Mühazirə Cəmiyyətin inkişafında elmin rolu


Mühazirə 6. Mövzunun seçilməsi və elmi



Yüklə 2,16 Mb.
səhifə15/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Mühazirə 6.
Mövzunun seçilməsi və elmitədqiqat işlərinin planlanması

Mövzunun seçilməsi elmi–tədiqiqat işlərinin hazırlanması mərhələsində önəmli yer tutur. Elmi mövzu ya müəyyən elmi istiqamətə, ya da elmi problemə aid edilə bilər. Elmi istiqamət dedikdə elmin müəyyən sahəsində fundamental, nəzəri və ya eksperimental məsələlərin həlli ilə məşğul olan elmi kollektivin fəaliyyət sahəsi nəzərdə tutulur. Məsələn, iqtisadçıların elmi–tədqiqatları „iqtisadiyyat“ adı altında ümumi istiqaməti əhatə edir. Onun daxilində müxtəlif istiqamətlər seçmək mümkündür: iqtisadiyyat nəzəriyyəsi, iqtisadi analiz, vergilərin müəyyənləşdirilməsi, dünya iqtisadiyyatı, təşkiletmənin iqtisadiyyatı. İstiqamətin struktur kompleks problem, mövzu və suallardan ibarətdir. Elmi problem – mürəkkəb nəzəri və praktiki məsələlərin, elmi-tədqiqat işlərinin toplumudur. Problem tədqiqatın əsas sahəsini əhatə edir və perspektiv dəyərə malikdir.


Problemlər bir çox mövzulardan irəli gəlir. Mövzu – müəyyən elmi-tədqiqat sahəsini əhatə edən elmi məsələdir. O, elmi suallara əsaslanır. Elmi sual deyəndə nisbətən kiçik, konkret elmi məsələ nəzərdə tutulur. Mövzular nəzəri, praktiki və ya qarışıq olurlar. Nəzəri mövzular adətən ədəbiyyat­lardan istifadə edilməklə işlənir. Praktiki mövzular faktların öyrənilməsi, ümumiləşdirilməsi və analizi əsasında yerinə yetirilir. Qarışıq mövzularda hər iki metoddan istifadə edilir.
Mövzunun işlənməsində konkret tapşırıq qoyulur: yeni konstruksiyanın, proqressiv texnologi­yanın, yeni metodikanın işlənməsi və s. Mövzunu dəqiqləşdirmədən öncə milli və beynəlxalq ədəbiyyatlar araşdırılır. Problemin qoyuluşu çətin proses olub, bir neçə mərhələdən ibarədtir.
Birinci mərhələ – problemin qoyulması. Araşdırılan elmi istiqamətdəki ziddiyətləri analiz edərək əsas sual–problem formulə edilir və gözlənilən nəticə ümumi formada təsvir edilir.
İkinci mərhələyə – struktur problemlərin işlənməsi daxildir. Bu zaman mövzu, alt mövzular və suallar seçilir. Bu komponentlərin kompozisiyası problem ağacını təsvir edir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə