Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə22/55
tarix31.12.2021
ölçüsü11,73 Mb.
#81606
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
C fakepathMühazir l r Struktur geologiya

İmtahan sualları:
1. Layın fəza vəziyyətini təyin edən elementlər



MÜHAZİRƏ 9
Deformasiya və onun süxurlarda baş verməsi halları

Tarix: 16.11.2021
Plan:

1. Cisimlərdə deformasiya anlayışı

2. Deformasiyanın növləri

3.Cisimlərdə əks olunma halına görə deformasiyanın növləri
4. Cisimlərdə stress, gərginlik, özülülük anlayışları

5. Dənəciklərarası və dənəciklərdaxili sürüşmə yolu ilə baş verən deformasiya

6. Sürüncəklik və relaksasiya anlayışları

Süxurlarda baş verən deformasiya növləri
Xarici təsir nəticəsində cismin ölçülərinin formasını və həcmini dəyişməsinə deformasiya deyilir.

Yer qabığında və onu təşkil edən süxurlarda deformasiyanın baş verməsi müxtəlif səbəblərdən ola bilər. Təbiətdə elə daimi mövcud olan qüvvələr vardır ki, onlar Yer qabığını, onu təşkil edən süxurların deformasiyasına gətirib çıcarırlar. Məsələn: Yerin ağırlıq qüvvə sahəsi, Atom və Molekullar arası mövcud qüvvələr (itə-ləmə-cazibə) bu qüvvələr cisimlərdə sonsuz dərəcədə kiçik və böyük deformasiyala-rın yaranmasına səbəb ola bilərlər. Bu qüvvələrdən başqa süxurlarda və ümumiy-yətlə Yer qabığında deformasiya mərkəzdənqaçma qüvvəsi, qabıqaltı məkanda kon-vektiv cərəyanlar baş verməsi, istilik enerjisinin cəmiyyətcə dəyişməsi sahəsində də yarana bilər.

Cisimlərdə deformasiyanın baş verməsinə səbəb onlara təsir edən cəhətlənmiş qüvvədir. Bu qüvvə stress adlanır.

Cismə hər tərəfli, bərabər qiymətli qüvvə təsir edirsə, belə təsir nəticəsində cisimdə deformasiya yaranmır. Cismə cəhətlənmiş qüvvə təsir etdikdə isə deforma-siya yaranır.

Öz mürəkkəblik dərəcəsinə görə deformasiyalar iki növə ayrılır.

1)Sadə deformasiyalara dartılma, sıxılma, burulma, əyilmə və s. aiddir.

2)Mürəkkəb deformasiyalar—iki və daha çox sadə deformasiyanın bir cisimdə baş verməsi nəticəsində yaranırlar.Bunlara dartıla, burulma,sıxılmaəyilmə aiddir.

Cisimlərdə əksolma dərəcəsinə görə deformasiyalar aşağıdakı növlərə ayrılır.



  1. Elastiki deformasiya

  2. Plastiki yaxud Qalıq deformasiya

  3. Dağılma deformasiya

1)Cismə göstərilən təsir onun üzərindən götürüldükdə, cisim öz əvvəlki ölçü, forma və həcminə qayıdarsa belə deformasiya elastiki deformasiya adlanır.

2)Cismə göstərilən təsir (stress) götürüldükdən sonra, öz əvvəlki forma və həcminə qayıtmazsa, yaxud qismən qayıdarsa belə deformasiya plastik yaxud qalıq deformasiya adlanır.

3)Cismə göstərilən xarici təsir onun möhkəmlik həddini aşarsa bu zaman cisim dağılma yaxud kövrək deformasiyaya məruz qalır.

Cismə göstərilən xarici təsirə qarşı, onun daxili qüvvələrini mütənasib paylan-masına gərginlik deyilir.

Cismin möhkəmlik dərəcəsi onun özüllüyü ilə səciyyələnir.Yəni,özüllük yüksək olarsa cismin möhkəmliyidə yüksək olur. Məsələn: suyun özüllüyü 0,01 Puaz, gilin 103 Puaz. Cismin özüllüyü onu təşkil edən hissəciklərin yerdəyişməyə qarşı göstər-dikləri müqavimətdən asılıdır.

Dənəciklərdən ibarət süxurlarda deformasiya əsasən iki yolla baş verə bilər.

1)Dənəciklərin arası sürüşmə yolu—bu hal o vaxt baş verir ki, süxuru təşkil edən dənəciklərin sementi daha az möhkəmliyə malik olsun, nəinki dənəciklər xarici təsir nəticəsində sement materialı dağılmaya məruz qalır. Dənəciklər isə öz yerlərində fırlanaraq (vəziyyətlərin dəyişərək) dənəciklər arasında ən asan sürüşmə vəziyyətinə gəldikdə həmin səth üzrə deformasiya baş verir. Bu hal Yer qabığının üst hissəsini təşkil edən süxurlar üçün daha səciyyəvidir.

2)Dənəciklər daxili sürüşmə rolu—bu növ deformasiya adətən sement materialı, süxuru təşkil edən dənəciklərdən daha möhkəm olduqda. Bu vaxt xarici təsir nəticə-sində dənəciklərin, öz vəziyyətlərinin dəyişməsi yəni, ən yüngül sürüşmə səthinin alınması yolu ilə deformasiya baş verir.Lakin bəzi hallarda belə süxurlar da kataklaz hadisəsidə baş verə bilər.

Bu vaxt deformasiyaya və qırılmaya məruz qalmış dənəciklərin hissələri öz vəziyyətlərini dəyişərək asan sürüşmə səthi vəziyyətni aldıqdan sonra, süxurda defor-masiya dənəciklər arası sürüşmə yolu kimi baş verir.

Kataklaz dinamo-metamorfizmin ən yüksək səviyyəsidir. Bu zaman qeyd edil-diyi kimi hətta kristallarda deformasiyaya və dağılmaya məruz qalırlar. Lakin kris-talların deformasiyası kimyəvi yollada baş verə bilər. Buna Rikke prinsipi deyilir. Beləki, həmin kristalı təşkil edən maddə mövcuddursa bu vaxt kristala təsir edən qüvvə istiqamətində, o ya heç inkişaf etmir ya da çox zəif inkişaf edir. Amma o təsirə perpendikulyar istiqamətdə, yəni təsirsiz sahədə kristal daha intensiv inkişaf etdiyin-dən kimyəvi yolla deformasiya ya məruz qalır.

Süxurlarda deformasiya adətən relaksiya sürüncəklik yolu ilə baş verir.

Relaksiya dedikdə qalıq deformasiyanın vahid qiymətində cisimdə olan gərginliyin sıfıra enməsi nəzərdə tutulur. Bu onu göstərir ki, relaksiya zamanı aşırı baş verməklə cisimdə deformasiyanın daimi baş verməsinə səbəb olur.

Sürüncəklik dedikdə gərginliyin sabit qiymətində (adətən cismin möhkəmlik həddindən aşağı qiymətində) elastiki deformasiya fasiləsiz olaraq qalıq deformasiya ya keçməsi nəzərdə tutulur. Yəni sürüncəklik zamanı plastiki deformasiya cisimdə fasiləsiz olaraq baş verir. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, Yer qabığında süxurların deformasiyaya məruz qalması əsasən sürüncəklik yolu ilə baş verir.Süxura təsir edən qüvvə süxurun möhkəmlik həddini aşarsa bu vaxt cisim dağılmaya məruz qalır.

Möhkəmlik—süxura göstərilən xarici təsirə qarşı, süxuru təşkil edən dənəciklərin göstərdikləri müqavimətdir.

Müqavimət—süxurun özüllüyü ilə əlaqədardır.Yəni özüllük nə qədər yüksək olarsa, cismin möhkəmlik həddində bir o qədər yüksək olur.

Süxurlarda dağılma iki növ ola bilər.

1)Kövrək—cismə normal qüvvələr təsir edərsə (bir ox üzrə) bu vaxt cisimdə təsir qüvvəsinə perpendikulyar istiqamətdə dağılma baş verir.

2)Cismə toxunan qüvvələr təsir etsin və bu cür dağılma qopma adlanır. Bu vaxt dağılma təsir edən qüvvələrin istiqamətinə nisbətən 45 bucaq altında baş verir.



Ədəbiyyat:

1.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1973, 1084 (rus dilində);

2.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);

3.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);

4.Məmmədov T.Ə., Kərimov A.Ə. Struktur geologiya və geoloji xəritəalmanın əsasları. AzNKİ nəşri, 1972;

5..Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)

7. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991



Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə