Mühazirə fiziki-kimyəvi analiz metodlarinin mahiyyəti və TƏsnifati plan giriş



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə1/20
tarix12.04.2022
ölçüsü0,76 Mb.
#85329
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   20
M-1-FKA-giriş



 

 



 

MÜHAZIRƏ 1. FIZIKI-KIMYƏVI ANALIZ METODLARININ  

MAHIYYƏTI VƏ TƏSNIFATI 

 

PLAN 

1.

 

Giriş 

2.

 

Fiziki və fiziki-kimyəvi analiz metodlarının təsnifatı 

3.

 

Analitik siqnalın ölçülməsi 

4.

 

Fiziki-kimyəvi analiz metodlarında istifadə olunan əsas priyomlar 

5.

 

Xəta və kənaraçıxmalar 

6.

 

Nəticələrin təkrarlanması və düzgünlüyü 

7.

 

Nəticələrin statistik işlənməsi 

 

1.1.

 

Giriş 

Analiz  dedikdə

 

maddənin  daha  sadə  tərkib  hissələrinə  parçalanmasına  əasaslanan  təd-

qiqat üsulu başa düşülür. Analizin əksinə olaraq daha sadə maddələrdən mürəkkəb maddələrin 

alınmasına 



sintez 

deyilir. Kimyəvi hadisələri, bəsit və mürəkkəb maddələrin xassələrini və tər-

kibini  öyrənərkən  analiz  və  sintez  metodlarından  geniş  miqyasda  istifadə  olunur.  Beləliklə, 

təbiətdə  baş  verən  hadisələrin  mahiyyətini  dərk  etmək  üçün  analiz  və  sintez  metodları  çox 

mühüm bir vasitədir. 

Analitik kimyanın bir sıra müxtəlif üsulları vardır. Həmin üsulların hamısında maddənin 

tərkibinin təyini üçün onun fiziki, kimyəvi və bioloji xassələrindən istifadə olunur. Buna görə 

də analiz metodları 



kimyəvi



fiziki

 və 

bioloji

 

metodlara bölünür.  

Bütün analiz metodları maddənin 

analitik siqnal

 və  ya sadəcə olaraq siqnal adlandırılan 

fiziki-kimyəvi  xassələrinin  maddənin  təbiətindən  və  ya  analiz  edilən  nümunədə  miqdarından 

asılılğının öyrənilməsinə əsaslanır.  




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə