İmmiqrasiya haqqında



Yüklə 199,06 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü199,06 Kb.
#67001


 

 “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası  

Qanununun tətbiq edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

«

İmmiqrasiya haqqında



» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar 

həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 

 

qüvvədə  olan  qanunvericilik  aktlarının  «



İmmiqrasiya  haqqında

»  Azərbaycan 

Respublikasının  Qanununa  uyğunlaşdırılması  barədə  təkliflərini  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etsin;  

 

həmin  Qanunun  5‐ci  maddəsinin  ikinci  hissəsində  nəzərdə  tutulmuş  Azərbaycan 



Respublikasına  immiqrasiya  haqqında  vəsatətə  baxılması  qaydaları,  immiqrasiyanın 

növləri  və  müddətləri  barədə  təkliflərini  Azərbaycan  Respublikasının  Prezidentinə 

təqdim etsin;  

 

həmin  Qanunun  6‐cı  maddəsinin  müddəalarını  nəzərə  alaraq  immiqrasiya  haqqında 



vəsatət verildikdə dövlət rüsumunun dərəcələrini müəyyən etsin;  

 

həmin  Qanunun  10‐cu  maddəsinin  beşinci  hissəsində  nəzərdə  tutulmuş  immiqrant 



statusunu  təsdiq  edən  sənədin  formasına  dair  təkliflərini  Azərbaycan  Respublikasının 

Prezidentinə təqdim etsin;  

 

həmin  Qanunun  13‐cü  maddəsinin  beşinci  hissəsində  nəzərdə  tutulmuş  immiqrantın 



Azərbaycan Respublikası ərazisindən məcburi çıxarılması qaydalarının təsdiq etsin;  

 

həmin  Qanunun  16‐cı  maddəsinin  ikinci  hissəsini  nəzərə  alaraq  Azərbaycan 



Respublikasında  immiqrantların  yerli  şəraitə  uyğunlaşdırılması  qaydalarını  təsdiq 

etsin;  


 

Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ‐

hüquqi  aktlarının  həmin  Qanuna  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu  barədə 

Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  

 

öz  səlahiyyətləri  daxilində  «



İmmiqrasiya  haqqında

»  Azərbaycan  Respublikasının 

Qanunundan irəli gələn digər məsələləri həll etsin.  

2. Müəyyən edilsin ki: 

 

«

İmmiqrasiya haqqında



» Azərbaycan Respublikası Qanununun 5‐ci maddəsinin ikinci 

hissəsində  nəzərdə  tutulmuş  «müvafiq  icra  hakimiyyəti  orqanı»nın  səlahiyyətlərini 

Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;  

 

həmin  Qanunun  7‐ci  maddəsinin  2‐ci  bəndində,  10‐cu  maddəsinin  beşinci  hissəsinin 



ikinci cümləsində, 13‐cü maddəsinin dördüncü hissəsində, 15‐ci maddəsinin birinci, ikinci 

və  üçüncü  hissələrində  və  16‐cı  maddəsinin  ikinci  hissəsində  nəzərdə  tutulmuş 

«müvafiq  icra  hakimiyyəti  orqanı»nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının 

Nazirlər Kabineti həyata keçirir;  

 

həmin  Qanunun  14‐cü  maddəsində  nəzərdə  tutulmuş  «müvafiq  icra  hakimiyyəti 



orqanı»nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti,  Dövlət 

Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

öz səlahiyyətləri daxilində həyata keçirirlər;  




 

həmin  Qanunun  4‐cü  maddəsinin  birinci  və  dördüncü  hissələrində,  5‐ci  maddəsinin 

birinci  hissəsində,  10  –cu  maddəsinin  beşinci  hissəsinin  birinci  cümləsində  nəzərdə 

tutulmuş  «müvafiq  icra  hakimiyyəti  orqanı»nın  səlahiyyətlərini  Azərbaycan 

Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;  

 

həmin  Qanunun  12‐ci  maddəsinin  birinci  hissəsinin  ikinci  cümləsində  nəzərdə 



tutulmuş  “müvafiq  icra  hakimiyyəti  orqanı”nın  səlahiyyətlərini  Azərbaycan 

Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;  

 

həmin qanunun 12‐ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti 

orqanı»nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının  Dövlət  Miqrasiya  Xidməti  və 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.  

 

Azərbaycan Respublikasının Prezidenti 



Heydər ƏLİYEV. 

Bakı şəhəri, 12 mart 1999‐cu il. 

№ 114. 

 

 

 

«Azərbaycan» qəzetində dərc olunmuşdur (18 mart 1999‐cu il, № 61) («VES Consultancy» LLC). 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999‐cu il, № 3, 

maddə 166) («VES Consultancy» LLC). 

6 mart 2008‐ci il tarixli, 719 nömrəli Fərmana əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» 

LLC). 

© VES Consultancy LLC 

 

Yüklə 199,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə