Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik


Rentgenin heyvanlar üzərində istifadə olunma qaydası



Yüklə 0,8 Mb.
səhifə9/9
tarix08.10.2017
ölçüsü0,8 Mb.
#3658
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Rentgenin heyvanlar üzərində istifadə olunma qaydası

  • Radioaktiv şüalardan stimullaşdırıcı kimi istifadə olunması

  • İonlaşdırıcı şüaların cinsiyyət hüceyrələrinə təsiri



    Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
    1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
    2. Cəfərov X. X. Radiobiologiya 1987
    Heyvanların radiohəssaslığı
    Heyvanların keçmə qabiliyyətinə malik olan şüalara qarşı cavab reaksiyası müxtəlif formadadır, bu da şüalanmanın səviyyəsindən və orqanizmin xüsusiyyətindən asılı olaraq dəyişilə bilər. Buna görə də müxtəlif növ heyvanların, hətta eyni qrupa və cinsə malik olanların radiasiyaya qarşı həssaslığı müxtəlif olur. Bu da heyvanın yaşından, cinsindən, köklüyündən və digər faktorlarla əlaqədar olması ilə izah olunur.

    Heyvanların radiasiyaya qarşı həssaslığını müəyyənləşdirmək üçün latent anlayışından istifadə olunub: LTD 50/30 və LTD 100/30. Yəni bir ay müddətində şüalanmış heyvanların 50 və yaxud 100%-i ölür. Heyvanın növündən asılı olaraq radiohəssaslıq nöqsanının hələ də geniş formada izahı verilməmişdir. Hətta bu sahədə hər hansı fərziyyə də yoxdur ki, bunu çox və az formada izah etsin. Onu da qeyd etmək lazımdır ki, xırda heyvanlar və insanlar, quşlara, balıqlara, sualtında yaşayanlara nisbətən bir qədər yüksək olmayan şüalanmaya qarşı daha həssasdı.

    Orqanizmi bütövlükdə əhatə edən hər hansı bir orqanın radiohəssaslıq fərqi vardır. Bir orqanın toxumaları şüalanmanın təsirinə eyni dərəcədə həssas deyil və şüalanma zədələnməsindən sonra eyni inkişaf fazasına malik deyillər.

    Toxumanın radiohəssaslıq dərəcəsi biokimyəvi və morfoloji əlamətinə görə müəyyənləşdirilir.

    Şüalanmadan sonra orqanlarda baş verən morfoloji dəyişiklik əlamətlərinə görə orqanları aşağıdakı qruplara bölmək olar:

    1.Radiasiyaya həssas orqanlar: limfa düyünləri. mədə-bağırsağın follikulaları, qırmızı sümük iliyi, dalaq, cinsiyyət vəziləri, bu orqanları 25 R-lə şüalandırdıqdan sonra morfoloji dəyişikliklər qeydə alınır.

    2.Şüalanmaya bir qədər az həssas olanlar: dəri, gözlər və s.

    3.Şüalanmaya qarşı bir qədər yüksək həssas olan orqanlar: qaraciyər, ağciyər, böyrəklər, beyin, ürək, sümük, əzələlər, sinir sistemi və digərləri: ilk morfoloji dəyişikliklər bu orqanlarda 100 R-nin təsirindən əmələ gəlir.

    Orqanların həssaslığının müxtəlifliyi orqanizm üçün heç də əhəmiyyətsiz deyil, orqanizma bütövlükdə şüalanarkən ola bilsin ki, onun bir hissəsi və yaxud orqanizm bütövlükdə, şüa-lanma alsın. Eyni bərabərliyində şüalanan zaman radiobioloji effekt demək olar ki, eynidir.

    Şüalanma zamanı bədənin bir qədər böyük olmayan nahiyyəsi örtülən zaman, dozanın yüksək olmasına baxmayaraq heyvanın orqan və toxumalarında davamlılıq öz səviyyəsində qalır. Əgər çəkisi 200-250 qram olan siçanın, 20-25 mq olan böyrəyini örtərək onu ölüm dozası ilə şüalandırırıqsa yaşayır: lakin nəzarətdə olanlar isə ölür. Qeyd olunan əlamətlər qırmızı sümük iliyinin üstünü örtüb digər sümükləri şüalandıran zaman qeydə alınır.



    İonlaşdırıcı şüanın mərkəzi sinir sisteminə təsiri.
    İ.R.Tarakanov(1896), E.S.London (1903,1904), M.O.Jukovski (1903) və başqaları müəyyən etmişlər ki, mərkəzi sinir sistemi ionlaşdırıcı şüanın təsirinə həssasdır. İ.R.Tarakanov rentgen şüasının qurbağanın hərəkət üzvünə təsiri zamanı müvəqqəti refleksin uzanmasını müəyyənləşdirmişdir. Heyvanın bədən səthini örtərək qurbağanın bir ayağını şüalandırılmış, lakin müvəqqəti refleksin uzanması qeyd olunmamışdı. Buna əsasən, o belə nəticəyə gəlmişdir ki, hərəkət refleksinin müvəqqəti uzanması, Rentgen şüasının mərkəzi sinir sisteminə təsir etməsi nəticəsində yaranır.

    E.S.London siçanlarda apardığı tədqiqatlardan müəyyən etmişdir ki, baş nahiyəsini radium elementi ilə şüalandıran zaman beynin boyun yarım kürəsinin funksional və morfoloji dəyişiklikləri yaranır.

    Bədənin müxtəlif nahiyələrini ekranlaşdıran zaman şüalanmanın siçanların yaşamasına təsiri 2 saylı cədvəldə verilmişdir.

    M.O.Jukovski müəyyən etmişdir ki, radium şüası mərkəzi beyində ilk əvvəl reaksiyanı artırır, sonra isə zəiflədir.

    Yüksək doza (5000 R və yüksək) ümumi şüalandırldıqda və yaxud yerli təsir etdikdə heyvanlarda mərkəzi beyin pozğun-luqları əmələ eəlir. Bəzi hallarda onu beyin sindromu da adlandırırlar. Bununla sinir zədələnməsi nəticəsində miningit ensefalit, beyin pozğunluğu qeydə alınır və heyvan şüa-lanmanın ilk saatlarında və ya 2-3 gündən sonra ölür.

    Cədvəl.2

    Bədənin müxtəlif nahiyələrini ekranlaşdıran zaman şüalanmanın siçanların yaşamasına təsiri.


    Ekranlaşdırılmış sahələr

    Şüalanma sahəsi,R

    30 gün müddətində yaşayanlar, % -lə

    Dalaq

    1025

    77,7

    Qaraciyər

    1025

    33,0

    Baş

    1025

    27,7

    Bağırsaq







    Arxa hissə

    1025

    26,6

    Kontrol

    800

    33,4

    Dalaq

    1025

    0

    Arxa hissə

    800

    0

    Kontrol

    700

    30,4

    Arxa nahiyyə

    700

    0

    Hər iki tərəf

    600

    88,2

    Biri

    600

    70,6

    Nəzarət

    60

    17,6


    Ətrafların sinirlərinə ionlasdırıcı süaların təsiri.
    Morfoloji əlamətlərinə görə ətrafların sinirləri çox yüksək radiodavamlılıq xassəsinə malikdir. Dovşanların ön və arxa his-səsini 600-900 R-lə xarici şüalandırma zamanı bir, bir həftə yarımda damarlarda, enodotel və epenekeroz əlamətləri qeydə alınır.

    Şüalanmanın uzun müddət birbaşa təsiri zamanı ayrı-ayrı hissələrində parabiolitik əlamətlər qeydə alınır. İlk dəfə olaraq P.O.Makarov (1934) qurbağaların parabioz fazasının oturaq sinirə təsirini müəyyən etmişdir. Şüalanmadan sonra ilk əvvəl oyanmanın və keçiriciliyin yüksəlməsi refleks dövrünün azalması, oyanmanın və keçiriciliyin zəifləməsi, sonra isə sinirin oyanmasının tamamilə itməsi qeydə alınır. Qurbağanı 300 KR-lə şüalandıran zaman sinirin keçiriciliyi tamamilə dayanır.

    M.H.Livanov müəyyən etmişdir ki, iti şüa xəstəliyi əmələ gətirən doza ilə kənd təsərrüfat heyvanlarını şüalandıran zaman ətraf sinirlərdə enerjinin təsirindən pozulmalar qeydə alınır. Şüalanmadan sonra müxtəlif sinir kanallarında dəyişikliyin xüsusiyyəti orqanizmin reseptor sistemində dəyişikliklə demək olar ki, eynidir.

    Heyvanları şüalandırdıqdan sonra impuların uzun müddətli güclənməsi qeyd olunur, sonra isə yenidən zəifləməsi baş verir. Şüalanma dozası bir neçə min dəfə artırılarsa, impulsun güclənməsi zəifləyir. Bunun ardınca reseptorda dərin dəyişiklik qeyd olunur. Bu da şüa xəstəliyinin əmələ gəlməsinə şərait yaradan faktorlardan biri sayılır.


    Cədvəl 3.

    Şüalanmadan sonra orqanizmdə gedən dəyişikliklər

    Şüalanma dozası. R



    Dəyişiklik



    Birinci faza



    İkinci faza



    1000

    Dovşanlarda ağ qan hissəsinin dəyişməsi

    Şüalanmadan sonra leykositoz

    24saatdan sonra leykopeniya

    1000

    Dovşanın qanında və gözün iç

    kamerasında adrenalinin saxlanılması




    Artması

    24saatdan sonra enməsi

    800

    Siçanların mədə-bağırsağında perstaltikanın dəyişməsi


    Bir saat müddətində çoxalması

    3 gün müddətində zəifləməsi

    1000

    Siçovulların qalxanvari vəzisinə yodun birləşməsi

    Yüksəlməsi

    24saatdan sonra azalması


    İonlaşdırıcı şüaların vegetativ sinir sisteminə təsiri.
    Elektrofızioloji müşahidələrin aparılması nəticəsində müəyyən olunmuşdur ki, ionlaşdırıcı şüalar vegetativ sinir sistemində qan dövranının zəifləməsi nəticəsində bu sistemdə dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Şüalanmanın təsirindən birinci faza əmələ gəlir və buna prosesin ilk fazası deyilir, sonra isə ikinci faza başlayır və prosesin yavaş-yavaş bərpa olunması qeydə alınır. Baş verən dəyişikliyin dərəcəsi, şüa xəstəliyinin səviyyəsindən asılıdır (cədvəl 3).
    Maddələr mübadiləsi
    Orqanizmdə baş verən bütün patoloji dəyişikliklərin mənbəyini maddələr mübadiləsi ilə əlaqələndirmək olar. Ona görə də şüalanma zamanı maddələr mübadiləsində nə kimi dəyişikliyin getməsi barədə aparılan elmi axtarışların böyük əhəmiyyəti vardır.

    Lakin, hələ bu vaxta qədər bu dəyişikliyin nə formada və nə şəkildə getdiyi barədə tam təsəvvür yaranmamışdır.

    Bu problemi aydınlaşdırmaq üçün külli miqdarda eksperimentlər aparılmışdır. Təcrübə göstərir ki, zülal maddəsini şüalandırdıqda onun yapışqanlılığı dəyişir, çökməsi sürətlənir, amin turşular parçalanır və hətta geriyə qayıtmayan zülal denaturasiyası müşahidə edilir.

    Şüalanmanın təsirindən nukleoproteidlər ammonyaka qədər parçalanır, sitoxrom məhlulunda isə oksidləşmə gedir.

    İonlaşdırıcı şüaların təsirindən fermentlərnin fəaliyyəti zəifləyir, (aminturşulu oksidaza) və ya tam fəaliyyətdən düşür.

    Bütün qeyd edilən amillər, maddələr mübadiləsinin gedişində əsas rol oynayır. Orqanizmdə fermentlərin fəaliyyətinin zəyifləməsi və onların tərkibinin normadan kənara çıxması üçün yüksək doza ilə təsir etmək lazımdır.



    Zülal mübadiləsi
    Əksər alimlərin fıkrincə şüalanmanın təsirindən orqanlarda və toxumalarda zülalların parçalanması güclənir. Bu mülahizələr siçanlar üzərində aparılan təcrübələrdə bir daha təsdiq olunur.

    Siçanlar şüalandırıldıqdan sonra azot balansı pozulur və sidiklə azotun xaric olması yüksəlir.

    500-600 R dozasında şüalanma aparıldıqda sidikdə am-moniumun miqdarı yüksəlir, amin turşular artır, sidik cövhəri isə azalmış olur.

    Qanda zülalın müayinəsi göstərir ki, plazmada zülalın ümumi miqdarı aşağı düşür və zülal fraksiyaları münasibəti dəyişir. Müəyyən edilmişdir ki, albumin azaldığı halda, qlobulin əksinə olaraq artır və nəticədə albumin qlobulin əmsalı aşağı düşür.

    Yüksək öldürücü doza ilə şüalanmadan sonra elektroforez müayinə metodu ilə zülal fraksiyasının öyrənilməsi, itin qanında albuminin azalması, a- -qlobulinin yüksəlməsi, -qlo-bulinin isə dəyişməyərək sabit qalması müəyyənləşdirilmişdir.

    Aşağıdakı cədvəldə (cədvəl 4) qanın plazma hissəsində zülal fraksiyasında əmələ gələn dəyişikliklər göstərilmişdir.

    Zülal fraksiyasının dəyişməsində daxili orqanlardan böyrək və ya qara ciyərin rolunu göstərmək çox çətindir. Lakin bir çox alimlər qaraciyər fəaliyyətinin pozulması nəticəsində zülalda gedən dəyişiklikləri irəli sürürlər.
    Cədvəl 4.

    Total şüalanma (600 R doza) zamanı itin qanında zülal fraksiyalarının dəyişməsi.


    Zülal

    Fraksiyası



    Norma



    Şüalanmadan sonrakı günlər

    Qeyd

    6-cı

    10-cu

    14-cü

    16-cı gün

    it ölmüşdür



    Albuminlər

    49,0

    47,1

    33,8

    19,8




    Qlobulinlər
















    A

    18,8

    18,9

    24,4

    36,9






    21,2

    22,8

    30,6

    33,0






    11,0

    11,2

    11,2

    10,3



    Turşuların parçalanmasında iştirak edən zülalın miqdarının azalması, mübadilənin normal getməsini pozur və müxtəlif toksiki birləşmələrin əmələ gəlməsinə səbəb olur.



    AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

    BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ

    "YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI


    MÜHAZİRƏNİN MÖVZUSU:

    Radioaktiv izatopların yayılmasından asılı olaraq heyvanlara təsiri.
    MÜHAZİRƏÇİ:
    DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.

    GƏNCƏ-2017

    Mövzu 15
    Radioaktiv izatopların yayılmasından asılı olaraq heyvanlara təsiri.

    Mühazirənin mövzusu:


    1. Radioaktiv izotopların yayılmasından asılı olaraq heyvanlara təsiri

    2. Şualların surətindən və yükündən asılı olaraq heyvanlara təsiri

    3. Kənd təsərrüfat heyvanlarının radiohəssaslığına görə qruplara bölünməsi

    4. Kənd təsərrüfat heyvanlarının qida ilə zəhərlənməsi

    5. Həzm orqanlarının ionlaşdırıcı şüaların təsiri


    Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
    1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
    2. Cəfərov X. X. Radiobiologiya 1987
    Radioaktiv izotopların və şuaların yayılmasından asılı olaraq heyvanlara təsiri.

    Kənd təsərrüfatı heyvanlarına doza yükünü təyin edən radiasiya şəraitinin yaranmasının gedişi radioaktiv maddələrin xarici mühitdə yayılması və bölünməsinin, radionuklidlərin nüvə-fıziki parametrlərin yaranmış xarici və daxili şüalanma mənbələrinin növlərinin xüsusiyyətindən asılıdır. Heyvanların xarici şüalanmasının mənbəyi ətraf mühitin müxtəlif komponentlərində bölünmüş radionuklidlər, daxili şüalanma mənbəyi isə heyvanların orqanizminə su, yem, hava və dəri qatı ilə daxil olan radionuklidlərdir.

    Xarici şüalanmanın heyvanlara təsiri şüanın yayılmasınm təsirindən asılıdır, belə ki, a β şüalarının yayılması, xarici təsir zamanı böyük təhlükə yaratmır, yalnız dərinin üst qatına təsir göstərə bilir. Həmin şəraitdə γ -və neytron şüalarının yayılması, böyük yayılma və keçmə qabiliyyətinə malik olaraq heyvanların ümumi şüa zərbəsinə məruz qalmasını əmələ gətirir. Ionlaşdırıcı şüaların yayılmasının bioloji təsirini qiymətləndirmək üçün ən əsas meyarlar heyvanların ölümlə nəticələnməsi sayılır. Bununla əlaqədar olaraq birdəfəlik şüalanmanın ölümcül və yarımölümcül dozaları anlayışından istifadə edilir. Yarımölümcül doza olan LD50/30 -şüalanmadan sonrakı ilk 30 gün ərzində heyvanlarm 50%-nin ölümünə səbəb olan minimal dozadır, LD100/30 isə bu müddət ərzində bütün şualanan heyvanların 100%-lik ölümlə nəticələnməsi deməkdir.

    Cədvəl 31.

    Kənd təsərrüfatı heyvanlarının y-şüalanması zamanı 50% ölümlə nəticələnmə.


    Heyvanın növü

    R/dəqiqədə

    dozanın


    gücü

    LD50/30

    Orta

    ömür


    uzunluğu sutka

    Havadakı doza

    heyvanların orta

    xətti üzrə, R


    Dozanın

    hüceyrələrə keçməsi, Qr



    İri buynuzlu qaramal

    0,9...6,6

    200...543

    1,25...1,60

    20

    Qoyun

    0,5...4,4

    276...352

    1,47

    23 20

    Keçi

    1,3...7,5

    395...550

    2,4...3,5

    27

    Donuz

    10...50

    313...450

    1,4...2,7

    35

    Eşşək

    0,4...0,8

    620...770

    2,8...2,9

    46

    At

    1,5

    400

    1,6

    -

    Yaşlı quşlar

    1,5

    1100

    -

    -

    Kənd təsərrüfatı heyvanlarının radiohəssaslığına görə ardıcıllığı aşağıdakı qaydada düzülür: iribuynuzlu qaramal, qoyunlar, keçilər, donuzlar, eşşəklər, atlar, toyuqlar. Məhsuldar heyvanların 3-3,5 Qr dozaya qədər birdəfəlik kəskin şüalanması onların ölümünə səbəb olmur, 7...8 Qr dozada isə bütün heyvanlar məhv olur. Ionlaşmış şüaların yayılmasının təsirinin xarakterindən asılı olaraq (kəskin və ya uzun müddətli) çox yüksək dozada udulma zamanı heyvanlarda şüa xəstəliyi yarana bilər (bu kəskin və ya xroniki ola bilər). Kənd təsərrüfatı heyvanlarında ağırlıq dərəcəsinə görə kəskin şüa xəstəliyinin 4 forması fərqləndirilir -yüngül (1,5-2 Qr dozada), orta (2,5-4 Qr), ağır (4-6 Qr) və çox ağır (6 Qr-dən) yuxarı.

    Radioekoloji nöqteyi-nəzərdən, radionuklidlərlə çirklənmiş sahədə saxlanılan kənd təsərrüfatı heyvanlarının radiasiya zərbəsinə məruz qalması daha böyük maraq kəsb edir. Bu şəraitdə kənd təsərrüfatı heyvanlarının böyük bir hissəsi ionlaşdırıcı şüaların yayılması mənbəyindən ibarət şüalanma sahəsinə düşərək (otlaqlarda, ferma tikintilərində) heyvanların toz ilə radionuklidləri qəbul etməsi, yemləmə zamanı heyvanların bədəninə təsir edən daxili şüalanma nəticəsində yoluxmaya məruz qalırlar. Müxtəlif radionuklidlər ayrı-ayrı toxuma və hüceyrələrdə toplanaraq, heyvanların bu orqanlarının yüksək dərəcədə şüalanmasına gətirib çıxarır. Orqanizmə yemlə daxil olan ardıcıl olaraq 131İ qalxanabənzər vəzidə toplanır, əgər radioaktiv maddələrin çirkləndirici qarışığının tərkibində bu radionuklid varsa, onda onun radiasiya zədələnməsini əmələ gətirir. Çernobıl AES-da qəza zonasında heyvanların şüa zədəsinə məruz qalması 131I-in qalxanabənzər vəzidə intensiv toplanması səbəbindən baş vermişdi.

    Onu da qeyd etmək vacibdir ki, kənd təsərrüfatı heyvanlarının radiasiya zədələnməsi radionuklidlərin ətraf mühitdə, qida məhsullarının tərkibində yolverilməz qatılıqda qəbul edilməsi mümkün sayılmayan dozadan daha yüksək olduğu zamanlarda baş verir. Bu radioekologiyanın əsas istiqamətlərindən birini əks etdirir: ətraf mühitin radioaktiv çirklənmə zamanı bitkivə heyvanların radiasiya zədələnməsi müşahidə olunan və kənd təsərrüfatı məhsullarının istehsal olunması qeyri-mümkün sayıldığı yerdə ekoloji standartlara normativ əsasında cavab verməməsi bu məhsulların satışa çıxarılmasına qadağa qoyulur. Cədvəldə qeyd olunan məlumatlardan göründüyü kimi Çernobl AES-da qəza nəticəsində ətrafa düşən radioaktiv 137Se izotopunun çirklənmə dozasından asılı olaraq kənd təsərrüfat məhsullarında və heyvanlarda radioaktiv yoluxma biri-birindən fərqlənmişdir.


    Kənd təsərrüfatı istehsal sahələrində radioekoloji monitorinq

    Kənd təsərrüfatı sahəsində radiasiya monitorinq- bu arasıkəsilməyən (müşahidə/ölçmə), qiymətləndirmə və təbiətin komponentlərinin aktiv çirklənməsinin proqnozudur. Bunlar insanın kənd təsərrüfatında fəaliyyəti zamanı əldə edilən ərzaq və diyər tərkibli məhsulların radioaktiv ızotoplarının təsirinə məruz qalaraq onların çirklənməsinə qarşı cavab reaksiyadır.


    Cədvəl 32.

    Çernobıl AES-də baş vermiş qəzanın radioekoloji nəticəsi


    Meyarlar

    Şüalanma

    dozası,Qr/il

    (qəzanın ilk dövrü)


    137Cs-in çökməsinin qalınlığı , MBk/m2

    İynəyarpaqlı ağaclar

    10

    >II

    Digər növ ağaclar

    30

    Aşkar edilməyib

    Aqroekosistemlər

    70

    Aşkar edilməyib

    Heyvanların radiasiya zədələnməsi (qalxanabənzər vəzinin 137İ-dən şüalanması)

    50

    7.4

    İlkin genetik təsirlər

    0.1

    1.9

    Kənd təsərrüfatı məhsullarından 137Cs-in yolverilən səviyyəsinin müvəqqəti ötüb keçməsi:







    Süd, 370Bk/1




    0.6

    Ət, 740 Bk/kq




    3

    Taxıl, 370 Bk/kq




    >3.7

    Normal çirklənmiş şəraitdə radiasiya monitorinqinin gigiyenik aspektlərininyerinə yetirilməsi, insanın qida rasionunda istifadə olunan heyvandarlıq və bitkiçilik məhsullarında radionuklidlərin toplanmasını müəyyənləşdirilməsi və vaxtında qida zəncirinin radioaktiv çirklənmə səviyyəsinin təyin olunması vacib yerlərdən birini tutur. Eyni zamanda radioaktiv çirklənməyə gigiyenik yanaşma bütün hallarda insanlara və digər canlı sahələrə (bitki, heyvanlar) eyni vaxtda radiasiya təhlükəsizliyini təmin etmək mümkün olar. Radionuklidlərin təbii mühitə daxil olması zamanı bir tərəfdən insana digər tərəfdən isə ayrı-ayrı canlı obyektlərə real dozanıntəsir etməsi əhəmiyyətli dərəcədə bir-birindən seçilə bilər. Onu da qeyd etmək lazımdır ki, bitkilər və heyvanlar tərəfindən qəbul edilmiş doza insanlardakına nisbətən bir qədər yüksək olur. Bu, onlarda qəbul olunmuş dozaların formalaşması prosesində prinsipial fərqlənməsinin mövcudluğu insan və heyvanlar üçün isə həmçinin müxtəlif davranış və reaksiyalar ilə izah edilir.

    Beta şüası verən nuklidlər insanın xarici şüalanmasında heç bir nəzərə çarpan rol oynamır, lakin bitkilərdə toplanan doza çox güclü təsir göstərir. İnsanın radiasiya təhlükəsizliyini təmin etmək üçün kompleks müdafiə tədbirləri işlənilib hazırlanıb (köçürülmə, çirklənmiş ərazidə tez-tez olmamaq, çirklənmiş qida məhsullarından iştifadədən müvəqqəti və ya daimi dayandırılması müdafiə qurğularından və, dərini mühafizə edici paltarlardan istifadə edilməsi və.s..). Kənd təsərrüfatı bitkilərinin və heyvanlarının müdafiəsi aktiv metodlarının seçimi və ondan istifadə edilməsi texniki və ya iqtisadi səbəblər üzündən çox məhduddur.

    Radioaktiv çirklənməyə məruz qalmış sahələrdə aqrosənaye istehsalının aparılması, bir qayda olaraq, y- şüalanması və radionuklidlərin torpaq-bitki örtüyündə çirklənmənin sıxlığının mahiyyəti göstərilmiş kartoqrafik əsasın mövcüdluğunu ehtimal edir. Belə xəritələrin tərtib edilməsi ətraf mühitin radiasiya monitorinqinin əsas vacib vəzifələrindən biridir.



    Kənd təsərrüfatı sahələrinin radioaktiv çirklənməsinin ölçü və xarakteristikasını müəyyən edən daha effektli və operativ üsullar yerüstü və hava yolları vasitəsilə γ -çəkilişdir. Qamma çəkilişi zamanı şüanın yayılmasının sürəti, onların yerlərə çökməsinin müxtəlifliyi, şüaların yayılması, onların getmə məsafəsinə ətraf mühütün, relyefin və kimyəvi tərkibinə nə kimi təsir göstərməsi izah olunur. Radiasiya monitorinqinin növbəti etapı kənd təsərrüfatı obyektlərindən (bitkilər, heyvandarlıq məhsulları və b.) nümunələrin götürülməsi və onların tərkibində radionuklidlərin müəyyən olunmasıdır. Bu zaman radionuklidlərin konsentrasiyasının qiymətləndiril-məsinin spektrometrik üsulları kimi çox ağır zəhmət tələb edən radiokimyəvi üsullardan da istifadə edilir. Bu zaman radionuklid tərkibli aqrosənaye məhsullarından istifadə ilə əlaqəli olan daxili şüalanmanın dozasını şərtləndirən «kritik» radionuklidlərin tərkibinin müəyyən edilməsinə xüsusi diqqət yetirilir. Kənd təsərrüfatı sahələrinin radiasiya monitorinqi zamanı şəxsi həyətyanı sahələrin tədqiaqtına xüsusi diqqət yetirilir. Çünki, bir çox hallarda kənd təsərrüfatı məhsullarında radionuklidlərin yığılması kollektiv formada olan insanlarm yoluxmasına səbəb olur. Radioloji xəritələrin növlərinin müxtəlifliyi orada olan dozayaradıcı qida məhsullarının çirklənmə səviyyəsi (süddə) və ya əhəmiyyətli dərəcədə olan nuklidlərin (90Sr, 137Cs) kənd təsərrüfatı məhsullarına torpaqdan (Kn) daxil olma səviyyəsi ilə izah olunur.
    Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə