Mühazirə 1 Nəqliyyat vasitələrində alternativ yana­caq­ların istifadəsi və inkişaf pers­pek­tivləri



Yüklə 33,76 Kb.
səhifə5/7
tarix16.01.2022
ölçüsü33,76 Kb.
#82927
növüMühazirə
1   2   3   4   5   6   7
muh 1

Elektrik – nəqliyyat vasitələri üçün alternativ yanacaqlardan hesab olunur. Elektrik ilə işləyən nəqliyyat vasitələri müxtəlif batareyaları və enerji saxlama mexanizmlərini nəqliyyat vasitəsini hərəkətə gətimək üçün istifadə edirlər. Bu batareyalar avtomobil standart elektrik enerjisi mənbəyinə birləşdirilməklə doldurulur. Baxmayaraq ki nəqliyyat vasitəsi üçün elektrik istehsalı prosesi hava çirkliliyi yaradır, elektrik ilə işləyən nəqliyyat vasitələrinin özü ekoloji təmiz hesab olunur.

Biodizel – təkrar istifadə olunan bitki yağları və ya heyvan mənşəli piylərdən alınan maye yanacaqdı. Biodizel neftlə qarışdırıla bilər. Nəqliyyat vasitələrinin mühərriklərini təmiz halda biodizel yanacağı yandıran mühərriklərə çevirməklə yanaşı, onu neftlə qarışdırmaq və modifikasiya edilməmiş mühərriklərdə istifadə etmək də mümkündür. Qarışıq biodizel tərkibində olan biodizelin faizi ilə işarə olunur. Məsələn B20 – 20% biodizel və 80% neft dizelinə işarə edir. Təmiz dizel isə B100-dür. Təhlükəsizliyindən əlavə, bioloji parçalanan yanacaq avtonəqliyyat vasitələrinin havaya buraxdığı zərəli qazların tərkibindəki çirkləndiricilərin miqdarını azaltmağa kömək edir.


Yüklə 33,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə