Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə2/36
tarix27.09.2023
ölçüsü11,73 Mb.
#123959
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   36
struktur geologiya

İmtahan suallaır: Struktur geologiyanın həll etdiyi məsələ və problemlər
Ədəbiyyat
1.Patrice F. Rey. İntroduction to Structural Geology.(ingilis dilində)
2. K. Seyferta. Struktur geologiya və plitələr tektonikası. I, İİ, III tom , 1991
3.Mixaylov A.Y. Struktur geologiya və geoloji xəritəalma. .Moskva, Nedra, 1973, 1084 (rus dilində);
4.Sokratov Q.İ. Struktur geologiya və geoloji xəritəalma. Moskva, Nedra, 1972 (rus dilində);

  1. Hacıqasımov A., Orucov V.Ə. , Hüseynov H.M. Struktur geologiya və geologi xəritəalma, Bakı 1989. (Azərbaycan dilində)

  2. N.R.Nəimanov, M.S.Babayev, G.C.Nəsibova. , Ş.Ə.Qənbərova. Struktur geologiya və geoloji xəritəalma, Bakı- 2013. (Azərbaycan dilində)



MÜHAZİRƏ 2
Adı: Geoloji məlumatların qrafiki təhlil üsulları. Miqyas və onun tətbiqi halları
Tarix: 01.09. 2021
Plan: 1. Geoloji qrafiklər geologi məlumatın təhlil üsulu kimi
2. Geoloji qrafiklərin təsnifatı
3. Struktur geologiyada miqyasın tətbiqi və məqsədi

Geoloji məlumatların qrafiki təhlil üsulları Miqyas haqqında anlayış
Geoloji qrafiklərin qurulması və təhlili geologiyada ən geniş istifadə olunan geoloji məlumatların təhlil üsuludur. Bu və ya digər geoloji məsələ və problemlərin həllində müxtəlif növ geoloji qrafiklər tərtib olunur. Bu qrafiklərin tərtib üsulundan asılı olaraq onları 3 qrupa ayırmaq olar:
1. Kordinat sistemində qurulan qrafiklərbu cür qrafikləri qurmaq üçün adətən iki müxtəlif növ məlumatdan istifadə edilir. O məlumatların biri, absis oxunda digəri isə ordinat oxunda qeyd edilir.
Məsələn: qırışığın inkişafının sürət qrafikini qurmaq üçün onun müxtəlif stratiqrafik vahidlər ərzində hündürlüyü ordinat oxunda qeyd edilir. Stratiqrafik vahidlər isə absis oxunda qeyd edilir.
Stratiqrafik vahidlərə uyğun olan qalınlığı kordinat sistemində kəsişmə nöqtəsini tapırıq. Qurulmuş qrafik əsasında qırışığın hansı stratiqrafik vahid ərzində nisbətən böyük yaxud nisbətən kiçik sürətlə inkişafını izləmək mümkündür. Bu məlumat isə öz növbəsində müvafiq geoloji məsələnin həlli üçün istifadə edilir.
Kordinat sistemində qurulan başqa bir qrafik çöküntütoplanmanın sürət qrafiki adlanır. Bu qrafikin qurulması qırışığın sürət qrafikinin qurulmasıyla eynidir. Sadəcə olaraq ordinat oxunda qırışığın hündürlüyü yox toplanan şöküntülərin qalınlığı göstərilir. Qalan qurulma sistemi əvvəlki qrafikdəki kimidir. Nəticədə qurulmuş əyri bizə müxtəlif stratiqrafik intervallar ərzində çöküntütoplanmanın sürətini izləməyə imkan verir. Kordinat sistemində bu və ya digər geoloji məsələləri həll etmək üçün çox sayda müxtəlif qrafiklər tərtib edilir. Məsələn: Neft qaz mədən geologiyasının məsələlərinin həllində bu cür qrafiklərdən geniş istifadə edilir. Təcrübədə də əlaxsus neft qaz yatağının işlənməsi zamanı çoxlu sayda kordinat sistemində qrafiklər qurulur.


Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə