Nefrologiya ixtisası üzrə nümunəvi test sualları (yeni əlavə olunmuş suallar bu faylın tərkibində mövcuddur) Tarix



Yüklə 1,37 Mb.
səhifə1/15
tarix22.03.2018
ölçüsü1,37 Mb.
#33131
  1   2   3   4   5   6   7   8   9   ...   15

Nefrologiya ixtisası üzrə nümunəvi test sualları
(yeni əlavə olunmuş suallar bu faylın tərkibində mövcuddur)
Tarix
1) Kliniki nefrologiyanın banisi kim olmuşdur?

A) F. Henle

B) R. Brayt

C) M. Malpigi

D) Y. Tareyev

E) V. Boumen


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı
2) Azərbaycanda ilk dəfə nefrologiya kafedrası nə zaman yaranmışdır?

A) 1985- ci ildə

B) 1983-cü ildə

C) Bütün sadalananlar yanlışdır

D) 1976- cı ildə

E) 1980- ci ildə


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı
3) Nefrologiya kafedrasına ilk dəfə kim rəhbərlik etmişdir?

A) Dosent F.Z.Sərdarlı

B) Professor F.H.Hüseynov

C) Professor M.M.Ağayev

D) Professor N.Əfəndiyev

E) Professor S.B.İmamverdiyev


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi, 2005, Bakı
4) Nefrologiya kafedrasının ilk professoru kim olmuşdur?

A) Professor N.Əfəndiyev

B) Professor İ.H.Fiqarov

C) Professor F.H.Hüseynov

D) Professor M.M.Ağayev

E) Professor S.B.İmamverdiyev


Ədəbiyyat: Ə.Əliyev ad. Az.DHTİ-nun 70 illik tarixi ,2005, Bakı
5) İlk dəfə Zaqafkaziyada böyrək köçürülməsi əməliyyatı kim tərəfindən və neçənci ildə aparılmışdır?

A) Akademik M.C.Cavad-zadə, 1971-ci ildə

B) Professor S.B.İmamverdiyev, 1983 ildə

C) P.S.Malkov, 1959 ildə

D) Professor M.M.Ağayev, 1980 ildə

E) Professor N.Əfəndiyev, 1982 ildə


Ədəbiyyat: Akademik MirMəmməd Cavad oğlu Cavad-zadə,Çaşıoğlu,2002,Bakı
Böyrəklərin anatomiyası və fizioloqiyası.
6) Hоmеоstаz nə deməkdir?

A) Su-еlеktrоlit bаlаnsının sаbitliyidir

B) Turşu-qələvi müvаzinətinin sаbitliyidir

C) Orqаnizmin dахili mühitinin sаbitliyidir

D) Qаnın iоn tərkibinin sаbitliyidir

E) Qаnın həcminin sаbitliyidir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
7) Böyrək piramidləri nədən ibarətdir?

A) Daxili beyin təbəqəsindən

B) Xarici və daxili beyin təbəqəsindən

C) Qabıq maddəsindən və xarici beyin təbəqəsindən

D) Qabıq maddəsindən və daxili beyin təbəqəsindən

E) Qabıq maddəsindən


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev ,Bakı 2007
8) Böyrək “kökü” nədən ibarətdir?

A) Sidik axarı, böyrək arteriyası və venası

B) Sidik axarı, böyrək sinirləri və limfatik düyünlər

C) Böyrək arteriyası və venası

D) Sidik axarı

E) Böyrək venası və sidik axarı


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
9) Düz arterialar və venalar harada yerləşir?

A) Xarici və daxili beyin təbəqələrinin arasında

B) Qabıq maddəsində

C) Qabıq və beyin maddələrin arasında

D) Beyin maddəsinin çıxıntılarında

E) Piramidlərdə


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev ,Bakı 2007
10) Böyrəyin limfatik sistemi hansı proseslərin funksional tabeliyindədir?

A) Kanalcıqların reabsorbsiyasının

B) Bütün göstərilən proseslərin

C) Göstərilən proseslərin hec birinin

D) Yumaqcıq filtrasiyasının

E) Kanalcıqların sekresiyasının


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
11) Böyrəklərin kanalcıq aparatının innervasiyasında hansı sinirlər iştirak edirlər?

A) Autorequlyasiya olur

B) İnnervasiya olmur

C) Adrenergik və xolinerqik(simpatik və parasimpatik)

D) Xolinerqik

E) Adrenergik


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
12) Epitelioid hüceyrələr əsasən harada yerləşir?

A) Vaza afferens divarında

B) Vaza afferens və vasa efferens arasında yerləşən üçbucaqda

C) Vaza efferens divarında

D) Bütün göstərilən yerlərdə

E) Yumaqcıqda


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
13) Hiperkaliemiya nə zaman müşahidə olunur?

A) Kəskin böyrək çatışmazlığında

B) Sadalananlardan heç birində

C) Asidozda

D) Bütün sadalanan vəziyyətlərdə

E) Xroniki böyrək çatışmazlığında


Ədəbiyyat: "Dializ",M.M.Ağayev ,S.Əliyev ,Bakı ,2010
14) Hipokaliemiya nə zaman müşahidə olunur?

A) İnterstisial nefritdə

B) Xroniki böyrək çatmamazlığında

C) Poliuriyada

D) Sadalananlardan heç birində

E) Bütün sadalanan vəziyyətlərdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
15) Ketonuriya (asetonuriya) nə zaman müşahidə olunur?

A) Bütün vəziyyətlərdə

B) Cərrahi əməliyyatlardan sonrakı vəziyyətlərdə

C) Sadalananların heç birində

D) Karbohidrat aclığında

E) Şəkərli diabetdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
16) Prostaglandinlər hansı effektləri yaradırlar?

A) Depressor effekt və antidinretik hormonun sekresiyasının stimulyasiyasını

B) Depressor effekt və renin sekresiyasının stimulyasiyasını

C) Vazodilatasiyanı və vasopressin sekresiyasının stimulyasiyasını

D) Vazodilatasiyanı və urokinaza sintezinin stimulyasiyasını

E) Vazodilatasiyanı,vazokonstriksiya və natriurez


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
17) Henle ilgəyinin epiteli hüceyrələrində mitoxondrilər harada yerləşir?

A) Mitoxondrilər yalnız kortikal nefronlarda yerləşir

B) Mitoxondrilər çoxdur

C) Mitoxondrilər yalnız Henle ilgəyinin qalxan hissəsində yerləşir

D) Mitoxondrilər yalnız yukstamedulyar nefronlarda yerləşir

E) Mitoxondrilər yoxdur


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
18) Yumaqcıqlarda ultrafiltrasiya prosesi hansı təzyiq hesabına əmələ gəlir?

A) Qanın hidrostatik təzyiqi

B) Plazma zülallarının onkotik təzyiqi

C) Bütün göstərilən səbəblər

D) Provizor sidiyin osmotik təzyiqi

E) Səbəblərin heç biri


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
19) Hansı hüceyrə elementləri böyrəklərin autorequlyasiya funksiyasını təmin edir?

A) Bütün sadalananalar düz deyil

B) Bütün sadalananlar düzdür

C) Epitelioid hüceyrələr

D) Yumaqcıqların mezangial hüceyrələri

E) Sıx ləkə hüceyrələri (Makula densa)


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
20) Yumaqcıq bazal membranının elektrik yükü hansıdır?

A) Neytral

B) Mənfi

C) Müsbət

D) Yukstamedulyar nefronlarda müsbətdir

E) Kortikal nefronlarda müsbətdir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
21) Reninin təsirindən hansı proseslər yaranır?

A) Bazal membranın məsamələrinin kiçilməsi

B) Gətirici arteriolanın daralması

C) Yumaqcığın kapilyar ilgəklərinin hipertrofiyası

D) Gətirici arteriolanın genəlməsi

E) Zülal reabsorbsiyasının azalması


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
22) Nefronun hansı hissəsində su reabsorbsiya olunmur?

A) Bütün nefron boyu

B) Yığıcı borularda

C) Henle ilgəyinin enən seqmentində

D) Henle ilgəyinin qalxan seqmentində

E) Proksimal kanalcıqlarda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
23) Antidiuretik hormon harada təsir göstərir?

A) Bütün nefron boyu

B) Henle ilgəyində

C) Yığıcı borucuqlarda

D) Proksimal kanalcıqlarda

E) Distal kanalcıqlarda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
24) D3 vitamini Ca rezorbsiyasını harada stimullaşdırır?

A) Yığıcı borularda və kanalcıqlarda

B) Yığıcı borularda

C) Kanalcıqlarda və bağırsaqda

D) Kanalcıqlarda

E) Bağırsaqda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
25) Reninin sekresiyası nə zaman artır?

A) Natrium az miqdarda orqanizmə daxil olduqda

B) Hipovolemiya zamanı

C) Afferent arteriolalarında perfuzion təzyiqin enməsi zamanı

D) Göstərilən vəziyyətlərin heç birində

E) Bütün göstərilən vəziyyətlərdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
26) Normada böyrəklərin uzunluğu neçə santimetrdir?

A) 20 sm


B) 3 sm

C) 5 sm


D) 30 sm

E) 12 sm
Ədəbiyyat: "Dializ",M.M.Ağayev ,S.Əliyev ,Bakı ,2010


27) Normada sol böyrəyin skeletopiyasının düzgün variantı hansıdır?

A) XI döş fəqərəsindən III bel fəqərəsinin yuxarı kənarına qədər

B) I bel fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

C) XII döş fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər

D) XII döş fəqərəsindən IV bel fəqərəsinin yuxarı kənarına qədər

E) I bel fəqərəsindən V bel fəqərəsinin yuxarı kənarına qədər


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
28) Böyrəklərin inkretor funksiyasına nə aiddir?

A) Prostaqlandinlərin sintezi

B) Eritropoetinin əmələ gəlməsi

C) Reninin ifrazı

D) Kininlərin sintezi

E) Bütün sadalananlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
29) Böyrəklərin inkretor fəaliyyəti nəticəsində hansı maddələr xaric olmur?

A) Eritropoetin

B) Renin

C) Sidik cövhəri

D) Endotelin

E) Prostaqlandinlər


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
30) İltihab əleyhinə qeyri steroid preparatlar hansı maddələrin sintezini pozur?

A) Bütün sadalanan maddələri

B) Prostaqlandinlərin

C) Reninin

D) Eritropoetininin

E) Sadalananların heç birini


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
31) Saluretiklərin təsir mexanizmləri hansıdır?

A) Natriumun reabsorbsiyasını blokada edir

B) Natriumun reabsorbsiyasına təsir göstərmirlər

C) Sulfat ionlarının reabsorbsiyasını blokada edir

D) Fosforun reabsorbsiyasını blokada edirlər

E) Natriumun reabsorbsiyasını artırırlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
32) Böyrək qapısında böyrək arteriyası, venası və sidik axarı hansı ardıcıllıqda yerləşir? (öndən baxdıqda)

A) Arteriya- vena – sidik axarı

B) Vena- arteriya- sidik axarı

C) Sidik axarı-vena- arteriya

D) Sidik axarı- arteriya – vena

E) Heç bir variant düz deyil


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
33) Böyrək parenximasının hansı hissəsınin qan dövranı normada daha yaxşıdır?

A) Xarici beyin maddənin

B) Bütün hissələrin qan dövranı eynidir

C) Böyrək məməciklərinin

D) Daxili beyin maddənin

E) Qabıq maddənin


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
34) Böyrək (Malpigi) cismini nə əmələ gətirir?

A) Boumen-Şumlyanski kapsulası, proksimal kanalcığın qıvrım hissəsi

B) Boumen-Şumlyanski kapsulası, yukstaqlomerulyar apparatı

C) Yalnız yumaqcıq kapillyarları

D) Yalnız Boumen-Şumlyanski kapsulası

E) Yumaqcıq kapillyarları, Boumen-Şumlyanski kapsulası


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
35) Böyrəyin beyin maddəsini nə təşkil edir?

A) Distal kanalcıqlar

B) Proksimal kanalcıqlar

C) Yığıcı borucuqlar

D) Nefronlar

E) Piramidlər


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
36) Hüceyrədaxilində əsasən hansı kation yerləsir?

A) Ca


B) K

C) Fe


D) Cl

E) Na
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


37) Hüceyrəxaricində əsasən hansı kation yerləsir?

A) K


B) Cl

C) Fe


D) Ca

E) Na
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


38) Böyrəyin struktur vahidi hansıdır?

A) Bütün sadalananlar

B) Şumlyanski-Boumen kapsulası

C) Nefron

D) Piramidlər

E) Kanalcıqlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
39) Nefronun hansı hissəsində suyun fakultativ reabsorbsiyası baş verir?

A) Henle ilgəyinin

B) Proksimal hissə

C) Birləşdirici borucuqlar

D) Bütün şöbələrdə

E) Distal hissə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
40) Aldosteron harada əmələ gəlir?

A) Böyrəküstü vəzin qabıq qatı

B) Hipofizin arxa payı

C) Hipotalamus

D) Böyrəküstü vəzin beyin qatı

E) Hipofizin ön payı


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
41) Antidiuretik hormonun təsir mexanizmi nədir?

A) Bütün sadalananlar

B) Suyun sekresiyası

C) Na reabsorbsiyası

D) Suyun reabsorbsiyası

E) Na sekresiyası


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
42) Parat hormon nəyin reabsorbsiyasına təsir göstərir?

A) Kaliumun

B) Natriumun

C) Fosfatların

D) Maqneziumun

E) Amin turşuların


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
43) Aldosteronun təsir mexanizmi nədən ibarətdir?

A) Na reabsorbsiyasından

B) Na sekresiyasısindan

C) Bütün sadalananlardan

D) K sekresiyasından

E) Suyun reabsorbsiyasından


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
44) Adekvat gündəlik diurez nə deməkdir?

A) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər azdır

B) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən azdır

C) Qəbul olunan maye 300-400 ml xaric olunan mayedən çoxdur

D) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər çoxdur

E) Qəbul və xaric olunan mayelər bərabərdir


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
45) Böyrəyin yukstaqlomerulyar apparatını nə təşkil edir?

A) Qranulyar hüceyrələr, sıx ləkə hüceyrələri,Qurmaqtiq hüceyrələri, mezanqial hüceyrələr

B) Mezanqial hüceyrələr, afferent arteriola, efferent arteteriola

C) Bərk cismin hüceyrələri, afferent arteriola, efferent arteteriola

D) Qranulyar hüceyrələr, afferent arteriola, efferent arteteriola

E) Qurmaqtiq hüceyrələri, afferent arteriola, efferent arteteriola


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
46) Böyrəklərin funksiyaları hansılardır?

A) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, zülalın sintezi, hormonların sekresiyası

B) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, qlukoneogenez, zülalın sintezi

C) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, yad kimyəvi birləşmələrin ekskresiyası, qlukoneogenez, hormonların sekresiyası

D) Su-elektrolit balansının requlyasiyası, mübadilənin son məhsullarının ekskresiyası, qlukoneogenez, hormonların sekresiyası

E) Sadalanların heç biri düz deyil


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
47) 1,25 dihidroksi vitamin D3 yaradan hüceyrələr böyrəkdə harada yerləşir?

A) Proksimal kanalcıqlarda

B) Yığıcı borularda

C) Distal kanalcıqlarda

D) İnterstisiyada

E) Yumaqcıq ilgəklərində


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
48) A.rectae renalis harada yerləşir?

A) Daxili beyin maddədə və xarici beyin maddədə

B) Daxili beyin maddədə

C) Qabıq maddədə

D) Xarici beyin maddədə

E) Hec biri düz deyil


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
49) Hansı fikir düzdür?

A) Böyrəkdə kortikal (böyük) və yukstamedulyar (kiçik) qan dövranı yoxdur

B) Böyrəkdə iki qan dövranı var: kortikal (böyük) və yukstamedulyar (kiçik)

C) Böyrəkdə bir qan dövranı var: kortikal (böyük)

D) Hec biri düz deyil

E) Böyrəkdə bir qan dövranı var: yukstamedulyar (kiçik)


Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
50) Truet şuntu nə deməkdir?

A) Bu şunt ilə qan beyin maddəni ötərək qabıq maddəyə axır

B) Bu şunt gətirici və çıxarıcı arteriola arasında yerləşir

C) Bu şunt ilə qan qabıq maddəni ötərək piramidlərə axır

D) Sadalananlardan hamısı düzdür

E) Sadalananlardan heç biri düz deyil


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
51) Yarığabənzər diafraqma glomerulyar filtrın hansı qatında yerləşir?

A) Epitelial qatda

B) Bazal membranda

C) Qatların heç birində

D) Endotelial qatda

E) Bütün qatlarda


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
52) Hansı fikir düzdür?

A) Bazal membrana zülallara və hüceyrə elementlərinə keçicidir

B) Bazal membrana zülallara və hüceyrə elementlərinə keçici deyil

C) Bazal membrana kiçik dispersli zülallara keçici, hüceyrə elementlərinə keçici deyil

D) Bazal membrana yalnız zülallara keçici deyil və hüceyrə elementlərınə keçicidir

E) Bazal membrana kiçik dispersli zülallara və hüceyrə elementlərinə keçicidir


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
53) Sidiyin turş reaksiyası Ph-ın hansı göstəricisində müşahidə olunur?

A) Ph=6,5

B) Ph=7

C) Ph =4,5



D) Ph=8

E) Ph=6
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


54) Sidiyin qələvi reaksiyası Ph-ın hansı göstəricisində müşahidə olunur?

A) Ph=5


B) Ph=4,5

C) Ph=5,5

D) Ph=6

E) Ph=7,5


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
55) Sidiyin turşlaşmasına hansı məhsullar səbəb olur?

A) Tərəvəz

B) Meyvələr

C) Süd


D) Ət

E) Çörək
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008


56) Sadalanan halların hansında dehidratasiya müşahidə olunmur?

A) Poliuriyada

B) Böyrək sancısında

C) Profuz qanaxmalarda

D) Ağır yanıqlarda

E) Dayanmadan qusmada


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
57) Hansı kanalcıqların epiteli hüceyrələrinə fırça haşiyəsi xarakterikdir ?

A) Yığıcı boru

B) Distal qıvrım

C) Düz distal

D) Proksimal qıvrım

E) Henle ilgəhi


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
58) Böyrək kanalcığının hansı hissəsində 60% elektrolitlər, 90% çox bikarbonatlar və su, tam amin turşuları, şəkər, kiçik dispersli zülallar reabsorbsiya olunur?

A) Henle ilgəhi

B) Düz distal

C) Proksimal qıvrım

D) Yığıcı boru

E) Distal qıvrım


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
59) Böyrək kanalcığının hansı hissəsində elektrolitlərin və suyun reabsorbsiyası (aldesteron, antidiuretik, prostaqlandinlər) hormonları ilə tənzimlənir?

A) Henle ilgəyinin qalxan hissəsi

B) Henle ilgəyinin enən hissəsi

C) Proksimal qıvrım

D) Distal

E) Proksimal düz


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
60) Nefronun hansı hissəsində sıx ləkə (Makula densa) hüceyrələri yerləşir?

A) Yığıcı boru

B) Düz proksimal

C) Henle ilgəhi

D) Proksimal qıvrım

E) Distal qıvrım


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
61) Yukstamedulyar nefronların yumaqcıqları harada yerləşir?

A) Daxili beyin maddədə

B) Sadalananlar düzdür

C) Qabıq maddədə

D) Xaric beyin maddədə

E) Piramidlərdə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
62) Yığıcı borucuqlar haraya açılırlar?

A) Kiçik kasacıqlara

B) Boumen-Şumlyanski kapsulasına

C) Böyrək ləyəninə

D) Sidik axarına

E) Böyük kasacıqlara


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
63) Anatomik olaraq normada böyrəklərdə hansı elementlər çoxdur?

A) Eyni miqdardadırlar

B) Böyük kasacıqlar

C) Kiçik kasacıqlar

D) Böyrək məməcikləri

E) Piramidlər


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
64) Ultrafiltrasiya prosessi harada keçir?

A) Proksimal düz kanalcıqda

B) Proksimal qıvrım kanalcıqda

C) Henle ilgəhində

D) Distal kanalcıqda

E) Böyrək yumaqcıqlarında


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
65) Böyrəklərdə ultrafiltrasiya prosessi nədən asılıdır?

A) Başqa parametrlərdən

B) Yalnız yumaqcıq daxili təzyiqdən

C) Yalnız kapilyarlarda zülalların onkotik təzyiqindən

D) Bütün parametrlərdən

E) Yalnız kapillyarlarda hidrostatik təzyiqdən


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
66) Böyrəklərin hansı hissəsində osmotik qatılıq yüksəkdir?

A) Bütün bölmələrdə eynidir

B) Xaric beyin maddədə

C) Qabıq maddədə

D) Sadalananların hamısında

E) Daxili beyin maddədə


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
67) Sidiyin osmotik qatılaşdırılmasında nə əsas rol oynayır?

A) Zülal


B) Sadalananların heç biri

C) Sidik cövhəri

D) Şəkər

E) Sadalananların hamısı


Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev
68) Maddənin klirensi nə deməkdir?

A) Vaxt vahidi ərzində maddənin böyrəklərlə təmizlənən qan həcmi

B) Sadalananların heç biri

C) Vaxt vahidi ərzində böyrəklərdən filtrasiya olunan maddə miqdarı

D) Sadalananlar hamısı

E) Ultrafiltratın 1 ml olan maddənin miqdarıdır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
69) İnulinin klirensi nəyə bərabərdir?

A) Düzgün cavab yoxdur

B) YFS-dən aşağıdır

C) Yumaqcıq filtrasiyasının sürətinə (YFS)

D) 0 bərabərdir

E) YFS-dən yuxarıdır


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
70) Yumaqcıq filtrasiyasının sürətini (YFS)təyin etmək üçün, istifadə edilən maddələr hansı tələblərə cavab verməlidirlər?

A) Tam filtrasiya olmalıdırlar, reabsorbsiya və sekresiya olmamalıdırlar

B) Tam filtrasiya və sekresiya olmalı, reabsorbsiya olmamalıdırlar

C) Filtrasiya, reabsorbsiya və sekresiya olmamalıdırlar

D) Filtrasiya olmamalıdırlar, reabsorbsiya və sekresiya tam olmalıdırlar

E) Tam filtrasiya, reabsorbsiya və sekresiya olmalıdırlar


Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2008
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə