Süni intellektdə biliklər. Biliklər bazası.
Bilik – predmet oblastının probleminin nəzəri və praktiki dərk edilməsidir. Bilik dedikdə, həmçinin kompüterdə formallaşdırılmış şəkildə saxlanan və problemin həlli zamanı kompüterin istifadə etdiyi informasiya nəzərdə tutulur. Biliyin kompüterdə emalı onun məzmununun dəyişdirilməsi qaydalarıdır.
Süni intellekti digər İS-dən fərqləndirən əsas cəhət odur ki, burada əsas fikir verilənin və ya informasiyanın deyil, biliyin emalına yönəldilir.
Süni intellekt sistemində həll edilən məsələlərə daxil olan biliklər kolleksiyasına biliklər bazası (BB) deyilir. BB texnologiyası hazırlanarkən süni intellekt kompüterə elə mexanizmlər verir ki, BB-dəki faktlardan istifadə edərək kompüter nəticə çıxara bilir.
Dostları ilə paylaş: |