MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə14/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   10   11   12   13   14   15   16   17   ...   164

______________________________________________ 

43

 



qəbul olundu. Özəlləşdirmə proqramı Dünya Bankına təqdim ediləcək. Bu 

yaxın günlərdə bizim nlimayəndə heyəti Vaşinqtona gedəcəkdir. Yəni, biz 

sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə, ümumiyyətlə, həyatımızı 

demokratikləşdirmək yolu ılə gedirik və bunu həm ictimai-siyasi, həm də 

iqtisadi sahədə həyata keçiririk. Ona görə də mən nikbinəm, arxayınam. 

Düzdür, iqtisadi vəziyyətdə  çətinliklər var, xalqımızın çox hissəsi ağır 

vəziyyətdə yaşayır, kasıbçılıq var. Mən demişəm, bu gün bir də deyirəm ki, 

qaçqınlara, məcburi köçkünlərə,  şəhid ailələrinə, müharibə  əlillərinə kömək 

etmək lazımdır. Bu bizim, ən ümdə  vəzifəmizdir. Bütün insanlara kömək 

etmək lazımdır. Biz bu çətinliklərdən də keçib gedəcəyik. 

Belə hesab edirəm ki, görülən bütün bu tədbirlər iqtisadiyyatda 

vəziyyətimizi dəyişdirəcək və iqtisadiyyatın günü-gündən inkişafına nail ola 

biləcəyik. Bunların hamısı məndə böyük ümid, nikbinlik yaradır. Ona görə də 

narahat olmayın, darıxmayın və  mənim verdiyim bu məlumatlardan da heç 

kəs qorxub çəkinməsin. Siz də varsınız, mən də varam, hamımız birlikdə 

Azərbaycanı bu vəziyyətdən çıxaracağıq. Bu işlərimizin bəhrəsini biz də 

görəcəyik, bizdən sonra gələn nəsillər də. 

Toplantının adından xalqa müraciət qəbul etmək lazımdır. Onun layihəsi 

burada var. Belə hesab edirəm ki, bunu oxumağa ehtiyac yoxdur. Etiraz 

etmirsinizsə, bütün bu çıxışların və danışıqların əsasında layihənin üzərində 

bir də işləyib hesab edək ki, müraciət burada qəbul olunub və mətbuatda dərc 

edək. 


Mən dünən və bu gün məsələləri bir yerdə müzakirə etməyimizdən 

həddən ziyadə məmnunam. Bu müzakirələr, iki gün çəkən birgə işimiz bir də 

göstərdi ki, xalqla dövlət ahəngdar hərəkət edir və xalqla dövlət birdir. Bu 

birlik, vətəndaş həmrəyliyi bizim üçün bu gün də, sabah da, gələcək üçün də 

lazımdır. Biz sizinlə birlikdə müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin 

təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, 

gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə  şərəfli vəzifə düşübdür və 

bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu 

vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır. 

Əminəm ki, dünənki və bugünkü söhbətlərimiz Azərbaycanda vətəndaş    

həmrəyliyi  yaranmasına, xalqın  birliyinə  



______________________________________________ 

44

 



böyük təkan verəcəkdir və hamımız birləşib ağır sınaqlardan məharətlə, 

şücaətlə çıxacağıq. 

Sizə  və sizin simanızda bütün Azərbaycan vətəndaşlarına, Azərbaycan 

xalqına bir daha hörmət və ehtiramımı, məhəbbətimi, sevgimi bildirirəm. Sizi 

bir daha əmin etmək istəyirəm ki, mən daim xalqlayam, xalqla olacağam. 

Mənim nəbzim xalqın nəbzi ilə vurur və  həyatımın son dəqiqəsinə  qədər 

xalqa xidmət etməyi özümə ən yüksək, şərəfli vəzifə hesab edirəm. Sağ olun. 

  



______________________________________________ 

45

 



 

BOLQARISTAN RESPUBLİKASININ  

 PREZİDENTİ JELYU JELEVİN  

 AZƏRBAYCAN PREZİDENTİNİN  

 

ŞƏRƏFİNƏ TƏŞKİL ETDİYİ RƏSMİ QƏBULDA NİTQ 

 

 Sofiya 



 

29 iyun 1995-ci il 

 

 Hörmətli prezident Jelyu Jelev!  



 Hörmətli xanımlar və cənablar! 

Mən Bolqarıstan prezidenti cənab Jelevin lütfkar dəvəti ilə buraya

Bolqarıstan torpağına böyük məmnunluq hissi ilə  gəlmişəm və bu gün biz 

birgə  işimizə yekun vururuq. Biz qardaş Bolqarıstanda olduğumuz ilk 

dəqiqələrdən səmimiyyət, mehribanlıq, qonaqpərvərlik və dostluq mühiti ilə 

qarşılaşdıq. Bu mühit bizə yaxşı işləməyə və çox mühüm sənəd imzalamağa 

imkan verdi. Bolqarıstana mən və məni müşayiət edən şəxslər bolqar xalqına, 

bolqar torpağına, bolqar xalqının özünün çox-əsrlik tarixi ərzində qazandığı 

görkəmli nailiyyətlərinə böyük hörmət hissi ilə, son illərdə Bolqarıstanda baş 

verən mühüm demokratik dəyişikliklərə ehtiram hissi ilə gəlmişik. 

Bütün bu işlərdə  cənab prezidentin - böyük sınaqlar yolu, demokratiya 

uğrunda, xalqın demokratik əqidələri və iradəsi uğrunda sınaqlar yolu 

keçmiş, Bolqarıstan prezidenti kimi respublikaya başçılıq edən insanın böyük 

rolunu ayrıca qeyd etmək istəyirərm Mən ötən vaxtlarda da Bolqarıstan 

rəhbəri ilə görüşüb söhbət etmişəm, Bolqarıstanda olmuşam, lakin indi 

tamam başqa şərait, başqa mühit və başqa həyatdır. 

Bolqarıstan demokratik inkişaf, demokratik cəmiyyət yolu ilə gedir, 

demokratik dəyişikliklər həyata keçirir, xalqın seçdiyi və xalqın mənafe və 

istəklərinə uyğun olan yol ilə gedir. Bolqarıstanda baş verən bütün proseslər 

mürəkkəb proseslərdir. Bolqarıstanın hazırda keçid dövründə qarşılaşdığı 

çətinliklər aldığımız informasiyadan və malik olduğumuz təcrübəmizdən 

yaxşı  məlumdur. Buna görə  də biz gələcəyə, xüsusən də Bolqarıstanda baş 

verən dəyişikliklərin nəticələrinə böyük ehtiram hissilə, böyük nikbinliklə 

baxırıq. Biz Bolqarıstan dövlətinin simasında Avropa ölkəsini - sivilizasiya 

yolu ilə, demok- 



______________________________________________ 

46

 



ratiya yolu  ilə, milli istiqlaliyyət yolu ilə gedən bir ölkə görürük. 

Azərbaycan xalqı üç il yarım əvvəl əldə etdiyi öz milli azadlığını, dövlət 

müstəqilliyini əziz tutur, onların qədrini bilir. 

Ölkələrimiz, demək olar, eyni proseslərlə qarşılaşmışlar. Mən əminəm ki, 

biz bu ağır sınaqlar yolunu qət edəcək və sivilizasiya səviyyəsinə, 

demokratiya səviyyəsinə  çıxacağıq. Bu baxımdan Bolqarıstanın böyük 

təcrübəsi və geniş imkanları var. Buna görə də biz bu qiymətli təcrübəyə öz 

əməll fəaliyyətimizdə  də, öz praktiki işimizdə  də hörmətlə yanaşırıq. 

Bolqarıstan və Azərbaycan uzun müddətə xoş münasibətlər, tərəfdaşlıq, 

dostluq münasibətləri yaratmaq niyyətindədirlər. Buna dostluq və əməkdaşlıq 

haqqında bu gün imzaladığımız müqavilə və həmçinin imzalanmış olan digər 

mühüm sazişlər də sübutdur. 

Belə düşünürəm ki, gələcək  əməkdaşlığımız üçün yaxşı bünövrə 

qoyulmuşdur,  ən başlıcası isə, bu əməkdaşlığın səmərəli olması üçün 

qarşılıqlı arzu, niyyət var. 

Biz buna çox ciddi yanaşır və ümid edirik ki, bu əməkdaşlıq həqiqətən 

səmərəli və faydalı olacaqdır. Fürsətdən istifadə edərək, Azərbaycan 

Respublikasının dövlət müstəqilliyinə göstərilmiş diqqətə görə Bolqarıstan 

dövlətinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. 1992-ci ilin yayında 

Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini və Azərbaycan 

Respublikasının ərazi bütövlüyünü tanıdı. Bu, bizim üçün - müstəqil inkişaf

müstəqillik yoluna qədəm qoyan ölkə üçün çox böyük nailiyyətdir. Çətin 

şəraitdə Bolqarıstan tərəfindən göstərilmiş  həyanlıq böyük rol oynadı. Biz 

bunu xüsusilə qiymətləndiririk ki, bizə bu bəyanlıq elə bir vaxtda göstərilir 

ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə  məruz qalır və çox böyük 

itkilər vermişdir. Odur ki, Azərbaycanın milli dövlət müstəqilliyinin və ərazi 

bütövlüyünün Bolqarıstan dövləti tərəfindən dəstəklənməsi bizə böyük 

köməkdir. Bu köməyə görə  mən Bolqarıstan dövlətinə, Bolqarıstan 

hökumətinə və Bolqarıstan prezidentinə minnətdarlığımı bildirirəm. 

Bizim gələcək əməkdaşlıq üçün böyük imkanlarımız, ən başlıcası isə xoş 

münasibətlər, dostluq münasibətləri olması üçün böyük arzumuz var. Son 

illər Azərbaycan böyük sınaqlardan çıxmışdır. Yeddi il əvvəl başlanmış hərbi 

təcavüz Azərbaycan iqtisadiyyatına və təbii olaraq, respublikamızın ic- 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə