MühaziRƏ 7 Ənənəvi təlim üsulları



Yüklə 20,45 Kb.
səhifə3/3
tarix11.12.2023
ölçüsü20,45 Kb.
#147848
növüDərs
1   2   3
MÖVZU 7

Yeni mövzunun izahı ədəbiyyat dərsinin növbəti və vacib mərhələlərindən biridir. Bu mərhələdə planlaşdırılan bir çox məsələlər öz həllini tapmağa başlayır: yeni mövzunun uşaqlara nə mqəsədlə keçilməsi, mövzunun hansı cəhətlərinin diqqət mərkəzində qalması, onun necə tədris olunması və dərsin qarşısına qoyulan təlim, tərbiyə və inkişaf vəzifələri və s.

  • Yeni mövzunun möhkəmləndirilməsi mərhələsi keçilən mövzunun şagirdlərdə oyatdığı təəssüratın aşkara çıxarılmasına, dinlənilən materialı şagirdlərin necə qavradığını müəyyənləşdirməyə, nəhayət qazanılan biliyin tətbiq olunmasına şərait yaradır. Bu mərhələ görülən işin – keçilən dərsin səmərəli yekunudur. Atalar demişkən, nə əkilmişdirsə, o da biçilir.

    Möhkəmlətmə mərhələsi müəllimə imkan verir ki, o, mövzunun şagirdlər tərəfindən nə səviyyədə qavranıldığını müəyyən etsin. Biliyin möhkəmləndirilməsi mərhələsində müəllim fərqli iş formlalarından, üsul və vasitələrindən istifadə edə bilər. Belə ki müsahibə, kitab üzərində iş, şagirdlərin müstəqil işi və oxu üsulların birindən və ya bir neçəsindən istifadə etməklə müəllim möhkəmlətməni səmərəli şəkildə həyata keçirə bilər.

    1. Dərsin sonuncu mərhələsi ev tapşırıqlarının verilməsidir. Bu tapşırıq dəqiq, yığcam və aydın olmalıdır. Şagirdlər evdə hansı işləri görəcəklərini, bunu nə məqsədlə edəcəklərini aydın təsəvvür etməlidir.

    Ənənəvi dərslərdə özünü göstərən bəzi çatışmazlıqları da qeyd etmək istərdik. Belə dərslər bir qayda olaraq bilikləri şagirdlərə hazır şəkildə təqdim etməyə üstünlük verir. Şagirdlərin fikri müstəqilliyinə, biliyi axtarıb tapmasına, polemikaya, diskussiya açmağa, fərqli mövqelərin ortaya qoyulmasına, alternativ mövqelərin aşkarlanması və əsaslandırılması məsələlərinə, qazanılan biliklərin şagirdin şəxsi təcrübəsi ilə sıx əlaqələndirilməsinə, bu biliklərdən konkret bir şəraitdə istifadə və tətbiq olunmasına imkan yaratmır. Məhz buna görə də son 20 ildə fəal təlim texnologiyaları adı ilə tanınan və Avropa və dünya təhsilində getdikcə özünə daha çox tərəfdar toplayan qabaqcıl iş təcrübələri sürətlə məktəb həyatına daxil olmaqdadır.
    Yüklə 20,45 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə