Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


XI həftə Səthlərin dalğavariliyi və kələ-kötürlüyü



Yüklə 11,27 Mb.
səhifə16/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
494334532-ma-nqay-rma (1)

XI həftə


Səthlərin dalğavariliyi və kələ-kötürlüyü

Dalğavarilik və kələ-kötürlülük səthədövri təkrar olunan qeyri-hamarlılıq yaradan qabarıqlıq və çökəkliklərin məcmuudur. Bu vaxt qabarıqlıq və çökəkliklər arasındakı məsafə onların hündürlüklərindən çox böyük olur. Forma meyillənmələri, dalğavarilik və kələ-kötürlülük arasındakı fərqi “ ” nisbəti ilə fərqləndirirlər. Burada “ ” – nahamarlığın addımı, “ ” – nahamarlığın hündürlüyüdür. Əgər -dirsə, bu meylənmə üçüncü dərəcəli forma meyillənməsinə, yəni kələ-kötürlüyə aiddir =50÷1000 olduqda, bu forma meyillənməsi ikinci dərəcəli forma meyillənməsinə, yəni dalğavariliyə aiddir. olduqda, bu forma meyillənməsi birinci dərəcəli forma meyillənməsinə aiddir.


QİYŞ-in tövsiyələrinə görə dalğavarilik iki parametrlə; dalğavariliyin hündürlüyü -lə və dalğavariliyin addımı -ilə qiymətləndirilir.


Şəkil 1 Səthin dalğavariliyi; a) hündürlüyün təyini üçün; b) addımın təyini üçün

Dalğavariliyin hündürlüyü , ölçmə uzunluğunda yerləşən beş hündürlüyün orta arifmetik qiymətidir (şəkil 1), yəni



-in mikronlarla hədd qiymətləri aşağıdakı sıradan götürülməlidir: 0,1; 0,2; 0,4; 0,8; 1,6; 3,2; 6,3; 12,5; 25; 50; 100; 200.
Dalğavariliyin orta addımı profilin orta xətti boyunca qonşu dalğaların eyniadlı tərəflərinin addımlarının orta arifmetik qiymətidir, yəni

Səthin kələ-kötürlüyü nisbətən kiçik addımlarla təkrar olunan nahamarlığın məcmuudur. Bu halda səthdəki nahamarlıq müəyyən baza uzunluğu “ ” daxilində nəzərdən keçirilir.
Bu cür nahamarlılıq nisbətən eyni cür (eyni cins) olduğuna görə, səthin uzunluğunun kiçik bir sahəsini tədqiq olunması nəticəsində, bütün uzunluq boyunca səthin kələ-kötürlüyü haqqında mülahizə yürütmək olar. Səthin kələ-kötürlüyünü öyrənmək üçün seçilən sahənin uzunluğuna baza uzunluğu deyilir və “ ” ilə işarə edilir. “ ” uzunluğu digər forma meyillənmələrinin addımından kiçik götürülür.
Nahamarlığın addımı və hündürlüyü azaldıqca baza uzunluğu azalır. Baza uzunluğunun qiymətlərini aşağıdakı sıradan seçirlər: 0,01; 0,03; 0,08; 0,25; 0,8; 2,5; 8; 25 mm.
Səthin kələ-kötürlüyünə aid bizim ölkəmizdə qəbul olunan əsas anlayışlar, təsnifatlar, kələ-kötürlüyün ölçü xarakteristikaları DÜİST 2789-73-də şərh edilmişdir.
Aşağıda bir neçə anlayışlar nəzərdən keçirilir.
Nominal profil – nominal səthin bu səthə nəzərən verilən istiqamətdə müstəvi ilə kəsiyidir.
Həqiqi profil – həqiqi səthin cizgidə göstərilən səthə əsaslanaraq verilən istiqamətdə müstəvi ilə kəsiyidir.
Adətən, kəsən müstəvi nominal səthə perpendikulyar istiqamətlənir. Həqiqi profilin ölçmə nəticəsində alınan qrafiki təsvirinə profiloqram deyilir.
Ölçü cihazları ya profiloqramın, ya da kələ-kötürlülüyün ölçü xarakteris­tika­larını verir.
Səthin kələ-kötürlülüyünün ölçülərini DÜİST 2789-73 üzrə təyin edərkən, hesabatı orta xətt adlanan xəttə və ya ona paralel xəttə nəzərən aparırlar.
Profilin orta xətti, nominal profilin formasına uyğun olan və həqiqi profili bölən elə baza xəttidir ki, profilin nöqtələrinin baza uzunluğunda məsafələrinin kvadratları cəmi (şəkil 2) bu xəttdən ən kiçik məsafədə yerləşmiş olur.



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə