Nefrologiya ixtisası üzrə nümunəvi test sualları (yeni əlavə olunmuş suallar bu faylın tərkibində mövcuddur) Tarix


) Mezangiokapillyar qlomerulonefritin hansı klinik varianta ekvivalent olan formasında immunosupressiv terapiya təyin olunur?



Yüklə 1,37 Mb.
səhifə7/15
tarix22.03.2018
ölçüsü1,37 Mb.
#33131
1   2   3   4   5   6   7   8   9   10   ...   15

409) Mezangiokapillyar qlomerulonefritin hansı klinik varianta ekvivalent olan formasında immunosupressiv terapiya təyin olunur?

A) Nefrotik sindromsuz

B) Nefrotik sindrom və böyrəklərin funksiyası nisbi enmiş xəstələrdə

C) Nefrotik sindrom və böyrəklərin funksiyası saxlanılmış və yaxud az enmiş xəstələrdə

D) Nefrotik sindrom və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə

E) 1 q/gündən az proteinuriyası olan xəstələrdə


Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
410) Tez proqressivləşən qlomerulonefritin Beynalxalq standart müalicəsini göstərin?

A) Metilprednizolonla puls terapiya məsələsini böyrəklərin biopsiyasından sonra həll etmək

B) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl siklosporin A müalicəsini başlamaq

C) Metilprednizolonla puls terapiya məsələsini seroloji analizlərin nəticələrindən sonra həll etmək

D) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl metilprednizolonla puls terapiyası

E) Biopsiya və seroloji analizlərin nəticələrindən əvvəl per os prednizolonla müalicəni başlamaq


Ədəbiyyat: «Нефрология». Практическое руководство. под ред. Проф.Ю.И.Гринштейна, Ростов на Дону, Феникс, 2006
411) Kəskin tubulointerstisial nefritə nə xarakterikdir?

A) Qan zərdabında normal kreatininin fonunda oliqo-anuriyanın yaranması

B) Variantların hamısı xarakterikdir

C) Ağırlaşan oliqo-anuriya fonunda qan zərdabında kreatininin qalxması

D) Poliuriya fonunda qan zərdabında kreatininin səviyyəsinin yüksəlməsi

E) Heç bir variantlar xarakterik deyil


Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
412) Kəskin tubulointerstsial nefritin müalicə prinsiplərini hansılardır?

A) Prednizalon

B) Kəskin tubulointerstsial nefriti yaradan dərmanı kəsmək

C) Dizelektroemiyanın korreksiyası

D) Desensibilizasiya edici terapiya

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
413) Pielonefritin informativ diaqnostika metoduna hansı müayinə aiddir?

A) Bütün sadalananlar

B) KT və MRT

C) Böyrəklərin USM –si

D) Dinamik stintiqrafiya

E) Ekskretor uroqrafiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
414) Pielonefritin qeyri invaziv diaqnostika metodu hansıdır?

A) KT


B) Ekskretor uroqrafiya

C) MRT


D) Böyrəklərin USM

E) Radioaktiv stintiqrafiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
415) Kəskin pielonefritin diaqnostik kriteriyanlarina sadalananlardan hansı aid deyil?

A) Bakteriuriyaya və leykosituriyaya müsbət ekspress testin nəticəsi

B) Nikturiya, azotemiya, dərinin qaşınması

C) Bel nahiyyəsində ağrılar, titrətmə, qızdırma

D) Çoxlu tərləmə, dizuriya

E) Müsbət Pasternatski simptomu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
416) Nefrotoksiki antibiotiklər hansılardır?

A) Gentamisin

B) Penisillin

C) Metisillin

D) Ampisillin

E) Eritromisin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
417) Kəskin pielonefritin daha tez-tez rast gələn etioloji faktoru hansıdır?

A) Göy irin çöpü

B) Bağırsaq çöpü

C) Stafilokokk

D) Protey

E) Enterokokk


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
418) Kəskin glomerulonefritin oliqouriya dövründə hansı əlamətlər müşahidə olunur?

A) Hipostenuriya

B) Hipostenuriya cuzi proteinuriya fonunda

C) Hipostenuriya yüksək proteinuriya fonunda

D) Hiperstenuriya

E) İzostenuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
419) Kəskin glomerulonefritin adi gedişində nə zaman patogenetik terapiya təyin olunur?

A) Məqsədəuyğun deyil

B) Xəstəliyin başlanğıcından asılı olaraq lazımdır

C) Məgsədəuyğundur

D) Plazma kreatinini artdıqda lazımdır

E) Proteinuriyanın səviyyəsindən asılı olaraq lazımdır


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
420) Sitostatik preparatlar ilə müalicə olunan xroniki qlomerulonefritlə xəstələrin dispanser müayinəsində hansı göstəricilərin nəzarəti vacibdir?

A) Böyrəklərin USM-si

B) Bilirubin

C) Xolesterin

D) EKQ

E) Qanın formalı elementləri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
421) Xroniki pielonefrit zamanı pataloqoanatomik tədqiqat çox zaman hansı faktoru aşkarlayır?

A) Periglomerulyar sklerozu

B) Kanalcıq epitelinin atrofiyasını

C) Böyrək damarlarının anevrizması

D) İnterstisiyada leykositar infiltrasiya

E) Glomeruliti


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
422) Sidik turşusu mübаdiləsi pоzulmuş (urаturiyа) хəstə uşаğа nəyin qəbulu аzаldılmаlıdır?

A) Ət və ət məhsullаrının

B) Südün

C) Firninin

D) Yаymаnın

E) Kаrtоfun


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
423) “Minimal dəyişikliklər” morfoloji formasının kliniki əlamətləri hansılardır?

A) Arterial hipertenziya

B) Mikrohematuriya

C) Kəskin nefritik sindrom

D) Nefrotik sindrom və hipertenziya

E) Nefrotik sindrom


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
424) Renal zədələnmələrin immunoloji mexanizmi nə zaman müşahidə olunur?

A) Podagrik böyrəkdə

B) Lipoidli nefrozda

C) Alport sindromunda

D) Böyrəklərin polikistozunda

E) Kəskin piyelonefritdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
425) Ödem və yüksək arterial təzyiq qlomerulonefritin hansı kliniki formasında daha çox təsadüf olunur?

A) Qarışıq

B) Hipertonik

C) Latent

D) Terminal

E) Nefrotik


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
426) Xroniki glomerulonefritin heparinoterapiyası zamanı hansı faktorlara nəzarət vacibdir?

A) Qanaxma vaxtı

B) Fibrinolizin sürəti

C) Laxtalanma vaxtı

D) Trombositlərin səviyyəsi

E) Protrombinin səviyyəsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
427) Hansı faktorlar çox zaman kəskin pielonefritin inkişafına təkan verir?

A) Kəskin sistit

B) Ağır fiziki iş

C) İnsolyasiya

D) Anemiya

E) Piylənmə


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
428) Kəskin pielonefritli xəstələrdə nekrotik papillit çox zaman hansı hallarda yaranır?

A) Xroniki pielonefrit inkişaf edəndə

B) Hamiləlik zamanı

C) Şəkərli diabet zamanı

D) Arterial hipertenziya olduğda

E) Renovaskulyar hipertoniya zamanı


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
429) Xodson simptomu nədir?

A) Qütblərdə orta hissə ilə müqayisədə böyrək parenximasının qalınlığının artması

B) Qütblərdə və orta hissədə böyrək parenximasının qalınlığının bərabər artması

C) Qütblərdə orta hissə ilə müqayisədə böyrək parenximasının qalınlığının azalması

D) Qütblərdə və orta hissədə böyrək parenximasını qalınlığının bərabər azalması

E) Böyrək ləyənlərinin daralması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
430) Qlomerulonefritin hansı forması sürətli proqresedən qlomerulonefritə aid deyil?

A) Qudpasçer sindromu zamanı qlomerulonefrit

B) Lipoid nefroz zamanı qlomerulonefrit

C) Mikroskopik poliarteriit zamanı qlomerulonefrit

D) Vegener qranulematozu zamanı qlomerulonefrit

E) İdiopatik anti- yumaqcıq bazal membranın (YBM) nefriti zamanı qlomerulonefrit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
431) Pielonefritin risk faktorlarına nə aid deyil?

A) Menopauza və hamiləlik dövründə hormonal fon

B) Bol maye qəbulu

C) Ginekoloıi xəstəliklər

D) Qadınların cidik kanalının xüsusiyyətləri

E) Sidik ifrazat traktının obstruktiv prosesləri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
432) IgA – nefropatiyanın kliniki simptomlarına hansılar aid deyil?

A) Nefrotik sindrom

B) Sidik sindromu

C) Mikro-makrohematuriya

D) Xoşxassəli gediş

E) Proteinuriya


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
433) Pielonefritin müalicəsində istifadə olunan sadalanan dərmanların birindən başqa hansı aiddir?

A) Sulfanilamidlər

B) Antibiotiklər

C) Sitostatiklər

D) Ftorxinolonlar

E) Bitki mənşəli uroantiseptiklər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
434) Analqetik nefropatiya hansı dərmanların uzunmüddətli istifadəsindən yaranır?

A) Analgetiklərın

B) Ferment preparatlar

C) Hipotenziv preparatlar

D) Sedativ preparatlar

E) Diuretiklər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
435) Xroniki intertisial nefritin səciyyəvi əlamətləri hansılardır?

A) Mülayim proteinuriya, hematuriya

B) Poliuriya, polidipsiya, proteinuriya gündə 3 q çox

C) Poliuriya, polidipsiya, anemiya

D) Ödemlər, arterial hipertoniya, hipoizostenuriya

E) Poliuriya, polidipsiya, subfebril qızdirma, nəzərə çarpan bakteiuriya


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
436) Böyrək çatışmazlığının sürətli inkişafı, uzunmüddətli anamnezi olan xəstədə, qüclü proteinuriya və yüksək arterial təzyig fonunda baş verdikdə, hansı xəstəlik haqqında düşünmək olar?

A) Pielonefrit

B) Yarımkəskin qlomerulonefrit

C) Böyrək polikistozu

D) Böyrək şışləri

E) Böyrək vərəmi


Ədəbiyyat: " Nefrologiya " , M.Ağayev
437) Membranoz nefropatiyanın morfoloji mənzərəsinə nə aid deyil?

A) Yumaqcıqların bazal membranında “tikanların” olması

B) Yumaqcıqların bazal membranın ikiləşməsi

C) Bazal membranın diffuz qalınlaşması və ikiləşməsi

D) Endoteliumun proliferasiyası

E) Yumaqcıqların bazal membranında “punktirlərin” olması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
438) Hal- hazırda nefrologiyada qlomerulonefritlərin müalicəsində ən çox istifadə olunan kortikosteroidlər hansıdır?

A) Kortizon

B) Triamsinolon

C) Prednizolon

D) Deksametazon

E) Hidrokortizon asetatı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
439) P.Kinsaid-Smith sxemi nədən ibarətdir?

A) 6 ay müddətində qlükokortikoid+sitostatik+heparin+kurantil

B) Metilprednizolon +siklofosfan – puls terapiya şəkilində 3 ay ərzində

C) 6 ay müddətində per os xlorbutin və metilprednizolonla puls terapiya

D) 6 ay müddətində per os qlükokortikoid+sitostatik

E) Metilprednizolonla puls terapiya, sonra 6 ay müddətində per os prednizalon


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
440) Membranoz nefropatiyanın hansı variantında immunosupressiv terapiya təyin olunur?

A) Nefrotik sindromsuz və bildirilmiş proteinuriyasız xəstələrdə

B) Nefrotik sindromla və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə, nefrotik sindromla və 400 mkm/l az kreatininemiya olan xəstələrdə

C) Nefrotik sindromla və 400 mkm/l çox kreatininemiya olan xəstələrdə

D) Nefrotik sindromla və 400 mkm/l az kreatininemiya olan xəstələrdə

E) Nefrotik sindromla və böyrəklərin funksiyası saxlanılmış xəstələrdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
441) Nefrotik sindromun simptomatik müalicə sxemi hansıdır?

A) Albumin, laziks

B) Fizioloji məhlul, hipotiazid, laziks

C) Effektivliyi eynidir

D) Fizioloji məhlul, veroşpiron, laziks

E) Fizioloji məhlul, eufilin, hipotiazid


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
442) Anti – YBM-nefritin optimal müalicə sxemi hansıdır?

A) İzolyasiya edilmiş hemodializ

B) Pednizolon per os və ya puls terapiya, 10-14 seans 2 litr plazma xaric olmaqla intensiv plazmafarez

C) Siklosporin A

D) Prednizolon per os və ya puls terapiya, + siklofosfan per os və ya puls terapiya

E) İzolyasiya edilmiş, intensiv plazmafarez


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
443) Sürətlə proqres edən qlomerulonefritin hansı variantında, kreatininemiya 600mkm/l çox, hemodializ seansları ilə yanaşı aqressiv immunosupressiv terapiya təyin olunmur?

A) Qırmızı qurd eşənəkli qlomerulonefritdə

B) Mikroskopik poliarteriitdə ANCA – assosiasiya olunmuş qlomerulonefritdə

C) Anti – YBM-lı nefritdə

D) Vegener qranulematozunda ANCA – assosiasiya olunmuş qlomerulonefritdə

E) Düyünlü periarteritli glomerulonefritdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
444) 17 yaşlı qız angina ilə xəstələnib. Ona antibiotik təyin olunub. Antibiotik inyeksiyasından 2 - 3 gün sonra onda arterial təzyigin qalxması, hematuriya, proteinuriya (6 q / gün), poliuriya ( 3 -4 l / gün), sidiyin aşağı xüsusi çəkisi, qanda kreatininin səviyyəsinin qalxması ( 350 mkm/l ) baş vermişdir. Ehtimal olunan diaqnoz hansıdır?

A) Kəskin qlomerulonefrit

B) Kəskin böyrək catmamazlığı

C) İnfeksion toksiki böyrək

D) Kəskin tubulointerstsial nefrit

E) Xroniki qlomerulonefrit


Ədəbiyyat: "Nefrologiya", M.Ağayev
445) Kəskin tubulointerstsial nefritə nə aid deyil?

A) Anuriya

B) Kreatinininemiya

C) Qızdırma

D) Aseptik leykosituriya

E) Eozinofiliya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
446) Kəskin tubulointerstsial nefritin ağırlıq dərəcəsi hansı əlamətlərlə təyin olunmur?

A) Hiponatriemiya

B) Dehidrotasiya

C) Hipokaliemiya

D) Ürək çatışmazlığı

E) Uremik intoksikasiya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
447) Xroniki tubulointerstisial nefritə nə aid deyil?

A) Hiperstenuriya

B) Susuzluq

C) Sidik çöküntüsünün minimal dəyişiklikləri

D) Poliuriya

E) Kanalcıq disfunksiyası


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
448) Kəskin pielonefritə nə xarakterik deyil?

A) Orta və kiçik kaliberli arteriyaların nekrozlaşmış vaskuliti

B) Stromanın interstisial ödemi

C) Kasa-ləyən sisteminin iltihab prossesi

D) Kanalcıqların hissəvi genişlənməsi

E) Birləşdirici toxumanın böyüməsi, çapıqları


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
449) Hansı xəstəliyə göstərilən simptomlar xarakterikdir: 38-39 dərəcə hərarətin qalxması, titrətmə və tərləmə, bel nahiyyədə ağrılar, piuriya?

A) Kəskin qlomerulonefrit

B) Kəskin sistit

C) Böyrək daşı xəstəliyi

D) Kəskin pielonefrit

E) Xroniki qlomerulonefritin kəskinləşməsi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
450) Xroniki pielonefritin xarakterik əlamətlərinə nə aid deyil?

A) Zəiflik, yorulma,subfebrilitet

B) Bel nahiyyədə sızıldayıcı ağrılar, poliuriya,nikturiya

C) Anemiya , arterial təzyiqin qalxması,sidiyin xüsusi çəkisinin enməsi

D) Səhərlər göz qapağının şişi, bakteriuriya,leykosituriya

E) Ürək bulanma, qusma, dərinin qaşınması,burun qanaxması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
451) Pielonefritin xarakterik laborator əlamətlərinə nə aid deyil?

A) Leykosituriya

B) Proteinuriya (1-2 qr/sut)

C) Mikrohematuriya

D) Azotemiya

E) Bakteriuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Böyrəklərin ikincili xəstəlikləri
452) Böyrək hеmоdinаmikаsınа hansı preparatlar təsir edir?

A) Beta-blokatorlar

B) İlgək diurеtikləri

C) Sаdаlаnаn bütün prеpаrаtlаr

D) АÇF- inhibitоrlаrı

E) Kаlsium kаnаlcıqlаrının blоkаtоrlаrı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
453) АÇF- inhibitоrlаrın təyini nə zaman əks göstərişdir?

A) Böyrək аrtеriyаsının 2 tərəfli stеnоzundа

B) Sadalananların heç biri

C) Bütün sadalananlar

D) Hipеrkаliеmiyа zаmаnı

E) Hаmiləlik zаmаnı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
454) Arterial hipertenziyanın başlanğic mərhələsində hansı əlamətlər müşahidə olunmur?

A) Zəifləik və yorğunluq

B) Ürakbulanma

C) Baş ağrıları

D) Sol mədəciyin hipertrofiyası

E) Ürək nahiyyəsində ağrılar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
455) Bədxassəli arterial hipertenziyanın səciyyəvi əlamətlərindən biri hansıdır?

A) İzah olunmayan arıqlama

B) Artralgiyalar

C) Abdominal ağrılar

D) Bütün qöstərilənlər

E) Hemorragik səpki


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
456) İnfeksion endokorditdə böyrəklərin zədələnmə forması hansıdır?

A) Bütün sadalananlar

B) Kəskin kortikal nekroz

C) Qlomerulonefrit

D) Böyrəklərin infarktı

E) Amiloidoz


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
457) Xoşxassəli arterionefroskleroz zamanı sidik çöküntüsündə nə olur?

A) Mikrohematuriya

B) Çox zaman dəyişiklik aşkar olunmur

C) Nəzərə çarpan leykosituriya və silindruriya

D) Sərbəst proteinuriya (1,5 q/l qədər) müşahidə olunur

E) Makrohematuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
458) Bədxassəli arteriolonefroskleroz zamanı proteinuriya nə zaman olur?

A) Həmişə

B) Səciyyəvi deyil

C) Böyrək funksiyası endikdə müşahidə olunur.

D) Bəzi hallarda olmur

E) Heç zaman olmur


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
459) Periferik qanda reninin səviyyəsinin müəyyən edilməsinin əhəmiyyəti nədir?

A) Renovaskulyar hipertenziyanın etiologiyasını müəyyən etmək üçün köməkçi test kimi istifadə olunur

B) Differensial- diaqnostikanın keçirilməsi üçün informativ deyil

C) Bədxassəli hipertenziyanın diaqnostik meyarıdır

D) Renovaskulyar hipertoniyası ilə differensial diaqnostika keçirildikdə vacib diagnostik meyar sayılır

E) Feoxromasitomanın diagnostik meyarıdır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
460) Arterial hipertenziyalı xəstələrin hospitalizasiyası üçün göstərişlər hansılardır?

A) Proteinuriyanın aşkarlanması

B) Hematuriyanın müəyyən edilməsi

C) Bədxassəli formaya keçməsi

D) Bütün göstərilənlər

E) Dərmanların effekti olmadıqda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
461) Аnuriyа nəyə ən аz хаrаktеrikdir?

A) Kоrtikаl nеkrоza

B) Dаmаr zədələnmələrinə

C) Sidikçıхаrıcı yоllаrın iltihabına

D) Kəskin kаnаlcıq nеkrоzuna

E) Qlоmеrulit və yа vаskulitə


Ədəbiyyat: "Dializ" , M.Ağayev,S.Əliyev ,2010
462) β-blokatorların effektsizliyi nə ilə izah olunur?

A) Reninin sekresiyasının azalması

B) Reninin sekresiyasının artması

C) Ümumi periferik müqavimətin artması

D) Ürək vurğusunun artması

E) Lipid və karbohidrat mübadiləsinin pozulması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
463) Kardial və serebral əlamətlər hipertoniyanın hansı forması üçün səciyyəvidir?

A) Arterial hipertenziya üçün

B) Hər hansı hipertoniya üçün

C) Renovaskulyar hipertoniya üçün

D) Böyrəklərin zədələnməsi ilə qedən nefrogen hipertoniya üçün

E) Hər hansı hipertoniya üçün, böyrəklərin zədələnməsi ilə qedən nefrogen hipertoniya üçün


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
464) Arterial hipertenziya zamanı böyrəklərin zədələnməsi nə ilə nəticələnir?

A) Birincili-büzüşmüş böyrək

B) İkincili-büzüşmüş böyrək

C) Bütün sadalananlar

D) Böyrək arteriyalarının stenozu

E) Pielonefrit


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
465) Bakterial endokardit zamanı böyrəklərin zədələnməsi hansı faktorlarla əlaqədərdır?

A) İmmunoloji faktorlarla

B) Mikrobların heç biri ilə

C) Mikrobların bilavasitə təsiri ilə

D) Qan laxtalanmasının pozulması ilə

E) Bütün qöstərilən faktorlarla


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
466) Bakterial endokardit böyrək infarktı ilə nəticələnərsə hansı əlamətlər meydana çıxır?

A) Nəzərə çarpan mikro- və makrohematuriya

B) Arterial təzyiqin artması

C) Bel nahiyyəsində ağrılar

D) Dizuriya

E) Bütün göstərilənlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
467) Bakterial endokarditli xəstədə nefrotik sindrom baş verdikdə hansı böyrək zədələnməsi müşahidə olunur?

A) İnterstisial nefrit

B) Pielonefrit

C) Hər hansı zədələnmənin yaranma ehtimalı var

D) Böyrək infarktı

E) Böyrək amiloidozu


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
468) Bakterial endokardit zamanı böyrək zədələnmələrinin profilaktikasına nə aiddir?

A) Antibakterial terapiya

B) Pəhrizdə zülalların mədudlaşdırılması

C) Bütün qöstərilənlər

D) Prednizolon mülayim dozalarda

E) Yataq rejimi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
469) Mülayim qan dövranı çatmamazlığı zamanı hansı əlamətlər müşahidə olunur?

A) Arterial təzyiqin artması

B) Sidikdə Na ekskresiyası və konsentrasiyası enir

C) Hematuriya

D) Bütün göstərilən əlamətlər

E) Proteinuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
470) Böyrək arteriyalarinin stenozu olan xəstələrdə böyrəklərin funksional vəziyyəti nədən asılıdır?

A) Stenoz dərəcəsindən

B) Sidik yollarının infeksiyasından

C) Prosesin bir ya ikitərəfli olmasından

D) Bütün göstərilən faktorlardan

E) Xəstəliyin müddətindən


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
471) Böyrək venalarının trombozuna hansı əlamətlər məxsusdur?

A) Bütün göstərilən proseslər

B) Oliguriya

C) Leykosituriya, hematuriya

D) Bel nahiyyəsində ağrılar

E) Nefrotik səviyyəyə çatan proteinuriya


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
472) Arterial hipertenziya hansı xəstəliyin ilk kliniki əlamətidir?

A) Düyünlü periarteriitin

B) Bütün göstərilən faktorların

C) Polikistozun

D) Vazorenal hipertenziyanın

E) Göstərilənlərdən heç birinin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
473) Hansı xəstəlikdə arterial hipertenziyanın inkişafı birinci növbədə işemik komponentlə və RAS aktivləşməsi ilə əlaqədardır?

A) Vazorenal hipertenziyada

B) Bğyrək polikistozunda

C) Bütün göstərilən hallarda

D) Göstərilənlərdən heç birində

E) Düyünlü periarteriitdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
474) Abdominal ağrılar nə zaman böyrək kapsulasının genəlməsi ilə əlaqədar deyil?

A) Düyünlü periarteriitdə

B) Göstərilənlərdən heç birində

C) Kəskin pielonefritdə

D) Hidronefrozda

E) Polikistozda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə