Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ


Sahə tranzistorlu avtogeneratorda



Yüklə 1,57 Mb.
səhifə12/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
referat 2167

2. Sahə tranzistorlu avtogeneratorda
rəqslərin yaranması.

Sahə tranzistoru üzərində yığılmış transformator əks ra­bi­təli avtogene­ra­to­run sxemi şək.2.1a-da təsvir olunmuşdur (qida və sürüşmə gərginlikləri mən­bəələri sxemdə göstərilməmişdir). Bu generatorun öz-özünə oyanma şərtlərini öyrənək.


Məsələnin həllini sadələşdirmək üçün rəqs kon­tu­ru­nun pa­ra­lel əvəzləmə sxeminə (şək.2.1b) keçək. Burada . Bu halda Kirxhof tənliklərinə əsasən, stok döv­rə­sin­dəki jərə­yan­lar üçün aşağıdakı tənlikləri yazmaq olar:
. (2.1)

İndi stok jərəyanını tranzistorun elektrodlarındakı gər­­­­­­gin­­­lik­lərlə ifadə edək:


, (2.2)
burada ; - əks rabitə əmsalı; - volt-amper xarakteristikasının dikliyi; , -elektron ciha­zı­nın, uyğun olaraq, daxili müqaviməti və güclənmə­si­dir. Beləliklə,
. (2.3)

Şək.2.1.
Yuxarıdakı (2.1) tənliklər sistemindən kontur cərəyanını hesablayaq:
. (2.4)

Əgər (2.3) və (2.4) ifadələrinin sağ tərəflərini bəra­bər­­ləşdirsək xətti recimdə aşağıdakı differensial tənliyi ala­rıq




. (2.5)
Qəbul edək ki,
. (2.6)
Bu halda (2.5) tənliyini aşağıdakı kimi yazmaq olar:
, (2.7)

burada -azad rəqslərin tezliyidir. Rəqslərin oya­dıl­­ma­sı üçün birinji tərtibli törəmənin əmsalı mənfi ol­ma­lı­dır, yəni . Beləliklə öz-özünə oyanma şərtini aşağıdakı ki­mi yazmaq olar:


, (2.8)
və ya
. (2.9)
Sonuncu ifadə rəqslərin yaranmasına gücləndirici cihazın və sxe­min əsas parametrləri­nin tə’sirinin izahını asanlaşdırır. Volt-amper xarakteristikasının dikliyi nə qədər böyük olarsa əks ra­bi­tə əmsalının daha kiçik qiyməti tələb olunur, yəni avto­rəqslər daha asan yaranırlar. Qeyd edək ki, itki müqavimətinin artması ilə azalır və öz-özünə oyanma əks rabitənin daha böyük qiy­mə­tin­də tə’min olunur.
Eyni zamanda, (2.9) bərabərsizliyinin sağ tərəfi


(2.10)
xətti rejimdə güclənmə əmsalının əksi olan kəmiyyətdir. Belə­lik­lə, (2.9) bərabərsizliyini aşağıdakı kimi yazmaq olar:


. (2.11)

Bu nəticəyə avtogeneratora, başlanğıc mərhələdə, müsbət əks ra­bi­təli xətti gücləndirici kimi baxmaqlada gəlmək olar. Əgər olarsa gücləndirici dayanıqsız dövrəyə çevrilər.


İstənilən avtogeneratorun öz-özünə oyanma şərtini (2.11) bəra­bərsizliyi kimi yazmaq olar. Lakin rəqslərin amplitudasının məh­­dudlanma mexanizmi gücləndirici cihazın xüsusiyyətlərindən ası­lı olur. Məsələn, ümumi emitterli tranzistor avtogeneratorunda (şək.2.2a) volt-amper xarakteristikası üzərindəki işçi nöqtə bu­ra­xı­lış anında, koordinat başlanğıcında deyil, müsbət sürüş­mə gərginliyinə uyğun (şək.2.2b) yerləşir. Bu ona görə lazımdır ki, tranzistorda kollektor və baza cərəyanları münasibəti ilə bağlıdırlar və xarakteristikanın bö­yük dikliyini almaq tələbi (öz-özünə oyanma şəraitini yüngül­ləş­dir­mək üçün) işçi nöqtəni keçid xa­rak­teristikasının xətti hissəsində yerləş­dir­­mə­yə məc­bur edir. Ona görədə buraxılışın başlanğıc mər­hə­lə­sin­də rəqs­lə­rin amplitudasının artması sürüşmə gərginliyinin (mənfi) art­ma­sı ilə müşayiət olunmur. Yalnız rəqslərin ampli­tu­da­sı xarak­te­ris­tikanın aşağı bükümünə daxil olduqda (bu andan baza-emitter döv­rəsində gərginliyinin düzlənməsi effekti baş verir) işçi nöqtə sola sürüşür.

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə