Mühazirənin planı: Texniki bitkilərin əhəmiyyəti Texniki bitkilərin təsnifatı Texniki bitkilər fənninin metodu



Yüklə 0,99 Mb.
səhifə6/13
tarix10.11.2017
ölçüsü0,99 Mb.
#9222
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13

Toxumun səpinə hazırlanması. Şəkər çuğundurunun becərilmə texnologiyasının bir çox elementləri – səpin norması, səpin üsulu, bitki sıxlığı və s. əkiləcək toxumun keyfiyyətindən asılıdır. Səpin üçün rayonlaşmış sortların I-ci reproduksiyaya aid olan toxumları işlədilməlidir. Səpiləcək toxumun cücərmə enerjisi ( bir cücərtiliyi) 85 %-dən, laboratoriya cücərmə qabiliyyəti (yeknəsəkliyi) 90%-dən və təmizliyi 98 %-dən az olmamalıdır. Dəqiq səpin aparmaq üçün səpiləcək toxum 3,5-4,5 mm və ya 4,5-5,5 mm diametrində olmaqla birtoxumluluğu 96% -dən az olmamalıdır.

Toxumlar səpindən qabaq cilalanmalı, çoxtoxumlu kələfcələr ayrı-ayrı təktoxumlu meyvəciklərə xırdalanmalı, kalibrləşdirilməli və səthində qidalı maddələrin, pestisidlərin örtüyü əmələ gətirilməlidir. Səpinqabağı, bilavasitə təsərrüfatlarda 8 litr su və 1qr. kəhrəba turşusu qatışdırılaraq 100 kq toxuma çilənməsi çox yaxşı nəticə verir.



Səpin müddəti, üsulu, norması və toxumun basdırılma dərinliyi. Şəkər çuğunduru torpağın 5 sm dərinliyində temperatur 6-8 0C olduqda səpilməlidir. Səpin qısa müddətdə 3-5 günə başa çatdırılmalıdır. Respublikanın əksər rayonlarında şəkər çuğundurunu fevralın axırı – martın əvvəlində səpmək olar.

Suvarma şəraitində ən yaxşı səpin üsulu cərgəarası 60 sm olan gencərgəli nöqtəvi səpindir. Pambıqçılıqla məşğul olan təsərrüfatlarda 60-90 sm-lik cərgəaralarına və qarğıdalı-tərəvəz təsərrüfatlarında 70 sm-lik cərgələri becərməyə imkan verən kompleks maşınlar olur. Ona görə də əgər təsərrüfatda çuğundurun becərilməsinə aid xüsusi, kompleks çuğundur maşınları olmazsa, onda bu bitkinin becərilməsində pambıq, qarğıdalı və ya tərəvəz texnikasından istifadə etməyə imkan verən səpin üsulu seçilməlidir (CCT-8, CCH-12, CK-18, CKP-12, CCT-12A).

400-500 sentner kökümeyvə məhsulu almaq üçün yığımqabağı hektarda 95-100 min bitki olmalıdır. Cərgəarası 60 sm olan suvarma zonalarında bitkiarası məsafə 10-15 sm götürülür. Hal-hazırda punktir səpin üsulu daha geniş tətbiq olunan əlverişli üsul sayılır. Bu üsulda toxumlar arasında məsafə qoyulur, normal cücərtilər alındığından seyrəltməyə ehtiyac qalmır. Hər metrə 20 toxum səpilir.

Adi texnologiya ilə becərdikdə cərgəarası 60 sm olduqda səpin norması hektara 10-12 kq, (bir metrə 35-38 kələfcə) 45 sm olduqda isə 30 kq götürülür.

Sənaye texnologiyasında hektara səpin norması 6-8 kq, (bir metrə 12-14 meyvə), alaqlardan təmiz, münbit, habelə xəstəlik və zərərvericilərdən təmiz sahələrdə 1 metr cərgəyə 9-10 kələfcə,(4,5-6,0 kq) səpmək olar.

Səpin norması aşağıdakı adi düsturla təyin olunur:


N=

Burada:


N – hektara səpiləcək toxum, kq-la;

B – hektarda tələb olunan bitki, mln. ədədlə;

S – 1000 ədəd toxumun kütləsi, q;

T – səpiləcək toxumun yararlılıq dərəcəsi, %-lə. Tutaq ki, B = 0,1 milyon, S = 15 qr., T = 95%-dir.


Onda . Deməli bir hektarda 100 min bitki olması üçün 1,58 kq toxum səpilməlidir (təmiz toxum). Təsərrüfarlarda isə torpağa ən azı 25-30 kq toxum səpilir və sonra onu çoxlu zəhmət çəkərək seyrəldirlər.

Çoxtoxumlu diploid şəkər çuğundurunun 1000 ədəd meyvəsinin kütləsi 25 qr-dan, birtoxumlu diploid şəkər çuğundurununku 15 qr.- dan, çoxtoxumlu poliploid şəkər çuğundurunun isə 1000 ədəd meyvəsinin kütləsi 30 qr-dan aşağı olmur.

Torpaq səpinə yaxşı hazırlandıqda və səpin üçün yüksək keyfiyyətli toxum işlətdikdə hər metr cərgəyə 10-15 toxum səpib 6-7 cücərti saxlamaq məsləhətdir. Səpin zamanı aqreqat saatda 4-5 km sürətlə hərəkət etməlidir. Toxum torpağın qranulometrik tərkibindən asılı olaraq ağır boz torpaqlarda 2,5-3 sm, yüngül və orta gilli şabalıdı, qonur və qəhvəyi torpaqlarda 3-5 sm, kövşənlik əkinlərində isə 2-3 sm dərinliyə basdırılmalıdır.

Əkinlərə qulluq. Əkinə qulluq vegetasiya suvarmalarından, cərgəaralarının becərilməsindən, yemləmə gübrəsi verilməsindən, alaqlara, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə aparmaqdan ibarətdir. Şəraitdən asılı olaraq çuğundurun cücərtiləri 8-20 günə alınır. Çıxışı yaxşılaşdırmaq üçün səpindən 4-5 gün sonra, cücərtilərin boyu 0,5 sm-ə çatana qədər köndələninə mala çəkilir. Cücərti varsa zədələməmək üçün aqreqatın hərəkət surəti saatda 2,5-3,0 km-dən artıq olmamalıdır. Cücərtilər görünəndə 1-ci kultivasiyanı cərgələrin uzununa 4-5 sm dərinliyində apararaq cərgələr yumşaldılır və 8-10 sm cərgədən aralı müdafiə zonası saxlanılır. Məqsəd cücərtilərin üzərini torpaqla basdırmamaqdır. Normal bitki sıxlığı yaratmaq üçün seyrəltmə aparılır. Sıx əkinlərdə çatal fazasında 6-7 günə seyrəltmə apararaq bitki sıxlığını 90 minə çatdırırlar. 2-ci becərmə seyrəltmədən sonra 10-12 sm dərinliyində aparılır. Suvarmalardan 2-3 gün sonra kultivasiya çəkilir. Oktyabrın axırında yığımqabağı cərgəaraları 8-10 sm dərinlikdə yumşaldırlar ki, yığımın keyfiyyəti yaxşılaşsın.

Şəkər çuğunduru toxumu səpilmiş sahə arat olub-olunmamasından asılı olmayaraq səpin zamanı açılmış şırımlarla hopdurma yolu ilə suvarılmalıdır. Suvarmadan sonra traktorun sahədə hərəkəti mümkün olan kimi, təxminən suvarmadan 4-6 gün sonra, cücərtilər 6-7 mm olanda kultivatorla və ya mala ilə cığıraçanın izi ilə malalanmalıdır. Vegetasiya dövründə 4-5 dəfə və daha çox cərgəarası yumşaltma aparıla bilər. İkinci və sonrakı cərgəarası becərmə 8-10 sm dərinlikdə aparılmalıdır. İkinci kultivasiya seyrəltmədən sonra, üçüncü və sonrakılar hər 10-14 gündən bir və ya ehtiyac olduqda aparılmalıdır. Bir qayda olaraq suvarma qabağı şırım açılmalı, suvarmadan sonra torpaq ensiz sərt pəncələrlə yumşaldılmalı və sonra növbəti suvarmaya qədər alaqları mexaniki üsul ilə məhv etmək üçün yastıkəsici ülgüclər və ikitərəfli kəsən pəncələri, cərgələri mühafizəedici diskləri olan kultivatorla cərgəarası becərmə aparılmalıdır. Cərgələr qovuşmamışdan qabaq suvarma üçün şırımlar açılmalıdır.

Şəkər çuğunduru respublikanın dağətəyi və aran rayonlarının suvarılan torpaqlarında becərilir və vegetasiya müddətində Mil-Qarabağ, Muğan, Şirvan bölgələrində 6-8 dəfə və Gəncə-Qazax bölgəsində 8-10 dəfə suvarılır. Mütərəqqi suvarma üsulları ilə, cərgələr arasında açılmış şırımlarla (infiltrasiya) və yağışyağdırma üsulu ilə suvarılmalıdır. Vegetasiyanın əvvəlində və axırında suvarma normaları yüksək olmayıb 500-700 m3/ha təşkil edir. Yayın ortalarında çuğundur güclü surətdə inkişaf edir, böyük miqdarda su sərf edir. Buna görə də suvarma normaları 800-1000 m3/ha-a qədər artırılmalıdır. 1–ci suvarma kökün qabıqdəyişmə dövründə, sonrakılar hər 10-15 gündən bir aparılır. 2-ci suvarma seyrəltmədən sonra aparılmalıdır. Suvarmaların sayı, müddəti və norması torpaq-iqlim şəraitindən və bitkinin vəziyyətindən asılı olaraq aparılır.

Şəkər çuğundurunun xəstəlik və zərərvericilərinə qarşı mübarizədə ilk növbədə aqrotexniki və bioloji mübarizə üsullarından istifadə edilməlidir. Xüsusi hallarda kimyəvi preparatlardan istifadə etmək olar. Şəkər çuğunduruna müxtəlif həşəratlar ziyan vururlar. Bunlar çuğundur birəsi, yarpaq və kök mənənəsi, yarpaqyeyən tırtıllar, çəmən kəpənəyi, məftil qurdları, minalı çibinlər və s.-dir. Bunun üçün növbəli əkinlər yüksək aqrotexniki tədbirlərlə yanaşı bioloji və kimyəvi mübarizə üsulları da tətbiq edilməlidir. Bioloji mübarizə tədbiri kimi, trixoqrammadan və biopreparatlardan (hektara 2 kq bitoksibatsilin və 1 kq denderobatsilin) istifadə edilir.

Zərərvericilərdən torpaqda qidalananlara qarşı mübarizə növbəli əkin, torpağın becərilməsi və səpin qabağı hektara 100 kq dənəvər fosfamidin tətbiqidir. Çıxışları zədələyən həşaratlara qarşı mübarizə məqsədilə insektisidlərdən istifadə olunur (hektara 80%-li dirol 3 kq, qamma-izomer 50% 0,8 kq, polixlorkanfenon 50%-li 3 litr, leboysid 50%-li 1 litr, metafos 40%-li 1 litr).

Çuğundura çuğundur uzunburun böcəyi, mənənələr çox ziyan verə bilir. Bu zərərvericilərlə mübarizə üçün onlar müşahidə edildikdə aşağıdakı maddələrdən biri: 40 faizli metafos (1,0 kq/ha); 40 faizli bazudin (2,5 kq/ha); 50 faizli aktelik (2,0 kq/ha) və ya əldə olan yeni preparatlarların biri çilənməlidir. Tarla kəpənəyinin tırtıllarına qarşı da yuxarıdakı insektisidlərdən birini və ya tırtılların kiçik yaşlarında biopreparatlardan bitoksibasillin – (3 kq/ha) və ya entobakterin (3-4 kq miqdarında ) tətbiq oluna bilər.

Xəstəliklərdən unlu şeh, pas, yarpaq ləkəsi, kök çürümə, dəmgil (qoturluq), serkosporoz, perenosporoz, virus xəstəliyi mozaika, sarılıq, xloroz və s.- dir.

Serkosporoz xəstəliyinə qarşı mübarizə məqsədilə, xəstəlik müşahidə edilidikdə sahəyə aşağıdakı preparatların biri – 1 %-li bordo mayesi ( 6 kq/ha) və unlu şehə qarşı 1 %-li kolloid kükürd suspenziyası (4-6 kq/ha) çilənməli və ya döyülmüş kükürd çiçəyindən hektara 12-15 kq tozlanmalıdır.



Məhsulun yığılması. Şəkər çuğundurunda şəkər toplanması havanın orta sutkalıq temperaturu 6-8 0C-yə enənə qədər davam edir. Respublikamızda belə temperatur noyabr ayının birinci yarısında müşahidə olunur. Ona görə də şəkər çuğundurunun yığımına oktyabr ayının sonunda başlanılmalı və noyabr ayının 10-a kimi başa çatdırılmalıdır. Vegetasiyanın sonuna yaxın yarpaqlardakı qida maddələri kökümeyvəyə axır və yarpaqlar tədricən saralıb quruyur. Yığım texniki yetişgənlik dövründə, yəni kökümeyvələrdə şəkər faizi ilə əlaqədar aparılır. Əgər tarlada yaşıl yarpaqlı massivlər olarsa yığımı gecikdirmək lazımdır.

Məhsul üçcərgəli kombaynla CKEM-3 və ya altıcərgəli BM-6A, KS-6, RKS-6 markalı kombaynla yığılır. Kombayn çuğunduru çıxarıb silkələyərək torpağını tökür, yarpaqlarını kökdən ayırıb hər birisini ayrılıqda xırda tığlara yığır.



Sort və hibridləri. Şəkər çuğundurunun daha məhsuldar sort və hibridlərinin alınmasında böyük işlər görülmüşdür. Dünya praktikasında birinci olaraq, şəkər çuğundurunun birtoxumlu sort və hibridləri alınmışdır. Birtoxumlu sort və hibridlərin istehsalat şəraitində geniş yayılması çuğundurçuluğun sənaye texnologiyası əsaslarına keçməsinə şərait yaratmışdır. Belə səpinlərdə sənaye texnologiyasına müvafiq kompleks tədbirlərin həyata keçirilməsi əsasında çuğundurun əl əməyi tətbiq etmədən becərilməsinə tam şərait yaranmışdır. Şəkər çuğunduru sahələrinin 70%-ə qədəri birtoxumlu sort və hibridlərlə səpilir.

Birtoxumlu sort, hibrid və yarımhibridlər. Birtoxumlu beloserkovsk -34. (N-məhsuldar şəkərli) - Kiyev vilayətinin Beleserkovsk– təcrübə stansiyasında Verxnyaçesk 1025 və Romon 153 sortlarının hibridləşdirilməsindən alınmış nəslin təkrar seçilməsi yolu ilə yetişdirilmişdir. Məhsuldar sortdur. Kələfcələri xırda və birtoxumludur. 1979-cu ildən rayonlaşdırılmışdır. Тoxumları çox yaxşı səpin keyfiyyətinə malikdir. Birtoxumluq dərəcəsi 100%-dir. Məhsuldarlığına görə standart birtoxumlu sort yalтuşkovskini keçir, kökmeyvələrinin yüksək texnoloji xüsusiyyətləri ilə seçilir. Kökyeyən ziyanvericiyə, serkosporoz və virus sarılıq xəstəliklərinə qarşı orta dərəcədə davamlıdır.

Birtoxumlu yaltuşkovski (N). Vinnitsk vilayətinin Yaltuşkovski seleksiya məntəqəsində hibridləşdirmə, sonra çoxtəkrarlı seçmə yolu ilə yetişdirilmişdir. Yüksək məhsuldar, çox şəkərli sortdur.

Birtoxumlu Ramonsk -9. (E – məhsuldar) Ümumittifaq ETŞÇİ-da alti sortun qarışığından fərdi seçmə yolu ilə əldə edilmişdir. Yüksək məhsuldar sortdur.

Çoxtoxumlu sortlar. Pervomaysk- 028 (N). Krasnodarın Pervomaysk seleksiya - təcrübə stansiyasında çoxtoxumlu sortlardan fərdi seçmə yolu ilə əldə edilmişdir. Yüksək məhsuldar, çox şəkərli sortdur.

Ramonsk -06. (E) Ümumittifaq ETŞÇİ-nun Romansk təcrübə stansiyasında çoxtoxumlu sortların qarışığından fərdi seçmə üsulu ilə yetişdirilmişdir.

Kiva F1 (Almaniya) Azərbaycanda 2002-ci ildən rayonlaşdırılmışdır.

Lena F1 (Almaniya) Azərbaycanda 2002-ci ildən rayonlaşdırılmışdır.

FDRH 0005 F1 (2006)

Ameli F1 (Fransa Florimond Despres firması) (2008)
E” - Almanca “Ertraq” məhsuldar, “Z” - “Zucker” şəkər, “N” - “Normal” məhsuldar-şəkərli deməkdir.

MÖVZU: 7. ŞƏKƏR QAMIŞI, ONUN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ
Mühazirənin planı:


  • Əhəmiyyəti və istifadəsi.

  • Mənşəyi və tarixi.

  • Botaniki təsviri və bioloji xüsusiyyətləri.

  • Çilinglərinin hazırlanması və əkilmə texnologiyası:

  • Növbəli əkində yeri.

  • Тorpağın becərilməsi və gübrələnməsi:

  • Əkinə qulluq və məhsulun yığılması.



Ədəbiyyat



  1. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

  2. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

  3. Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s.

  4. Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, 2012, 356 s.

  5. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

  6. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.

  7. Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений, (пищевые, кормовые, технические, лекарственные и др). Справочн. Л:. «Наука», 1969, с. 219.

  8. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506.

  9. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397.

  10. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

ŞƏKƏR QAMIŞI, ONUN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ



Əhəmiyyəti və istifadəsi. Şəkər insanların fiziki və mənəvi iş qabiliyyətlərinin saxlanılmasına və bərpa edilməsinə kömək göstərən ən əsas qida elementlərindən biridir. Kristal şəkərin mənbəyi isə şəkər qamışı və şəkər çuğunduru hesab edilir. Bütün dünyada şəkər istehsalının mənbəyi şəkər qamışı və çuğundurudur.

Dünya şəkər istehsalında bu iki bitkinin nisbətinin daim olaraq, dəyişməsinə baxmayaraq, əksər illərdə şəkər istehsalının 60 %-i şəkər qamışın payına düşmüşdür. Dünya üzrə, ayrı-ayrı illərdə 4-7 milyon hektar sahədə şəkər qamışı əkilmişdir və bundan 20- 40 milyon ton şəkər alınmışdır.

Mədəni şəkər qamışı növünün gövdəsində orta hesabla 16-18 %, bəzən də 20-21% şəkər olur. Gövdəsinin çəkisinə görə zavodda 13-14 % şəkər alınsa da faktiki olaraq, 11 -12 % şəkər alınır. Bu bitkidən alınan məhsul kristallaşmış qamış şəkəridir ki, bu da kimyəvi təmiz saxarozadır. Saxaroza şəkər qamışının hüceyrə şirəsində toplanır və bitki üçün ehtiyat qida maddələri hesab edilir. Şəkər qamışından külli miqdarda əlavə məhsullar da alınır ki, bunlar yemçilikdə, spirt sənayesində və s. sahələrdə istifadə edilir. Xüsusi müaliçəvi əhəmiyyəti olan natural romun alınmasında şəkər qamışı yeganə xammaldır. Asiya ölkələrində küçələrdə qamış şirəsi satılır, hətta onun gövdəsini də saqqız kimi çeynəyirlər.

Mənşəyi və tarixi. Cənubi-şərqi Asiyada, Hindistanda pambıq bitkisi kimi 3 min il bundan əvvəl məlum olmuşdur. Makedoniyalı İsgəndər Hindistan və İranın cənubunda şəkər qamışından istifadəni müşahidə etmiş, uzun müddətdən sonra 641-çi ildə Misirdə də onun əkilib-becərilməsinə nail olmuşdur. XII-XIII əsrdə qamış Qərbi Avropada, 1498-ci ildə Portuqaliya və İspaniyada yayılmağa başlamışdır. Portuqaliyadan və İspaniyadan şəkər qamışı Madeyra, Azor və Kanar adlarına gətirilmişdir. Bu adalarda şəkər qamışı becərmək üçün çox əlverişli şərait olduğuna görə onun əkin sahələri kəskin artmış və axırıncı 300 ildə bu adalar Avropanı qamış şəkəri ilə təmin edən başlıca tədarükçülər olmuşlar.

Mərkəzi Amerikaya (Santo-Dominqoya) şəkər qamışını Kanar adalarından X. Kolumb gətirmişdir. Meksikada ilk dəfə 1631-ci ildə Ferdinand Kortes özü üçün şəkər qamışı plantasiyası əkmiş, onu mədəni hala salmışdır. Sonra isə bu bitki Braziliyaya (1533), Kubaya (1535) bir qədər sonra isə Argentinaya (1620) və ABŞ-ın cənub ştatlarına yayılmışdır.

XIV, XVIII və XIX əsrlərdə şəkər qamışını Rusiyada aşağı Volqaboyunda və Zaqafqaziyada beçərməyə başlamışlar. Bu zaman həmin bitki üzrə təcrübələr Vəhş vadisində (Тacikistan respublikası) və Özbəkistanda (Denau) yaxşı nətiçələr vermişdir. Azərbaycan respublikasının subtropik zonasında şəkər qamışının təbii cəngəllikləri geniş yayılmışdır. Ona görə də bundan texniki bitki kimi şəkər və digər məhsullar istehsal etmək respublikamız üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bizim respublikada adambaşına düşən əkin yerinin get-gedə azalması (0,53 ha) şəkəri, şəkər çuğundurundan yox, şəkər qamışından almağı günün problemi kimi qarşıya qoymalıdır.

Şəkər qamışının müasir sortlarından Kavanxeri, D-74, SP-28-19, yaxın şərqdə isə Farami sortu məşhurdur. Vəhş vadisində və Özbəkistanda şəkər qamışı-nın SP-807, SP-28/19 sortları yaradılmışdır ki, bunlar hər hektardan 70-90 ton texniki gövdə kütləsi verir.

Şəkər qamışı hesabına daha çox şəkər istehsal edən ölkələr Braziliya, Hindistan, Kuba,Çin və Tailanddır (cədvəl 1).

Cədvəl 1


Dünyada ən çox şəkər qamışı yetişdirən ölkələr (FAO, 2007)

Ölkələr

Əkin sahəsi (milyon ha)

İstehsalı

(milyon ton)



Məhsuldarlığı

(kq/ha)


Braziliya

6,70

514,00

76

Hindistan

4,90

356,00

72

Kuba

0,40

111,00

28

Pakistan

1,03

54,70

53

Çin

1,24

106,00

86

Tailand

1,01

64,00

63

ABŞ

0,40

27,75

78

Avstraliya

0,40

36,00

85

Kolumbiya

0,45

40,00

89

Meksika

0,65

50,68

74

Dünyada (cəmi)

22,0

1557,66

70


Botaniki təsviri və bioloji xüsusiyyətləri. Qırtıckimilər (Poaceae) fəsləsinə daxil olan Saccharum cinsinin 18 növü (P. M. Jukovskiyə görə) vardır. Şəkər qamışı (Saccharum) cinsinin 5 şəkərli növünün olduğu göstərilir: 1) Mədəni şəkər qamışı (S. officinarum L.) əsasən tropik və subtropik ölkələrdə (Hindistanda, Yava adasında, Cənubi Çində, Filippin adalarında, Kubada, Brazilyada, Afrikada və b. yerlərdə) yayılmış 4-6 metr hündürlükdə çoxillik ot tipli bitkidir. Gövdəsinin en kəsiyi 5 sm-ə çatır, sarı, bəzən zilqara və qırmızımtıl rəngdə olur. 2) Barberi şəkər qamışı (S. Barberi İesw.) yarım mədəni növdür. Gövdəsi nisbətən nazikdir. Tərkibində 16-18% saxaroza vardır. Yarpağı ensizdir. 3) Spontan şəkər qamışı (S. spontaneum L.) yabanı növdür. Çox polimorfdur, xəsətliklərə davamlıdır. Orta Asiyada, Hindistanda və cənubi-şərqi Asiyada geniş yayılmışdır. Gövdəsində 8-9 % saxaroza vardır. 4) Çin şəkər qamışı (S. sinense Roxb.) Mədəni və yabanı halda rast gəlinir. Gövdəsi alçaq boylu, ensiz, qırmızımtıl-sarı rəngli, sulu, ancaq möhkəmdir, şəkəri yüksəkdir. 5) Nəhəng şəkər qamışı (S. robustum Grassl.) çox böyük, hündürboylu, gövdəsi şişkindir.

Şəkər qamışının elmi təsnifatı aşağıdakı kimidir:

Aləm: Bitkilər

Şöbə: Örtülütoxumlular

Sinif: Birləpəlilər

Sıra: Taxılçiçəklilər

Fəsilə: Taxıllar və yaxud qırtıckimilər (Poaceae)

Cins: Şəkər qamışı (Saccharum L.)


Bioloji xüsusiyyətləri. Şəkər qamışı qısa gün bitkisidir. Uzun gündə o çiçəkləmir. İşıq sevəndir, buludlu (tutqun) havalarda gövdədə şəkər toplanması azalır. Şəkər qamışının vegetasiya müddəti tropik ölkələrdə tez yetişən sortlar üçün 10-12 ay, gec yetişən sortlar üçün 18-24 ay hesab edilir.

Şəkər qamışı yetişdirilən ölkələrdə əkinçilik ümumiyyətlə plantasiyalar şəklindədir və şəkər qamışı maşınların köməyi ilə əkilib becərilir. İş-gücü çox, əl əməyi ucuz olan ölkələrdə isə mexanikləşmə səviyyəsi aşağıdır. Qamış əkinçiliyi maşınla aparıldığı təqdirdə xərc olduqca az olur və şəkər ucuz başa gəlir.



İqlimə tələbatı. Şəkər qamışı bitkisinin iqlim tələbatını geniş izah etməyə ehtiyac yoxdur. Çünki şəkər qamışı isti iqlim bitkisidir. Ümumiyyətlə çəltik və qarğıdalı yetişdirilən yerlərdə suvarma imkanları varsa şəkər qamışı burada çox asanlıqla becərilə bilər. Ancaq qışda şaxtadan zərər çəkməməlidir. İqtisadi cəhətdən gəlirli olması üçün daha çox istilik, yağmur və nəmlik tələb olunur.

Şəkər qamışının yetişdiyi və adaptasiya olduğu ölkələrə nəzər salsaq iqlimə tələbatı daha aydın olar. Hindistan, Kuba, Braziliya, İndoneziya, Avstraliya kimi qamış əkinçiliyinin məşhur olduğu ölkələrdə iqlim sözün tam mənasında tropikdir, yəni son dərəcə yağışlı, nəmli, isti və işıqlıdır. Belə yerlərdə illik orta temperatur 20-25 0C - dən aşağı düşmür. Qamışın yağmurlara tələbatı 1500 mm - dən artıqdır.



Torpağa tələbatı. Şəkər qamışının torpağa tələbatı olduqca yüksəkdir. Qamışın ən yaxşı yetişdiyi torpaqlar yaxşı qurudulmuş, qida maddələri ilə zəngin, su tutma qabiliyyəti normal, qrunt sularının səviyyəsi yüksək olmayan, yüngül qranulometrik tərkibli və asan isinə bilən allüvial torpaqlardır. Qumsal- qumlu və ya qumlu-qumsal, əhəngli torpaqlarda da qamış əkilə bilər. Şəkər qamışı əkilən bölgə və ölkələrdə torpaq hər mövsümdə işlənə bilən xüsusiyyətə malik olmalıdır.

Şəkər qamışı əkiləcək torpaqlarda üzvi maddələrin normal vəziyyətdə olması tələb olunur. Çünki üzvi maddələrlə təminatı yaxşı olan torpaqlar asanlıqla isinə bilir. Qamış əkiləcək torpaqların yaxşı havalanması, torpaq reaksiyasının normal olması (pH= 6-7), torpağın fiziki, kimyəvi və bioloji fəaliyyəti arzu edilən səviyyədə olmalıdır. Bir çox bitkilərdə olduğu kimi şəkər qamışında da torpaq mikroorqanizmlərinin fəaliyyəti, torpaq flora və faunasının son dərəcə aktiv olması lazımdır.



Çilinglərin hazırlanması. Çiling hazırlamaq üçün tam yetişməmiş, sağlam, yaxşı inkişaf etmiş bitkilər seçilir. Yaz (may) əkini üçün keçən ilki əkinlərdən, qış əkini üçün keçən ilki qış əkinlərindən çiling götürmək məsləhət görülür. Çiling gövdənin yuxarı hissəsindən 2-3 gözü olmaqla 25-35 sm uzunluğunda kəsilir.

Gövdənin yuxarı hissəsində gözlər yaxşı inkişaf etmiş olur. Ona görə ki, orada monosaxaridlər və mineral duzlar yüksək olur. Çilingi gövdənin aşağı hissəsindən də hazırlamaq olar. Gövdənin orta hissəsindən isə 4-5 çiling götürmək olar. Çiling iti alətlə kəsilməli, kəsilmiş yer hamar olmalıdır. Gözlər kəsim yerlərindən 2-3 sm aralı olmalıdır. Çilingləri başqa yerə aparmaq lazım gələrsə onlar yarpaqla birlikdə kəsilir, əkin yerində yarpaqlar qoparılır. Çilinglər kəsildikdən sonra 2-3 gün kölgə yerdə saxlanılır.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə