Namiq Atabəyli Azad şeir və onun poetikası



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə13/82
tarix08.09.2018
ölçüsü3,74 Mb.
#67512
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   82

 
50 
nümayəndələri-  Aytən  Nəsibbəyli,  Nərmin  Kamal,  Sevinc 
Çılğın, Narıngül,  Günay Səma Şirvan, Sona Vəliyeva, Leyla 
Əliyeva,  Afaq  Şıxlı,  Ziba  Xəlil,  İmarət  Cəlilqızı,  Nuray  Nur, 
Feyziyyə,  Arzu  Abdulla,  Şəlalə  Cavanşir,  Aynur  Atabəyli, 
Gülnarə  İnanc,  Alov,  Əlixan  Qaya,  Rövşən  Yerfi,  Aqşin 
Yenisey, Rəfail Tağızadə, Balayar Sadiq, Ramin Abbaszadə,   
Xosrov  Barışan,  Əli  Şirin,  Qorxmaz,  Yafəs  Türksəs,  Divanə 
Ozan, Şaiq Vəli, Ramin Cahangirzadə, Zahir Əzəmət, Elnur 
Astanbəyli,  Xaqani  Has,  Oqtay  Hacımusalı,  Ferzad  Leysi, 
Qasid  Nağıoğlu,  İslam  Kəbirli,  Fəxrəddin  Əsəd,  Yeşim 
Ağaoğlu,  Sərdar  Amin,  Fərid  Hüseyn,  İlqar  Atabəyli,  İlqar 
Kamil,  Azər  Elşadoğlu,  Elvin  Paşa,  Rəşad  Nağı  Mustafa, 
Taleh Eminoğlu, Məmməd Həbib, Əziz Səlami, Emin Piri... 
azad  şeirin  yaradıcılıq  sahəsinə  qədəm  atmışlar.  Bu  geniş 
təcrübənin  nəzəri  ümumiləşdirilməsi  üçün  azad  şeir 
poetikasının  işlənib  hazırlanması  zərurəti  yaranmışdır. 
Ədəbi  faktlara  həm  tarixi,  həm  də  müasirlik  gözü  ilə 
baxılmalı, nəzəriyyə ilə təcrübənin bir-birini tamamlaması 
təmin edilməlidir.           Tarixi poetikada verlibrin qədim 
Avrasiya  slavyan-türk    şeirində  birincilik  faktının  inkar 
edilməsi  tarixi  həqiqətin  inkarından  başqa  bir  şey  deyil.. 
Həqiqi  elmdə  qərəz  olmamalıdır:  müasir  dünya  bu  şeir 
vəzninin  ilk  öncə  azad  türk-slavyan  ruhunun  bədii-tarixi 
təcəssümü 
olduğunu 
qəbul 
etmək 
və 
görmək 
məcburiyyətindədir.  
    Burada bizim fikrimizlə üst-üstə düşən mətləb Verlibrin poetik 
məzmun  yaradıcılığındakı  üstünlüklərinin  təsdiqidir.  Verlibr 


 
51 
sənətində  şair  bir  yalnız  ritmik  konfiqurasiyalar  tərtibində 
azadlıq  qazanmır,  həm  də  bədii  fikrin  ekspressiv  ifadəsində, 
poetik 
məzmunun 
genişlənməsində, 
bədii 
vüsətin 
güclənməsində daha çeşidli imkanlara və yaradıcılıq azadlığına, 
aşırı linqivistik huqüqlara malikdir. Verlibrin forma və məzmunca 
novatorluq olması danılmazdır. Bu onun forma kimi deyil, bədii 
məzmun estetikası olaraq yaradıldığı tarixi dövrdə  hansı ictimai 
ideallara  cavab  verməsindən  asılı  bir  məsələdir.  Verlibr  qədər 
müxtəlif ictimai-ideolji maraqlara cavab verən ikinci bir estetik 
sahə  yoxdur.  Onun  müxtəlif  müasir  bədii  cərayanlar  üzrə  bir-
birinə  tamamilə  zidd  təmayülləri  vardır.  Hətta  eyni  bir  şairin 
yaradıcılığında  bir-birini  izləməyən  xəttlər  də  nəzərə  çarpır. 
“Sovet  ədəbi”  kimi  tanınmış,  Dövlət  mükafatlı“Lenin” 
poemasının  müəllifi  Pəsul  Rzanın  ədəbi  taleyi  bu  mənada  çox 
maraqlıdır.  Şairi  həm  sosialist  realizminin  ünlü  nümayəndəsi 
hesab  edir,  həm  də  “Rənglər”silsiləsinin  müəllifi  kimi 
sürrealizmdə  qınayırlar...  Etiraf  etmək  lazımdır  ki,  “Rənglər” 
silsiləsi ilə  R.Rza müasir Azərbaycan  ədəbiyyatının yüksəlişində 
irəliyə doğru tarixi addım ata bilmişdir. Bu şeirlə verlibr estetikası  
Azərbaycan  şeirinin  müasirlik  hüququnu  bütün  dünyada 
təsdiqləmişdir.  Bu  əsər  Rəsul  Rzanın  Söz  səltənətində 
“Nəsimi”poemasından  sonra,    ikinci  ən  cahanşümul    tarixi 
zəfəridir. Qərb ədəbiyyatçılarının bu əsərə dərhal böyük maraq 
göstərməyi, mənim zənnimcə,   heç də təsadüf üzündə deyildir...  
Zənnimizcə,  bu  uğurda  şairin  sənətkar  qüdrəti  qədər,  Verlibr 
sənətinin Türk bədii təfəkkürünə tarixi doğmalığı da müəyyən rol 
oynamışdır. 
    Əlbəttə,  bu  və  ya  digər  halların  öyrənilməsi  daha  çox  tarixi 
poetikamızın  tədqiqat  sahəsidir.  Hələ  tələbə  ikən  başladığımız 


 
52 
bu elmi işin ilk uğurları işləri VIII Respublika elmi Konfransında 
müvəffəqiyyətlərə  görə: 1980/1981-ci illərdə  Respublika  Təhsil 
Nazirliyi, LKGİ, Tələbə Elmi-tədqiqat işləri üzrə Respublika Şurası 
tərəfindən    Qızıl  Medal  və  I  dərəcəli  Diploma,  habelə  eyni 
mövzuda  elmi  tədqiqatlarım  həmin  illərdə  müxtəlif  elmi 
müsabiqələrdə müxtəlif dərəcəli Diplomlara layiq görülmüşdür. 
(Universitet 
Elmi 
Şurasının 
qərarı 
ilə 
Aspiranturada 
saxlanmağımız  nəzərdə  tutlmuşdur).  Azad  şeir  poetikasının 
tədqiqatı sahəsində sonrakı ötən illər ərzində əhəmiyyətli elmi-
tədqiqat  işlərinin  aparılmadığını,  verlibrşünaslığın  milli 
poetikamızda  indiyəcən  layiqincə  yer  tutmadığını  və  nahayət,  
verlibrin bu gün bütün dünyada poetik  avanqardın ifadə  üsulu 
sayılmasını nəzərə alaraq, “Azad şeirin poetikası” elmi tədqiqat 
işimizi  davam  etdirməyi  milli  ədəbiyyatşünaslığımız  üçün  çox 
vacib hesab edirəm. 
 
    Ümid edirəm ki, çox keçmədən, ədəbiyyatşünaslığımızın 
bu  mühüm  və  mürəkkəb  sahəsinə  daha  gənc 
tədqiqatçılarımız  da  elmi  maraq  göstərəcək  və  bizi  belə 
çətin bir  meydanda tək qoymayacaqlar... 
    Yazılı  ədəbiyyatın  əski  verlibr  nümunələrinin    Qədim 
Slavyan  və  Türk  Yazılı  abidələrində  hifz  olunması,  habelə 
kanoik forma alması bir möcizə deyil, Ümumavrasiya tarixi  
inkişaf  xəttinin  və  yolunun  xüsusi  göstəricisidir.  Bu 
şeirlərdə Avrasiya geosiyasi məkanında ictimai-mədəni və 
bioloji  mövcudiyyəti təhdid edilən superetnik bir varlığın 
dış təhlükələrə qarşı superetnik müqaviməti və etnokultral 
mübarizəsi bədii ifadəsini tapmışdır. Göytürk xaqanı Bilgə 
xaqan tərəfindən öz qardaşı Gültekinin şərəfinə ucaldılmış 
Daş bitikdə,  yazılı daş  kitabədə  Yollık Təkin  tərəfindən 38 
hərfi  işarə  ilə    yazılmış  əsərdən  gətirilmiş  bu  kiçik    bir 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə