MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   26   27   28   29   30   31   32   33   34

93
eksperiment, yekunlaşdırıcı diskussiya, rollarla oyun, testləşdirmə və s.). Qiymətləndirmənin hər 
bir formasında onun qiymətləndirmə sxemləri/rubrikaları olmalıdır, onlar şagirdlərə (təkcə onlara 
deyil,  valideynlərə  də)  əvvəlcədən  məlum  olurlar. Yekunlaşdırıcı  qiymətləndirmənin  tarixi  və 
forması haqqında şagirdlər əvvəlcədən bilməlidirlər.
  Tədris  zamanı  qiymətləndirmədən  nə  dərəcədə  səmərəli  şəkildə  istifadə  etdiyinizi  təyin 
etmək üçün, özünüzə suallar verin:
  Müxtəlif  bacarıq  və  ya  dərs  işinin  qiymətləndirilməsi  üçün  qiymətləndirmə  kriterilərini 
(rubrikalarını) işləyib hazırlamışam?
  Şagirdlərim qiymətləndirmə kriterilərini/rubrikalarını tanıyırlarmı?
  Şagirdlər kiriterilərin işlənib hazırlanmasında iştirak edirlər? 
  Mütəmadi  olaraq  müxtəlif  metodun  istifadəsi  ilə  şagirdlərin  nailiyyətlərini  yoxlayıram: 
sorğu, təqdimat, suallar və s. 
  Dərs prosesinin monitorinqi mütəmadidirmi və hər bir şagirdin təlimi haqqında məlumatın 
tapılması üçün müxtəlif yollardan (məsələn, müşahidə, portfoilionun analizi və s.) istifadə 
edirəmmi?
  Dərs prosesində mühüm mərhələləri ayırıram, hər bir mərhələdə əldə ediləcək nəticələri 
müəyyənləşdirirəm və müxtəlif növ inkişafetdirici qiymətləndirmədən istifadə edirəmmi ki, 
şagirdlərə hər bir mərhələdə öz tərəqqilərini qiymətləndirməkdə köməklik edəm?
  Şagirdlərə elə bir tapşırıqlar verirəmmi ki, onlar öz biliklərini refleksiya edə bilsin və sonra 
onu dərinləşdirə bilsinlər?
  Şagirdlərə  aydın  və  təsviri  qarşılıqlı  təsir  verirəmmi  ki,  onlar  öz  bilik  və  bacarıqlarını 
yaxşılaşdıra və dərinləşdirə bilsinlər?
  Mənim  yekunlaşdırıcı  qiymətləndirmələrim  dərs  məqsədləri  və  gözlənilən  nəticələrə 
uyğundurmu?
  Növbəti  iş  fəaliyyətimdə  yekunlaşdırıcı  qiymətləndirmə  nəticələrini  analiz  edib  istifadə 
edəcəyəmmi?
  Əgər bu suallara cavabınız müsbətdirsə, o zaman:
  Şagirdlər nəyi bildiklərini, nəyi bilmədiklərini və nəyi öyrənmək ehtiyaclarının olduğunu 
fərqləndirə bilərlər;
  Şagirdlər  həm  müəllimdən,  eləcə  də  sinif  yoldaşlarından  alınan  qarşılıqlı  təsirdən  öz 
nailiyyətlərinin yaxşılaşdırılması üçün istifadə edir və öz dərs proseslərini planlaşdırırlar;
  Onlar öz işlərində işin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə analiz edir və dəyişikliklər 
daxil edirlər;


94
  Keyfiyyətin  yoxlanılması  üçün  rubrikalardan  və  başqa  vasitələrdən  (qiymətləndirmə 
sxemləri, şərhlər) istifadə edirlər;
  Şagirdlərin işlərində tərəqqi nəzərə çarpır;
  Onlar sinif yoldaşlarına öz işlərini sərbəst şəkildə təqdim edir və izah edirlər;
   Şagirdlərin qiymətləndirmə rubrikalarına əsasən, öz qiymətləndirmələrini dəqiqləşdirirlər;
  Onlar  sinif  yoldaşına/sinif  yoldaşlarına  yaxşılığa  istiqamətləndirilmiş,  yüksək  səviyyəli 
qarşılıqlı təsiri verirlər. 
  İSTİQAMƏT: PEŞƏKAR MƏSULİYYƏTLƏR
Sahə:  
peşəkar davranış
Müəllimin  peşəkar  davranışını  müəyyənləşdirən  sənəd  “Müəllimin  Etika  Məcəlləsi”-dir. 
Müəllimin məktəbdə intizam davranışını və etika normalarına əməl etməsini məktəbin daxili 
nizamnaməsi  tənzimləyir,  bu  da  öz  növbəsində,  təsdiqlənmiş  məcəllələrə  (şagirdin  əxlaq 
məcəlləsi, müəllimin məcəlləsi və məktəbin direktorunun məcəlləsi) əsaslanır, bunun üçün bu 
məsələ üzərində çox durmuruq.
Müəllimin  peşəkar  davranışı  haqqında  daha  geniş  və  ətraflı  məlumatla  növbəti  nəşrdə 
tanış ola bilərsiniz: “Müəllimin Etika dərsliyi”, M. İnasaridze, S. Lobjanidze, Ş. Mamukadze, 
Müəllimlərin Peşəkar İnkişafı Mərkəzi, 2008.
Sahə: 
peşəkar inkişafa qayğının göstərilməsi  
Peşəkarlığın  əsas  xüsusiyyətlərindən  biri  ardıcıl  peşəkar  inkişafına  tələbatdır.  Hərçənd 
özünüinkişafetdirmə yolları və imkanları fərdidir və bizim hər birimizin fərdi xüsusiyyətlərimiz 
və ehtiyaclarımızla yaranmışdır. 
Peşəkar inkişaf müəllimlərin iş fəaliyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur və bu da yaxşı 
planlaşdırılmış və düşüncə ilə həyata keçirilmiş tədbirlərlə əldə edilir, həm fərdi və eləcə də 
mütəşəkkil səviyyədə.
 
  Müəllimin peşəkar inkişafının lazımi mərhələləridir:
 
Şagirdlərin ehtiyaclarının təyin edilməsi.
 Peşəkar inkişafın nöqteyi-nəzərindən əsas sual: 
“Biz, müəllimlər nəyi öyrənməliyik ki,  şagirdlərin nəticələrinin yaxşılaşdırılmasına dəstək 
verək?”. Müvafiq olaraq, peşəkar inkişafı planlaşdırılmasının birinci mərhələsində müəllim 
xüsusi diqqəti şagirdlərə və onların akademik ehtiyaclarına yönəltməlidir.


95
 
Müəllimin  ehtiyaclarının  təyin  edilməsi.
  Şagirdlərin  ehtiyaclarını  təyin  etdikdə 
müəllimlər  fikirləşməlidirlər  ki,  peşəkarlıqlarını  hansı  istiqamətlə  yüksəltsinlər  ki, 
şagirdlərin qarşısında duran çağırışlara cavab versinlər. Müəllimin cavab verəcəyi suallar 
növbətilərdir:  nəyi  bilməliyəm,  nəyə  inanmalıyam,  nəyi  etməyi  bacarmalıyam,hansı 
istəyim olmalıdır və necə hərəkət etməliyəm ki, şagirdlərimə istənilən dərs məqsədlərinin 
əldə  edilməsində  köməklik  edim?  Bunda  sizə  yuxarıda  artıq  söhbət  açdığımız  söhbət 
köməklik edəcəkdir.
 
Peşəkat  inkişafın  məqsədlərinin  işlənib  hazırlanması.
  Şagirdlərin  və  müəllimlərin 
ehtiyaclarının nəzərə alınması ilə müəllim peşəkar inkişafın üstün istiqamətlərini ayırır.  
 
Öz  işinin  planlaşdırılması.
  Müəllimlər  konkret  olaraq  müəyyənləşdirirlər  ki,  peşəkar 
inkişafın məqsədlərinin həyata keçirilməsi və istənilən nəticələrin əldə edilməsi üçün nə 
edərlər.
  Öz işini planlaşdırdıqda müəllim nəzərə almalıdır ki, hansı insani və maddi  resurslar 
əlçatılandırlar. Bunu təyin etmək üçün müəllim özünə növbəti sualları verir:  
  Müəllimlər  üçün  hansı  növdə  dəstək  əlçatandır  (məktəbdə  peşəkar  inkişaf  qrupu, 
fasilitator, təlimatçı vardırmı)?
  Hansı həmkarların mənimlə bölüşə biləcək müəyyən fənn və metodiki təcrübələri var?
   Həmkarlarıma hansı növ köməklik göstərə bilərəm (məsələn, tərəfimdən hazırlanmış 
resursu təklif edə, nailiyyətli təcrübəmlə paylaşa bilərəm və ya nailiyyətsizliyim haqqında 
səmimi söhbət apara bilərəm ki, oxşar təhlükədən kənarlaşsın)?
  Məktəbin administrasiyasından hansı növ yardım istəyirəm (məsələn, məktəbin peşəkar 
inkişaf tədbirlərində müəllimin cəlbolunma imkanı vardırmı)?
  Mənə hansı növ peşəkar ədəbiyyat lazımdır? Qeyd edilən ədəbiyyatı harada axtarıb tapa 
bilərəm (məktəbdə metodiki ədəbiyyat lazımdırmı? Maraqlı elektron ünvanların siyahısı 
və s. vardır və ya yox)?
  Peşəkar  inkişaf  üçün  məktəbdən  kənarda  hansı  imkanlar  əlçatandır  (treninqlər,  dərs 
kursları, staj keçmə, peşəkar birliklər və s.)?
 
Nəticələrin  qiymətləndirilməsi.
  İlin  sonunda  müəllim  onun  tərəfindən  həyata  keçirilən 
peşəkar işlərin nəticələrini yekunlaşdırmalı və qiymətləndirməlidir. Müəllimin imkanı var ki, 
həmkarları ilə birlikdə gördüyü işi analiz etsin və qiymətləndirsin, şagirdlərin nəticələrinin 
yaxşılaşdırılması  məqsədilə  peşəkar  inkişafın  müvafiq  yolları  və  imkanlarını  adlandırsın 
və bununla belə, həmkarları və ya məktəbin rəhbərliyi ilə onun tərəfindən göstərilən səyi 
nümayiş etdirsin. Bunun üçün növbəti suallara cavab verilməlidir:


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə