Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə28/36
tarix27.09.2023
ölçüsü11,73 Mb.
#123959
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   36
struktur geologiya

Saryaj yaxud örtük xətti – sürünmə səthi ilə relyef səthinin kəsişməsindən alınan iz nəzərdə tutulur.

  • Frontal yaxud ön sarnir – saryajın önündə lay səthi ilə ox səthinin kəsişməsindən alınan izə deyilir.

  • Radikal şarnir – saryajın , örtüyün başladığı zonada , lay səthi ilə ox səthinin kəsişməsindən alınan izə deyilir.

  • Saryajın kökü – örtüyün yaxud saryajın inkişafa başladığı hissəyə deyilir. Örtüyün inkişafa başladığı qırışıq onun kökü adlanır.

  • Qalıq yaxud Klippen – yaranması Alloxtonun intensiv aşınması ilə əlaqədardır. Aşınma baş verən vaxt elə hal ola bilərki , Alloxtonun önündə onun bir hissəsi əsas kütlədən tam ayrıla bilər.Avtoxton üzərində yatan belə kütlə qalıq yaxud klippen adlanır. Klippeni təşkil edən süxurların yaşı bir payda olaraq üzərində yatdığı Alloxtonu təşkil edən süxurların yaşından daha qədim olur.

  • Tektonik pəncərə - Alloxtonun sahəsində qapalı şəkildə Avtoxtonun süxurları Yer səthinə çıxmış olurlarsa belə çıxış tektonik pəncərə adlanır. Yaranması Alloxtonun süxurlarının həmin sahədə intensiv aşınmaya məruz qalmasıyla əlaqədardır.

    Erozion pəncərədən fərqli olaraq tektonik pəncərədə yer səthinə çıxan süxurların yaşı onun əhatəsində yatan, Alloxtonu təşkil edən süxurların yaşından daha cavan olur. Erozion pəncərədə isə (qapalı çıxışda) adətən onu əhatə edən süxurlara nisbətən daha qədim yaşlı süxurlar yer səthinə çıxmış olur. Bəzi hallarda altda yatan struktur mərtəbənin layları erozion pəncərədə yer səthinə çıxa bilər.


    İmtahan sualları: Üstəgəlmə, örtük (şaryaj)
    Ədəbiyyat
    1.Pavlinov V.N. Struktur geologiya və geoloji xəritəalma geotektonikanın əsasları ilə. Moskva, Nedra, I hissə, 1979 (rus dilində);
    2. Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (kurs işi üçün metodik rəhbərlik), ADNA nəşri, 2013; .
    3. .Orucov V.Ə., Hüseynov H.M. Struktur geologiya və geoloji xəritəalma. Maarif, 1985;
    4.Xəlilov E.A., Nərimanov N.R. Struktur geologiya və geoloji xəritəalma (laboratoriya işləri üçün metodik rəhbərlik və tapşırıqlar), AzNKİ nəşri, 1981.
    5.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
    6. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991



    Yüklə 11,73 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   24   25   26   27   28   29   30   31   ...   36




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə