Mühazirə fiziki-kimyəvi analiz metodlarinin mahiyyəti və TƏsnifati plan giriş



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix12.04.2022
ölçüsü0,76 Mb.
#85329
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   20
M-1-FKA-giriş

Maddə  analizi

-

  analiz  edilən  obyektdə  maraqlandıran  komponentin  rast  gəldiyi  müəyyən 

formalarının müəyyən edilməsi. 

İzotop analizi

-ayrı-ayrı izotopların təyini.



 

1.2. Fiziki və fiziki-kimyəvi analiz metodlarının təsnifatı 

  Elmi  tədqiqat  və  zavod  laboratoriyalarında  müxtəlif  fiziki  və  fiziki-kimyəvi    miqdarı 

analiz metodlarından geniş istifadə olunur. Bütün fiziki və fiziki-kimyəvi analiz metodları aşa-

ğıdakı qruplara bölünür. 

 

Optik metodlar 



 

Xromatoqrafik metodlar 



 

Elektrokimyəvi 



 

Radiometrik 



 

Termik 



 

Kütlə spektroskopiyası 



 

       

I. Analiz edilən sistemin optik xassələrinə əsaslanan metodlar  

  Optik analiz metodları UB (200-400 nm), görünən (400-750 nm) və yaxın İQ spektr ob-

lastında  atom,  ion  və  ya  molekulların  elektromaqnit  şüalanma,  udma  və  ya  yenidənşüalanma 

spektrlərinin tədqiqinə və istifadəsinə əsaslanır. Bu dalğa uzunluğunda yerləşən spektrlər optik 

spektrlər, bu spektrlərdən istifadəyə əsaslanan metodlar isə optik metodlar adlanır. Optik spek-

troskopiya dörd əsas hadisəyə

 

əsaslanır:  



işığın udulması, əks olunması, səpələnməsi və lüminesensiya 


 

 



 

  Buraya refraktometrik  analiz; polyarimetrik analiz; lüminesent və  ya fluorometrik ana-

liz,  infraqırmızı  spektroskopiya,  rentgen  spektral  analiz,  nefelometriya  və  turbidimetriya  aid-

dir.  Spektral  analiz  metodları  şüanın  buraxılması,  udulması  və  yayılmasına  əsaslanır.  Analiz 

edilən  maddə  ilə  işıq  şüası  arasındakı  qarşılıqlı    təsirə  görə  spektral  analiz  emission  spektral 

analiz  və absorbsion spektroskopiya olmaqla iki qrupa bölünür.  



Emission 

spektral 

analiz

  

analiz  edilən  maddə  tərəfindən  buraxılan  şüanın  spektrinin  (emission  spektr) 



tədqiqinə əsaslanır. Bu metod maddənin elementar tərkibini müəyyən etməyə 

imkan verir. Emission spektral analiz metodunda maddənin miqdarının təyini 

şüalanmanın  intensivliyinin  ölçülməsinə  əsaslanır.  Emission  spektral  analizə 

aşağıdakı  metodlar  aiddir:  viziual  emission  spektral  analiz;  fotoqrafik  emis-

sion spektral analiz; alov fotometriyası. Göstərilən metodların nəzəri əsasları 

eynidir.  Lakin  analiz  üçün  təkmilləşmiş  formada  müx-təlif  cihazlardan  isti-

fadə edilir.  

Absorbsion  spektros-

kopiya

  və  ya  absorb-

sion spektral analiz 

tədqiq  edilən  maddə  tərəfindən  udulan  şüanın  intensivliyinin  ölçülməsinə 

əsaslanir. Analz edilən maddəyə işığın təsiri ultrabənövşəyi (UB), görünən və 

infraqırmızı  (İQ)  spektr  sahəsində  ola  bilər.  Absorbsion  spektroskopiyaya 

aşağıdakı  metodlar  aiddir:  atom-absorbsion  analiz,  fotometriya,  spektrofo-

tometriya, infraqırmızı  spektroskopiya, fotometrik titrləmə, turbidimetriya və 

nefelometriya.  

Spektrofotometriya

 

təyin  edilən  maddənin  udma  spektrindəki  pikə  uyğun  gələn  dalğa  uzun-



luğunda işıqudmanın ölçülməsinə əsaslanır. UB və görünən spektr oblastında 

molekulyar absorbsion spektroskopiya adətən spektrofotometriya adlanır. 



Kolorimetriya 

tədqiq  edilən  rəngli  məhlul  və  məlum  qatılıqlı  standart  rəngli  məhlulun 

rənglərinin intensivliyinin ölçülməsinə əsaslanır. 

Refraktometrik üsul 

həll olan maddənin sındırma əmsalına əsasən maddənin qatılığını və kimyəvi 

tərkibini, təmizlik dərəcəsini müəyyən etmək olar. 

Luminesent  üsul

  (flu-


oresent)

 

tədqiq edilən maddəyə civə və kvars lampası və ya başqa növ şüa mən-bə-yin-

dən alınan UB şüanın təsirindən maddənin fluoresensiyasına, onların şü-alan-

dırdığı görünən işıq şüalarının intensivliyinin ölçülməsinə əsaslanır. 



Lumine-

sent  analiz

  emission  spektral  analizin  xüsusi  halıdır  (molekulyar-emission 

spektral analiz).  

Nefelometrik üsul 

suspenziya  və  emulsyada  rəngli  və  rəngsiz  hissəciklərin  səpələdiyi  işığın 

intensivliyinin ölçülməsinə əsaslanır.  

Turbidimetriya 

rəngsiz suspenziya tərəfindən udulan 

işığın miqdarının  ölçülməsinə əsaslanır.  

 

Optik metodlar: 



Öyrənilən obyektə görə: 

atom və molekulyar

 spektral analiz 

Elektromaqnit şüalanma ilə qar-

şılıqlı təsirin xarakterinə görə: 

 



 



refraktometrik analiz; 

 



interferometrik analiz 

 



emission spektral analiz 

 



atom absorbsion analiz,  

 



polyarimetrik analiz; 

 



lüminesent və ya fluorometrik analiz,  

 



infraqırmızı spektroskopiya,  

 



işığın kombinasion səpələnmə (raman effekti)  

 



molekulyar absorbsion analiz,  

 



nefelometriya  

 



turbidimetriya 


 

 



 

Elektromaqnit  spektr  oblastına 

görə: 

 



 

Yaxın UB-oblastda (200-400, daha doğrusu 185-395 nm) 

 

Görünən oblastda (390-760 nm) spektroskopiya (spektrofotometriya) 



 

Infraqırmızı  spektroskopiya-760-10



6

  nm  intervalda  spektr  sahəsini 

öyrənən spektroskopiya 

 



Rentgen spektroskopiya və mikrodalğa spektroskopiya 

Energetik  keçidlərin  təbiətinə 

görə: 

 



 

Elektron spektrlər 

 

Rəqsi spektrlər (IQ oblastı əhatə edir) 



 

Fırlanma spektrləri (uzaq IQ və mikrodalğa oblastı əhatə edir)  



 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə