Azərbaycan ərazisində erkən və qədim dövrlər



Yüklə 20,88 Kb.
səhifə1/2
tarix28.11.2023
ölçüsü20,88 Kb.
#133699
  1   2
Tarıx serbers iş


Azərbaycan ərazisində erkən və qədim dövrlər
Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı ərazilərdən biridir. Dünyada ilk insan qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmış, 2-3 mln., Azərbaycanda ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağaraları) isə 1,5 mln. il b.ə. yaşadığı müəyyən edilmişdir.
Azərbaycanda ibtidai icma cəmiyyəti və onun mərhələləri. Bəşər tarixinin inkişafının ilk mərhələsi olan ibtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. İbtidai icma cəmiyyətinin ilkin mərhələsi olan Daş dövrü öz növbəsində üç mərhələyə bölünür: - Qədim Daş dövrü (Paleolit); - Orta Daş dövrü (Mezolit); - Yeni Daş dövrü (Neolit).

Daş dövrü: Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorumağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400–300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 100–30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşanmış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər.
30–10 min il öncə Azərbaycanda paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların(sitayiş, ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi.
Mezolit dövrü Azərbaycanda e.ə. 11–8-ci minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər.
Neolit dövrü Azərbaycanda e.ə. 7-ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlitəpədə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır.
E.ə. 6–4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.


Yüklə 20,88 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə