Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə17/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Tədqiqat obyekti – ziddiyyətlərlə dolu olan proses olub, problemli situasiya yaradır.
Tədqiqat predmeti – araşdırılan obyektin böyük praktiki və nəzəri əhəmiyyəti olan xassəsidir. Məsələn, əgər elmi işin mövzusu kredit–pul tənzimlənməsinin mexanizminin formulə edilməsinə həsr edilərsə, onda tədqiqat obyekti kimi kredit–pul tənzimləmə sistemi, predmeti isə iqtisadiyyatın kredit–pul tənzimlənməsi mexanizmidir.
Tədqiqatın məqsədi – işin ümumi şəkildə gözlənilən nəticələrinin əldə olunmasına tərəf yönəldilməsidir. Tədqiqatın obyekti və predmeti seçildikdən sonra onun məqsədi təyin edilir. Adətən məqsədlər qısa formada ifadə olunsada da onun dəqiqliyi ümumi işin axınına önəmli dərəcədə təsir edir. Nəzəri olaraq iddia edilir ki, qoyulan məqsədə çatdıqdan sonar qoyulmuş problem tam həll edilmiş sayılır. Qeyd etmək lazımdır ki, humanitar və təbiət elmlərində çalışan tədqiqatçılar dissertasiyanın işlənməsi zamanı tədqiqatın məqsədinin formulə edilməsində qeyri-dəqiqliyə yol verirlər. Burada hər bir tədqiqatın özəyi sayılan, gözlənilən elmi biliyin əldə olunması əvəzinə praktiki məqsədlər göstərilir. Məsələn: “prosesin təkmilləşdirilməsi..”, “effektivliyin artırılması..” və s. buna aiddir. Bu halda effektivliyin artırılmasına şərait yaradan elmi biliyi önə çəkmək məqsədə­uyğun sayılır.
Tədqiqat məsələsi – araşdırma ərəfəsində həlli tələb olunan məsələlərdir.
Əsas anlayışların interpretasiyası – əsas anlayışların izah olunmasıdır.
Nəzəri interpretasiya araşdırılan anlayışların xassələrini və onların digərləri ilə əlaqələrinin məntiqi analizindən ibarətdir.
Empirik interpretasiya – əsas nəzəri anlayışların empirik göstəricilərinin təyini olaraq, onları müşahidə olunan faktların dilinə çevirməkdir.
Hipotezlərin formulə edilməsi tədqiqat məsələlərinin həlli yolunda vacib alət hesab edilir. Tədqiqat proqramında bir və ya bir neçə hipotez qoyula bilər. Konkret elmi–tədqiqat işi araşdırılan obyekt haqqında məlumatlardan asılı olaraq qurulan prinsipial plana əsasən həyata keçirilir. Araşdırma planları kəşfiyyat, analitik və eksperimental olurlar. Kəşfiyyat xarakterli planlardan xassələri qaranlıq olan, tam məlum olmayan obyektlərin tədqiqində istifadə olunur. Belə planın işlənməsinin məqsədi problemin dəqiqləşdirilməsi və hipotezin formulə edilməsindən ibarətdir. Bu, mövzuya aid ədəbiyyatın olmaması və ya azlığı zamanı baş verir.
Analitik planlar obyektin və tədqiqatın predmeti müəyyən olduqda və hipotez qoyula bildikdə tətbiq tapır. Planın məqsədi bu hipotezin yoxlanmasından, obyekti səciyyələndirən faktların təsvirindən ibarətdir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə