Mühazirə 1 Nəqliyyat vasitələrində alternativ yana­caq­ların istifadəsi və inkişaf pers­pek­tivləri



Yüklə 33,76 Kb.
səhifə4/7
tarix16.01.2022
ölçüsü33,76 Kb.
#82927
növüMühazirə
1   2   3   4   5   6   7
muh 1

Prioritetlər…

2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Hazırda hansı bölgədə neçə stansiyanın quraşdırılması ilə əlaqədar araşdırmalar aparılır. Belə stansiyaların yaşayış yerlərinə yaxın yaradılması, ilk növbədə, elektrik enerjisi itkisinin qarşısını alacaq və enerjinin istehlakçıya daha ucuz qiymətə çatdırılmasına imkan verəcək. 

Ümumilikdə, ABOEM-nin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, ABOEM sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır. 

İqlim dəyişikliyi və karbon dioksid emissiyasının azaldılması dövrümüzün əsas problemlərindən biridir. İnsanın gündəlik fəaliyyəti nəticəsində atmosferə atılan karbon-dioksid (CO2) qazının miqdarının artması qlobal isinməyə gətirən səbəblərdəndir. Atmosferdə istixana effekti yaradan örtük əsasən su buxarından və karbon qazından ibarətdir. Su burada təbii komponentdir. İstixana effekti yaradan ikinci əsas amil karbon-dioksid qazıdır. Zavod və fabriklərdən, üzvi yanacaqdan və həmçinin nəqliyyat vasitələrinin istifadə olunmasından atmosferə külli miqdarda karbon qazı atılır. Atmosferə atılan istixana qazında nəqliyyat sektorunun çəkisi böyükdür. Əgər 1990-cı ildə dünyada 600 milyon nəqliyyat vasitəsi var idisə, 2020-ci ildə bu rəqəmin 1,3 milyarda çatması gözlənilir. Nəqliyyat sektoru ciddi ekoloji, iqtisadi və sosial problemlərə yol açır ki, bu da sistemin kökündən dəyişməsinə ehtiyac yaradır. Nəqliyyat vasitələrinin istifadə olunmasından atmosferə atılan zərərli qazların miqdarının isə 2030-cu ilə qədər 84% artması gözlənilir. (Tomlinson, 2009). Bütün dünyada ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün dövlətlər tərəfindən göstərilən qayğı dünyada alternativ yanacaq növlərinə marağın yaranmasına səbəb olmuşdur. ABŞ-ın 1992-ci ildə qəbul etdiyi “Energetika sahəsində siyasət haqqında” qanunu çərçivəsində aşağıdakılar alternativ yanacaq növü kimi müəyyən edilmişdir.

Methanol, etanol və digər spirtlər;

 85 % spirtin benzinlə qarışığı;

Təbii qaz və maye yanacaq;

Mayeləşdirilmiş neft qazı (propan);

 Kömürdən əldə edilmiş maye yanacaq;

Hidrogen;

Elektrik;

 Biodizel (B100);

Bioloji materiallardan əldə edilmiş yanacaq (spirtdən başqa).

Nəqliyyatda daha çox aşağıdakı yanacaq növlərindən istifadə olunur.



Propan – Mayeləşdirilmiş neft qazı (LPG) propan adlanır ki, 90% propandan, 2,5% butan və digər ali karbohidrogenlərdən, qalan hissəsi isə etan və propilendən ibarət olan rəngsiz, qeyri-toksik qazdır. Təbii yanar qazlarda, neftlə birgə çıxan və neft emalı qazlarında olur. Propanla işləyən nəqliyyat vasitələri benzinlə işləyən nəqliyyat vasitələri qədər sürətli hərəkət etmir. Ancaq benzinlə işləyən nəqliyyat vasitələrinə nisbətən havanı daha az çirkləndirir. Belə ki, propanla işləyən nəqliyyat vasitələri benzinlə işləyən nəqliyyat vasitələrinə nisbətən 64% az reaktiv üzvi birləşmələr, 20% az azot oksidi (NO), 20% daha az karbon monoksid buraxır. ABŞ-da propan nəqliyyat yanacağı kimi 40-cı illərdən istifadə olunur.

Metanol – əsasən təbii qazın emalı vasitəsilə alınır, ancaq həm də biokütlədən də alına bilər. Metanol təbii qazdan ən effektiv və ucuz qiymətə alınan maye yanacaq adlandırılmışdır. Çinin “Chery”, “Geely” və “Shanghai Maple” kimi avtomobil istehsalçıları metanolla işləyən nəqliyyat vasitələrini təqdim etmişlər. Etanol, metanol kimi yanacaq növləri ancaq cüzi dəyişikliklər etməklə mövcud yana­caqdoldurma infrastrukturunun vasitəsilə paylana bilər. Nəqliyyat vasi­tələrində bir qayda olaraq tərkibi 85% metanoldan və 15% etilləşdirilməmiş benzindən ibarət olan M85 yanacağından istifadə olunur. Həmçinin metanol dizel yanacağının əvəzi kimi istifadə oluna bilən M100 şəklində də təklif olunur. Metanolu seçən avtomobillərin əksəriyyəti çoxyanacaqlı mühərrikli (“FFV – Flex Fuel Vehicles”) avtomobillərdir.

Etanol (Bio-Etanol) – etil spirit kimi də tanınır. Spirt əsaslı maye olub, əsasən qarğıdalı, arpa və ya buğda kimi bitkilərin qıcqırdılması və distillə edilməsi yolu ilə istehsal olunur. Oktan ədədinin artırılması və tullantıların keyfiyyətinin yüksəldilməsi məqsədilə onu benzinlə qarışdırmaq olar. Əsasən nəqliyyatda E85 kimi tanınan və 15% benzindən ibarət olan etanoldan istifadə olunur.


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə