Mühazirə 5 İstedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsində "Məhlullar" mövzusunun tədrisi


Məsələ 2: 200 q suda 60 q Na2CO3 duzu həll edilmişdir. Alınmış məhlulun molyal qatılığını tapın. Həlli



Yüklə 44,25 Kb.
səhifə4/4
tarix22.01.2023
ölçüsü44,25 Kb.
#98962
növüMühazirə
1   2   3   4
2 5451935282569945238

Məsələ 2: 200 q suda 60 q Na2CO3 duzu həll edilmişdir. Alınmış məhlulun molyal qatılığını tapın.
Həlli: Molyal qatılıq 1000 q həlledicidə həll olan maddənin mollarının sayı ilə ilə müəyyən edildiyindən, tənasüb qurulur:

200 q suda — 60q duz həll edilərsə


1000q suda — x həll olar x = = 300q Na2CO3 olar
Sonra Na2CO3 nisbi molekul kütləsi tapılır və 300q Na2CO3 –ın neçə mol olduğu hesablanılır:
Mr (Na2CO3) = 106 1mol Na2CO3= 106q
Onda:
1 mol Na2CO3 — 106 q x = 2,8 molyal
x mol Na2CO3 — 300

Məsələni digər üsulla da həll etmək olar. Belə ki, molyal qatılığın riyazi ifadəsi aşağıdakı kimidir:


; Onda

Şagirdlərə başa salınır ki, molyar qatılıq M hərfi, molyal qatılıq isə m hərfi ilə işarə edilir.



6. Məsələ həll etməyin şagirdin inkişafında rolu
Məsələlər müxtəlif məzmunlu olur və müxtəlif yolla həll edilir. Bu da şagirdi bir neçə istiqamətdə işləməyə, düşünməyə, yaradıcılıq potensialını inkişaf etdirməyə sövq edir.
Məktəb kimya kursunda məhlulun yalnız faizli və molyar qatılığı öyrədilir, digər qatılıqlar isə tədris olunmur, proqramda nəzərdə tutulmayıb. Lakin olimpiada yarışlarında , ali məktəb həyatında, elmi işlərin, tədqiqatların aparılmasında digər qatılıq ifadələrindən də istifadə olunur. İstedadlı şagirdlərdə təfəkkür inkişaf etdiyindən bu tipdən olan məsələləri öyrətmək mümkündür. Əgər molyar qatılıq şagirdlərə öyrədilərsə, onlarda güclü analiz-sintez etmək məharəti yaranır. Onlar qatılığları bir-birindən ayırır, müqayisələr, araşdırmalar aparır, məhlulla həlledicinin fərqini başa düşürlər. Belə uşaqlar həllolma qabiliyyəti ilə molyar qatılığın müqayisəsini aparır, sudan başqa digər həlledicilərin (benzol, toluol, spirt və.s) təbiətini öyrənir, bir qatılıq ifadəsindən digər qatılıq ifadəsinə keçməyi bacarır. Bu xüsusiyyətlərə görə şagirdlərə məhlulların bütün qatılıqlarının mühakimə üsulu ilə öyrədilməsinin üstünlükləri vardır. Bu prosesdə şagirddə güclü mühakimə yaranır, dərin düşünür, iti hafizə, riyazi hesablama qabiliyyətləri işə düşür, sistemli, ardıcıllıq, işlək mexanizm onlarda formalaşır və bunun da digər məsələlərin həll edilməsində, eləcə də nəzəri və həyati proseslərin praktik bacarıqlarının dərk edilməsində əhəmiyyəti böyük olur. Ən ümdəsi şagirdin idrak qabiliyyəti inkişaf edir.
Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində məsələlərin izahlı həllinin əhəmiyyəti böyükdür. Əgər şagird məsələnin izahlı həllini verirsə, o, işi planlı icra edir, öz fikrini izahlı şərh edir, ardıcıllığı gözləyir. Bu müddətdə şagird təfəkkür mexanizmini işə salır. Sözün yerini, mühakimə yürütməyi, tənlik tərtib etməyi, tənasübü necə qurmağı, riyazi hesablamaları necə aparmağı, hətta məsələdə soruşulan və verilən maddələri necə yazmağı və prosesi necə yerinə yetirməyi həyata keçirir. Şagird məsələni izahlı həll edirsə, onda aşağıdakı keyfiyyətlər formalaşır:

  1. Məsələni təhlil etmək qabiliyyəti inkişaf edir, məsələni oxumaq, düşünmək, nəticə çıxarmaq, istiqaməti düzgün götürmək prosesləri formalaşır;

  2. Məsələnin mərhələlərlə, plan qurmaqla, nəyin soruşulacağını aydın dərk etməyə kömək edir;

  3. Təfəkküründə canlandırıcı fikirləri kağız üzərində şərh etmək kimi qabiliyyəti formalaşır;

  4. Yazmaq vərdişləri, sözdən uzaqlaşmaq, konkretliyə getmək kimi vərdişləri yaranır;

  5. Onlarda tədqiqatçılığa meyl güclənir, prosesə alışqanlıq yaranır;

  6. “izahlı həll” metodu şagirdlərdə müqayisə etmək, təhlil aparmaq qabiliyyəti formalaşdırır.

İlk dəfə şagirdə məsələni “izahlı həll et” dedikdə şagird çəkinir, fikirləşdiklərini yaza bilmir, izah edə bilmir. Lakin onlara istiqamət verdikdə bu prosesi dərk edir. Prosesin şagirdlər tərəfindən düzgün aparılması üçün ilk növbədə onlara nümunə məsələləri yazdırmaq lazımdır. Düzdür, əlavə ədəbiyyatda didaktik materiallarda məsələlərin həlli olur. Lakin onların həlli çox qısa, bəzən də başadüşülməz olur, müəllimin izahı olmadan başa düşülmür. Ona görə də tədris prosesində, əlavə məşğələlərdə məsələ və çalışmaların həllinə geniş yer verilir. Əgər şagirdə 10 misalı həll etmək tapşırılarsa, heç olmasa onun üçünün izahlı həll etməyi məsləhət görülür. İcrası yoxlanılır, düzəlişlər aparılır, bəzən isə şagirdlərin qarşısında bir uşağa məsələnin şərhi oxutdurulur. Müqayisə üçün bəzi hallarda məsələ iki-üç uşağa oxutdurulur. Müqayisələr, ümumiləşdirmələr aparılır. Burada həm şagirdlər məsuliyyət hiss edir, həm səhvini düzəldir, həm də onlarda güclü maraq, rəqabət yaranır. İstər ev tapşırıqlarında, sinif yazı işlərində, istərsə də olimpiada materiallarında şagirdlərin məsələ həllinə bu aspektdən yanaşır və icra edirlər.
Qabiliyyətli şagirdlərdə yaradıcılıq xüsusiyyətlərini inkişaf etdirməyin yollarından biri də onlarda analiz-sintez anlayışlarının formalaşdırılmasıdır. Əgər şagird hər hansı bir əməliyyatı yerinə yetirməyi bacarırsa, deməli, həmin prosesi qavrayır və onu öz təfəkkürünün məhsulu edib. Bu uzun müddət onun yaddaşında qalır, digər prosesə onu tətbiq edir, əqli nəticə çıxarır. Özünə böyük inam yaranır. Əgər şagirddə analiz/sintez etmək məharəti güclü olarsa, o, nəinki həyati prosesləri düzgün dərk etmək qabiliyyətinə, həm də elmi anlayışları, elmi qanunauyğunluqları dərk edib, müqayisə etmək, araşdırmaq vərdişlərinə yiyələnirlər. Belə şagirdlər məsələnin kitabda verilən cavablarına o qədər də baxmır, çünki o, özünə inanır. Nəticənin düzgünlüyünü sübut edir. Bəzən kitabda, testlərdə verilən məsələlərin həlli ilə razılaşmır, hətta səhv olduğunu sübut edir. Analiz/sintez istiqamətində şagird inkişaf etdikdə onun yaradıcılıq imkanları formalaşır. Söz demək, cümlə qurmaq, məsələ tərtib etmək, problemli suallar vermək, müəllimin suallarına tutarlı cavablar tapmaq kimi qabiliyyətlər şagirdlərdə inkişaf edir.
İmtahan sualları
1. Məhlulda həll olan maddənin kütlə payı 2. Molyar qatılıq 3. Molyal qatılıq 4. Eyni maddənin məhlullarının qarışdırılmasından alınan məhlulun qatılığın ifadəsi 5. Məsələ həll etməyin şagirdin inkişafında rolu
Yüklə 44,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə