Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə17/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   82

 
66 
ilk yaradıcıları sırasında qanuni yer tutmasına da haqq 
qazandırır. 
    Həmin  tarixi  şeirdən  bir  parçanı  götürüb,  onu 
sərbəst ritmik təfilə qruplarına bölək: 
Baxa bilsəy\\ din onda göz\\ lərimə 
Göz\\ lərin bəlkə \\əfv(i) edər\\ di məni. 
  Buradakı    rəməl  və  həzəc  təfilələrinin  müştərəkliyi 
Əkrəm  müəllimin  əruzdakı  “sərbəstliyinin”əsasını 
təşkil edir. Belə ki, həmin şeir parçasını nisbi düzülüşlə 
alt-alta  yığıb,  ondakı  təfilə  “sərbəstliyinə”  nəzər 
yetirək: 
                 Baxa bilsəy\\ fəilAtün 
 -din onda göz\\məfAİlü 
  -lərimə göz\\fəilAtün 
 -  lərin bəlkə\\məfAİlü 
 əfvi edər\\fAilAtün 
-di məni\\fəilü 
    Ədəbiyyatımızda  əruz  bölgü  sisteminə  məxsus 
təfilələrin  “sərbəst  ”  işləndiyi    nümunələr  az  deyil. 
Aşağıda  Azad  şeirin  vəzn  və  ritm  xüsusiyyətlərinin 
izahında buna geniş qayıdacağıq. 
    Dahi  rus  verlirşünası  və  verlibr  şairi  Vladimir  Buriç 
“Sərbəst şeir nədən sərbəst deyil” məqaləsində  bədii 
mətnin  bütün  növlərində  müəlliflik  dərəcəsini  üzə 
çıxarmaq üçün aşağıdakı təsnifatı verib: 
“1. Libriçeskaya stixotvornaya nepoeziya i poeziya. 


 
67 
    2.Libriçeskaya prozaiçeskaya nepoeziya i poeziya. 
  3.Konvensionalnaya  prozaiçeskaya  nepoeziya  i 
poeziya. 
4.Konvensionalnaya 
stixotvornaya 
nepoeziya 

poeziya.” 
(
Bax: “Vopros literaturı” jurnalı, Moskva, 1972,   №2.  Səh: 132-
140. 
Göründüyü kimi, azad şeir yaradıcılığında  (libriçeskaya 
stixotvereniya)  hətta  “nepoeziya”adlı    növdən  də  
bəhs  edilir.  Lakin  bu,  tədqiqatımızın  mövzusundan 
kənar bir söhbətdir. 
     Rus terminologiyası ilə konkret ifadə etsək, verlibr- 
arifmik  (qafiyəsiz),  astopik  (daxili  ənənəvi  ritmik 
ünsürləri,  yəni  təfilə  və  ya  təqti  tərtibi  olmayan), 
astrofik  (bənd  sistemindən  məhrum)  xüsusi  şeir 
növüdür ki, önun özünəməxsus poetikası mövcuddur. 
  Bugünəcən  filologiya  mütəxəssislərimizin  böyük 
əksəriyyəti  milli    Verlibrşünaslığımızın  terminoloji 
aparatını  rus  dilindən  kalka  edilmiş  xeyli  sözlə 
doludurmuşlar.  “Azad  şeir”(volnıy  stix),  “sərbəst 
şeir”(svobodnıy stix), “ağ şeir”(belıy stix), “verlibr”və s. 
və  i.a.  adlarla  tanıdılan  qeyri-konvesional  şeirdə 
“liberizasiyanın”,  yəni    “sərbəstləşmənin”  izahı 
əvəzinə,  terminoloji  əllaməliklər  edilmişdir.    Əlbəttə, 
hər  kəsə  aydındır  ki,  heç  bir  elmi  nəzəriyyə 
konkretlikdən  kənarda  yaradıla  bilməz.  Terminlər  də 
zatən elə bundan ötrü qəbul olunur... 


 
68 
   Ədəbi  fikirdə    “Svobodnıy  stix”  (sərbəst  şeir)  və 
yaxud bizdə indiyəcən səhv anlaşılmış “verlibr sənəti” 
kimi  tanınan  yaradıcılıq  haqqında  məlumatları  milli 
xüsusiyyətlər  nəzərə  alınmaqla,  qəti  surətdə    çağdaş 
Ensiklopedik  göstəricilərə  uyğunlaşdırmaq  zərurəti 
yaranmışdır.  Belə  mənbələrdəki  məlumatlarda 
aşağıdakı  izahlar  geniş  yer  almışdır:  “Verlibr-  XX  əsr 
Avropasında,  o  cümlədən  ingilisdilli  poeziyada  geniş 
yayılmışdır.  Bu  şeir  müxtəlif  dərəcədə  kəskin  qafiyə-
vəzn  kompozisiyasından  məhrumdur.  Bu  tip  şeir 
quruluşu    nəzm  nitqinin  “ikinci  növ əlamətlərindən”: 
qafiyə,  heca  ölçüsü,  tonizm,  sillabizm  (misrada 
bərabər  sayda  vurğu  və  hecalar  olması)  və  nizami 
bəndlərdən azaddır”(-Bu tərif açıq məlumat saytı olan 
Vikipediyadan  götürülmüşdür).  Bu  təyinat  rus 
verlibrinin son mogikanı Vladimir Buriçin yaradıcılığına 
şamil edilərkən, tamamilə özünü doğruldur: 
 
                                    Çyornoye 
                                     işşet beloye 
                                    çtobı ubit v nyom svetloye 
                                     i prevratit eqo v seroye 
                                     ili  polosatoye. 
 
  Azəri türkcəsi ilə: 
 


 
69 
               Siyah  
               bəyazı axtarır ki, 
               onda işığı məhv etsin; 
               ya qaraya, 
               ya da ala-bulaya çevirsin. 
                         (Tərcümə mənimdir.-N.A.) 
    Bu  şeirdə  astrofizm,  qafiyəsizlik  və  təqtisizlik  tam-
tamına nəzərə çarpır. Lakin bu cür xüsusiyyət heç də 
bizim  milli  filologiyamızdan  bildiyimiz  “ənənəvi” 
sərbəst  şeir  nümunələrinə  xas  deyil.  Ötən  əsrin  
əvvəllərində  dahi  türk  şairi  Nazim  Hikmətin 
yaradıcılığından Azərbaycan şeirinə keçib gələn bu cür 
xüsusi  hallar  bizim  poeziyamızın  yalnız  30  faizi  üçün 
məqbul görünür. Lakin dominat deyil. Bəlkə, haçansa 
bizdə  də  belə  bir  kütləvi  hal  yarana  bilər. 
Ümumiyyətlə,  mən  öz  gənclik  elmi  və  təcrübi 
yaradıcılığımdan  çıxış  edərək  deyə  bilərəm  ki,  III 
minilliyin  poeziyası  Müəllif  (avtor)  şeiri  kimi  tam 
hüquqlu  olmaq  üçün,  dünya  ədəbiyyatında  üstün 
tendensiya  sayılan  bu  cür  verlibrizasiyaya  daha  çox 
uğrayacaqdır.  Yazdığım  bu  poetikanın  çağdaş 
şeirimizdə  məhz  bu  tentensiyaya  xüsusi  təkan  verə 
biləcəyini düşünürəm. 
   Bildiyimiz  kimi,  çağdaş  Azərbaycan  şeirinin 
korifeylərindən olan R.Rzanın şeirlərində həm sərbəst 
qafiyələrə,  həm  də  çox  zaman  sərbəst  ritmik  daxili 
təqti ölçülərinə sıx-sıx rast gəlinir.      


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə