MühaziRƏ 17 Dram əsərlərinin tədrisi metodikası



Yüklə 57,52 Kb.
səhifə4/4
tarix24.12.2023
ölçüsü57,52 Kb.
#159978
növüDərs
1   2   3   4
MÖVZU 17

Nəticə, ümumiləşdirmə mərhələsində şagirdlər bu qənaətə gəlir ki, bu əsərdə tərəflər arasındakı zidiyyətdən daha böyük bir ideya, daha dərin bir məna öz ifadəsini tapmışdır. Cəmiyyətdə Orxanın və digər qatillərin təmsil etdiyi şər qüvvələr, dünyanın namərd qanunları çox zaman saf mənəviyyatlı, xoşbəxtliyə layiq olanları bədbəxt edir, yaşamalı olanları, mərd insanları öldürür, namərdləri, vicdansızları isə yaşadır.
Lakin xeyrilə şərin mübarizəsində ana öz yeganə oğlunu itirsə də, Qanpolad xain qüvvələrin əli ilə öldürülsə də, nəticə etibarilə insanpərvərliyi, xeyirxahlığı təmsil edən qüvvələr mənəvi qələbə çalır. Dramaturq xeyiri və şəri təmsil edən qüvvələrin taleyini təsvir etməklə oxucunu (tamaşaçını) xeyirxahlığa səsləyir, yer üzündə qan izini mərhəmətlə, humanizmlə kəsməyin mümkün olduğuna inamını ifadə edir.
Şagirdlərin əvvəlki mərhələdə aldığı qiymətlər nəzərə alınmaqla yekun qiymətləndirmə aparılır.
Yaradıcı tətbiqetmə mərhələsində ev tapşırığı verilir:

    1. Oxuduğunuz əsərdəki ana obrazlarını Səlma ana obrazı ilə müqayisə edin.

    2. “Səlma ananın taleyi, hərəkətləri məndə hansı düşüncələr oyatdı” mövzusunda yöğcam inşa yazın.

Yüklə 57,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə