Mühazirə 5 İstedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkar edilməsində "Məhlullar" mövzusunun tədrisi


Cavab: 34,5 % 4. Məhlulun molyar qatılığı



Yüklə 44,25 Kb.
səhifə3/4
tarix22.01.2023
ölçüsü44,25 Kb.
#98962
növüMühazirə
1   2   3   4
2 5451935282569945238

    Bu səhifədəki naviqasiya:
  • Cavab
Cavab: 34,5 %
4. Məhlulun molyar qatılığı
Molyar qatılıq 1000 ml, yaxud 1 ℓ məhlulda olan maddənin qram mollarla miqdarına deyilir. 1000 ml məhlulda olan maddəni qram –mollarla ifadə etsək,onda molyar qatılıq alarıq. Bu məqsədlə şagirdlərə bir neçə məsələ tipi öyrədilir. Molyar qatılıq M ilə işarə edilir.
Məsələ 1: 300 ml 2,5 M H2SO4 məhlulu hazırlamaq üçün nə qədər H2SO4 götürüldüyünü hesablayın.
Həlli: 1. Sulfat turşusunun nisbi molekul kütləsi tapılır.
1 mol H2SO4= 98q Mr( H2SO4) = 98

2. 2,5 mol H2SO4-ün kütləsi tapılır, tənasüb qurulur:


1mol H2SO4 ——— 98 q x= 245 q H2SO4
2,5 mol H2SO4 —— x
3. 300 ml məhlul hazırlamaq üçün maddənin kütləsi tapılır:
1000 ml məhlulda ——— 245 q H2SO4 varsa x= 73,5 q
300 ml məhlulda ——— x q H2SO4 olar
Cavab: 73,5 q H2SO4
Məsələ 2: 30 q Na2CO3 duzu suda həll edilərək 300 ml məhlul hazırlanmışdır. Alınmış məhlulun molyar qatılığını tapın.
Həlli: 1. 1000ml məhlulda olan Na2CO3-un kütləsi tapılır. Onda belə tənasüb qurulur:
300 ml məhlulda ——— 30 q maddə varsa x= 100 q
1000 ml məhlulda da ——— x q olar
2. Na2CO3-ın nisbi molekul kütləsi tapılır.
Mr ( Na2CO3) = 106 1mol Na2CO3= 106 q
3. 100 q Na2CO3-ün neçə mol olduğu tapılır:
106 q Na2CO3 ——— 1 mol edirsə x= 0,94 molyar
100 q Na2CO3 ——— x edər
Cavab: 0,94 molyar Na2CO3.
5. Məhlulun molyal qatılığı
Məsələ 1: 2 molyal sulfat turşusu məhlulu hazırlamaq üçün nə qədər H2SO4 lazımdır?
Həlli: Şagirdlərə izah olunur ki, molyal qatılıq 1000q həlledicidə həll olan maddənin mollarla miqdarıdır. Deməli, təkcə həlledicinin miqdarı 1000 q-dır. Ona görə də 1000 q həlledicidə (suda) nə qədər maddə həll olduğu tapılır və qram-mollarla ifadə edilir. Əvvəlcə maddənin nisbi molekul kütləsi tapılır;
Mr ( H2SO4)= 98; 1mol H2SO4= 98 q
Tənasüb qurulur:
1mol H2SO4 —— 98q x = = 196
2 mol H2SO4 —— x

Deməli, 2 molyal sulfat turşusu məhlulu hazırlamaq üçün 196 sulfat turşusu götürüb, onu 1000 q suda həll etmək lazımdır.



Yüklə 44,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə