MühaziRƏ 17 Dram əsərlərinin tədrisi metodikası



Yüklə 57,52 Kb.
səhifə2/4
tarix24.12.2023
ölçüsü57,52 Kb.
#159978
növüDərs
1   2   3   4
MÖVZU 17

Motivasiya mərhələsində şagirdlərə aşağıdakı suallarla müraciət edilir:
Əsərdə yeganə oğlunun qatilini ölümdən xilas edən anadan söz açılır. Sizcə, ananın belə bir hərəkət etməsinə səbəb nədir? Onun qatili ölümdən xilas etməsini təsadüfi hərəkət saymaq olarmı? Ana haqlıdırmı?
Müzakirə zamanı məktəblilər müxtəlif fikirlər söyləyirlər. Onların bir qismi ananın öz oğlunun qatilini ölümdən xilas etməsini yanlış hesab edir, qatilin layiqli cəzasını almasını düzgün sayırlar. Şagirdlərin digər qismi ananın hərəkətinə bəraət qazandırır, sənətkarın niyyətinin ananın böyüklüyünü göstərmək olduğunu söyləyirlər. Bəzi şagirdlər əsərdə təsvir edilən hadisənin ağlabatan olmadığı fikrini irəli sürürlər.
Sonrakı mərhələdə əsərin təhlili üçün tədqiqat sualı müəyyənləşdirilir:
“Ana” pyesində dramaturqun niyyəti saf mənəviyyatlı insanları ədalətsiz zəamnə, haqsızlıq, nadanlıqla qarşı-qarşıya qoymaq, qəddarlığın, qan izinin kökünü yalnız xeyirxahlıq, mərhəmət vasitəsilə kəsməyin mümkün olmasını göstərməkdir fikrini doğru saymaq olarmı?
Şagirdlər bu suala fərqli cavablar verirlər: “Dramaturqun məqsədi ana qəlbinin böyüklüyünü göstərməkdir”. “Sənətkar əsərdə zülmü, haqsızlığı bəşəri bir bəla kimi tənqid etmək istəyib”. “Dramaturq bu əsərdə dünyada qan izinin kəsilməsinin vacibliyindən bəhs etmişdir”. “Ədibin niyyəti xeyirlə şərin mübarizəsini təsvir etmək, şəri pisləmək olmuşdur”.
Tədqiqatın aparılması mərhələsində şagirdlər 4 qrupa ayrılır. Hər qrupa tədqiqatın aparılması üçün tapşırıqlar verilir. Tapşırıqların yerinə yetirilməsi üçün vaxt ayrılır. Qrup üzvlərinin tədqiqat tapşırığının yerinə yetirilməsində necə iştirak etdiyinə nəzarət edilir.
Birinci qrup üçün tapşırıqlar:
Səlma ana surətinin təhlili

    1. Səlmanın Allaha müraciətləri onu necə səciyyələndirir?

    2. Səlmanın qəribəlikdə olan oğluna münasibəti necədir?

    3. Ananın qatil Murada münasibəti sizdə hansı fikirlər doğrudu?

    4. Daramturqun Səlmaya münasibəti necədir?

    5. Sizcə, ana qatili ölümdən xilas etməkdə haqlıdırmı?

    6. Ana real, həyati obrazdırmı? əsərdən ananı səciyyələndirən söz və ifadələri seçin.

    7. Əsərdən bir parçanın səhnələşdirilməsi vasitəsilə Səlma haqqında fikirlərin əsaslandırılması.

İkinci qrup üçün tapşırıqlar:
Qanpolad obrazının təhlili

    1. Qanpoladı səciyyələndirən başlıca cəhətlər hansılardır?

    2. Qanpoladın anası Səlmaya və İsmətə münasibəti barədə nə deyə bilərsiniz?

    3. Digər obrazların Qanpolada münasibəti necədir?

    4. Qanpoladın qan tökməmək, qatildən qisas almamaq fikri onu necə səciyyələndirir?


Yüklə 57,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə