Müşkür kənd tam orta məktəb XI sinif a variantı Monitorinq-1 1 Uyğunluğu müəyyən edin



Yüklə 60,33 Kb.
səhifə2/4
tarix22.03.2024
ölçüsü60,33 Kb.
#183531
1   2   3   4
Monitorinq 1 A XI

Nyasa gölü
Nyasa gölü - dünyada sahəsinə görə doqquzuncu, dərinliyinə görə isə üçünçüdür. Nyasa həm də Malavi gölü kimi də tanınır.
“Nyasa” sözü Yao xalqının dilində «göl» mənasını verir1. Gölün dibinin qalın örtüklə örtülməsi yaşının qədimliyini sübut edir2. Fərziyyələrə görə, yaşı 4 milyondur.
Hövzə ətrafında yerləşən ən hündür dağlar Livinqston dağlarıdır. Gölün şimal-şərqində Ruhuhu çayı Livingston dağlarını yarır.
Gölü 14 çay qidalandırır. Onlar arasında Ruhuhu, Sonqve, Şimali Rukuru, Cənubi Rukuru, Dvanqva, Bua və Lilonqve ən uzun çaylardır. Göldən axan yeganə çay isə Şire çayıdır. Göl öz suyunun tərkibini 114 ilə dəyişir. Axarı olan göllər arasında suyu nisbətən şor3 və ağırdır. Səbəbi güclü buxarlanmadır. Gölün su səviyyəsi yağıntılardan asılı olaraq dəyişir. İqlim dəyişiklikləri özünü açıq aydın göstərir. Yağıntının artması, buxarlanmanın azlığı səbəbindən gölün ətraf əraziləri basması müşahidə edilmişdir.
Göl üç ölkə arasında bölünmüşdür: Malavi, Mozambik və Tanzaniya. Gölün böyük hissəsi 68% Malavi ərazisidir. 25 % Tanzaniya, 7% isǝ Mozambik ərazisinə daxildir. Tanzaniya hissəsi göldə su balansının qorunması baxımından əhəmiyyətlidir.
David Livingston 1860-cı ildə Zambezi çayı ilə mənbəyə doğru uğursuz cəhddən sonra Şire çayını tədqiq edir. Şire çayı ilə Nyasa gölünü aşkarlayır. O, ilk avropalı olur ki, Nyasa gölünü görür. Gölü ilk dəfə ətraflı şəkildə təsvir edir. Əslində gölün ilk açılışını edən avropalı Qaşmar Bukarru olub. O, hələ 1616-ci ildə göl ətrafına ayaq basaraq onu aşkarlayıb. Portuqaliya dövlət arxivi açılarkən4 bu təsdiqini tapır.
11) Mətnə əsasən hansı fikir doğrudur?
A) Gölün ilk açılışını edən portuqaliyalı olub.
B) Göldən axan çay yoxdur.
C) Gölün tərkibi sabit qalır, suyunu dəyişmir.
D) Gölün ən az hissəsi Mozambik ərazisindədir.
E) Gölün yaşı dəqiq olaraq müəyyən edilib

12. Hansı fikir mətndə öz əksini tapmır?


A) Gölün səviyyəsinin sabit olmaması
B) Gölün coğrafi baxımdan bölgüsü
C) Gölün yaşının qədimliyinin sübutu
D) Gölün ilk dəfə ətraflı təsviri
E) Göllər arasında nisbətən yüngül şorluq

13. Üzərinə rəqəm qoyulan hansı sözlər məcazidir?


A) 1,2 B) 1,3 C) 3,4 D) 1,4 E) 2,4

14. Sonuncu abzasda fərqləndirilən hissəyə əsasən demək olar: (biri aiddir)


A) Gölün ilk açılışını edən D.Livingston olub.
B) D.Livingston Nyasa gölünə əsasən Şire çayını müəyyən edib.
C) Gölü ilk dəfə ətraflı təsvir edən avropalı olub.
D) Portuqaliya dövləti arxivi açanda D.Livingstonun əməyi sübut olunub.
E) Yağıntının artması səbəbindən gölün ətraf əraziləri basması müşahidə edilmişdir.

15. Mətnə əsasən doğru fikri seçin.


A) Mətn mühakimə xarakteri daşıyır.
B) Mətnin üslubuna elmilik, dəqiqlik, məcazilik kimi xüsusiyyətlər aiddir.
C) Standart formalardan istifadə mətnin üslubunun xüsusiyyətidir.
D) Göldəki su səviyyəsinin asılı olduğu faktor var.
E) Gölün suyunun nisbətən ağır və şor olmasının səbəbi bəlli deyil
16) Mətnin üslubi xüsusiyyətlərini rəsmi-işgüzar üslubun xüsusiyyətləri ilə müqayisə edin.
Mətnin üslubu Rəsmi-işgüzar üslub
________________________________________________________________________________________________________________________________________________________________________________________

17) "Axarı olan göllər arasında suyu nisbətən şor və ağırdır" bu məqama səbəb olacaq fikri yazın


__________________________________________________________________________________________________________________________________________

18) Mətnə əsasən verilən müddəaya aid ola biləcək faktı yazın.


→ Müddəa: Göldə su səviyyəsi həmişə eyni olmur.
→ Fakt:___________________________________
_________________________________________
19) "Göl öz suyunun tərkibini 114 ilə dəyişir" fikrinə əsasən hesab edin ki, göl öz tərkibini bu il dəyişib. Sillogizm quraraq bir də neçənci ildə dəyişəcəyini müəyyən edin.
1-ci hökm:_____________________________________
______________________________________________
______________________________________________
2-ci hökm:_____________________________________
______________________________________________
______________________________________________
Nəticə________________________________________
______________________________________________
______________________________________________
20) Mətnin son abzasını üç cümlə ilə ümumiləşdirib yazın.
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Yüklə 60,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə