Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ



Yüklə 1,57 Mb.
səhifə17/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
referat 2167

    Bu səhifədəki naviqasiya:
  • İkiqat
MÜHAZİRƏ №10
SUPERHETERODİNLİ QƏBULEDİCİLƏRİN STRUKTUR SXEMİ

Radioqəbul texnikasında inqilab 1913-cü ildə dahi Amerika ixtiraçısı Edvin Armstronq supergeterodin (şəkil 1.6) qəbuledicisinin sxemini təklif etməklə başladı. Sxem o qədər müvəffəqiyyətli olmuşdur ki, bu günə qədər hər on qəbuledicidən doqquzu supergeterodin tiplidir.





Şəkil 1.6. Supergeterodin qəbuledicisinin klassik sxemi

Supergeterodin qəbulunun mahiyyəti ondan ibarətdir ki, giriş konturda (dövrədə) ayrılmış yüksək tezlikli siqnal əvvəlcə başqa, verilmiş növ qəbuledici üçün sabit olan, tezliyə çevrilir, sonra isə aralıq tezlik adlanan bu tezlikdə gücləndirilir, maneəedici siqnalı zəiflədir və sonda detektora verir. Aralıq tezliyin sabit saxlanılması supergeterodin qəbuledicisində daha sadə qurğularla (vəsaitlərlə) qəbuledicidə yüksək həssaslıq və seçicilik əldə etmək mümkün olur.


Sxemdən göründüyü kimi, radiostansiyaya sazlama (kökləmə) detektor qəbuledicisində olduğu kimi, rəqs konturu vasitəsi ilə aparılır. Əsas fərq isə bundan sonra başlayır. Qəribə adlanan geterodin sadəcə az güclü və sazlana bilən (tezliyini dəyişə bilən) generatordur. Lakin qəbuledicilərdə istifadə olunan generatorun vəzifəsi radiovericilərdə istifadə olunan generatorlardan tamamı ilə fərqlidir.
Qəbuledicidəki generatorun hasil etdiyi rəqslər sonra radiotezlik siqnalı ilə toplanır. Digər tərəfdən, sxemdən göründüyü kimi, generatorun tezliyi giriş konturunu tənzimlədikcə sinxron olaraq (adətən konturda olan çoxseksiyalı dəyişən tutumlu kondensatorla) dəyişilir. Bu onunla əlaqədardır ki, qəbuledici bir tezlik diapazonundan digərinə kökləndikdə aralıq tezlik sabit olaraq qalsın. Aydındır ki, əgər tezlik çevricisinin çıxışında aralıq tezliyi sabit qalarsa, daha effektli və keyfiyyətli süzgəci bu tezlikdə yaratmaq daha asan mümkündür nəinki dəyişən tezlikdə. Adətən aralıq tezlik elə seçilir ki bu tezlikdə işləyən radiostansiya olmasın. Bu tezlik keçmiş sovetlər birliyində 465kHs, xaricdə isə 455kHs qəbul edilmişdir.


İkiqat tezlik çevricili supergeterodin. Müasir radiostansiyaların qəbuledici hissəsində çox vaxt daha mürəkkəb növ supergeterodin sxemindən istifadə edilir. Bu növ sxemə ikiqat tezlik çevricili supergeterodin sxemi deyilir. Onun adi supergeterodindən fərqi ikinci tezlik çevricisinin və ikinci aralıq tezliyin olmasıdır. Belə bir sxem daha yüksək həssaslığın, seçiciliyin və maneədavamlılığın əldə edilməsinə imkan verir. İkiqat tezlik çevricili supergeterodinin sxemi adi supergeterodinin sxemi ilə oxşardır, lakin fərq sxemdə daha bir geterodinin və qarışdırıcının, eləcə də müvafiq gücləndirici kaskadların və süzgəclərin əlavə edilməsidir (şəkil 1.7). Adətən birinci aralıq tezliyi daha yüksək (10,7; 17; 21; 45 MHs), ikinci isə daha alçaq (465 kHs və ya 455 kHs) seçilir.



Şəkil 1.7. İkiqat tezlik çevricili supergeterodin qəbuledicisi

Müasir radiostansiyaların və digər radiorabitə qurğularının bir çoxu ikiqat tezlik çevricili supergeterodin üzərində yığılır. Bəzi hallarda yüksək keyfiyyətli və xüsusi texnikada üçqat tezlik çevricili supergeterodin sxemlərindən istifadə olunur.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə