Nefrologiya ixtisası üzrə nümunəvi test sualları (yeni əlavə olunmuş suallar bu faylın tərkibində mövcuddur) Tarix


) Pielonefrit zamanı böyrəklərdə hansı növ zədələnmə müşahidə olunur?



Yüklə 1,37 Mb.
səhifə5/15
tarix22.03.2018
ölçüsü1,37 Mb.
#33131
1   2   3   4   5   6   7   8   9   ...   15

283) Pielonefrit zamanı böyrəklərdə hansı növ zədələnmə müşahidə olunur?

A) Tubulointerstisial zonasında

B) Bütün göstərilənlər

C) Infeksion-iltihabi

D) Qeyrispesifik

E) Heç biri düz deyil


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
284) Hansı əhali qruplarında pielonefrit riski yüksəkdir?

A) Erkən yaşlı qızlarda

B) Bütün göstərilən hallarda

C) Hamilələrdə

D) Qoca yaşlarda

E) Doğuşdan sonra


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
285) Böyrəklərdə və sidik yollarında infeksion prosesin inkişafı üçün imkan yaradan faktorlar hansılardır?

A) Immunosupressiv terapiya

B) Sidik yollarin obstruksiyasi

C) Göstərilənlərdən heç biri

D) Instrumental müayinə zamani bilavasitə infeksiyalanma

E) Bütün göstərilənlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
286) Hamiləlik zamanı pielonefritin inkişafına hansı proseslər təkan verir?

A) Cinsi hormonların səviyyəsinin dəyişkənliyi

B) Bütün göstərilənlər

C) Sidik yollarına böyümüş uşaglığın təzyiqi nəticəsində sidik axınının pozulması

D) Sidik axarlarının sistoid funksiyasının pozulması

E) Göstərilənlərdən heç biri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
287) Şəkərli diabet zamanı pielonefritin yaranması hansı faktorlar ilə əlaqədardır?

A) Proqress edən yumaqcıq dəyişiklikləri

B) Sidik kisəsinin neyrogen disfunksiyası

C) Böyrəkdə qan dövranının dəyişilməsi

D) İmmun statusunun dəyişiklikləri

E) Bütün göstərilənlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
288) Pielonefritin yaranması hansı faktorlar ilə əlaqədardır?

A) Böyrək hemodinamikasının pozulması

B) Göstərilənlərdən heç biri

C) Bütün göstərilənlər

D) Tubulointerstisial skleroz

E) Qlomeruloskleroz


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
289) Xroniki pielonefritin hansı əlamətləri müşahidə olunur?

A) Göstərilənlərdən heç biri

B) Kasacıqların deformasiyası

C) Bütün göstərilənlər

D) Ləyənlərin genəlməsi

E) ” Böyrəklərin tireoidizasiyası”


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
290) Kəskin pielonefritin gedişinin ağırlaşmaları hansılardır?

A) Bütün göstərilənlər

B) Apostematoz nefrit

C) Böyrək karbunkulu

D) Nekrotik papillit

E) Böyrək absesi


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
291) Kəskin pielonefrit hansı proseslər nəticəsində yaranır?

A) Bütün göstərilənlər

B) Sidik yollarında diaqnostik və müalicəvi əməliyyatlardan sonra

C) Sidik yollarının kəskin okklyuziyası

D) Göstərilənlərdən heç biri

E) Sistem infeksiyaları


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
292) Kəskin pielonefrit başlanğıcı hansı əlamətlər ilə səciyyələnir?

A) Qızdirma(39-40C)

B) Artralgiya

C) Bütün göstərilən simptomların artması

D) Ümumi intoksikasiya

E) Mialgiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
293) Kəskin pielonefrit zamanı nkişaf etmiş bakteriemik şok hansı əlamətlər ilə fərqlənir?

A) Oliquriya,Tanemiya

B) Kəskin taxikardiya

C) AT 80-70- mm.civ.süt enməsi ilə

D) Dizuruya ilə

E) Bütün göstərilənlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
294) Bakteriemik şok nə zaman kəskin pielonefritin gedişini ağırlaşdırır?

A) Bütün göstərilən hallarda

B) Kəskin mexanik obstruksiya zamanı

C) Sidik yollarının distoniyası

D) Göstərilənlərdən heç biri

E) Xroniki piyelonefrit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
295) Kəskin pielonefrit zamanı sidiyin laborator dəyişiklikləri hansıdır?

A) Leykosituriya

B) Bütün göstərilənlər

C) Bakteriuriya

D) Silindruriya

E) Cuzi proteinuriya


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
296) Kəskin pielonefritin diaqnostikasında hansı üsullar istifadə edilir?

A) Ekskretor uroqrafiya

B) İcmal uroqrafiya

C) Xromosistoskopiya

D) Bütün göstərilənlər

E) Böyrəklərin ultrasəs müayinəsi (USM)


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
297) Kəskin pielonefritin diaqnostikasında icmal və ekskretor uroqrafiya hansı imkanlara malikdir?

A) Paranefral təbəqənin prosesə qatılmasını aşkar etmək

B) Sidik yollarının obstruksiyasını

C) Kasacıq -ləyən sisteminin vəziyyətini qiymətləndirmək

D) Bütün göstərilənləri müəyyənləşdirmək

E) Kontralateral böyrəyin vəziyyətini qiymətləndirmək


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
298) Xodson simptomu hansı xəstəliklərdə müşahidə olunur?

A) Kəskin pielonefrit zamani

B) Xroniki pielonefrit zamani

C) Qlomerulonefrit zamani

D) Bütün göstərilən hallarda

E) Göstərilənlərdən heç biri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
299) Xroniki pielonefritin əlamətləri hansılardır?

A) Anemiya

B) Bütün göstərilənlər

C) Müstəqil sidik sindromu

D) Arterial hipertenziya

E) Göstərilənlərdən heç biri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
300) Pielonefritin müalicəsində istifadə olunan antibiotiklər hansıdır?

A) Karbopenemlər

B) Sefalosporinlər

C) Yarımsintetik penisillinlər

D) Ftorxinolonlar

E) Bütün göstərilənlər


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
301) Xroniki pielonefritin residiv əlehinə terapiyası nədən ibarətdir?

A) Vitaminizasiyadan

B) Bütün göstərilənlərdən

C) Dərman preparatlarından

D) Müalicəvi otların istifadəsindən

E) Sidiyin normal passajının təminindən


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
302) Veqener granulematozu zamanı qanda hansı hüceyrələr daha agır təsirə məruz qalır?

A) Eritrositlər

B) Bütün göstərilənlər

C) Neytrofillər

D) Trombositlər

E) Eozinofillər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
303) Nekrotik papillit hansı xəstəliklərlə müşahidə olunur?

A) Sadalanan halların heç biri

B) Böyrəklərin vərəmində

C) Bütün sadalanan hallarda

D) Diabetik nefropatiyada

E) Böyrəklərin dərman zədələnməsində


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
304) Proliferativ qlomerulonefritin hansı morfoloji tipləri var?

A) Diffuz proliferativ,ekstrakapillyar,mezangioproliferativ

B) Diffuz proliferativ

C) Membranoz

D) Mezangioproliferativ

E) Ekstrakapillyar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
305) Qeyri proliferativ qlomerulonefritin hansı morfoloji tipləri var?

A) Membanoz

B) Fokal-seqmentar qlomeruloskleroz

C) Ekstrakapillyar

D) Minimal dəyişikliklərlə, fokal-seqmentar qlomeruloskleroz, membanoz

E) Minimal dəyisikliklərlə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
306) Tez inkişaf edən qlomerulonefrit necə xarakterizə olunur?

A) Patogenetik müalicənin standart sxemlərinin qeyri effektivliyi ilə

B) Bir neçə həftə və ya ay ərzində böyrək çatmamazlığı inkişafı ilə

C) Sadalanların hamısı

D) 50% çox yumaqcıqlarda ayparaların olması ilə

E) Kəskin nefritik sindromun inkişafı ilə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
307) Qlomerulonefritin etioloji faktorları hansılardır?

A) Viruslar

B) Dərman preparatları

C) Bakteriyalar

D) Sadalananların hamısı

E) İbtidailər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
308) Sirkə turşusu ilə zəhərlənmədə kəskin böyrək çatışmazlığı nə ilə əlaqədardır?

A) Yanıq şoku, mədənin və qida borusunun profus qanaxması

B) Bədxassəli hipertenziya

C) Kordiagen şok

D) Anafilaktik şok

E) Mədənin və qida borusunun zədələnməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
309) Anti-YBM mexanizmi ilə əmələ gələn qlomerulonefrit nə ilə xarakterikdir?

A) Sadalananların heç biri

B) Qanda sirkulyasiya edən antigenlərə qarşı antitellər

C) Sadalananların hamısı

D) Toxumalarda yerləşən antigenlərə qarşı antitellər

E) Yumaqcıq bazal membranın qeyrikollagen hissəsinin antigeninə qarşı əmələ gələn antitellər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
310) İmmun kompleks mexanizmli qlomerulonefritin xarakteristikası nədən ibarətdir?

A) Yumaqcıq bazal membranın kollagensiz hissəsinin antigeninə qarşı əmələ gələn antitellərdən

B) Qanda dövr edən antigenlərə qarşı antitellərdən, toxumalarda yerləşən antigenlərə qarşı antitellərdən

C) Qanda dövr edən antigenlərə qarşı antitellərdən

D) Toxumalarda yerləşən antigenlərə qarşı antitellərdən

E) Sadalanların hamısından


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
311) Kəskin poststreptokokk qlomerulonefritə nə xarakterik deyil?

A) Ödemlərin, hematuriyanın, arterial hipertenziyanın olması

B) Hiperqammaqlobulinemiya

C) Xəstəliyin əvvəli A qrup β-hemolitik streptokokun nefritogen ştammının daxil olması ilə eyni vaxta düşməsi

D) Xəstəliyin yaranması A qrup β-hemolitik streptokokkun nefritogen ştammının daxil olması

E) Hipokomplementemiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
312) Kəskin qlomerulonefritdə diurezin azalması nə zaman olur?

A) Heç biri düz deyil

B) Xarakterik deyil

C) Variantların hamısı düzdür

D) Xəstəliyin əvvəlində

E) Xəstəliyin aktivliyinin azalması dövründə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
313) Kəskin qlomerulonefritə nə xarakterik deyil?

A) Xəstəliyin əvvəlində yumaqcıq filtrasiya sürətinin enməsi

B) Komplementin səviyyəsinin artması

C) Proteinuriya

D) Antistreptolizin –O yüksək titri

E) Antiqialuronidazanın yüksək titri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
314) Kəskin poststreptokokk qlomerulonefritin morfoloji mənzərəsi nə ilə xarakterizə olunur?

A) Yumaqcıq ilgəklərin şişmiş və proliferasiya olunmuş endotelial və mezangial hüceyrələrlə obliterasiyası ilə

B) Bütün yumaqcıqların patoloji prosessə cəlb olunması ilə

C) Bazal membranın epitelial hissəsində “donqarların” əmələ gəlməsi ilə

D) Mezangial hüceyrələrin proliferasiyası ilə

E) Bütün sadalananlarla


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
315) Kəskin poststreptokok qlomerulonefritin əsas morfoloji dəyişikliyi hansıdır?

A) Fokal seqmentar qlomeruloskleroz

B) Endokapilyar proliferasiya

C) Yumaqcıq ilgəklərin sklerozu

D) Ekstrakapilyar proliferasiya

E) Bazal membranın parçalanması və ikiləşməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
316) Qlomerulonefritin heparin ilə müalicəsində hansı sxem optimaldır?

A) 15-40 min vahid gün ərzində, fasilələrlə, 3-4 dəfə d/altına

B) 2,5-5 min vahid gün ərzində, 1 dəfəlik d/altına

C) 15-40 min vahid gün ərzində fasilələrlə, vena daxilinə

D) Bütün sadalananlar düzdür

E) 2,5-5 min vahid gün ərzində 1 dəfəlik vena daxilinə


Ədəbiyyat: «Нефрология» под ред. И.Е. Тареева, Москва,2000
317) Yarım kəskin qlomerulonefritin morfoloji ekvivalenti hansıdır?

A) Bütün sadalananlar

B) Fokal seqmentar qialinoz

C) Endokapilyar proliferativ qlomerulonefrit

D) Ekstrakapilyar proliferativ qlomerulonefrit

E) Yumaqcıq ilgəklərin sklerozu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
318) Sürətli proqres edən edən qlomerulonefritin morfoloji xarakteristikasına nə aiddir ?

A) Epitelial ayparaların 50%-dən çox yumaqcıqlarda əmələ gəlməsi

B) Bütün sadalananlar

C) Ekstrakapilyar proliferasiya

D) Kapilyar daxili fibrin tromblar

E) Kapilyarların divarlarının nekrozu və dağılması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
319) Qlomerulonefritin hansı simptomları onun sürətli proqressivləşən inkişafını göstərir?

A) Xəstəliyin başlanmasından tez inkişaf edən retinopatiya qişanın ayrılması ilə

B) Bütün sadalananlar

C) Bir il müddətində uremiyanın inkişafı

D) Qısa (bir neçə həftə,ay ) müddətdə böyrəklərin funksiyasının enməsi

E) Yüksək hipertenziya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
320) Mezangioproliferativ qlomerulonefrit hansı morfoloji dəyişikliklə xarakterizə olunur?

A) Mezangiuma yaxın yerləşən hissələrdə bazal membranın ocaqlı qalınlaşması və ikiləşməsi

B) Bütün sadalananlar

C) Epitelial ayparaların əmələ gəlməsi

D) Mezangiumun proliferasiyası, genişlənməsi və interpozisiyası

E) Mezangiumun proliferasiyası, genişlənməsi və interpozisiyası, Mezangiuma yaxın yerləşən hissələrdə bazal membranın ocaqlı qalınlaşması və ikiləşməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
321) IgA – nefropatiya hansı morfoloji varianta uyğundur?

A) Mezangiokapillyar qlomerulonefritə

B) Ekstrakapilyar proliferativ qlomerulonefritə

C) Minimal dəyisikliklərlə qlomerulonefritə

D) Membranoz nefropatiyaya

E) Mezangioproliferativ qlomerulonefritə


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
322) IgA – nefropatiyanın morfoloji xassələrı hansılardır?

A) Mezangiumun proliferasiyası, genişlənməsi və interpozisiyası

B) IgA mezangiumda və endoteliumun altında yığılması

C) Mezangiuma yaxın yerləşən hissələrdə bazal membranın ocaqlı qalınlaşması və ikiləşməsi

D) Podositlərin intakt olması

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
323) IgA – nefropatiyanın kliniki formalarına nə aid deyil?

A) Respirator xəstəlikdən 2-3 həftə sonra əmələ gələn makrohematuriya

B) Qan zərdabında IgA artması

C) Qızdırma, vaksinasiya ilə eyni vaxtda yaranan makrohematuriya

D) Arterial hipertenziya

E) Cavan yaşda kişilərdə daha çox təsadüf olunur


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
324) Qlomıerulonefritlərin müalicəsində xlorbutinin dozaları hansıdır?

A) 0,5 mq/kq/sut

B) 5-6 mq/kq/sut

C) 8 mq/kq/sut

D) 30 mq/kq/sut

E) 0,1-0,2 mq/kq/sut


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
325) Sanator- kurort müalicəyə göstəriş hansıdır?

A) Xroniki böyrək çatmamazlığın terminal mərhələsində

B) Anemiya

C) Yüksək arterial təzyiq

D) Xroniki pielonefritin kəskinləşməsi

E) Xroniki pielonefritin remissiya mərhələsi


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
326) Pielonefritin müalicəsində fizioterapevtik metodların təsiri hansılardır?

A) Antibakterial preparatların təsirinin yaxşılaşması

B) Böyrəkdə urodinamikanın yaxşılaşması

C) Böyrək ləyəninin və sidik axarlarının əzələlərinin spazmasını azaltması

D) Bütün sadalananlar düzdür

E) Böyrəyin qan dövranın güclənməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
327) IgM– nefropatiya hansı morfoloji varianta uyğundur?

A) Mezangioproliferativ qlomerulonefritə

B) Minimal dəyişikliklərlə qlomerulonefritə

C) Membranoz nefropatiyaya

D) Mezangiokapillyar qlomerulonefritə

E) Fokal seqmentar qialinoza


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
328) IgA – nefropatiyanın morfoloji əlamətlərinə hansı dəyişikliklər aid deyil?

A) Podositlərin zədələnməsi

B) IgA mezangiumda yığılması

C) Mezangiumun interpozisiyası

D) Mezangiumun genişlənməsi

E) Mezangiuma yaxın yerləşən hissələrdə bazal membranın qalınlaşması və ikiləşməsi


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
329) Mezangiokapillyar qlomerulonefritə hansı morfoloji dəyişikliklər aiddir?

A) Bütün sadalananlar

B) Mezangiumun proliferasiyası

C) Subendotelialda bərk-elektron materialın yığılması

D) Bazal membranın diffuz iki konturluğu

E) Bərk-elektron materialın bazal membranın daxilində yığılması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
330) ”Bərk depozitlər” xəstəliyinə qlomerulonefritin hansı morfoloji forması aiddir?

A) Minimal dəyisikliklərlə qlomerulonefrit

B) Endokapillyar proliferativ qlomerulonefrit

C) Membranoz nefropatiya

D) Mezangioproliferativ qlomerulonefrit

E) Mezangiokapillyar qlomerulonefrit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
331) Kliniki mezangiokapillyar qlomerulonefritə aid olmayan simptomlar hansılardır?

A) Bildirilmiş proteinuriya və nefrotik sindrom

B) Sürətli proqresedən qlomerulonefrit

C) Keçici makrohematuriya

D) Hipokomplementemiya

E) Tez-tez baş verən spontan remissiyalar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
332) Latent pielonefrit zamanı hansı əlamətlər müşahidə olunur?

A) Bədən temperaturunun artması

B) Bütün göstərilən simptomlar

C) Bel nahiyyəsində ağrılar

D) Titrəmə

E) Simptomlardan heç biri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
333) Aşağıda göstərilən müalicə sxemlərinin hansı gestasion pielonefrit optimaldır?

A) Bütün sadalananlar

B) Tetraciklin, kanefron, furosemid

C) Siprofloksacin, kanefron, nospha forte

D) Amoksiklav, quşüzümü preparatları, Nospa fortae

E) Amoksiklav, hipotiazid


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
334) Pielonefritin xarakterik laborator əlamətləri hansılardır?

A) Bakteriuriya

B) Bütün sadalananlar

C) Silindruriya

D) Mikrohematuriya

E) Leykosituriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
335) Pielonefritin əmələ gəlməsinin risk faktorları hansılardır?

A) Sidik yollarının və böyrəklərin anomaliyaları

B) Bütün sadalananlar

C) Reflyukslar

D) Şəkərli diabet

E) Hamiləlik


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
336) Hansı ifadə səhv deyil?

A) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən tubulointerstisial toxumanın zədələnməsi ilə

B) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən kasa-ləyən sisteminin zədələnməsi ilə

C) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən kasa-ləyən sisteminin,tubulointerstisial toxumanın, tez-tez yumaqcıq apparatının cəlb olunması ilə keçən zədələnməsidir

D) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən kanalcıq apparatının zədələnməsi ilə

E) Pielonefrit – böyrəklərin infeksion iltihabi xəstəliyidir, xüsusən interstisial toxumanın zədələnməsi ilə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
337) Xroniki pielonefritli xəstələrdə arterial təzyigin daimi artması nədən asılıdır?

A) Kliniki gedişatdan

B) Sadalananların heç biri düz deyil

C) Bütün sadalananlar düzdür

D) Kliniki formasından asılıdır

E) Lipoproteidlərin qanda səviyyəsindən


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
338) Pielonefritin diagnostikasında əlamətlərin ən vacibi hansıdır?

A) Nəzərə çarpan hidrokalikoz

B) Bütün göstərilənlər

C) Leykosituriya

D) Nəzərə çarpan bakteriuriya

E) Dizuriya


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
339) Xroniki pielonefritin müalicəsi nəyə əsaslanır?

A) Urodinamika vəziyyəti haqqında məlumata

B) Sidiyin əkilməsi haqqında məlumata

C) Göstərilənlərin heç birinə

D) Böyrək funksiyasının müayinəsi nəticələrinə

E) Bütün göstərilən məlumatlara


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
340) Pielonefritin səbəbi göy irin çöpü olduğda hansı müalicə təyin olunmalıdır?

A) 5 - NOK

B) Heç biri ilə

C) Karbenisillin

D) Fitoterapiya

E) Biseptol


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
341) Minimal dəyişikliklərlə gedən qlomerulonefrit nə ilə xarakterizə olunur?

A) İşıq mikroskopiya zamanı dəyişikliklərin olmaması ilə

B) Bazal membranın intaktlığı ilə

C) Bütün sadalananlarla

D) İmmunflyuoressent mikroskopiya zamanı dəyişikliklərin olmaması ilə

E) Elektron mikroskopiya zamanı podositlərin ayaqcıqlarının birləşməsi ilə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
342) Böyrəklərin xroniki xəstəlikləri nə deməkdir?

A) 6 ay müddətində davam edən hər hansı böyrək xəstəliyi

B) Nozoloji diaqnozdan asılı olmayaraq 3 ay müddətində böyrəklərdə istənilən zədələnmə əlamətləri

C) Pielonefritin klinik əlamatləri ilə gedən böyrək xəstəliyi

D) Bütün ifadələr düzdür

E) Qlomerulonefritin klinik əlamətləri ilə gedən böyrək xəstəliyi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
343) Minimal dəyisikliklərlə gedən qlomerulonefritin kliniki xarakteristikası hansıdır?

A) Nefrotik krizin inkişafı

B) Müvafiq proqnoz

C) Massiv proteinuriya

D) Bildirilmlş nefrotik sindrom anasarka ilə

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
344) Fokal seqmentar qialinozun morfoloji mənzərəsinə nə aid deyil?

A) Prosessə ayrı-ayrı yumaqcıqların cəlb olunması

B) Prosess yumaqcıqların sklerozu ilə başlayır, yuqstamedullyar nefronlar istisna olmaqla

C) Mezangiomun proliferasiyası

D) Yumaqcıqlarda ayrı-ayrı seqmentlər skleroza uğrayırlar

E) Adətən yumaqcıqların kapsulası ilə əlaqəli hialin materialın şarabənzər çöküntüsü


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
345) Fokal seqmentar hialinozun klinik mənzərəsinə sadalananlardan nə xarakterik deyil?

A) Bildirilmiş proteinuriya

B) Daha xoş gedişli qlomerulonefrit

C) Tezproqressivləşən gediş

D) Nəzərəçarpan arterial təzyiq

E) Nefrotik sindrom


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
346) Kəskin interstisial nefritli xəstənin sidiyinin ümumi analizinə hansı dəyişkliklər səciyyəvidir?

A) Bütün göstərilən dəyişiklər

B) Proteinuriya

C) Göstərilənlərin heç biri

D) Bakteriuriya

E) Limfosituriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
347) Kəskin interstisial nefritin inkişafına ən çox təkan verən hansı dərmanlardır?

A) Hipotenziv preparatlar

B) Diuretiklər

C) Ganglioblokatorlar

D) Antibiotiklər

E) Ürək glikozidləri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
348) Kəskin interstisial nefritin baş verməsinin etioloji faktorları?

A) Sistem xəstəlikləri

B) İnfeksiyalar

C) Bütün sadalananlar

D) Böyrək arteriyalarının aterosklerozu

E) Dərman preparatları


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə