Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik



Yüklə 0,8 Mb.
səhifə8/9
tarix08.10.2017
ölçüsü0,8 Mb.
#3658
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Ət. Ət nümunəsi cəmdəyin yağsız hissəsindən götürülür. Sümüyündən nümunə axırıncı fəqərənin götürülməsi məsləhət görülür. Müxtəlif yaşda və müxtəlif cinsə malik olan heyvanlardan nümunə biri-birinə qarışdırılmamalıdır.

Balıq. Çəkisi 0,5 kq olan balıqlar analiz üçün bütöv götürülməlidir.Bundan yüksək çəkiyə malik olan balıqlardan baş, bel və quyruq hissədən nümunə götürülməlidir. Balıq nümunəsi laboratoriyada saxlanılması və başqa yerlərə göndərilməsi lazım gələrsə bu nümunələr formalinə hopdurulmuş materiallara bükülməli və göndərilməlidir. Bundan ötrü 5-10%-li formalin istifadə olunur.

Süd. Sağılmış süddən nümunə götürən zaman onu əvvəlcədən möhkəm qarışdırmaq lazımdır.50 litrə qədər yığılmış süd qablarından nümunə götürərkən onun alt və üst hissəsindən şüşə çubuqlar vasitəsi yerinə yetirilir. Müxtəlif heyvanlardan süd götürülən zaman onu ayrı-ayrı şüşə qablara yığmaq lazımdır. Radiometrik və radiokimyəvi analiz üçün qurudulmuş süddən də istifadə oluna bilər.

Götürülmüş nümunələr nömrələnir və süd hansı laboratoriyaya göndərilərsə onun içərisinə qoyulur.Götürülmüş nümunə barədə akt tərtib olunur, aktda nümunəni götürən şəxsin adı, soyadı, götürülmə tarixi, nümunənin götürüldüyü yer (təşkilat və müəssisə olarsa onun adı), nümunənin göndərilməsi barədə tərtib olunan akt iki nüsxədən ibarət olmaqla nümunəni götürən şəxs tərəfindən imzalanır.

Laboratoriyaya göndərilən nümunənin qəbulu və onun hazırlanması xüsusi ayrılmış otaqda yerinə yetirilir. Laboratoriyada quruducu şkaflar, mufel peçi qabları yumaq üçün su və digər vasitələr olmalıdır.

Göndərilmiş materialdan nümunə götürməzdən əvvəl möhkəm qarışdırılmalıdır. Kökümeyvəlilər torpaqdan təmizlənməli, küləş, saman, ot, ət əlavə olaraq xırdalanmalıdır. Nümunənin orta çəkisi elə olmahdır ki, bu və yaxud başqa izotopları təyin etmək mümkün olsun.

Məhsulun tərkibində olan radioaktiv izotopun səviyyəsi (KU\kq - KU\1) təyin edilir. Bu da məhsulun tərkibində olan dozanın tez bir zamanda təyin olunmasına imkan verir. Yemdə və başqa məhsullarda izotopun növünü müəyyən etmək üçün radiokimya üsulundan istifadə olunur, bu da aşağıdakı qaydada yerinə yetirilir:

1. İzotopun müəyyənləşdirilməsi;

2. Onun təmizlənməsi;

3. Radiokimyəvi təmizliyə fıkir verilməsi;

4. Aktivliyin təyin olunması (radiometrlə).

Bunlardan ən çətini birinci və ikinci əməliyyat sayılır, izotopun təmizlənməsi və müəyyənləşdirilməsi.

Radiokimyəvi analizin aparılmasında əsas məqsəd radioaktiv izotopların tərkibi müəyyən olunmalıdır ona görə ki, bütün izotopların toksiki xassəsi eyni deyil. Ətraf mühitdə və hər hansı bir sahədə radioizotopun icazə verilmiş qatılığı 100-l000 arasında fərq edə bilir.

Hər hansı sahədə və qida məhsullarında radiometrik ekspertiza ilk dəfə stronsium - 90 sezium - 137, qurğuşun-210, xüsusi hallarda yod -131, barium-140, kükürd -141 və 144 təyin olunmalıdır.

Kənd təsərrüfatı heyvanlarının yemləndirildiyi qida məhsulları və heyvanlardan alınan qida məhsullarında radioaktiv izotopun səviyyəsi insan qidalarındakına nisbətən yüksək olur.

Bitkinin növündən, onun saxlanması xassəsindən, qablaşdırılmasından, radioaktiv çirklənmənin səviyyəsindən, izotopun xasiyyətindən asılı olaraq dezaktivasiya aparılır.Dezaktivasiya müxtəlif üsullarla aparıla bilər.Çirklənmiş üst hissənin uzaqlaşdırılması, çirklənmiş qabın təmizi ilə əvəz olunması. Suyun dezaktivasiyası, onun filtirdən keçirilməsi və yaxud onun üst hissəsindən təmiz su axıdılsın.

Kimyəvi və aqrotexniki tədbirlərin aparılması stronsium-90-nın torpaqdan bitkiyə keçməsini azaltmaq, kalium və stronsiumun biri-birinə olan münasibətini müəyyən etmək üçün kimyəvi üsul tətbiq olunmalıdır.Turş torpaqlara kalsium bir hektara 5-12 ton verilməsi stronsiumun bitkiyə keçmə səviyyəsini 20-60% azaldır. Kalsiumun peyinlə bir yerdə tətbiq olunması bu effektin bitkiyə təsirini gücləndirir. Kalsiumla zəngin olan torpaqlara bu üsulun tətbiq olunması əhəmiyyətsizdir. Stronsium -90 toraqdan saçaqlı köklü bitkilərin tərkibinə keçməsini azaltmaq üçün bu torpaqlarda dərin şum salınması məsləhət görülür. Belə tədbirlərin biçənək və otlaq sahələrində aparılması yaxşı nəticə verir.

Radioaktiv izotoplarla çirklənən sahələrə kənd təsərrüfat heyvanlarının gətirilməsi onları izotoplarla çirklənmə təhlükəsizliyi yarada bilər. Bununda çirklənmə dərəcəsi ola bilsin ki, müxtəlif olsun. Zədələnmənin dərəcəsinin müəyyən olunması və heyvanların istifadə edilməsi üçün baytarlıq sanitar ekspertizanın aparılması vacibdir. Radioaktiv şüa ilə şüalanmış heyvanları dozadan asılı olaraq təsərrüfatda bala vermək, kökəltmək, ət üçün istifadə etmək və yaxud texniki məhsul almaq üçün istifadə edilə bilər.

Radioaktiv maddələrlə çirklənmiş sahələrdə heyvanlar ola bilsin daxili və xarici şüalanmaya məruz qalsın, daxili şüalanma radioizotopların yem, su və digər məhsullarla daxilə düşməsi nəticəsində əmələ gəlir. Kənd təsərrüfatı heyvanlarının yoluxmaya qarşı yoxlanılması, heyvanların otarıldığı sahədən başlanılır. Şüalanmanın dozası, suyun, yemin çirklənmə səviyyəsi, heyvanların harada saxlanması və s.İmkan dairəsində heyvanların otlaq sahəsində saxlanıldığı müddətdə, həmçinin bir sutkalıq yemdə olan dozanın miqdarı təyin olunur.

Kliniki müayinələrdən alınan nəticəyə görə heyvanın ümumi vəziyyətinə qiymət verilir.

Atmosferdə qaz və bərk hissəciklər şəklində olan radioaktiv maddələrin qatlığının təyini üçün aspirasiya və sedimentasiya metodlarından istifadə olunur. Aspirasiya metodu ilə atmosferdə olan radioaktiv qazlar və havada olan toz şəkilli radioaktiv maddələr təyin edilir. Bunun üçün xüsusi vakuum nasoslarının köməkliyi ilə hava radioaktiv maddələr tutub özündə saxlayan xüsusi filtirlərdən sorulur. Bu metodla havanın vahid hissəsində olan radioaktiv maddələrin qatılığı hesablanır.

AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ

"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI


MÜHAZİRƏNİN MÖVZUSU:

İONLAŞDIRICI ŞÜALARIN HEYVANDARLIQDA VƏ BAYTARLIQDA TƏTBİQİ
MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.

GƏNCƏ-2017
Mövzu 13
İONLAŞDIRICI ŞÜALARIN HEYVANDARLIQDA VƏ BAYTARLIQDA TƏTBİQİ.

Mühazirənin mövzusu:


  1. Radioaktiv izotopların indiqator kimi işlədilməsi

  2. Nişanlanmış atom üsulu

  3. İzotopların orqan və toxumalarda parçalanmsı

  4. İzotoplardan müalicə məqsədi üçün itifadə olumması

  5. Təbii izotopların orqanizmdə əhəmiyyəti


Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987
Hal-hazırda tibdə biologiyada, biokimyada, fıziologiyada kənd təsərrüfatında,sənayedə radioaktiv elementlərdən bir maddə kimi geniş istifadə olunur.

Orqanizmin daxilinə az dozanın verilməsi nəticəsində kiçik quruluşa malik olan molekulların və digər nahiyələrin həyat fəaliyyətinin pozulmasının öyrənilməsinə imkan verir. Nişanlanmış atomlar vasitəsi ilə bir sıra üsulların işlənilməsi və onların heyvandarlıqda tətbiq olunması məsləhət görülür.



Radioaktiv izotopların indikator kimi istifadə olunması. Kimyəvi birləşmələrin tərkibinə nişanlanmış atomlar daxil etmək qaydasına əsaslanmışdır. Bioloji müayinələri aparmaq üçün orqanizmdə maddələr mübadiləsində iştirak edən aşağıdakı izotoplardan geniş istifadə olunur H3, C14, Na24, P32, S18, K42, Ca43, Ca47, Cr51,

Fe39, Y125, Y131 və s. radionuklidləri orqanizmə verilən zaman bioloji dövriyyədə özlərini stabil izotoplar kimi aparırlar. Bu üsul vasitəsi ilə nəyinki radioaktivizotopların, hətta müxtəlif aktiv üzvi və qeyri-üzvi birləşmələrin mübadiləsinə və bunların mübadilə prosesində iştirakı zamanı yaranan çevrilmələrə nəzarət etmək mümkündür.

Nişanlanmış atomların köməkliyi ilə insan və heyvanlarda yaman şişləri müəyyən etmək, qan damarlarında qanın sürətini müəyyənləşdirmək mümkün olmuşdur. Radioaktiv izotopların heyvan və bitkilərin müxtəlif hüceyrə və toxumalarda paylanmasını öyrənmək və onların yerlərini dəqiqləşdirmək məqsədilə avtoradioqrafiya üsulundan geniş istifadə olunur. Bu üsul orqanizmdə olan radioaktiv izotopun parçalanması zamanı ayrılan şüaların fotoemulsiyaya kimyəvi təsir etmə prinsipinə əsaslanır.

Avtoradioqrafiya üsulu vasitəsi ilə orqanizmdə gedən şüalanmanın növünü və şüaların fotoemulsiyada yaratdıqları izlərə əsasən orqanizmdəki radioaktiv maddənin miqdarını müəyyənləşdirmək olur. Histoavtoqrafiya adlanan üsulla radioaktiv izotopların hüceyrə daxilində və ya hüceyrənin ətrafında paylanmasını da dəqiqləşdirmək olur. İlk dəfə 1940-cı ildə E.S.London heyvan orqanizmində gedən prosesləri öyrənmək üçün bu üsuldan istifadə etmişdi. Son illərdə avtoradioqrafiya üsulunun təkmilləşməsi və onun mübadilə prosesində geniş istifadə olunmasına nail olmuşlar.

Aftoqrafıya üsulu iki yerə bölünür. Mikroavtoqrafıya və mikrobioradioqrafıya, makroavtoradioqrafıya üsulu ilə radioaktiv izotopların bioloji obyektlərdə gedən dəyişikliyi qiymətləndirmək üçün, mikroavtoradioqrafıya isə radioaktiv izotopların toxuma daxilinə toplanmasının qarşısını almaq və həmçinin hüceyrənin quruluşunda baş verə bilən biokimyəvi dəyişikliklərin öyrənilməsində geniş istifadə olunur.

Avtoradioqrafıya üsulunun tətbiq olunma əhəmiyyətini aşağıdakı qruplara bölmək olar.

a) Radioaktiv izotopların heyvan orqanizmində dövriyyəyə daxil olmasının öyrənilməsi;

b) Radioaktiv izotopların bu və ya digər orqanlarda toplanmasının aşkar edilməsi;

v) Daxilə düşmüş radioaktiv elementlərin ilk aktivlik ilə sonrakı aktivlik arasındakı fərqin aydınlaşdırılması;

q) Şüalanmanın təsirinə məruz qalan orqanlardan hazırlanan materiallarda radioqrafıyanın aparılması.

Makroradioavtoqrafıyanı aparmaq üçün yüksək həssaslığa malik olan fotoqrafıyadan, historadioqrafıyadan xüsusi mayedən və nüvə enerjisindən istifadə olunur.

Radioavtoqrafıya radioaktiv elementlərin tətbiq olunduğu sahələrdə yaratdığı izlərin fotoemulsiya vasitəsi ilə müəyyənləşdirilməsidir. Bu üsul radioaktiv elementlərin orqanizmə verildikdən və yaxud müxtəlif yollarla daxil olduğu zaman öz analoqları ilə birləşmə əmələ gətirməsi və orqanda gedən patoloji prosesin aydınlaşdırılmasında çox böyük əhəmiyyətəmalikdir.

Mikroradioavtoqrayiada radioaktiv elementlərin gümüş bromidə təsiri zamanı yaratdığı ağ ləkələrin mənbəyini təyin edir.

Historadioavtoqrafiyada radioaktiv elementlərlə şüalanmış heyvanların daxili orqanlarında yaranan potomorfoloji proseslərin mikroskopiya üsulu ilə öyrənməsinə imkan verir.

A.D.Belov (1959) ildə iki tərəfli radioavtoqrafıya üsulunu işləyib hazırlamışdır. Bu üsulun digər üsullardan fərqi ondan ibarətdir ki, eyni vaxtda iki izotopu təyin etməsinə imkan verir. Sümüyün möhkəmlənməsində iştirak edən Fosfor-32 və Kalsium-45-in mübadiləsini öyrənərkən istifadə olunan radiobioqrafıya bu izotopların eyni vaxtda heyvan orqanizmində yaratdığı fəsadların dərəcəsini çox qısa bir müddətdə aydınlaşdırılmasına imkan verir və stabil elementlərlə radioaktiv elementlər arasındakı asılılığı müəyyənləşdirir.

Qamma şüası yaratma xassəsinə malik olan 24Na, 131Y, K40 və digər radioaktiv izotopları orqanizmə verdikdən sonra daxili radiometriya aparmağa, qan dövranında, qanın tərkibində və qalxanvari vəzidə gedən dəyişiklikləri müəyyən etməyə imkan verir. Odur ki, bu üsuldan istifadə edərək radioizotop müşahidəsini aparmaq üçün kliniki təcrübədə geniş istifadə olunur.

A.D.Belov1968-ciildə zəif keçicilik qabiliyyətinə malik olan şüasını əmələ gətirən radioaktiv izotopların mübadilə prosesində iştirak etməsini çox kiçik qabaritə malik olan vericilərdən istifadə olunmasını təklif etmişdir.Sonralar bu üsulla termodinamik verici (datçik) əlavə edilərək orqanizmdə maddələr mübadiləsində yaranan temperaturun təsirini öyrənmişlər. Radiometrik üsullardan istifadə olunaraq qara ciyərdə, sümükdə, əzələdə və digər orqanlarda enerjinin və maddələr mübadiləsinin getmə sürətini, həmçinin onlarda korreleksiya dəyişikliklərin araşdırılmasında və müxtəlif heyvanlarda sümük patologiyasının öyrənilməsinə imkan vermişdir.

Radioaktiv maddələrin köməyi ilə biologiyada bir sıra əhəmiyyətli nailiyyətlərə malik olunmaqla bərabər heyvan orqanizmində yaranan mübadilə prosesinin necə əmələ gəlməsi, canlı toxumada kimyəvi birləşmələrin baş verməsi geniş formada aydınlaşdırılmışdır.

Bu üsulla aparılan müşahidələr zamanı müəyyən olunmuşdur ki, zülallar, mikroproteinlər, ximoproteinlər, yağlar, karbon qazı, üzvi birləşmələr mütəmadi olaraq parçalanmaya uğrayırlar.Parçalanmadan asılı olaraq mübadilənin xüsusiyyəti müəyyənləşdirilir. Yaman keyfıyyətli şişlərin radioizotop üsulu ilə öyrənilməsi zamanı şişlərin böyüməsi, mübadilə prosesinin sürətlə getməsi deyil, şişdə zülal maddələrinin bölünməsinin ləngiməsi ilə izah olunur. Radioizotop indikatorunun köməyi ilə müxtəlif orqan və toxumalarda mübadilə prosesinin bərpa olunmasının sürətini təyin etməyə imkan vermişdir.

Aparılan tədqiqatlar sübut etmişdir ki, siçovullarda zülalın bərpası, digərləri ilə müqayisə edildikdə çox sürətlə, qaraciyərdə qanın plazmasında, bağırsaqların selik qişalarında bərpa olunma çox zəif gedir.

Digər üsullardan fərqli olaraq radioizotop üsulu molekulyar biologiyada çox böyük tədqiqatların aparılması və biologiyada bir sıra məsələlərin həll olunmasına imkan yaradır. Zülalların biosintezi, fotosintez, əzələlərin yığılması, sinir sisteminin oyanması, çoxalma və irsi ötrücülük zamanı heyvan orqanizmində enerjinin istifadə olunmasını müəyyən etməkdə bu üsuldan geniş istifadə olunur.

Nişanlanmış radioaktiv elementlərin köməyi ilə kimyəvi birləşmələrin tərkibini, məhsuldar heyvanların orqanizminə verilən dərman maddələrinin təsirinin, həzm prosesinin getməsində bu preparatların hansı xüsusiyyətə malik olmasını təyin etməyə nail olunmuşlar. Digər üsullarla təyin olunması mümkün olmadığı halda qeyd olunan üsulla maddələr mübadiləsinin getməsini, gövşəyən heyvanların mədə-bağırsaq florasının həzm sistemində nə kimi təsirə malik olmasını əldə edilmişlər.Orqanizmdə dövriyyədə olan təbii radioaktiv fonun nə kimi əhəmiyyətə malik olması, patoloji prosesə uğrayan orqanların bərpasında dərman preparatların dozasının təyin olunmasında, bu üsuldan hal-hazırda da geniş istifadə olunur.

Radioaktiv izotopların bitkilərin tərkibinə daxil olaraq mübadilə prosesinə necə qoşulması və bitkinin bütün vegetasiya dövründə nə kimi təsirə malik olması aydınlaşdırılır. Bitki orqanizmasından, heyvan orqaniz-masına daxil olan izotopun tərkibi radioindikasiya üsulu ilə təyin etmək mümkün olmuşdu. Onu da qeyd etmək lazımdır ki, bu üsulun digər əhəmiyyətliliyi ondan ibarətdir ki, daxili orqanların radiohəssaslığı və bu həssaslığa görə qruplara bölünməsinə nail olunmuşlar.

Heyvan orqanizmində, həzm sistemində yaranan proseslərin dairəvi təsir etməsini, mədə həzminin və mədə altı vəzinin bu prosesdə əhəmiyyətini: həzm sistemi divarında qanın; həzm kanalında həzm vəzisinin nə kimi təsir sisteminə malik olmasının öyrənilməsində, həzm olunan qidanın mədə bağırsaqdan sorulması, endogen faktorların aradan qaldırılması, həzm sistemi vəzisinin ifrazının və ödün hazırlanmasının, onun onikibarmaq bağırsağa axmasının ləngiməsinin aradan qaldırılması üçün nişanlanmış atom üsulundan istifadə edilmişdir.

Aparılan tədqiqatlardan məlum olmuşdur ki, nişanlanmış atomların tətbiq olunması ilə maddələr mübadiləsinin getməsini, mübadilə prosesinə bir sıra aralıq məhsullarının və digər faktorların təsir etmə xüsusiyyətləri öyrənilməsi mümkündür. Xarici mühitin dəyişməsi, daxildə gedən proseslərin qeyri stabilliyi, xarici təsirlərə qarşı orqanizmada aparılan bərpa prosesinin müəyyənləşdirilməsi üçün radioaktiv indikasiya üsulu geniş imkanlar açmışdır.

Radioaktiv izotopların köməyi ilə yem rasionuna digər qidaları tətbiq etməkdə, makro və mikroelementlərin tərkibində dəyişikliklərin əmələ gəlməməsini araşdırmağa nail olmuşlar.

Mineral maddələrin müxtəlif orqan və toxumalarda ardıcıl olaraq qısa müddətdə paylanması və onların orqanizmdən xa-ric olması, həmçinin kimyəvi birləşmənin müşahidə edilməsi qeyd olunan üsulla mümkündur. Bu üsulla digər vacib məsələlərdən biri olan mineral maddələrin mübadiləsinin öyrənilməsi, orqanizmdə mineral maddələrin bərpa olunma sürətini və sümükdə bir neçə birləşmələri təyinetməyə imkan berir.

Hazırki dövrdə radioaktiv izotop kalsium, fosforun, kobaltın, yodun və başqalarının mübadilədə iştirak etməsi barədə bir sıra məlumatlar alınmışdı. Aparılan bu tədqiqatın nəticəsi, mineral maddələrin ayrı-ayrı toxumalara daxil olması, mikro-elementlərin diffuziya qanununa əsasən deyil, spesifık fıziki, kimyəvi proseslərə təsir etməsi ilə yaranması təsdiq edilmişdir.

Nişanlanmış radioizotop indikasiya üsulu ilə mineral mad-dələrin mübadiləsini öyrənən zaman aralıq mübadiləyə, mineral maddələrin, o cümlədən (,31Y, 60Co, Cu və s.) daxil olunmasını öyrənməyə nail olmuşlar.

Biologiyada və tibdə tətbiq olunan yeni elektrofarez üsulun köməyi ilə insan və heyvan orqanizmində qan zərdabında, zülalın ayrılması və bu kimi bir sıra məlumatlar yığılmışdır ki, bu da orqanizmin müxtəlif vəziyyətində qeyri spesifik reaksiyanın baş verməsi səbəbi araşdırılmışdır. Qan zərdabında bu və ya digər miqdarda zülalın dəyişilməsini ayrı-ayrı alimlər, müxtəlif variantlarla izah edirlər. Bu və ya digər xəstəliklərin araşdırılmasında, qanda baş verən hər hansı bir dəyişikliyin yaranması qısa vaxt ərzində dəqiqləşdirilməsi mümkün olmuşdur.

1972-ci ildə A.D.Belov qan zərdabında zülalı elektrofarez üsulu ilə təyin etməyi təklif etmişdir. Zülalın sintezinin təyin olunması üçün aktiv aminokislotdan istifadə olunması məqsədyönlü hesab olunur. Bu üsul vasitəsi ilə zülal mübadiləsində aktiv izotopların tətbiq olunması baş verən reaksiyaları zamanı yaranan üzvi birləşmələrin tərkibini öyrənmək və heyvanlarda qanın tərkibində zülal formulasının hansı istiqamətdə dəyişməsini izah etməyə imkan verir.

Hemoqlobinin molekulasına daxil olan 51Cr və metioninin tərkibində olan 75Se köməyi ilə müxtəlif növ kənd təsərrüfatı heyvanlarının qanında eritrosidlərin yaşama müddətini təyin etmək mümkündür.

Spermanın yaranma tezliyini, dişi heyvanların cinsiyyət yoluna onun tətbiq olunma müddətini və müxtəlif cinsiyyət yüklənmələri zamanı onun müddətinin dəyişdirilməsini 32P radioaktiv izotopunu tətbiq etməklə əldə etmək mümkün olmuşdur.

Son illərdə radioaktiv izotopu daxilə verməklə, radioaktiv müayinələr üsulu geniş inkişaf etmişdi. Bu şərait radioindikasiya üsulundan laborator klinik müayinələrdə istifadə olunmasına geniş imkanlar yaradır. İnvitro üsulundan, endokrinologiyada və immunologiyada geniş istifadə olunması, böyük əhəmiyyətə səbəb olmuşdur.

Qeyd olunan üsulların digər sahələrdə tətbiq olunması barədə yollar axtarılırdı və insanların heyvanların hormonunun vəziyyətini təyin etməkdən ötrü radioaktivradium üsulu tətbiq olundu. Bu üsulun digər üsullardan fərqi yüksək xüsusiyyətə və hissiyyata malik olmasındadı. Hal-hazırki dövrdə insulin hormonunu və bir sıra digər hormonları diaqnostik testlərin köməyi ilə öyrənilməsində radioizotop üsulundan geniş istifadə olunmuşdur.

E.A.Nejikov 1979 cu ildə ilk dəfə olaraq ilin bütün fəsillərində kənd təsərrüfatı heyvanlarının qanında tqanadotrop, hipofiz və falekula aktivləşdirici hormonların dinamıkasını radioimmunlaşdırıcı üsulla müəyyən etməyə nail olmuşdu.Bu hormonların heyvanlarınnəinkifizioloji vəziyyətinə hətta məhsuldarlığa təsir etməsini müəyyənləşdirdi. Orta məhsuldarlığa malik olan inəklərin boğazlıq dövrünün yaz aylarında (lg) aktivləşdirici hormondan bir 32,1nq\ml; yüksək məhsuldarlığa malik olanları isə 24,77 nq/ml tətbiq olunması məsləhət görülür.Belə bir tədbir boğazlığın müxtəlif vaxtlarında yerinə yetirilə bilər. Bununla əlaqədar olaraq belə qərara gəlmişlər ki, LQ-din səviyyəsi ilin müxtəlif fəsillərindən asılıdı.Belə ki, payız fəslində, inəklərin boğazlığının üçüncü ayında LQ2-nin səviyyəsi 4,33 nq/ml təşkil etdiyi halda yayda isə bunun səviyyəsi -30,9, yazda-34,8, qış fəslində isə -63,2 nq/ml-ə bərabərdir.

İnəklərin qalxanvari vəzisinin dispanzerizasiyası zamanı radioizotop müşahidəsinin tətbiq olunması marağa səbəb olmuşdu. Yod azlıq edən ərazilərdə saxlanılan heyvanların məhsuldarlığını artırmaq, maddələr mübadiləsini yaxşılaşdırmaq məqsədi üçün qeyd olunan üsuldan istifadə olunması çox yaxşı nəticə verir. Heyvandarlıqda və baytarlıqda tətbiq olunan bu üsul çox geniş maraq doğurmasına səbəbolmuşdur.

V.P.Ostapçuk, A.D.Belov və N.A.Kavalev (1979) radioimmun üsulu ilə heyvanlarda quduzluğun təyin olunmasını işləyib hazırlamışlar. Xəstə heyvanın beynindən götürülüb hazırlanan yaxmada heyvanlara verilən radioaktiv izotopların antitel və antigenlə olan əlaqəni və əmələ gələn radioaktivlik birləşmənin pozulması qeyd olunmuşdu.

Aktiv neytron analizi çox kiçik miqdara malik olan təbii izotopların müxtəlif bioloji materiallarda (qanda, limfa düyün-lərində, müxtəlif orqanların toxumasında) ən yüksək hissiy-yatlı yolla təyin olunması əhəmiyyətli üsul kimi qeyd olunur. Bu onunla izah olunur ki, müşahidə olunan material nüvə reaktorlarında neytron kütləsinin təsirinə məruz qalır. Bunun nəticəsində yaranan, radioaktiv parçalanma məhsulları radiokimyəvi və radiometrik müşahidədən keçirilir.

Fiziologiyada, və biokimyada, mikroorqanizmlərin ekologiyasında və bir sıra müxtəlif məsələlərin həllini radioindikator üsulu ilə təyin edilməsimümkün ola bilmişdir. Aktiv maddələrin mikrob kletkasına daxil edilməsi, aktiv birləşmənin əmələ gəlməsinə səbəb olur və mikrobun toxumada necə inkişaf etməsi aydınlaşdırılır.

Mikrob iki yolla təyin oluna bilər bunlardan biri P32, digərləri isə 35S-dir. Radioaktiv izotoplar mikrobla birləşərək nəslə ötürülür. Aktiv yetişdirilən mikrob heyvana verildiyindən sonra heyvanlar müxtəlif vaxtlarda kəsilir və mikrobun orqanizmdə yayılma sürəti, yayılma yolları radiometriya üsulu ilə təyin edilir.

Toxuma kulturası və radioaktiv izotoplar 32P, 35S-və karbon 14C- qida mühitinə daxil olunduqda onların virusa necə təsir göstərməsini qeyd etmək olur. Nişanlanmış radioaktiv elementlər virus komponentlərinə və onun çoxalma prosesinə çox aktiv formada daxil olur. Onu da qeyd etmək lazımdır ki, 32P RNT-nin tərkibinə, ammonyak turşusu isə onun zülal qatına daxil olur.

Radioindikator üsulu ilə entimologiyada milçəklərin, ağcaqanadların və digər həşəratların, patogen mikrob daşıyıcılarının və digərlərinin dövr etmə qanunauyğunluğunun öyrənilməsində bu üsulun böyük əhəmiyyətə malik olması qeyd olunmuşdur. Müxtəlif bioloji materiallarda çox az miqdarda paylanan selen, stronsium, vanadium və s. kimi elementlərin stabil izotoplarını neytron aktivləşdirmə analiz üsulu ilə öyrənmək olur.Üsulun mahiyyəti ondan ibarətdir ki, əvvəlcə tətbiq olunan bioloji obyekt neytronlar seli ilə aktivləşdirilir, aktivləşmədən sonra radiometr vasitəsilə izotopun növünü müəyyənləşdirmək mümkündür.


AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ

"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI


MÜHAZİRƏNİN MÖVZUSU:

Radioaktiv izotopların diaqnostika və heyvandarlıqda tətbiq olunması.
MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.

GƏNCƏ-2017

Mövzu 14
Radioaktiv izotopların diaqnostika və heyvandarlıqda tətbiq olunması.


Mühazirənin mövzusu:


  1. Radioaktiv izotopların diaqnostika məqsədi ilə istifadə olunması

  2. Radioaktiv izotopların heyvanların müalicəsində istifadəsində olunması

  3. Yüklə 0,8 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə