Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ


Yumşaq və sərt öz-özünə oyanma rejimləri



Yüklə 1,57 Mb.
səhifə14/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
referat 2167

4. Yumşaq və sərt öz-özünə oyanma rejimləri.

Əks rabitə əmsalının dəyişməsinin avtogeneratorda gedən pro­­­seslərə tə’sirini şək.3.1-ə əsasən aydınlaşdıraq. Rabitə zəif­lə­­dikdə 2 xəttinin meylliyi artır və əks rabitə əmsalının (2.9) bəra­­­bər­siz­liyini (1.3) bərabərliyinə çevirən, böhran qiymətində rəqs­­­lərin yaranması mümkün olmur. Böhran əks rabitəyə uyğun gələn ra­­bitə xətti OV vəziyyətini alır.


Əgər, rəqsi xarakteristikası şək.3.1-də göstərilən, induk­tiv əks rabitəli avtogeneratorda səlis artırılarsa mü­­əy­yən böh­ran qiymətindən başlayaraq stasionar rəqsin ampli­tu­dası, şək.4.1-də göstərildiyi kimi, səlis artacaq. Belə öz-özünə oyan­­ma rejimi yumşaq adlanır. Yuxarıda deyilənlərdən görünür ki, yum­­şaq rejimin alınması üçün rəqsi xarakteristika sıfırdan çıx­ma­lı və kiçik amplitudalarda kifayət qədər böyük meylə ma­lik olmalıdır. Bütün bu tələblər avtomatik sürüşmədən istifadə olun­duqda tə’min olunurlar.



Məcburi (xarici) sürüşmədən istifadə olunduqda rəqsi xa­rak­­teristika şək.4.2-də olan görünüşü alır. Bu halda rəqsin oyan­ması üçün güclü əks rabitə tələb olunur (OA xətti, qarışılıqlı in­duksiya ). Rəqslər qərarlaşdıqdan sonra rabitə qiymətinə qə­dər zəiflədilə bilər (rabitə xətti OV vəziyyətini alır). Ra­bi­tə­nin sonrakı zəifləməsi rəqslərin kəsilməsinə səbəb olur. Rəqs­lə­rin bərpası üçün (OA rabitə xəttinə uyğun gələn) qiymətinə qədər artırıl­malı­dır. Belə öz özünə oyanma rejimi sərt rejim adlanır.



Sərt rejimdə stasionar amplitudanın qarışılıqlı in­­­­duk­­­siyanın qiymətindən asılılığı şək.4.3-də göstərilib. Bu­ra­da oxlarla -in dəyişmə istiqaməti verilib.
Əgər məcburi sürüşmə gərginliyi çox böyükdürsə rəqsi xarak­te­­ris­­­tika sıfırdan başlanmır (şək.4.4) və heç bir əks rabitə av­to­rəqs ya­ra­da bil­­mir. Əgər xarici tə’sir vasitəsi ilə rəqs yaradılarsa, güclü əks rabitə halında, tə’sir kəsildikdən sonra belə rəqslər mövcud olur. 1 və 2 xətlərinin kəsişmə nöqtələrindən S da­ya­nıqlı, D isə dayanıqsızdır (dinamiki dayanıqlıq, yəni generasiyanın dayanıqlığı nəzərdə tutulur). Bu göstərir ki, konturda cərəyanın amplitudasının, S nöqtəsinin ətrafında, kiçik də­yişmələri zamanı sistem ilkin vəziyyətə qayıdır. Lakin D nöq­tə­si­nin ətrafında amplitudaların çox kiçik dəyişmələri belə sür’ət­lə artaraq cərəyanının amplitudasını ya S, yadaki «statiki da­ya­nıqlığa» uyğun gələn, O nöqtəsinə keçirir.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə