MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə13/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   9   10   11   12   13   14   15   16   ...   164

______________________________________________ 

40

 



ğınına, vətəndaş müharibəsinə gedirdilər. Bəs bunun nəticəsini 

görmürdülərmi? 

Elə ona görə  də  həmin Xüsusi Təyinatlı Polis Dəstəsi dövlət 

strukturundan silahlı quldur dəstəsinə çevrildi. O quldur dəstəsinin üzvləri 

böyük cinayətlər, reketçilik etdilər, insanları öldürdlilər, sui-qəsdlər etdilər, 

adamları  oğurladılar. Hansı cinayətlər etmədilər! Bilirsiniz bunlar hamısı o 

dövrün məhsuludur. İndi görün bizə nə gəlib çatıb, biz dövlətin işlərinə hansı 

şəraitdə başlamışıq. 

Ona görə  də bugünkü müzakirədən çıxan  əsas nəticə ondan ibarət 

olmalıdır ki, istənilən məqsədlərə zorakılıqla nail olmaq hallarına son 

qoyulmalıdır. Cəmiyyətimiz, ictimaiyyətimiz buna qarşı  çıxmalıdır. 

Terrorizmə son qoyulmalıdır. Afiyəddin Cəlilov, Şəmsi Rəhimov terrorizmin 

qurbanları olublar. Qətlə yetirilmiş bir neçə başqa adam da terrorizmin 

qurbanlarıdır. Həmin bu qüvvələr artıq başqa bir yolla öz məqsədlərinə nail 

ola bilmədiklərinə görə terrorizmə əl atıblar. 

Burada deyildi, - ilk terror aktı 1993-cü ildə Xalq Cəbhəsi tərəfindən 

mənim əleyhimə hazırlanmışdı. Axı bu qədər də vicdansızlıq olmaz, bu qədər 

də  şərəfsizlik olmaz! Onlar Türkiyədən,  Ərzrum Universitetindən Həsən 

Toku adlı bir nəfər gənc türkü Naxçıvanda bir ay hazırlıqdan sonra buraya 

gətirmişdilər ki, o məni öldürsün. O tutuldu, indi həbsxanada yatır. Onu da 

bədbəxt etdilər. Ondan savayı, daha iki nəfər adam həbsxanada yatır, bədbəxt 

olmuşlar. Amma həmin terroru hazırlayan üç nəfər qaçıb Kələkidə gizlənir. 

Bu necə ola bilər?  Əgər bu, siyasi təşkilatdırsa, axı terrorizmlə  məşğul 

olmamalıdır. Demək, bu, terrorçu təşkilatdır. Terrorçu təşkilata isə 

cəmiyyətimizdə yer ola bilməz. 

İndi Moskvada yerləşən həmin o adamlar cürbəcür terror aktlarına  əl 

atmaq istəyirlər. Onların birinci hədəfi də Heydər  Əliyevdir, onun ailəsinin 

üzvləridir və Heydər Əliyevin yaxın silahdaşlarıdır. Mən bunları sizi sadəcə 

məlumatlandırmaq üçün deyirəm. Ancaq onlar da - terrorçular da, hamı da 

bilsin, məni heç bir şey qorxutmur, o cümlədən terror aktı. Mən Azərbaycan 

Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm. Ona görə 

yox ki, bu vəzifə  mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə 

götürmüşəm ki, öz bacı-qardaşlarıma, doğma Vətənimə, doğma 

vətəndaşlarıma, torpağıma xidmət edim. 




______________________________________________ 

41

 



Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinədək mən bu xidməti 

edəcəyəm. Məni heç nə qorxutmur, heç bir şey çəkindirmir. Mən bütün bu 

təxribatların, terrorun qabağında durmuşam və duracağam. Azərbaycanın 

müstəqilliyini qorumuşam, qoruyacağam. 

Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan 

götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda 

qurban olmağa hazırıq. 

Mən bütün bu məlumatları sizə verərək, eyni zamanda sizdə böyük ümid 

hissi yaratmaq istəyirəm. Çünki mən böyük ümidlərlə, arzularla, böyük 

nikbinliklə yaşayıram. Bizim müstəqilliyimizi heç kəs sarsıda bilməz. 

Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır. Biz bütün 

dövlətlərlə qarşılıqlı, faydalı  əlaqə qururuq və quracağıq. Siz şahidsiniz ki, 

son iki il müddətində Azərbaycanın dünya miqyasında hörməti nə  qədər 

qalxıb.  Ən böyük dünya dövlətlərinin başçıları ilə  mənim  şəxsi görüşlərim 

olub. Rəsmi səfərlərim olub. Müqavilələr imzalamışıq. Qısa bir müddətdə 

dünyanın  ən böyük, mötəbər beynəxalq təşkilatların toplantılarında iştirak 

etmişəm, Azərbaycanın sözünü demişəm, Azərbaycanın problemlərini 

çatdırmışam. BMT-nin, ATŞT-in üzvü olan ölkələrin dövlət başçıların 

yığıncağında,  İslam Konfransı  Təşkilatının üzvü olan ölkələrin dövlət 

başçılarının yığıncağında, beynəlxalq təşkilatların Qahirədə, Kopenhagendə 

keçirilən tədbirlərində - hamısında Azərbaycanın səsi ucalıbdır. Artıq 

Azərbaycan hər yerdə tanınır. ABŞ-a və Çin Xalq Respublikasına, başqa 

ölkələrə səfərə getmişik, Moskvada da, Tehranda da, Ankarada da, Fransada 

da,  İngiltərədə  də Azərbaycanı layiqli təmsil etmişik. Azərbaycanın 

beynəlxalq miqyasda nüfuzu qalxıb və qalxacaqdır. Neft müqavüəsini 

bağlamışıq və bütün təxribatlara baxmayaraq, bu müqavilə  əməli surətdə 

həyata keçirilir. Azərbaycan müstəqil siyasət aparır. Amma -Azərbaycan eyni 

zamanda bütün dövlətlərlə dostluq və qardaşlıq  əlaqələri yaradır və 

yaradacaqdır. 

Bəzi adamlar bizim Rusiya ilə  əlaqələrimizi ləkələmək istəyirlər. Onlar 

buna nail ola bilməyəcəklər. Bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da 

gündən-günə inkişaf edəcək və" ayrı-ayrı quldurların, cinayətkarların orada 

yerləşməsi bizim siyasətimizə heç bir təsir edə bilməz. Buna arxayın ola 

bilərsiniz. 

Türkiyə  ilə  çox  dost və  qardaşlıq münasibətlərimiz var. 



______________________________________________ 

42

 



İran ilə münasibətlərimiz yaxşıdır. Kimsə buna mane olmaq istəyir, amma 

mane ola bilməz. İran bizə qonşu, dost dövlətdir. Amerika Birləşmiş Ştatları 

ilə  əlaqələrimiz gündən-günə inkişaf edir, Avropa ölkələri ilə  də, Asiya 

ölkələri ilə  də,  Ərəbistan aləmi ilə  də  əlaqələrimiz inkişaf edir və inkişaf 

edəcəkdir. 

Ona görə  də Azərbaycan indi keçmiş Azərbaycan deyil. Azərbaycan 

dünya birliyində öz yerini tapıb və  hər yerdə  nəinki tanınır, hər yerdə öz 

sözünü deyir, öz siyasətini həyata keçirir. Xarici siyasətimiz dünya 

miqyasında rəğbətlə qarşılanıb və biz bu siyasətimizi davam etdirəcəyik. 

Mən belə hesab edirəm ki, bütün bu təxribatlara, cürbəcür silahlı 

dəstələrin mövcud olmasına baxmayaraq, biz respublikanın daxilində ictimai-

siyasi vəziyyəti sabitləşdirmişik və bundan sonra da sabit saxlayacağıq. Heç 

kəs bizim tədbirlərimizə, işlərimizə mane ola bilməz. Çünki biz xalqla birik, 

xalq da bizimlə birdir. Mən dəfələrlə demişəm, biz demokratik, hüquqi dövlət 

qururuq və bunun üçün çox ciddi addımlar atmışıq. Noyabrın 12-nə 

parlament seçkiləri təyin edilmişdir. Bu il ilk dəfə müstəqil Azərbaycan 

dövlətinin Konstitusiyasının qəbul edilməsi böyük tarixi hadisə olacaqdır. 

Mən əminəm ki, biz bunları yüksək səviyyədə, demokratik şəraitdə hazırlayıb 

keçirəcəyik və Azərbaycanın demokratik bir dövlət olduğunu bütün dünyaya 

yenidən nümayiş etdirəcəyik. 

İqtisadi islahatlar gedir. Bu sahədə Azərbaycanın yolu sərbəst 

iqtisadiyyat, bazar iqtisadiyyatı yoludur. Biz bu yol ilə gedirik. Hesab 

etməyin ki, bu, asan işdir. Xeyr, çətindir, ağırdır. Keçmiş Sovetlər İttifaqına 

daxil olan respublikaların hamısı bu çətin yolu keçir. Hərəsinin özünə görə 

problemi var. Amma bizim problemimiz hamısından çox, hamısından ağırdır. 

Çünki torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon nəfər qaçqınımız 

var, işsizimiz var. Sərhədlərimiz bağlanıbdır, blokada vəziyyətinə düşmüşük. 

Amma bunların hamısına baxmayaraq, biz iqtisadi islahatlan keçiririk. Bilin, 

bu gün toplantıdan sonra mən böyük müşavirə keçirəcəyəm. Nəhayət, 

özəlləşdirmə proqramı hazır olub, mən bir neçə dəfə ona baxmışam. Bu gün 

bir də baxıb Milli Məclisə təqdim edəcəyəm. 

Beynəlxalq maliyyə dairələrində, banklarda Azərbaycana müsbət 

münasibət, müsbət  əlaqələr yaranıbdır. Baş nazir Fuad Quliyevin rəhbərlik 

etdiyi nümayəndə heyəti mayın 29-da Parisdə    Azərbaycan  haqqında  

məlumat verdi və bu məlumat  



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə