MühaziRƏ 7 Ənənəvi təlim üsulları


Keçmiş mövzunun sorğusu və yekunlaşdırılması



Yüklə 20,45 Kb.
səhifə2/3
tarix11.12.2023
ölçüsü20,45 Kb.
#147848
növüDərs
1   2   3
MÖVZU 7

Keçmiş mövzunun sorğusu və yekunlaşdırılması. Bu mərhələdə müəllim aşağıdakı işləri yerinə yetirir:

→ Ev tapşırıqlarının olub-olmadığını və onların necə icra olunduğunu dəqiqləşdirir;
→ Keçmiş mövzunun necə öyrənildiyini müəyyənləşdirmək üçün əvvəlcə frontal, sonra isə fərdi sorğu həyata keçirir. Frontal sorğuda şagirdlərə keçmiş mövzu ilə bağlı olan 10-15 sual (bəzən də 20-yə qədər) ünvanlayır. Məqsəd şagirdlərin dərsi necə öyrəndiklərini müəyyən etmək və sinfi fəallaşdırmaqdır. Müəllim müsahibənin gedişində özü üçün onu dəqiqləşdirir ki, görsün, şagirdlər mövzunun məzmununu nə səviyyədə mənimsəmişdir. Onlar üçün nə aydın olmamış və ya qaranlıq qalmışdır. Müəllim bu cəhətləri müəyyən etdikdən, dəqiqləşdirdikdən sonra müsahibəni yekunlaşdırmaq üçün bir neçə şagirdin fərdi sorğusunu həyata keçirir. Fərdi sorğu zamanı müsahibədə əksini tapan məsələlər ümumiləşdirilir, yeri gələndə müəllim sinfə belə bir tələb də qoya bilər ki, şagirdlərdən biri müsahibədə əksini tapan məsələləri, deyilməyən cəhətləri qeyd etsinlər. Yaxud da müsahibə bitdikdən həm müsahibəni yekunlaşdırmaq, həm də deyilənləri ümumiləşdirmək baxımından keçmiş dərsin hissə-hissə sorğusunu apara bilər. Bu sorğu zamanı təkrarlara yol vermək düzgün deyildir. Çünki eyni bir məzmunu təkrarən dinləmək sinfin dərs dinləmək marağına mənfi təsir göstərir. Əgər söhbət kiçik həcmli şeir parçaları üzərində işdən – onun əzbər soruşulmasından gedərsə, onda fərdi sorğu qarşısına elə tələblər qoyulmalıdır ki, sinif bu prosesi marqla izləyə bilsin. Məsələn, müəllim sinfə müraciətlə tapşırıq verir: - Uşaqlar, yoldaşınızın necə şeir deməsini diqqətlə izləyin. Görün, o, şeiri nə dərəcədə ifadəli şəkildə söyləyəcəkdir. Və ya – Uşaqlar, diqqətlə fikir verin, görün, kim hekayənin bu hissəsini daha canlı söyləyə biləcəkdir?
Fərdi sorğu zamanı belə əlavə tapşırıqların verilməsi dərsin maraqlı keçməsinə, yoldaşların bir-birini maraqla izləməsinə şərait yaratmış olur.
Fərdi sorğu frontal sorğunu yekunlaşdırmaq işinə - nələrin qazanıldığına yekun vurmaq kimi çıxış edir. Müsahibə və fərdi prosesində şagirdlərin nələri dəqiq bilib-bilmədiklərini ayırd edən müəllim çatışmayan cəhətləri göstərir və keçmiş dərsdə şagirdlərin nəyə nail olduqlarını və ya nələri diqqətdən yayındırdıqlarını onlara açıb göstərir. Yalnız belə bir yekunlaşdırmadan sonra növbəti mərhələyə keçilir.

  1. Növbəti mərhələ keçmiş mövzu ilə yeni mövzu arasında əlaqənin yaradılmasıdır. Bu mərhələ xüsusi diqqət tələb edir. Əgər yeni biliklərlə keçmiş biliklər arasında rabitə yaradılmazsa, onlar bir-biri ilə mənəvi tellər ilə bağlanmazsa, onda dərslər arasında varislik prinsipi pozulacaqdır. Təsəvvür edin ki, zəncirin bir həlqəsi qırılmışdır. Və ya bənnanın işini xatırlayın: binanın hörgüsündə daş parçaları bir-biri ilə tələb olunan qaydada bağlanmasa, həmin divar bir qədər ucalan kimi yıxılmağa, uçmağa məruz qalacaqdır. Keçmiş dərslə yeni dərs arasında əlaqə biliklərin qavranılmasında vahidliyi, davamlılığı təmin edir, şagirdlərin ədəbi və həyati biliklərinin mükəmməlliyinə şərait yaradır. Deməli, biz mövzulararası əlaqənin dərsdəki yerini düzgün qiymətləndirməyi bacarmasaq, onda çox şeylərdən şagirdlərimizi məhrum edə bilərik.

Mövzulararası əlaqə aşağıdakı məzmunda özünü göstərə bilər:

    1. Əsərlərdə əksini tapan zaman və dövrün oxşarlığına görə;

    2. Əsərlərin qaldırdığı mövzu və ideya yaxınlığına görə;

    3. Əsərlərdə təsvir olunan hadisələrin (hisslərin) oxşarlığına görə;

    4. Ədəbi janr baxımından bu əlaqələrin yaradılması;

    5. Sənətkarların ədəbiyyat tariximizdəki rolu və mövqeyinə görə;

    6. Sənətkarların yaşadıqları dövrə görə;

    7. Sənətkarların düşüncə tərzlərində əksini tapan oxşarlıqlar əsasında;

    8. Sənətkarların yaradıcılıqlarındakı oxşarlıqlar əsasında;

    9. İncəsənət əsərlərinin nümayişi, filmlərdən fraqmentlər, əyani vasitələrdən istifadə ilə əlaqələrin yaradılması;

    10. Müasirlərinin xatirələrindən istifadə etməklə (əvvəlki dərsdə keçilən sənətkar sonrakı dərsdəki sənətkar barəsində müəyyən fikirlər söyləmişdirsə);

    11. Şagirdlərin əvvəlki dərsdən aldığı bilik və təəssürat əsasında və s.

Bu əlaqələrinnecə yaradılması hesabına yeni dərsin taleyi həll olunur. Bu bağlılıq nə dərəcədə mükəmməl və sərrast qurularsa, yeni dərsin izahında qarşıya qoyulan məqsədə bir o qədər də yaxın düşülər. mövzulararası əlaqə pedaqoji, psixoloji, estetik, metodiki və elmi baxımdan düzgün qurulmalıdır. O, şagirdin marağını yeni mövzunun üzərində cəmləşdirməyi bacarmalıdır. Şagird bu əlqaədən yeni mövzunun başlanmasına elmi və emosional dəstək almalıdır.


  1. Yüklə 20,45 Kb.

    Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə