Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 11,73 Mb.
səhifə29/36
tarix27.09.2023
ölçüsü11,73 Mb.
#123959
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
struktur geologiya

MÜHAZİRƏ 18
Adı: Qırılma sistemləri: horst, qraben, pilləvari qırılma. Çöl şəraitində qırılmanın nişanələri
Tarix: 02.12.2021, 08.12.2021
Plan: 1. Horst haqqında anlayış
2.Qraben haqqında anlayış
3. Qraden (pilləvari qırılma ) haqqında anlayış
Qırılmalar sistemim dedikdə hər hansı bir ərazinin bir sıra, müxtəlif yaxud eyni növ qırılmalarla mürəkkəbləşməsi nəzərdə tutulur. Bu zaman alınan qırılmaların qanadlarının qarşılıqlı vəziyyətindən asılı olaraq aşağıdakı növ qırılmalar sistemi seçilir.
1. Horst—Qırılma sistemində mərkəzi blok qalxmış, kənar bloklar enmiş olarsa belə sistem Horst adlanır. Geoloji xəritədə horstu mərkəzi blokda, kənar bloklara nisbətən daha qədim yaşlı süxurlar təmsil olunması ilə təyin etmək olar. Bəzi hallarda qırılmaların sayı çox olduqda geoloji quruluşda bir neçə horst və qraben seçmək olur. Bu zaman ümumi mənzərədə belə sistemin mərkəz hissəsini təşkil edən bloklardan nisbətən qədim laylar Yer səthinə çıxmış olarsa, belə sistem mürəkkəb quruluşlu horst adlanır.





2. Qraben—Qırılma səthində mərkəzi blok yaxud bloklar enmiş, kənar bloklar qalxmış olarsa belə sistemə qraben yaxud mürəkkəb quruluşlu qraben deyilir. Geoloji xəritə və profildə qrabeni onun mərkəz blokunda Yer səthinə kənar bloklarındakına nisbətən cavan layların çıxmasıyla təyin etmək mümkündür.
3. Qradenpilləvari qırılma sistemi—bu növ sistemdə hər növbəti blok əvvəlkinə nisbətən qalxmış (enmiş) olur. Qırılmalar sistemi bütün tektonik zonalarda inkişaf edə bilərlər.



Məlum olduğu kimi, fay və əks fay tip qırılmalar qrup halında inkişaf edir və xüsusi növ yerdəyişmələr əmələ gətirir. Bunlara geoloji ədəbiyyatda qraben və horst deyilir. Qrabenlər – fay və əks fay tip qırılmalar nəticəsində əmələ gələn elə struktur formalardır ki, onların mərkəz hissəsi kənarlara nisbətən aşağı düşür və daha cavan süxurlarla örtülür. Qrabenlər sadə və mürəkkəb olur. Sadə qrabenlər iki fay və əks fay nəticəsində əmələ gəlir, mürəkkəb qrabenlərdə isə çoxlu qırılmalar iştirak edir.


Qrabenlərin yerdəyişmə amplitudası yüz metrlərlə ölçülür və kilometrlərlə uzanır. Qrabenlərdə əksər halda antiklinal qırışıqların kilidlərində inkişaf edir.
Əmələgəlmə vaxtına görə qrabenlər postsedimentasion və konsedimentasion olur. Törəmə qrabenlər əvvəl toplanan çöküntülərdə sonradan baş verən tektonik hərəkətlərlə əmələ gəlir. Belə qrabenlərdə layların qalınlığı kənar və mərkəz bloklarda demək olar ki, eyni olur. Ona görə də bloklarda süxurların nə tərkibində, nə də fasial xüsusiyyətlərində dəyişiklik müşahidə edilmir.
Konsedimentasion qrabenlər quruluşca daha mürəkkəbdir. Belə qrabenlərin mərkəzi bloklarında (düşən blokda ) çöküntülər ( bunlar kənar bloklarda ya heç iştirak etmir, ya da iştirak edib , ancaq qalın olmurlar) daha qalın olur. Daha qədim kənar bloklar mərkəz blokda toplanan terrigen materialların mənbəyinə çevrilir. Konsedimentasion qrabenlər uzun müddətdə inkişaf edir (bəzən bir neçə dövrü, eranı əhatə edir), çox böyük ölçülərdə olur. Məsələn Reyn çayı dərəsindən keçən qrabenin uzunluğu 288 km, eni isə 32-44 km-dir. Baykal gölü qrabeni daha böyük ölçülüdür, çox güman Xəzər dənizinin yatağı da mürəkkəb quruluşlu qrabendir.
Faylarla xarakterizə olunan və planetar ölçülü qraben rift, əks faylarla yaranan qrabenə isə ramp deyilir.
Horstlar mərkəz hissəsi kənarlara nisbətən yuxarı qalxan fay və ya əks fay qırılma nəticəsində əmələ gələn və daha qədim süxurlarla əhatə olunan struktur formalardır. Qraben kimi horst da sadə və mürəkkəb olur. əmələgəlmə vaxtına görə postsedimentasion və konsedimentasion növlərə ayrılır. Böyük ölçülərdə olmur.





























Yüklə 11,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə