turşusunun sintezinə vacib olan fermentlərin inhibisiyası

D) İnterleykinlərin əmələ gəlməsini və T-helperlərin aktivliyinin azaltması

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
374) Mikofenolat Mofetilin əsas təsir mexanizmi hansılardır?

A) Zülalların sintezini pozan çarpaz nuklein turşuların birləşməsi

B) Interleykinlərin əmələ gəlməsini və T-xelperlərin aktivliyinin yatırtması

C) Bütün sadalananlar

D) Dezoksiribonuklein turşusunun sintezinə vacib olan fermentlərin inhibisiyası

E) Antitellərin, sitotoksiki T-limfositlərin əmələ gəlməsini ləngidir, B-limfositlərin proliferasiyasını inhibisiya edir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
375) Antimetabolik təsirli sitostatiklərə nə aiddir?

A) Azatioprin

B) Siklofosfan

C) Mikofenolat Mofetil

D) Siklosporin

E) Takrolimus FK-506


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
376) Sadalanlardan hansıları selektiv immunodepressantlara aiddir?

A) Siklosporin və mikofenolat mofetil

B) Mikofenolat Mofetil

C) Siklosporin

D) Bütün sadalananlar

E) Siklofosfan


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
377) Selektiv immunodepressantlara nə aiddir, birindən başqa?

A) Selsept

B) Siklosporin

C) Mofetila mikofenolat

D) Azatioprin

E) Takrolimus FK-506


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
378) Siklofosfamidin seçilmiş dozasının effektivliyini necə təyin etmək olar?

A) Qanda trombositlərin sayı ilə

B) Kliniki əlamətlərin azalması ilə

C) Qanda leykositlərin sayı ilə

D) Bütün sadalananları nəzərə almaqla

E) Qaraciyər fermentlərin aktivliyinin artması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
379) Hansı tədbirlər həyata keçirmək lazımdır ki, siklofosfamid qəbul edən xroniki qlomerulonefritli xəstənin qanında leykositlərin səviyyəsi 2500 hüc/mkl –dən aşağı düşməsin?

A) Əvvəlki dozanı 10% azaltmaq

B) Əlavə prednizolon təyin etmək

C) Dozanı 10% artırmaq

D) Əvvəlki dozanı 25% azaltmaq

E) Preparatı kəsmək


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
380) Qlomerulonefritli xəstənin müalicəsinə siklofosfamidin təyinində hansı göstəriciləri nəzarətdə saxlamaq lazımdır?

A) Eritrosituriyanın səviyyəsini

B) Qanda leykositlərin səviyyəsini

C) Qanda neytrofillərin səviyyəsini

D) Qaraciyər fermentlərin aktivliyini

E) Bütün sadalananları


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
381) Siklofosfanla aparılan puls-terapiyanın düzgün sxemı hansıdır?

A) Vena daxilinə damcı üsulu ilə 150-200 ml fizioloji məhlulda15-20 mq/kq/gündə preparat 2-3 həftədən bir

B) Vena daxilinə damcı üsulu ilə 150-200 ml fizioloji məhlulda 5-10 mq/kq/gündə preparat 1ay müddətində gündəlik

C) Vena daxilinə damcı üsulu ilə 150-200 ml fizioloji məhlulda30-40 mq/kq/gündə preparat hər həftədə

D) Vena daxilinə bolyuslu 20 ml fizioloji məhlulda15-20 mq/kq/gündə preparat bir dəfə 2-3 həftədən bir

E) Vena daxilinə 150- 200 ml fizioloji məhlulda15-20 mq/kq/gündə preparat bir dəfə 6 aydan bir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
382) Qlomerulonefritli xəstənin müalicəsində lazımı effektə nail olmaq üçün siklofosfanla puls-terapiyanın dozası və müddəti nə qədər olmalıdır?

A) 12 qramm 6 aydan az olmamaq şərti ilə

B) 3 qramm 6 aydan az olmamaq şərti ilə

C) Sadalananlar düzdür

D) 6 qramm 6 aydan az olmamaq şərti ilə

E) 6 qramm 3 aydan az olmamaq şərti ilə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
383) Siklofosfanın əlavə təsiri hansıdır?

A) Teratogen effekt

B) Sadalananların hamısı

C) Ürək bulanma, qusma, diareya

D) Sonsuzluq

E) Allopesiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
384) Siklofosfanın ağır əlavə effektinə ehtimal yaradan ümumi kumulyativ doza hansıdır?

A) 1000 mq/kq

B) 100 mq/kq

C) Əhəmiyyətı yoxdur

D) 200 mq/kq

E) 700 mq/kq


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
385) Qlomerulonefritlərin müalicəsində sitostatiklərin təyininə olan göstərişlər hansılardır?

A) Qlükokortikoid terapiyanın təyini şübhəli olduqda

B) Qlükokortikoid terapiyanın fəsadları zamanı

C) Hipertenzion sindromun mövcudluğu

D) Qlükokortikoid terapiyanın təyini az effektiv olduqda

E) Sadalananların hamısı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
386) Sadalananlardan səhv fikir hansıdır?

A) Cavan kişilərdə xlorbutinə üstünlük verilir

B) Qadınlarda və ahıl kişilərdə xlorbutinə üstünlük verilir

C) Xlorbutin siklofosfandan gec təsir edir

D) Xlorbutinin təyinində siklofofamiddən fərqli olaraq şişlər daha gec inkişaf edir

E) Xlorbutinin təyinində sümük iliyinin supressiyası gec inkişaf edir, geriyə qayıdan olur, nəinki siklofofamid təyin olduqda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
387) Qlomerulonefritlərin müalicəsində siklofosfan adətən hansı dozada istifadə olunur?

A) 10 mq/kq/gün

B) 1-3 mq/kq/gün

C) 5-6 mq/kq/gün

D) 0,5 mq/kq/gün

E) 60 mq/kq/gün


Ədəbiyyat: "Nefrologiya" ,M.Ağayev
388) Siklosporinin təyininə göstərişlər hansılardır?

A) Fokal seqmentar qlomeruloskleroz

B) Minimal dəyişikliklərlə qlomıerulonefrit

C) Sadalananların hamısı

D) Qlyukokortikoidlərə rezistentlik zamanı

E) Böyrəklərin trasplantasiyasından sonra


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
389) Qlomerulonefritli xəstənin müalicəsində siklosporinin təyinindən əvvəl nə etmək lazımdır?

A) Böyrəklərin USM-si

B) Kompyuter tomoqrafiya

C) Ekskretor uroqrafiya

D) Sadalananların heç biri

E) Böyrəklərin biopsiyası


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
390) Qlomerulonefritlərin müalicəsində siklosporinin dozası hansıdır?

A) 7,5-10,0 mq/kq/gün

B) 20,0 mq/kq/gün az olmamaqla

C) 2,5-5 mq/kq /gün

D) 5-7,5 mq/kq/gün

E) 0,5-1 mq/kq/gün


Ədəbiyyat: "Nefrologiya" ,M.Ağayev
391) Siklosporinin əlavə təsirləri hansılardir?

A) Diş ətinin hipertrofiyası

B) Arterial hipertenziya

C) Nefrotoksiki təsir

D) Hipertrixoz

E) Sadalananların hamısı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
392) Qlomerulonefritli xəstənin müalicəsində siklosporinin təyininin əks göstərişləri hansılardır?

A) İnterstisiumun sklerozu, kanalcıqların atrofiyası

B) Mezangiumun proliferasiyası

C) Fokal seqmentar qlomeruloskleroz

D) Bazal membranın dəyişikliyi

E) Podositlərin əyaqcıqlarının birləşməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
393) Pontiçelli sxemi nədən ibarətdir?

A) Metilprednizolon +siklofosfan – puls terapiya şəkilində 3 ay ərzində

B) 6 ay müddətində qlükokortikoid+sitostatik+heparin+kurantil

C) 6 ay müddətində per os qlükokortikoid+sitostatik

D) 6 ay müddətində per os xlorbutin və metilprednizolonla puls terapiya

E) Metilprednizolonla puls terapiya, sonra 6 ay müddətində per os prednizolon


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
394) Kəskin poststreptokokk qlomerulonefritdə nə təyin olunmur?

A) Nifedipin

B) Strofantin

C) Mayenin, duzun məhdudlaşdırılması

D) Furosemid

E) Penisillin sırasından antibiotiklər


Ədəbiyyat: "Nefrologiya" ,M.Ağayev
395) Kəskin poststreptokokk qlomerulonefritli xəstəyə hansı vəziyyətlərdə prednizolon təyin olunur?

A) 2 həftədən artıq davam edən nefrotik sindrom

B) Sadalananların hamısı

C) Sidiyin xüsusi çəkisinin enməsi, xəstəliyin I-ci mərhələsində

D) Biopsiyada 50% az yumaqcıqlarda aşkarlanan ayparalar

E) Uzun müddət davam olunan kəskin böyrək çatmamazlığı


Ədəbiyyat: "Nefrologiya" ,M.Ağayev
396) Minimal dəyişikliklərlə gedən qlomıerulonefritdə residivləşən nefrotik sindromun müalicəsi hansı aşağıdakı sxem ilə aparmaq lazımdır?

A) Sadalananların hamısı

B) P.Kinsaid-Smith sxemi

C) 10-15 mq/kq/sut prednizolon ilə puls terapiya 3 gün ardıcıl, sonra prednizolon 0,5 mq/kq/gün

D) Prednizolon 0,5 mq/kq/gün + siklofosfamid 2-2.5 mq/kq/gün 12 ay müddətində

E) Pontiçelli sxemi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
397) Səhv fikir hansıdır?

A) Minimal dəyişikliklərlə gedən qlomerulonefritdə ilk dəfə yaranmış nefrotik sindromunun müalicəsi Pontiçellinin sxemi ilə başlamaq lazımdir

B) Minimal dəyişikliklərlə gedən qlomerulonefritdə residivləşən nefrotik sindromun müalicəsində sitostatiklər və ya siklosporin istifadə olunur

C) 6-8 həftəlik prednizolonla standart müalicə yalnız 50% minimal dəyişikliklərlə olan qlomerulonefritli xəstələrdə remissiya verir

D) Steroid terapiyanın əks göstərişində minimal dəyişikliklərlə olan qlomerulonefritli xəstələrin müalicəsi sitostatiklərlə aparılır

E) 12-16 həftə müddətində davamlı müalicə minimal dəyişikliklərlə olan qlomerulonefritli xəstələrin əksəriyyətində remissiya verir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
398) Alkohol nefriti proqnozunun ağırlığını müəyyən edən əlamətlər hansılardlr?

A) Davamlı arterial hipertenziya

B) Nefrotik sindromun əmələ gəlməsi

C) Nəzərəçarpan silindruriya

D) Uzun müddətli alkoqol stajı

E) Proteinuriya 1q/l


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
399) Fokal seqmentar qlomerulosklerozda ilk dəfə yaranmış nefrotik sindromun hansı müalicə sxemi optimaldır?

A) Prednizolon 1-1,2 mq/kq/gün per os + siklofosfamid 2-2.5 mq/kq/gün 2 ay müddətində

B) Siklofosfanla puls terapiya, sonra 3 ay müddətində per os prednizolon

C) 1-1,2 mq/kq/gün prednizolon 4ay müddətində per os

D) Prednizolon 1-1,2 mq/kq/gün per os + siklofosfamid 2-2.5 mq/kq/gün və ya siklosporin 4 və artıq ay müddətində

E) Metilprednizolonla puls terapiya, sonra 1 ay müddətində per os prednizalon


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
400) Fokal seqmentar qlomerulosklerozda residivləşən nefrotik sindromun hansı müalicə sxemi optimaldır?

A) 1-1,2 mq/kq/gün prednizolon 4ay müddətində per os

B) Metilprednizolonla puls terapiya, sonra 1 ay müddətində per os prednizolon

C) Prednizolon 1-1,2 mq/kq/gün per os + siklofosfamid 2-2.5 mq/kq/gün və ya siklosporin 4 və artıq ay müddətində

D) Siklofosfanla puls terapiya, sonra 3 ay müddətində per os prednizolon

E) Prednizolon 1-1,2 mq/kq/gün per os + siklofosfamid 2-2.5 mq/kq/gün 2 ay müddətində


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
401) Spirtli içkilərin intensiv şəkildə qəbulu zamanı nə müşahidə olunur?

A) Bütün sadalananlar

B) Hipertriqliseridemiya

C) Hiperkatexolaminemiya

D) Bütün sadalananlar düz deyil

E) Purin mübadiləsinin pozulması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
402) Membranoz nefropatiyanın hansı variantında immunosupressiv terapiya adətən aparılmır?

A) Bütün variantlarda

B) 3,5 q/sut artıq proteinuriyası olan xəstələrdə

C) Nefrotik sindromla və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə

D) Nefrotik sindromsuz və nəzərəçarpan proteinuriyasız xəstələrdə

E) Nefrotik sindromla və böyrəklərin funksiyası nisbi enmiş xəstələrdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
403) Analgetik nefropatiya əlamətlərinə nə aid deyil?

A) Nikturiya

B) Arterial təzyiq

C) USM-də:böyrəklərin ölçülərinin kiçilməsi, beyin maddədə kalsinatlar, böyrək konturlarının əyriliyi

D) Xroniki ağrı sindromu

E) Nefrotik sindrom


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
404) Xroniki qlomerulonefritin hansı klinik variantında arterial təzyigin

qalxması xarakterikdir?

A) Latent

B) Bütün sadalananlar

C) Nefrotik

D) Qarışıq

E) Hematurik


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
405) Kəskin qlomerulonefriti xarakterizə edən klassik 3-lük simptomları hansılardı?

A) Ödemlər,tənginəfəslik, hematuriya

B) Ödemlər,böyrək sancısı, hematuriya

C) Ödemlər, hipertoniya, hematuriya

D) Ödemlər,böyrək sancısı, hipertoniya,

E) Ödemlər, hipertoniya, ürək döyünmə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
406) Membranoz nefropatiyanın immunosupressorlarla hansı müalicə sxemi optimaldır?

A) Sadalananlar hamısı düzdür

B) 12 aydan az siklosporin A

C) 6-12 ay müddətində prednizolonla monoterapiya

D) Metilprednizolonla puls terapiya, sonra 4-6 ay müddətində per os prednizolon

E) Pontiçellinin sxemi 6 ay müddətində


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
407) Ig A nefropatiyanın normal böyrək funksiyası və proteinuriya 1 q/gün az olduqda hansı müalicə sxemi optimaldır?

A) Prednizolon 3ay müddətində per os + AÇF-inhibitorları

B) Prednizolon 3ay müddətində per os

C) Prednizolon 3ay müddətində per os + siklofosfamid

D) Siklofosfamidlə puls terapiya

E) AÇF-inhibitorları, dipiridamol, omega-3, polidoymamış yağ turşuları


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
408) Mezangiokapillyar qlomerulonefritin nefrotik sindromsuz , proteinuriya 3 q/gün az, normal böyrək funksiyası ilə hansı müalicə sxemi optimaldır?

A) AÇF-inhibitorları

B) Prednizolon 4-6 ay müddətində per os

C) Siklosporin A 6-12 ay müddətində

D) Pontiçellinin sxemi

E) Prednizolon per os + siklofosfamid 4-6 ay müddətində


Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə