Mühazirə 2 (2saat) qruplaşmalar


Pensiyaçıların sayı və təyin olunmuş aylıq pensiyaların



Yüklə 187,5 Kb.
səhifə2/3
tarix13.02.2023
ölçüsü187,5 Kb.
#100717
növüMühazirə
1   2   3
qruplaşmalar

Pensiyaçıların sayı və təyin olunmuş aylıq pensiyaların
orta məbləği x) (ilin əvvəlinə)
cədvəl 3.1.1.





2007

2008

Pensiyaçıların sayı, min nəfər

Təyin olunmuş aylıq pensiyaların orta məbləği, manatla xx)

Pensiyaçıların sayı, min nəfər

Təyin olunmuş aylıq pensiyaların orta məbləği, manatla xx)

Pensiyaçılar - cəmi

1249

62.9

1275

95.8

o cümlədən:

yaşa görə

821

64.3

835

99.4

əlilliyə görə

291

64.6

302

94.8

ailə başçısının itirilməsinə görə

137

50.6

138

76.4


















x) Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Qanunlarına uyğun olaraq pensiyaların növ və tərkibində dəyişikliklər edilmiş və sosial pensiyalar sosial müavinətlərlə əvəz edilmişdir;
xx) Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləği istisna olmaqla.
Mənbə: www.stat.gov.az

Qruplaşma həm kəmiyyət, həm də atributiv əlamət əsasında aparıla bilər. Əgər keyfiyyət əlaməti seçilirsə, onda qrupların sayı qruplaşma əlamətinin variasiya dərəcəsindən asılı olur: o nə qədər çox olarsa, bir o qədər çox sayda qrup tərtib etmək olar. Qruplaşmalar statistik analizdə aşağıdakı funksiyaları yerinə yetirirlər:



  • hadisə və proseslərin iqtisadi-sosial tiplərinin müəyyən edilməsi;

  • sosial-iqtisadi hadisələrdə strukturun və baş verən struktur dəyişmələrinin öyrənilməsi;

  • hadisə və proseslərdə qarşılıqlı asılılıqların tədqiqi olunması.

Qruplaşmaların statistika və iqtisadiyyatda tətbiq olunması böyük əhəmiyyət kəsb edir. Qruplaşmaların funksiyalarına görə müvafiq olaraq aşağıdakı növləri var:

  • tipoloji qruplaşmalar – bircins olmayan ümumi külliyyatın keyfiyyətcə bircins olan ayrı-ayrı qruplara bölünməsi və iqtisadi tiplərin üzə çıxarılmasını nəzərdə tutulur. Sosial- iqtisadi proseslərdə tiplərin identifikasiyası (müəyyən olumnası) əsas məsələ olduğundan qruplaşma əlamətinin seşimi böyük əhəmiyyət kəsb edir.

Tipoloji qruplaşmalardakı fərqlənmə klassifikasiya adlanır, yəni nisbətən eyni xüsusiyyətli və dayanıqlı əlamətlərə görə hər hansı obyektlərin, hadisələrin qruplaşdırılması. Klassifikasiyalar müəyyən zaman müddətində beynəlxalq və milli standartlar kimitətbiq olunur.
Qruplaşmalar kəmiyyət və atributiv əlamətlərə görə aparöla bilər. Qruplaşma bu əlamətlərdən birinə əsaslana bilər. Əgər kəmiyyət əlamətindən istifadə olunursa, onda qrupların sayı qruplaşma əlamətinin variasiya dərəcəsindən asılı olur. Yəni variantların sayı nə qədər çox olursa, qrupların sayı da bir o qədər çox ola bilər.
Atributiv əlamət kəmiyyətcə ifadə olunmur və keyfiyyət əlamətlərinə görə paylanmanı formalaşdırır. Əgər qruplaşmanı atributiv əlamətə görə aparırlarsa, onda qrupların sayı atributiv əlamətin növlərinə, siniflərinə görə müəyyən olunur (cədvəl 3.2.1-ə bax).



Yüklə 187,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə