MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə22/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   18   19   20   21   22   23   24   25   ...   164

______________________________________________ 

69

 



daha geniş  səpkidə, Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən nadir 

ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı şəkildə baxmaq lazımdır. Çünki bu 

iki hövzə təbiətin özü ilə çox sıx şəkildə bağlıdır. 

Xanımlar və cənablar! Buxarest görüşü Qara Dəniz İqtisadi  Əməkdaşlıq 

Təşkilatı tarixində növbəti mərhələ olaraq, birgə işə yekun vurur və gələcək 

inkişaf yollarını müəyyənləşdirir. Biz görüşün  əməli ruhunu məmnunluqla 

qeyd edir və bölgənin əmin-amanlığı, tərəqqisi və inkışafı naminə əməkdaşlıq 

prosesinin inkişafında çox yaxından iştirak etmək niyyətindəyik. Bu işdə 

Azərbaycan sizin həmişə etibarlı və layıqli tərəfdaşınız olacaqdır. 

Diqqətinizə görə təşəkkür edirəm. 

  



______________________________________________ 

70

 



 

RUMINİYA PREZİDENTİ 

 

İON İLİYESKUNUN 

 AZƏRBAYCAN PREZİDENTİNİN 

 

ŞƏRƏFİNƏ TƏŞKİL ETDİYİ 

 

RƏSMİ QƏBULDA NİTQ 

                                               

 Buxarest 

 

 



1 iyul 1995-ci il 

 

 Hörmətli Rumıniya prezidenti, hörmətli Rumıniya senatının sədri, 



hörmətli  nazirlər, Rumıniya dövlətinin rəhbərləri,  ictimaiyyət və    mətbuat 

nümayəndələri,   möhtərəm xanımlar və cənablar!  

Mən Rumıniya prezidenti cənab İliyeskunun təklifini məmnunluqla qəbul 

etdim və ölkənizə  rəsmi səfərə  gəldim. Bu dəvətin  özü   Rumıniya  ilə  

Azərbaycan  Respublikası  arasında dostluq münasibətlərinin daha da inkişaf 

etdirilməsi üçün çox mühüm addımdır. Mən bu addımı yüksək 

qiymətləndirərək, rumın xalqına dostluq və hörmət hissləri ilə, son illər 

ölkənizdə baş verən dəyişikllklərə ehtiram hissi ilə sizə  gəldim, öz 

həmkarlarımla birlikdə gəldim. 

Rumın xalqı öz gözəl işləri, qəhrəmanlıq tarixi, istiqlaliyyət uğrunda 

mübarizəsi ilə dünyada məşhurdur. Azərbaycanda Rumıniyanı, rumın xalqını 

yaxşı tanıyır, onun tarixinə, qədim mədəniyyətinə, ədəbiyyat və incəsənətinə 

yaxşı  bələddirlər. Rumıniya öz nefti ilə xüsusən daha yaxşı tanınmışdır. 

Qədim neft ölkəsi kimi Azərbaycan dünyanın neft istehsal edilmiş bölgələri 

ilə həmişə bağlı olmuşdur. Elə bunun özü də bizi Rumıniya ilə bağlayır. Bir 

çox Azərbaycan neftçiləri, alimləri, mühəndisləri, texnikləri, mütəxəssisləri 

50-60-cı illərdə Piteşti rayonunda Rumıniyanın neft yataqlarının 

işlənməsində  iştirak edərək, rumın xalqına öz ölkəsinin inkişafında dostluq 

köməyi göstərmişlər. 

Azərbaycan neftçiləri, eləcə  də Azərbaycan mədəniyyətinin, elm və 

incəsənətinin nümayəndələri rumıniyalı həmkarları ilə sıx əlaqə saxlamışlar. 

Rumıniyada onlar həmişə qonaqpərvərlik görmüş, qardaşcasına dostluq 

hissləri, qarşılıqlı yardım hissləri duymuşlar. Buna görə də bu gün tam əsasla 

qeyd edə bilərik ki, Rumıniya və Azərbaycan xalqları arasında dostluq,  




______________________________________________ 

71

 



əməkdaşlıq münasibətlərinin öz tarixi var. Bu gün biz sizinlə birlikdə çalışır, 

birlikdə  işləyirik ki, əməkdaşlığımıza yeni təkan verək və xalqlarımız 

arasında dostluğun daha da inkişaf etməsinə yeni təkan verək. 

1989-cu ilin dekabr inqilabından bəri Rumıniyada baş verən bütün 

prosesləri Azərbaycanda diqqətlə izləyirlər. Rumıniya tarixində  həmin dövr 

onunla bağlıdır ki, rumın xalqının potensial imkanlarını üzə çıxarmaq üçün, 

ölkənin demokratikləşdirilməsi üçün, insan hüquqlarının, Rumıniyanın 

azadlıq və müstəqillik prinsiplərinin bərqərar edilməsi üçün bu illər ərzində 

böyük ictimai-siyasi dəyişikliklər baş vermişdir və baş verir. 

Biz mətbuatdan, aldığımız informasiyalardan, şəxsi 

əlaqə-

görüşlərimizdən bilirik ki, bu illər xalqmız üçün çətin, məşəqqətli, bir sıra 



hallarda isə faciəli olmuşdur, lakin bununla yanaşı bu illər  şanlı illərdir. O 

mənada ki, ötən bu illər  ərzində Rumıniyanın, rumın xalqının həyatında 

köklü dönüş yaranmışdır. Son illər ölkənizdə baş verən demokratik 

dəyişikliklər, ictimai-siyasi həyatın demokratikləşdirilməsi ilə bağlı proseslər, 

bazar münasibətlərinin bərqərar edilməsi və siyasi plüralizm, söz azadlığı, 

mətbuat azadlığı, vicdan azadlığı - bütün bu yeniliklər Azərbaycan 

cəmiyyətində, xalqımızda dərin məmnunluq hissləri doğurur. 

Biz yaxşı bilirik ki, bu illər  ərzində  nə edilirsə hamısı, sözün əsl 

mənasında xalqın hökmü ilə və xalq üçün edilir. Bununla əlaqədar Rumıniya 

prezidenti, dostumuz, hörmətli  İon  İliyeskunun xüsusi rolunu vurğulamaq 

istərdim. Bu illər  ərzində o, bütün proseslərə  qətiyyətlə başçılıq edir və öz 

xalqının mənafeyinə tam uyğun olan siyasət yeridir. 

Müstəqil dövlət kimi Azərbaycan öz istiqlaliyyətini 91-ci ilin dekabrında 

əldə etmişdir. Bunu xalqımız böyük tarixi nailiyyət bilir. Əsrimizin 

əvvəllərində, 1918-ci ildə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail 

olmuş, ilk Azərbaycan demokratik hökuməti yaradılmışdır. Lakin o, cəmi 

iyirmi üç ay mövcud olmuş  və  qızıl ordunun Azərbaycana gəlməsi 

nəticəsində Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə  əlaqədar 

devrilmişdir. 77 il Azərbaycan Sovet İttifaqının tərkibində olmuş, nəhayət, 

91-ci ilin dekabrında istiqlaliyyət  əldə etmişdir. Azərbaycanın  

müstəqilliyinin  bu  üç il yarım müddəti xalqımız üçün, ölkəmiz üçün çox 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə