MühaziRƏ 17 Dram əsərlərinin tədrisi metodikası


Üçüncü qrup üçün tapşırıqlar



Yüklə 57,52 Kb.
səhifə3/4
tarix24.12.2023
ölçüsü57,52 Kb.
#159978
növüDərs
1   2   3   4
MÖVZU 17

Üçüncü qrup üçün tapşırıqlar:
Orxan surətinin təhlili

    1. Orxanın xasiyyətində hansı cəhətlər var?

    2. Onun İsmətə məhəbbətindən söz açmasına necə baxırsınız?

    3. Qanpoladı öldürmək niyyətinə düşməsi Orxanı necə səciyyələndirir?

    4. Əsərdən bir parçanı səhnələşdirməklə Orxan haqqında fikirlərinizi əsaslandırın.

Dördüncü qrup üçün tapşırıqlar:
Murad obrazının təhlili

    1. Muradın xasiyyəti, hərəkətlərini təhlil edin.

    2. Dramaturq Murada münasibət bəsləyir?

    3. Siz Murada necə münasibət bəsləyirsiniz?

    4. Muradın xarakterində baş verən dəyişikliyə səbəb nə oldu?

İnformasiya mübadiləsi aparılır, hər qrupun seçdiyi nümayəndə ayrılmış vaxt ərzində hazırladıqları cavabları təqdim edir.
İnformasiyanın müzakirəsi zamanı şagirdlər qeyd edir ki, pyesin mərkəzində əsil faciə qəhrəmanlarına malik fədakar, nəcib, vüqarlı ana obrrazı dayanır. Əsərin Səlmanın ulu tanrıya müraciəti ilə başlanması və bitməsi təsadüfi deyildir.
Hadisələr inkişaf etdikcə ana dönə-dönə Allaha müraciət edir. bu müraciətlər ananın gözünün ağı-qarası, yeganə oğli qanpoladın yolunu intizar içində gözlədiyini, hər gecə görüdüyü qanlı röyaların onun əsəblərini tarıma çəkdiyini göstərir. Həssas ana bu röyaların qorxulu bir xəbərdarlıq olduğunu düşünür. Oğlu Qanpoladdan üç aydır məktub almaması ana qəlbindəki şübhələri daha da artırır.
Səlmanın Allaha yalvarışları, özünün, oğlunun, gəlininin gələcəyi ilə bağlı düşüncələri sadə qəlbli, şəfqətli bir ananın səadət ümidləridir. Lakin Səlma nə yerdə xoş gün tapır, nə də göylərdən ədalət, mərhəmət görür. Oğlunun toyuna hazırlaşdığı halda matəmini saxlayır. Uzun ayrılıqdan sonra doğma kəndinə dönən Qanpoladı Orxan və onun əlaltıları qətlə yetirir.
Səlma qatillərdən birinə mültəci olduğu, yəni evinə pənah gətirdiyi üçün bilmədən öz evində yer verib amanda saxlayır. Muradın qatil olduğunu biləndə ananın qəlbində tərəddüd baş qaldırır. Lakin nə qədər əzablı olsa da, onu ələ vermək, öldürmək fikrindən daşınır. Bu, ani, təsadüfi qərar deyil. Müdrik ana başa düşür ki, qatili öldürməklə öz dərdinə çarə edə bilməz. Oğlunun ölümü Səlmanı sarsıtsa da, o, qəddarlaşmır, həyatın ən ağır məqamlarında da ləyaqətini qoruyur.
Qatili labüd ölümdən xilas edən Səlma onun arxasınca deyir:
Get vicdansız! Canını qurdar, yaşa!
Ancaq vicdansızları bəslər dünya!
Səlmanın bu həqiqəti dərk etməsi özü faciədir. Ana öz dərdini göylərin hökmü, fələyin yazısı, taleyin istəyi, iradəsi ilə əlaqələndirir. Məhz buna görə Səlma hər şeyin tale, qismətlə bağlı olması qənaətinə gəlir: “Lənət bu iqbala, bu ömrə lənət!”
Dərin iztirab keçirən ana əsərin əvvəlində olduğu kimi, sonda da çıxış yolunu yerdə, insanlar arasında deyil, Allaha müraciətdə görür, fəryad çəkərək ondan səbr, dözüm istəyir:
Mərhəmət! Ya Rəbb, mərhəmət, inayət!
Təhəmmül ver! Qalmamış məndə taqət...
Səlma, onun oğlu Qanpolad, gəlini İsmət sakit, xoşbəxt ömür-gün sürməyə layiqdir. Lakin yaşadıqları mühitdə kimsəsiz, köməksiz olan bu insanlar daima təşviş və qorxu içində yaşayır. Dara düşənlərə hər an yardım əli uzatmağa hazır olan Səlmanın özü kömək axtarır, ümidini Allaha bağlayır.
Qanpolad hadisələrin inkişafı boyunca gözə görünməsə də onun haqqında, demək olar ki, bütün qəhrəmanlar danışır. Ayrı-ayrı surətlərin dilindən Qanpoladın nəcib bir təbiətə malik olması, yoxsulluğu, bununla yanaşı, qürurunu uca tutması, ləyaqətinə hörmət bəsləməsi söylənilir.
Heç bir təqsiri olmadığı halda qətlə yetirlən bu gənc son nəfəsində qatilə zərər yetirməməyi xahiş edir. Yaxın dostlarının qatili məhv etmək əzmində olduğunu bildikdə bu işə mane olur. Bu, ani qəbul edilmiş, təsadüfi qərar deyildir.
Mərd Qanpolad qanlısı Muradın təklənib öldürülməsini qüruruna sığışdıra bilmir. O, yalnız təkbətək döyüşdə düşməndən qisas almağı özünə və dostlarına rəva bilir. Əks-təqdirdə Qanpolad alçaq təbiətli, xain və qorxaq bir adam olan Muraddan fərqlənməzdi. Halbuki, o, igiddir, qorxmazdır və üstəlik öz düşmənindən – Orxandan artıq heyfini almışdır. Acı taleyi, qisməti ilə barışan Qanpolad anasına deyir:
Ağlama! Heç kimsə qıymamış mana,
Düşmənim qanlı taleyimdir, ana!
Qanpolad hadisələrin gedişində az iştirak etsə də, qeyrətli, qəhrəman, məğrur gənc kimi dərin təəssürat yaradır.
Hadisələrin faciəli inkişafında xudbin hisslərin təsirinə qapılıb alçaq hərəkətə yol verən Orxan böyük rol oynayır. Onun İsmətə müraciətində özü haqqında yüksək fikirdə olduğu aydın görünür.
Orxan özünü dağlar qoynunda yaşayan dəliqanlı, zadəgan bir gənc kimi təqdim edir. Lakin onun özü haqqında yaratdığı təsəvvür hadisələrin gedişində duman kimi dağılır.
Başqasının nişanlısına eşq elan edən Orxan yağlı vədlər verməklə, var-dövlətindən, şöhrətindən istifadə etməklə öz niyyətinə çatmaq istəyir. Məqsədinə çata bilmədikdə isə qanlı cinayətə əl atmaqdan çəkinmir.
Günahsız Qanpoladı öıdürmək niyyətinə düşməsi əslində onun xəbis, namərd təbiətli insan olduğunu göstərir. Təsadüfi deyildir ki, Qanpoladın dostu Səlim şücaətdən, qoçaqlıqdan və mərdlikdən dəm vuran Orxanı “səfil, vicdansız, alçaq”, “yolkəsən cəllad” adlandırır.
Dramda Murad Orxanın düşünüb planlaşdırdığı cinayəti həyata keçirən obrazlar kimi diqqəti cəlb edir. Başqasının cinayət alətinə çevrilən, duyğusuz və daşqəlbli bir gənc olan Murad gec də olsa dərk edir ki, bağışlanılmaz səhvə yol vermiş, heç bir təqsiri olmayan bir gəncin həyatına son qoymuşdur.
Muradın mənəvi təmizlənməsində Səlma ananın xeyirxahlığı böyük rol oynayır. Murad etdiyi əməlin nəticəsini görəndə - oğlunu itirmiş Səlmanı tanıyanda dərin sarsıntı keçirir. Beləliklə, əsərin əvvəlində özünü sadiq dost sayan Murad öz canının hayına qalan miskin adama çevrilir. Səlma onu ölümdən xilas etdikdə Murad etdiyi cinayətin ağırlığını dərk edərək sarsılır, peşmançılıq hissi keçirir, hətta özünə qəsd etmək istəyir.
Qrupların cavabları müzakirədə iştirak səviyyəsi qiymətləndirilir.

Yüklə 57,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə