Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik



Yüklə 0,8 Mb.
səhifə7/9
tarix08.10.2017
ölçüsü0,8 Mb.
#3658
növüMühazirə
1   2   3   4   5   6   7   8   9

Xroniki şüa xəstəliyi. Xroniki şüa xəstəliyi kənd təsərrüfatı heyvanlarına uzun müddətli dəfələrlə az dozanın təsir etməsi və həmçinin radioaktiv izotopun orqanizmə düşməsi və onun uzun müddət toxumada qalması nəticəsində baş verir.

Xroniki şüa xəstəliyi zamanı heyvan orqanizmində bütün orqanlar zədələnir. Xəstəliyin ilk dövrlərində funksional pozğunluqlar baş verir və bunun nəticəsində heyvan öz təsərrüfat əhəmiyyətini itirir. Belə hallarda orqanların distrofıyası baş verir, qanın əmələ gəlməsi zəifləyir, orqanizmin immunobioloji xüsusiyyəti aşağı düşür və heyvan qısır qalır.


Kənd təsərrüfat heyvanlarında şüa xəstəliyi zamanı diaqnozun qoyulması
Kənd təsərrüfatı heyvanlarının şüa xəstəliyinin diaqnozu lazımi səviyyədə işlənilmişdir, xüsusilə şüalanmadan birinci dörd gün müddətində. Şüa xəstəliyinin kəskin spesifık xüsusiyyəti olmadığı üçün diaqnozu əsasən anamnez məlumatlarına, dozimetrik müşahidələrə, klinik əlamətlərə, hemotoloji, morfoloji, immunobioloji və digər laborator müayinələrə əsasən qoyulur. Diaqnozu qoyan zaman fıziki və bioloji üsullardan istifadə olunur. Fiziki üsulda şüalanmanın müddəti, vaxtı, şüalanma dozasının heyvan tərəfındən mənimsənilmə səviyyəsi və həmçinin şüalanma sahəsi müəyyənləşdirilməlidir. Təcrübə zamanı bu qeyd etdiklərimizi təyin etmək çox asandı. Bu proseslər görünmədiyi halda, dozanın gücünü, şüalanmanın vaxtını yalnız özümüz müəyyənləşdirməliyik.
Profilaktika
Kənd təsərrüfatı heyvanlarının kəskin və xroniki şüa xəstəliyi zamanı diaqnoz və profılaktikanın aparılması ən əsas sahələrdən biridir. Hal-hazırkı ədəbiyyatlarda 3 mindən çox dərman preparatının adı qeyd olunmuşdur.

Lakin buna baxmayaraq, qeyd olunan preparatlar arasında bəziləri bir o qədər təsir etmə xüsusiyyətinə malik deyil. Odur ki, yeni preparatların tapılması hal-hazırda alimləri düşündürür.

Kəskin şüa xəstəliyi zamanı məsləhət görülən preparatlardan istifadə olunmalıdır. Əgər heyvana kəskin şüa xəstəliyi diaqnozu qoyulmuşsa, onun müalicə olunması iqtisadi cəhətdən əhəmiyyətli deyil. Müalicə məqsədi ilə B12 vitamini, antibiotiklər, bakterioloji preparatlar, qlobulin, qan zərdabı və vaksinlərdən istifadə olunur, sulfanilamid preparatlarının isti-fadəsi əks göstərişdir.

Müalicəyə başlanılan ilk gündən heyvanın ümumi vəziyyətini yaxşılaşdırmaq, sinir sisteminin, mədə-bağırsağın və qan doğuran orqanların vəziyyətini normallaşdırmaqdan ötrü B12 vitaminindən istifadə olunmalıdır.

Kənd təsərrüfatı heyvanlarının növündən asılı olaraq, LD50\30 dozada şüalandırılan zaman şüa xəstəliyinin gedişindən 2-3 gündən sonra oyanma və əsmə əlamətləri qeyd olunur. Bədənin temperaturu yüksək olmayan səviyyədə (1°S) artır, əksər heyvanlarda bir sutka ərzində normallaşır. Bir sıra heyvanlarda bədənin temperaturu 41-42°S-yə qədər qalxır. Bəzi heyvanlar belə temperaturun təsirindən şüalanmanın 4-7 günü ölürlər.

Sağ qalan heyvanlarda sonrakı 7-10 gün müddətində xəstəlik qeydə alınmır. Bəzi hallarda kalda yüngül qansızma əlamətləri qeydə alınır. Bu da bağırsaq divarı epitelilərin zədələnməsindən irəli gəlir.

İkinci dövrdən sonra xəstəliyin üçüncü dövrü başlayaraq, klinik gediş özünü göstərir. Ümumi zəiflik, deperessiya, iştahanın azalması və ya tamam itməsi, ürək döyüntülərinin və tənəffüsün artması və qanda kəskin dəyişiklik qeydə alınır. Bəzi hallarda xəstə heyvanlarda qızdırma müşahidə olunur. Bir sıra heyvanlarda ölümdən 1-2 gün əvvəl sidik ifrazının artması baş verir.

Şüalanma bütün növ heyvanlarda tənəffüsün pozulmasına səbəb olur, tənəffüs bəzi hallarda çox səthi olur, bəzi hallarda qəflətən səslər əmələ gəlir. Burun dəliklərindən selik axması nəzərə çarpır. Sağ qalan heyvanlar xəstəliyin 30-cu günündə 10%-ə qədər çəkilərinin azalması və bəzi hallarda bundan da yüksək qeyd olunur. Sağalma adətən şüalanmadan 30-40 gün sonra başlayır.

Ölən heyvanların patanatomik yarması zamanı miokardda qansızma, mədə-bağırsağın divarında, ağ ciyərdə, dalaqda, qara ciyərdə, öd və sidik kanalında, dəri altı toxumada və digər orqanlarda nekrozun baş verməsi müşahidə edilir.

Nazik və yoğun bağırsaqda geniş formada qansızma əlamətləri, ağ ciyərin ödemi, köpmə, yuxarı tənəffüs yollarında qızartılar qeydə alınır.


Atların şua xəstəliyi.
Latent dosza DL 50/30 r-lə ümumi şüalanma zamanı bu heyvanların ümumi vəziyyəti birinci iki gündə kafi qeyd olunur. Sonra isə iştahının azalması, həyəcanlanmanın yüksəlməsi, başda, quyruğun ucunda, ətraflarda qızartılar tapılır. Sonrakı həftədə sağ qalan heyvanların vəziyyəti yaxşılaşır və elə görünür ki, heyvan sağalmışdır. Lakin yenidən zəifləmə başlayır, istah itir, köklük dərəcəsi aşağı düşür.

Şüalanmadan təxmini olaraq iki həftədən sonra dəridə və selikli qişalarda qansızma əlamətləri əmələ gəlir.Tənəffüsün çətinləşməsi, ağ ciyərdə ödemin əmələ gəlməsi, leykopeniyanın baş verməsi qeyd olunur.

Ağır vəziyyətdə konyuktiva zədələnir, atlar ətraf mühiti yaxşı seçə bilmir, keratit, buynuz qişanın bulanması və yarası əmələ gəlir.

Zəif qamma şüası və neytronla şüalanan zaman tükün tökülməsi qeydə alınır.

Ölmüş heyvanları yaran zaman hemoroji diatezin baş verməsi qeydə alınır. Əlverişli şərait olmayan yerlərdə salamat qalmış heyvanlarda ölüm halları 3-5 ildən sonra baş verir.
Qoyun və keçilərin şüa xəstəliyi
LD30/50 R ilə şüalanmış qoyun və keçilərdə birinci 2-3 gündə iştahın azalması, əsmə halları və suya qarşı tələbatın artması qeyd olunur. Sonra isə gizli dövr başlayır, bu da 10-15 gün davam edir.

Xəstəliyin üçüncü dövründə ümumi zəifləmə başlayır, yem qəbul etməsi aşağı düşür, dəridə ağrılar əmələ gəlir, bəzi yerlərdə tüklər tökülür. Heyvan çox yatır, tükün seyrək olan dəri nahiyyəsində hiperemiya, ləkə və nöqtə formasında qansızmaları qeyd olunur. Mədə-bağırsaq sistemində pozğunluqlar baş verir, bədənin temperaturu yüksəlir, köklük dərəcəsi azalır. Şüa xəstəliyi zamanı qoyun və keçilərdə qanın dəyişməsi digər heyvanlarda olduğu kimi qeydə alınır.


Donuzların şüa xəstəliyi
LD80/30 R ilə şüalanmış donuzlarda 3-5-ci gündə həyəcanlanma, kəskin qusma qeydə alınır. Xəstəliyin gizli forması çox qısadı. Xəstəliyin 10-cu günündə donuzlarda ümumi ağırlaşma, dəridə qansızmalar, bədən temperaturunun yüksəlməsi, burundan qanın axması qeydə alınır. Xəstəliyin üçüncü həftəsinin axırında bir sıra heyvanların ətraf nahiyyəsində qızartılarların əmələ gəlməsi, hərəkətin pozulması tənginəfəsliyin yaranması qeyd olunur. Bəzi donuzlarda çəkinin azalması və dəridə suluqlar müşahidə edilir.

Ölmüş heyvanları yaran zaman qansızmalar, pnevmoniya, ağciyərlərdə iltihab, soyuqlama, mədə divarında və nazik bağarsaqda yaranın əmələ gəlməsi qeydə alınır.



Toyuqların şüa xəstəliyi
Toyuqların digər ev heyvanlarından radiasiyaya davamlılığı yüksək olur. Şüalanmış toyuqlarda ilk reaksiya başın əsməsi, sonra isə yavaş-yavaş zəifləməsi qeydə alınır, yuxulu vəziyyətdə saatlarla otururlar. Başlarını həmişə gah dala, gah da qabağa doğru uzadırlar.Tənəffüs çətinləşir, selik qişalarının kəskin soyuqlaması qeyd olunur. Kal yaşıl rəngə çalır. Şüa xəstəliyindən quşların ölümlə nəticələnməsi adətən üçüncü həftənin axırında baş verir. Bu müddətdə sağ qalan quşlar sonrakı vaxtlarda da salamat qalırlar.
İonlaşdırıcı şüaların irsiyyətə təsiri.
Rus alimləri Q.A.Nadson və Q.S.Filipov 1925-ci ildə droj və göbələk üzərində apardıqları elmi işi dərc etdirmişlər. Bunların apardıqları tədqiqat işi üç ildən sonra bitkilər və dzorofil milçəkləri üzərində təsdiq olunmuşdur. 1927-ci ildə Amerikan alimi Müller dzorofillər üzərində aparılan elmi tədqiqat işinin qiymətləndirilməsi və onun irsi dəyişkənliyin yaratmasını söyləmişdir. Bu tədqiqatlar sonra siçanlar və digər canlılar üzərində aparıldı. Atom enerjisinin ionlaşdırıcı şüalardan alınması, onların sənayedə, kənd təsərrüfatında və xalq təsərrüfatının digər sahələrində tətbiqi zamanı onun irsiyyətə təsiri geniş marağa səbəb oldu. Hal-hazırda bu elmi tədqiqat işinin aparılması ilə Radiasion gigiena bölməsi fəaliyyət göstərir.

Məlum olduğu kimi irsi dəyişkənliyin baş verməsində xüsusi quruluşa malik olan genlər fəaliyyət göstərir. Genlər orqanizmin fərdi xüsusiyyətlərində böyük rol oynayır və bütövlükdə orqanizmanın həyat fəaliyyətini təmin edir. Genlərin kimyəvi tərkibi dezoksiribonuklein turşularından ibarətdir (DNT). Genlərdə azot əsaslı amin turşularının – adeninin, timinin, sitozinin quaninin – yerləşməsi qaydası onların spesifikliyini vəkodunu təyin edir. Kodların köməyi ilə genlər hüceyrə və toxumaların quruluşunun yaranması və onların ardıcıllıqlarının gözlənilməsi xüsusiyyətini özlərində daşıyırlar. Genlər xromosomların tərkibində yerləşir. Hər bir xromosom 10-larla və 100-lərlə gen daşıyır. Hər növ heyvanın toxumasında xromosomların sayı daimidir. İtlərdə 78, atlarda - 66, qaramalda -60, qoyunlarda -54, donuzlarda -40, insanlarda isə - 36 xromocom vardır. Bütün xromosomlar iki eyni, lakin oxşar olmayan yığımlarda olurlar, məsələn, atlarda yığımda 33 xromosomlar vardır. Bu yığımlardan biri anadan, digəri isə atadan keçir. Mayalanma zamanı cinsiyyət hüceyrələri bir nüvədə birləşirlər ki, bu da iki yığımdan ibarətdir. Ona görə də yeni nəsildə eyni miqdarda xromosom olur ki, bu da genin quruluşu ilə eynidir. Xarici və daxili faktorların təsirindən xromosomların molekullarının quruluşunda və gendə dəyişiklik əmələ gəlir. Nəticədə yeni genlər əmələ gəlir ki, bunlar da öz quruluşuna və xüsusiyyətinə görə əvvəlki quruluşa malik olmur. Xromosomların və genlərin dəyişməsinə mutasiya deyilir. Hüceyrələrin sonrakı bölünməsində xromosomlar dəyişirilərək eyni fərdin yaranması baş verir. Belə yollarla genlərin dəyişməsi daimi eyni xüsusiyyət mənimsəyir. Əgər mutasiya cinsiyyət üzvlərində baş verirsə, inkişafda olan orqanizmdə yeni nəsil dəyişikliyi qeydə alınacaqdır. Bütün növ orqanizmdə çoxlu miqdarda olan genlərdə dəyişikliklər gedir ki, bunun çoxu da təbii radioaktiv fonun orqanizmə təsir etməsindən irəli gəlir.

İonlaşdırıcı şüalardan və digər faktorlardan, kimyəvi maddələrin, ultrabənövşəyi şüaların təsirindən yaranan mutasiyanın xassəsi, heç də özü-özünə əmələ gələn mutasiyadan fərqlənmir. İonlaşdırıcı şüaların təsirindən əsasən iki növ mutasiya dəyişikliyi baş verir, gen və xromosom.

Xromosomlar yenidən qurulduğu halda ola bilsin ki, xromosomun bərpası baş versin, məsələn, parçalanma zamanı ayrılan xromosomların ucları birləşsin və xromosomun tam bərpası təmin



AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ
"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI
MÜHAZİRƏNİN MÖVZUSU:
Kənd təsərrüfatı heyvanlarının şüa yanıqları


MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.

GƏNCƏ-2017

Mövzu 11
Kənd təsərrüfatı heyvanlarının şüa yanıqları
Mühazirənin planı:


  1. Bədən səthinin radioaktiv izotoplarla çirklənməsi

  2. Şüa yaniqlarının əmələ gəlməsi

  3. Xəstəliyin kliniki gedişi

  4. Ümumiləşmiş şüa xəstəliyi

  5. Ümumiləşmiş şüa xəstəliyinin müalicəsi


Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987

Radioaktiv izotopların düşdüyü yerlərdə kənd təsərrüfatı heyvanları gəzərkən onların dəri örtükləri ilə tük hissələri çirklənir. Qoyunlarda və bədən səthində tük örtüyü qalın olan heyvanlarda tük dəri səthinin radioaktiv tozla çirklənməsinin qarşısını alır, alfa və beta şüası bu nahiyədə dəri üçün bir qədər qorxulu deyil. Dərinin açıq sahələrində yaranan şüalanma dərinin yalnız 3-8 mm dərinliyinə keçə bilir. Ona görə ki, bu şüaların dərinin üst hissəsi tərəfındən qarşısı alınır. Beta hissəcikləri ionlaşdırma xassəsinə malik olduğuna görə dəridə və selikli qişalarda xüsusi zədələnmələr əmələ gətirir.

Kənd təsərrüfatı heyvanlarının beta şüalanmasına məruz qalma şəraitindən asılı olaraq dərinin müxtəlif hissələri eyni zədələnmə səviyyəsinə məruz qalmır. Hansı sahəyə radioaktiv tozlar düşmüşsə bu sahədən heyvanlar keçərkən və ya otlayarkən radioaktiv tozlarla təmasda olan nahiyələr beta şüalanmasına məruz qalırlar. Bu halda dırnaqların arasındakı yumşaq toxuma, ətrafların diz nahiyyəsi sifət, ağızın ətrafları, burun dəlikləri və göz nahiyyəsi radioaktiv tozla çirklənir.

Əgər radioaktiv tozların çökməsi təzə başlayıbsa və ya təkrarən tozun yenidən yaranması qeyd olunubsa radioaktiv tozlar əsasən heyvanın bel nahiyyəsinə, ətraflara, baş hissəyə çökərək radioaktiv çirklənmələr əmələ gətirir.

ABŞ-da ilk nüvə silahlarının sınağı keçirilən zaman alınan məlumatlardan məlum oldu ki, kənd təsərrüfatı heyvanlarının bədən nahiyyəsində beta yanıqları əmələ gətirir.

Almaqor şəhəri yaxınlığında nüvə silahlarının partlayışından sonra radioaktiv çökmədən 100 baş heyvanın bədən səthində müxtəlif dərəcəli yanıqların əmələ gəlməsidir. Nevada ştatında nüvə silahı sınaqdan keçirilən zaman 17 baş heyvanın bədən səthində müxtəlif dərəcəli şüa yanıqların əmələ gəlməsi qeyd olunmuşdur.

Bədənin ayrı-ayrı nahiyələri beta şüalanmasına eyni dərəcədə məruz qalmır. Heyvanın bütün dəri örtüyünü eyni doza ilə şüalandıran zaman ən tez və bir qədər ağır gedişli cinsiyyət orqanları ətrafında, oynaqlarda, başın üz nahiyyəsində əmələ gəlir.

Bədənin sıx yunla örtülmüş dəri nahiyyəsi beta şüasından çox yaxşı qorunmuş olur, dərinin açıq nahiyyələrdə yanıqlar daha kəskin özünü birüzə verir.



Xəstəliyin klinik gedişi. Dəri nahiyəsində patoloji prosesin gedişini dörd dövrə bölmək olar.

Birinci dövr başlanğıc dövrü və yaxud ilk reaksiya dövrü adlanır. Yanıqdan bir neçə saat və yaxud bir gün sonra qeyd olunur və dozanın səviyyəsindən asılı olaraq bir neçə saat və yaxud iki gün davam edir. Bu dövr donuzlarda çox aydın görsənir, iri buynuzlu heyvanlarda dərinin dipeqmentasiyası hiperemiyanın əmələ gəlməsi, zədələnmiş dərinin qopması qeyd olunur və heyvan zədələnmiş nahiyəni tez-tez qaşıyır.

Ikinci dövr dozanın miqdarından asılı olaraq bir neçə sütkadan iki həftəyə qədər davam edir. Bu dövrdə dəri nahiyyəsində tez-tez qısa müddətli eriterma, tərləmənin artması və zədələnmiş dərinin qırışması qeyd olunur.

Üçüncü dövrdə dərinin iti iltihabı ilə qeydə alınır. Zədələnmiş dəri nahiyyəsində ağrının əmələ gəlməsi müəyyənləşdirilir. Sonra isə nəzərə çarpan eriterma baş verir. Kiçik dozada zədələnmiş dəri nahiyyəsində dərinin üst qatında epilyasiya qeydə alınır. Bu nahiyyədə dərinin piqmentasiyası dəyişir.Yanmış dərinin buynuz qişasında hiperemiya baş verir.

Ağır zədələnmə hallarında zədələnmiş dəri nahiyyəsində dərinin ayrılması dərinin çürüməsi qeyd olunur, eroziyanın baş verməsi, kəskin nekrozlaşma 20-30 gün davam edir. Əmələ gələn yaraların ətrafı düzgün formada olmur və yaranın ətrafları dairə formasını alır.

Bu dövr yerli dəyişikliyin getməsi ilə bərabər heyvanın ümumi vəziyyətində zəiflik əmələ gətirir. Qanın morfoloji göstəriciləri dəyişir, leykositlərin monositlərin miqdarı azalır, eozinofillərin miqdarı artır, qanda EÇS səviyyəsi yüksəlir. Qanda zülalın, lipidin miqdarı azalır, kalium və suyun miqdarı artır. Ümumi zəhərlənmə əlamətləri qeyd olunur. Heyvan çəkini itirir, az hərəkət edir və ətraf qıcıqlara qarşı reaksiya zəif olur.

Dördüncü dövr və ya bərpa olunma dövrü, zədələnmənin yüngül formasında xəstəlik yalnız dərinin üst qatının qaşınması ilə nəticələnir. Dərin olmayan yaralar 1,5-2 ay müddətində sağalır.

Dərinin sağalması çox zəif gedir bu bir neçə ay və bəzi hallarda bir ili əhatə edir. Dərinin çox geniş sahəsində epilyasiya və irinləmə halları qeyd olunur. Damarlarda və sinir sistemində pozğunluqlar qeydə alınır.

Dozanın miqdarından asılı olaraq dörd dərəcəli yanıqlar baş verir. Birinci dərəcəli (yüngül) yanıq heyvanın bədən səthinə 500 RAD dozanın təsirindən yaranır, ilk reaksiyanın baş verməsi ilə gedir və 15 gün davam edir, bunun ardınca dərinin eriteması, dəri epilyasiyası və dərinin üst qatının qopması qeyd olunur. Selikli qişaların zədələnməsi zamanı hiperemiya və ağrıma halları baş verir, sağalma 30-45 gün çəkir.

İkinci dərəcəli şüa yanıqları 500-1000 Rad-la şüalanmadan yaranır. Kəskin iltihab dövrü baş verir, bu 3-4 həftə çəkir və. Zədələnmiş dəri ağrılı olur, hiperemiya baş verir, dərinin üst hissələrində eroziya əmələ gəlir. Bədənin ümumi temperaturu artır. Sağalma çox zəif gedir və heyvanın sağalması 3-4 aydan sonra baş verir.

Üçüncü dərəcəli yanıqlar 1000-3000 Rad səviyyəsində beta şüasının təsirindən yaranır. İlk reaksiya dövrü 3-4 saatdan sonra başlayır və iki gün davam edir. Gizli dövr çox qısadır, 2-6 gün, sonra isə beta şüasının təsirindən kəskin iltihab baş verir. Dərinin qızarması bəzi hallarda suluqlar əmələ gəlir. Ətraf limfa düyünləri şişir. Bədənin temperaturu qalxır, iştaha zəifləyir və ya tamamilə itir. Sağalma çox zəif gedir. Heyvanın sağalması 5-12 aydan sonra baş verir.

Dördüncü dərəcəli (ən ağır). Heyvanın bədən səthi 3000 Rad beta şüası ilə şüalanan zaman baş verir. Kəskin iltihabi prosesin bütün əlamətləri hiss olunur. Dəridə irinli yaralar baş verir. Dərinin bərpa olunması çox uzun çəkir.



Patanatomik dəyişikliklər. Beta yanıqlarından yerli və ümumi patanatomik dəyişikliklərin baş verməsi yalnız şüalanma dozasından deyil, patoloji prosesin müddətindən də asılıdır.

Şüalanmanın ilk günündə ölmüş və yaxud kəsilmiş heyvanın cəmdəyinə daxili baxış keçirərkən, dəri nahiyəsində eritema, epilyasiyanın baş verməsi əlamətləri qeydə alınır.

Dərinin mikroskopik müayinəsi zamanı dərinin epidermisində toxumanın vakyalizasiyası baş verir, nüvənin şişməsi, qan damarlarının kəskin genişlənməsi, dəridə olan sinir sisteminin pozulması özünü göstərir.

Diaqnozun qoyulması anamnez məlumatlardan sonra yerinə yetirilir. Tükün radioaktiv izotoplarla çirklənmə dərəcəsi və xəstəliyin klinik gedişi diaqnozun qoyulmasında böyük əhəmiyyət daşıyır.

Beta yanıqlarında klinik əlamətlərdən diaqnoz üçün ən əsasları bunlardır: dərinin zədələnmiş nahiyəsinin ağrılı olması, selik qişalarının hiperemiyası, epidermis qatının üst hissəsinin epilyasiyaya uğraması. Əgər yanıq I və II dərəcəlidirsə, proqnoz yaxşıdır və belə heyvanların müalicəsi mümkündür. Dərin və geniş sahəli yanıqlar bütün növ mübadilənin pozulmasına səbəb olur, bu vaxt müalicə çox uzun çəkir. Belə zədələnmələr zamanı heyvanın müalicəsi məqsədəuyğun deyil.

Müalicə. Heyvanın bədən səthinin yüksək doza ilə çirklənməsi müəyyənləşdirilərək belə heyvanların tez bir zamanda baytar təmizliyindən keçirilməsi vacibdir. Bədən səthinin yuyulmasında müxtəlif yuyucu paraşoklardan (OP-7-OP-10) istifadə olunur.

Dərisi zədələnmiş heyvanların müalicəsində ilk əvvəl dəridə ağrılar aradan götürülməli, iltihab prosesinin zəiflədilməsi, dərinin bərpasının tezləşdirilməsi və infeksiyanın düşməsinə imkan verməmək.

Ağrını azaltmaq üçün novokain blokadasından istifadə edərək, ağrı nahiyyəsinə vurmaq lazımdır. Qabırğalar arası sinirə 0,5% novokain məhlulu 10%-li təmiz spirtə qatıb vurmaq olar.

Paravertbral və paralumbal blokadadan da istifadə etmək olar, iri buynuzlu heyvanlara 300-600 ml, xırdalara isə 10-25 ml vurulur.



AZƏRBƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
BAYTARLIQ TƏBABƏTİ VƏ ZOOMÜHƏNDİSLİK FAKULTƏSİ
"YOLUXMAYAN XƏSTƏLİKLƏR" KAFEDRASI
MÜHAZİRƏNİN MÖVZUSU:
BAYTARLIQ NƏZARƏTİ MƏNTƏQƏLƏRİNDƏ RADİOMETRİK VƏ RADİOKİMYƏVİ EKSPERTİZANIN APARILMASI

MÜHAZİRƏÇİ:
DOSENT CƏFƏROV XANZADƏ XƏLİL OĞLU.
GƏNCƏ-2017

Mövzu 12
BAYTARLIQ NƏZARƏTİ MƏNTƏQƏLƏRİNDƏ RADİOMETRİK VƏ RADİOKİMYƏVİ EKSPERTİZANIN APARILMASI.
Mühazirənin planı:


  1. Baytarlıq nəzarət məntəqələrində radiometriq nəzarətin aparılması

  2. Radiokimyəvi ekspertin aparılma qaydası

  3. Ət, balıq və süd məhsullarından nümunənin aparılması

  4. Radioaktiv izotopların ku/kq ku/l çevrilməsi



Mühazirə mətninə müvafiq ədəbiyyat siyahısı.
1. Cəfərov X. X. Baytarlıq radiobiologiyası 2012
2. Cəfərov X. X. Radiobiologiya 1987
Atom sənayesinin genişlənməsi yüksək səviyyədə enerjinin istehsalına səbəb olmuşdur. Buna baxmayaraq bu sahələrdə yaranan avariyalar, radioaktiv tullantıların ətrafa düşməsi və onların düzgün saxlanılmaması ətraf mühitin süni çirklənməsini, bu sahələrin radiasiya fonunun artması qida məhsullarını istifadəsiz hala sala bilməsinə səbəb olur. Bu məqsəd üçün profilaktik tədbirlərin aparılması dozimetrik və radiokimyəvi müayinələrin yerinə yetirlməsi günün ən vacib məsələlərindən biridir. İstehsal sahələrində və digər sahələrdə (bütün tərəvəz bitkiləri ət, süd, su, yumurta, meyvələr və digər məhsullar) bu işləri baytar həkimləri və yaxud istehlak mallarının ekspertləri yerinə yetirir.

Radiokimyəvi və radiometrik ekspertizanın qarşısında duran vəzifələr aşağıdakılardan ibarətdir:

1.Ətraf mühitin istər təbii, istərsə də süni izotoplarla çirklənmə vəziyyətinə nəzarət etmək;

2.Sahənin ayrı-ayrı bölgələrində radioaktiv fonun səviyyəsinə nəzarət etmək, onun biosenoza və bioloji sahəyə təsirini aydınlaşdırmaq;

3. Normadan artıq çirklənmiş heyvan məhsullarının mexaniki məqsədlər və qida kimi istifadəsinə icazə verməmək.

İstehsal sahələrində radiometrik və radiokimyəvi analizlər aparmaq üçün nümunələr götürülərək onların çirklənmə səviyyəsi təyin olunur. Bu analizlər istər adi şəraitdə, istərsə də avariyalar zamanı aparılmalıdır. Məhsulun tərkibində radioizotopun dozası və növü müəyyən edildikdən sonra, onların zərərsizləşdirilməsi və yaxud istifadəyə tam yararlılığı və yararsızlığı barədə qərar verilməlidir.

Müayinələr zamanı qida məhsullarının tərkibində parçalanma dozası 8 KÜ-dən artıq olan zaman bu məhsullar istifadədən çıxarılır. Kənd təsərrüfatı heyvanlarının bədən səthi çirklənərsə belə heyvanların bədən səthi xüsusi düzəldilmiş yerlərdə dezaktivasiya, deratizasiya və dezinfeksiya olunur. Təmizləmədə OP-7 və OP-10 yuyucu tozlardan istifadə olunur. Heyvanın bədən səthindən axan su xüsusi yeraltı anbara yığılaraq zərərsizləşdikdən sonra ətrafa axıdıla bilər.

Avariyalar zamanı kənd təsərrüfatı məhsullarının çirklənmə təhlükəsi yaranarsa yay vaxtlarında hər hansı bir məntəqədən ayda 2-3 dəfə nümunələr götürülür. Hər hansı bir sahədən nümunə götürülərkən eyni vaxtda sudan da nümunələr götürülməlidir. Yem bitkilərindən nümunə heyvanların hansı şəraitdə yemlənməsindən asılı olmayaraq götürülür. İri buynuzlu heyvanlar otarılan sahələrdən nümunə yer səthindən 3-5 sm hündürlükdə kəsilərək götürülür. Qoyun və digər heyvanlar otlayan sahələrdən nümunə yer səthindən birbaşa kəsilərək götürülür.

Kənd təsərrüfatı heyvanlarının ətindən, sümüyündən və daxili orqanlarından nümunələrin götürülməsi bir başa təsərrüfatda və yaxud kəsim sahələrində yerinə yetirilə bilər.

Radiometrik analiz kəsim məntəqələrindən, satış sahələrindən gətirilən heyvan məhsullarında aparılaraq tərkibində olan təbii radioaktiv fonun dozası müəyyənləşdirilir.

Quşçuluq fabriklərində alınan yumurtalarla bərabər quşlara verilən yemlərdən (yaşıl yemlər, digər yemlər hansı ki, radioaktiv çirklənmə təhlükəsi yarada bilər) nümunələr götürülərək yoxlanılır.

Yoxlama aparmaq üçün müşahidə sahəsindən bir neçə nümunə götürülərək ayrı-ayrılıqda yığılaraq, radiologiya labaratoriyasında radiokimyəvi və radiometrik analizdən keçirmək üçün qurudulub ümumi çəkidən xüsusi çəkiyə gətirilir və tələb olunan doza təyin olunur. Yemdən, ətdən, süddən, yumurtadan nümunə götürülməzdən əvvəl sahənin qamma fonu bununla bərabər torpaqdan, heyvan cəmdəyindən, açıq su mənbələrindən, süd yığılan yerlərdən nümunə götürülərək müayinə edilir. Alınan dozanın səviyyəsi müşahidə sahələrinə bildirilir.

Yem bitkilərindən nümunə dağ və dağətəyi hissələrdən, otlaq sahələrindən, təbii və süni biçənəklərdən nümunələr götürülür. Otlaq sahələrindən nümunə biri-birindən 100 metr məsafə qoymaqla üç yerdən yığılır. Götürülmüş yaşıl yem kütləsi salafan torbalara qoyularaq laboratoriyaya gətirilir, yaşıl otun çürüməməsi üçün qurudulması məsləhətdir. Küləşdən, samandan, kökü meyvəlilərdən, yemlərdən nümunəni qış üçün yığılan zaman götürürlər. Götürülmüş nümunələr salafan torbalara, kağız torbalara, kisələrə yığılır.

Su sahələrindən nümunə, çaylardan, göllərdən, quyulardan, heyvanların su içdiyi sahələrdən götürülür. Nümunə götürülən su sahələri dərin olarsa üst hissədən və suyun alt hissəsinə 0,5 sm qalmış yerlərdən götürülür. Götürülmüş su nümunələri təmiz şüşə qablara yığılır, şüşə qablar tərəfindən radioaktiv maddələrin adsorbsiya olunmaması üçün azot turşusu ilə turşlaşdırılır, turşlaşdırma zəif olmalıdır.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə