MühaziRƏ 7 Ənənəvi təlim üsulları



Yüklə 20,45 Kb.
səhifə1/3
tarix11.12.2023
ölçüsü20,45 Kb.
#147848
növüDərs
  1   2   3
MÖVZU 7


MÜHAZİRƏ 7
Ənənəvi təlim üsulları
PLAN:

  1. Ənənəvi dərslərin çatışmayan cəhətləri və müsbət tərəfləri

  2. Ədəbiyyat dərslərinin qurulması istiqamətləri

  3. Ənənəvi dərs və onun mərhələlərinin xüsusiyyətləri



ƏDƏBİYYAT

  1. Aslanov Y. Ədəbiyyat tədrisi: ənənə və müasirlik. B., 2011

  2. Aslanov Y. Ədəbi axtarışlar və tədris. B., 2013

  3. Həsənli B. Ədəbiyyat tədrisi metodikası. B., 2014

  4. Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: fəal/interaktiv təlim. B., 2009

  5. Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı: “Maarif”, 1968

  6. Mikayılov Ş. və b. V-XI siniflərin ədəbiyyat dərslərində təlim texnologiyalarından kompleks şəkildə istifadə. B., 2008

  7. Mikayılov Ş., Bəkirov A. Ümumi orta təhsil məktəblərinin ədəbiyyat təlimi materialına yeni yanaşmanın əsas istiqamətləri. B., 2011

  8. Veysova Z. Fəal/interaktiv təlim: müəllim üçün vəsait. B., 2007

  9. Yusifov F. Ədəbiyyat tədrisi metodikası. B., 2018



Ənənəvi dərslərin mərhələləri dedikdə (ədəbiyyatdan proqram mövzularının xüsusiyyətlərini hələlik bir kənara qoyuruq) aşağıdakılar nəzərdə tutulur:

  1. Sinfin təşkili

  2. Keçmiş mövzunun sorğusu və yekunlaşdırılması

  3. Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqə

  4. Yeni mövzunun izahı

  5. Yeni mövzunun möhkəmləndirilməsi

  6. Ev tapşrıqlarının verilməsi

Bu mərhələlərin hər birinin öz vəzifəsi vardır:

  1. Sinfin təşkili mərhələsində əsas vəzifə şagirdləri yeni dərsin başlanmasına səfərbər etməkdir. Bu zaman pedaqoji, psixoloji və metodik iş elə təşkil olunur ki, o, növbəti dərs mərhələləri üçün bir təməl rolunda çıxış edir. Tədris prosesində şagirdlərin qazanacaqları nailiyyətlərin özülü bu mərhələdə qoyulur. Müəllim sinfə daxil olan kimi işin təşkilini – təşəbbüsü əlinə alır. Siniflə salamlaşır, şagirdlərin dərsə necə davam etməsini yoxlayır, sinif jurnalında müəyyən qeydlərini aparır, lövhənin səliqəsinə, tabaşir və silginin olub-olmamasına diqqət yetirir. Bu işləri yerbəyer etdikdən sonra dərsin növbəti mərhələsinə - keçmiş mövzunun sorğusu və yekunlaşdırılmasına keçir.


  2. Yüklə 20,45 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə