Mühazirə 1 Nəqliyyat vasitələrində alternativ yana­caq­ların istifadəsi və inkişaf pers­pek­tivləri


Qeyri-ənənəvi enerji sahəsində mövcud vəziyyət və perspektivlər



Yüklə 33,76 Kb.
səhifə2/7
tarix16.01.2022
ölçüsü33,76 Kb.
#82927
növüMühazirə
1   2   3   4   5   6   7
muh 1

Qeyri-ənənəvi enerji sahəsində mövcud vəziyyət və perspektivlər

Azərbaycanda əsas alternativ enerji mənbəyi hesab edilən günəş enerjisindən istifadə sahəsində həyata keçirilən tədbirlər son illərdə geniş vüsət alıb. Buna da səbəb Azərbaycanda günəşli günlərin sayının çox olmasıdır. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, Naxçıvan Muxtar Respublikasında isə 2900 saat təşkil edir. Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin yaradılması bu sahədə atılan uğurlu addımlardan biridir. 

Günəş enerjisindən istifadə sahəsində həyata keçirilən tədbirlərdən biri də 2014-cü ildə Agentliyin nəzdində "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması olub. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Bu isə stansiyanın daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.

Stansiyanın idarəetmə mərkəzindən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür. Yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Mövcud stansiyaların fəaliyyəti nəticəsində 4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub, 1 milyon 300 min kubmetrə yaxın təbii qaza qənaət edilib. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan Suraxanı Günəş Elektrik Stansiyasının layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Bundan başqa Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.

Azərbaycanda külək enerjisindən istifadə də perspektivli sahə hesab olunur. Belə ki, Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində il ərzində 270 gündən artıq güclü külək əsir. Küləyin orta illik sürəti isə saniyədə 7,2 metrdir. Ölkənin digər regionlarında küləkli günlərin sayı 20-70 gün həddindədir. Hesablamalar göstərir ki, 500 kVt gücə malik olan bir külək elektrik stansiyası daş kömür stansiyası ilə müqayisədə 750-1250 ton karbon qazının, 3-6 ton digər zərərli maddələrin emissiyasının qarşısını alır. Ekspertlər hesab edir ki, Abşeron yarımadasında külək qurğularının geniş tətbiqi ölkə iqtisadiyyatına mühüm töhfə verə bilər. Bu ərazidə külək enerjisindən genişmiqyaslı istifadə olunması ümumi enerji balansının 20 faizini təmin edə bilər və bu qədər də üzvi yanacağa qənaət olunar. 20 il ərzində külək enerjisindən istifadə etməklə təxminən 2,4 milyon ton mazuta qənaət etmək və bu zaman 7,5 milyon ton karbon qazının atmosferə atılmasının qarşısını almaq mümkündür.

Qeyd edək ki, alternativ enerji mənbələri arasında su-elektrik stansiyaları da özünəməxsus yer tutur. Su-elektrik stansiyaları hazırda Azərbaycanda istehsal edilən elektrik enerjisinin 12,5 faizini verir. Amma bu sahə də geniş imkanlara malikdir. Mütəxəssislərin hesablamalarına görə, ölkədə çaylar üzərində onlarca kiçik su elektrik stansiyaları quraşdırmaqla ildə 3,2 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək mümkündür. Bununla yanaşı, Azərbaycan bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.  


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə