90
vurğulaması daha yaxşı olardı. Şagirdin daxili motivasiyasını çətinliklərlə mübarizə aparmaq da
yüksəldir. Bu, bir növ alpinist hissinə bənzəyir, onun üçün zirvəyə çıxmaq prosesi daha önəmlidir,
nəinki fəth edilmiş zirvədə durmaq; amma müəllim onu da nəzərə almalıdır ki, şagirdlərin
imkanları çərçivəsində olmayan çox çətin tapşırıq əksinə şagirdin demotivasiyasına səbəb ola
bilər. Şagirdin motivasiyasına xoş əhval-ruhiyyəli, emosional və intellektual və eləcə də fiziki
cəhətdən təhlükəsiz mühit çox böyük təsir göstərir. Yüksək nəticələrin gözlənildiyini ifadə etmək
də şagirdi öz imkanlarına çox əmin edir və müvafiq olaraq onun təhsil motivasiyasını artırır.
Xarici motivasiya üçün müəllimlər həm müsbət, eləcə də, mənfi sübutlardan istifadə edirlər.
Əlbəttə ki, üstünlük birinciyə verilir, məsələn, tərifləmə, mükafat, yüksək bal; amma müəllim
unutmamalıdır ki, hər hansı bir müsbət sübutun istifadə edildiyi zaman səmimiyyət vacibdir.
Məsələn, zəif şagirdi tərifləmək o zaman, nə zaman buna əsas olduğunda effekt verir (hətta
bir qədər tərəqqi müşahidə olunduğunda və ya yerinə yetirilən işlərə sərf olunan səy).
Şagirdlərin müqayisəsi tövsiyə olunmur. Yaxşı olardı ki, şagirdin özünün ötən və gələcək
işlərini müqayisə edək.
Şagirdin motivasiyası və dərs prosesinə cəlb olunması bir-biri ilə sıx əlaqədə olan hallardır.
Öz tərəqqisini görən şagird daxilən də motivasiyalıdır və onun dərsə yüksək cəlbolunma
hazırlığı vardır.
Şagirdlərin dərs prosesinə cəlb olunmalarına dəstək verir:
maraqlı və rəngbərəng şəkildə təqdim edilən dərs materialı;
praktiki dəyəri olan materialın/fəaliyyətin
təklif edilməsi;
dərs prosesini elə planlaşdırmaq ki, şagirdlərin özləri tapa bilsinlər (hətta dəfələrlə tapılanları);
şagirdlər üçün öyrənilənin təcrübədə istifadəsi imkanını verə biləcək vəziyyətin yaradılması;
qrup işlərində iştirak etmək;
Dərsin
gedişinin orta tempi;
Şagirdlərin təşəbbüslərinin dəstəkləndirilməsi (əlbəttə ki, dərs prosesi ilə əlaqədar təşəbbüslər
nəzərdə tutulur) və s.
Bəzən müəllim b.a. göstərici fəallıqla aldana bilər (məsələn, şagirdlər fiziki olaraq fəallıq
göstərirlər; şəkil çəkir, rəngləyirlər), amma cəlbolunma təkcə fiziki deyil, eləcə də əqli fəallığı
nəzərdə tutur, məsələn, şagirdlər fikirləşir, suallar verir, başqaları tərəfindən söylənilən fikirləri
təkzib edir və ya təsdiqləyirlər, bunun üçün müəllim dərsin planlaşdırılması zamanı məhz
düşüncə prosesini stimullaşdıran tapşırıqlar verir (məs., diskussiya, eksperiment).
91
Şagirdlərin motivasiyalarının artırılması və cəlb olunmalarını təyin etmək üçün özünüzə
suallar verin:
Şagirdlərə müxtəlif növ düşüncə imkanlarını verirəm (praktiki, analitik, yaradıcılıq və s.)?
Şagirdlərin təhsilə olan maraqlarının yüksəldilməsi məqsədilə qarşılıqlı ziddiyəti olan
qaydalar, seçim, oyun elementləri ilə rəqabət və s. kimi strategiyalardan istifadə edirəm?
Şagirdlərin maraqları və cəlb olunmalarının qorunub saxlanılması məqsədilə tədrisin
müxtəlif strategiyaları və vasitələrindən istifadə edirəm?
Şagirdlərə imkan verirəm ki, öz maraqları əsasında hərəkət etsinlər, seçim etsinlər, öz
məqsədlərini, dəyərləri və arzuları ifadə edirəm?
Sürprizlər təşkil edilən sinif mühitini yaradıram, burada şagirdlərin zövq almaq imkanı
olacaqdır (entuziazm, yumor, yeniliklərin vasitəsilə)?
Dərsin bütün mərhələlərində temp optimaldır?
Hər bir şagirdin cəlbolunmasına nəzər yetirirəm?
Əgər
bu suallara cavab müsbətdirsə, o zaman şagirdlər:
Dərs prosesinə enerji və entuziazmla cəlb olunmuşlar;
Bu və ya digər məqsədə nail olmağa can atırlar;
Sinif otağında olmaqdan zövq alırlar;
Öz maraqlarını, ideyaları
və nəzərlərini ifadə edirlər;
Motivasiyalıdırlar və tapşırıqların yerinə yetirilməsinə yönəlmişdirlər;
Dərsdə yeni fəallıqların daxil edilməsi ilə
əlaqədar təşəbbüs göstərirlər;
Köməklik üçün təkcə müəllimə deyil, sinif yoldaşına
da müraciət edirlər;
Sinif yoldaşlarına köməklik göstərmək üçün hazırdırlar.
Şagirdlər prezentasiyaları təqdim edirlər, qrup onların təhlilində iştirak edir.
Sahə:
dərs
prosesinin qiymətləndirilməsi
Yarımsahə: Tədris zamanı qiymətləndirmənin istifadəsi
Dərs prosesinin qiymətləndirilməsi dərs məqsədlərinin əldə edilməsinin keyfiyyətini
təyin edən göstəricilərin toplanılmasının, qeydiyyatının və analizin daimi prosesi, şagirdlərin
nailiyyətlərinin ardıcıl öyrənilməsidir. Qiymətləndirmə tam olaraq dərs prosesinin verdiyi
nəticələri sadalayır, bu nəticələrin analizi isə həmin dərs prosesində düzəlişlərin aparılması
və dərs prosesinin daha yaxşı aparılması üçün vacibdir. Qiymətləndirmənin əsası Milli Tədris
Planı, məktəb planı və fənn proqramıdır (standart). Qiymətləndirmənin məqsədi şagirdlərin
92
nailiyyətlərinin Milli Tədris Planının fənn proqramları ilə (standartlarla) müəyyənləşdirilən
nəticələri ilə uyğunluğunu təyin etməkdir. Eyni zamanda qiymətləndirmə nəticələri müəllimə
fərdi işinin səmərərəliliyi haqqında məlumat verir. Qiymətləndirmə təkcə verilən anda biliyin
qiymətləndirilməsi üçün deyil, eləcə də şagirdin tədris prosesinin yaxşılaşdırılması, onun
inkişafına dəstəyin verilməsi üçün istifadə olunur. Müəllim mütəmadi olaraq şagirdlərin təlimi
üzrə monitorinq aparır
və ehtiyac olduğu halda, onlara qarşılıqlı təsir göstərir.
Qarşılıqlı təsir – konkret dərs əməlinə ola şərhdir. O, şagirdə nəyi yaxşı edib-etmədiyi
haqqında məlumat verir. Nöqsanların halında, tövsiyələr qəbul edir ki, hansı yollarla bu
nöqsanların qarşısı alınmalıdır. Qarşılıqlı təsiri müəllim şagirdə / şagirdlərə, şagird şagirdə /
şagirdlərə verə bilər. Xüsusi, yaxşılaşdırmaya yönəlmiş, yüksək keyfiyyətli qarşılıqlı təsiri şagird
həm müəllimdən, eləcə də sinif yoldaşlarından asanlıqla qəbul edir.
Qarşılıqlı təsir ardıcıl bir prosesdir və qiymətləndirmənin müxtəlif formasına əsaslanır:
müşahidəyə, testə, sual-cavaba və s. Qarşılıqlı təsir həm yazılı, eləcə də şifahi ola bilər.
Səmərəli qarşılıqlı təsir üçün müəllimin aydın şəkildə işlənib-hazırlanmış kriteriləri (rubrikaları)
olmalıdır və onları təkcə şagirdlərə deyil, eləcə də maraqlanan şəxsə (valideynlərə, həmkarlara,
administrasiyaya) tanış edir.
Müəllim şagirdin təlim prosesində mühüm mərhələləri ayırır, hər bir mərhələdə əldə ediləsi
nəticələri müəyyənləşdirir və şagirdə qarşılıqlı təsir (inkişafetdirici qiymətləndirmə) verir ki,
şagird öz tərəqqisini yaxşı görə bilsin. Şagirdin özü də şəxsi dərs fəaliyyətini müstəqil şəkildə
izləyə bilər. Müəllim tərəfindən verilən sinif və ya ev tapşırıqlarının müşahidə edilməsi şagirdə
imkan verir ki, öz dərs işini qiymətləndirsin, güclü və zəif tərəflərini tapsın, amma bunun üçün
onun istinad edə biləcəyi aydın qiymətləndirmə kriteriləri olmalıdır. Özünüqiymətləndirməni
şagirdlərə başqa cür öyrətmək çətindir.
Qiymətləndirmənin hərtərəfli olması üçün müəllim müxtəlif vasitələrdən istifadə etməlidir:
şifahi sorğu, yazılı iş, suallar, təqdimat, layihə, zaçot və ya imtahan, qovluq, yəni b.a. “portfolio”,
öz-özünüqiymətləndirmə və qarşılıqlı qiymətləndirmə və s.
Qiymətləndirmədə yekunlaşdırıcı qiymətləndirmənin hissəsi də əhəmiyyətlidir. Yekunlaşdırıcı
iş nəticələrinin analizi şagirdlərin akademik nailiyyət səviyyəsinin təyin edilməsi ilə birlikdə
gələcək nəticələrin proqnozlaşdırılmasının, dərs prosesinin üzərində düzəlişlər etmək imkanını
verir, eyni zamanda müəllimə öz peşəkar ehtiyaclarının və tədris təcrübəsinin yaxşılaşdırılmasında
köməklik edir. Bütün yekunlaşdırıcı işin planlaşdırılmasında müəllim bir daha fənn standartına
qayıdır və həmin nəticələri (indikatoru/indikatorları) işarə edir, hansıların əldə etmə səviyyəsinin
qiymətləndirilməsini də lazımi hesab edir, yekunlaşdırıcı işlərlə qiymətləndiriləsi bilik sahəsinin
və bacarıqlarının siyahısını müəyyənləşdirir və bundan irəli gələrək, qiymətləndirmə formasını
da seçir (bunlar esse, şifahi çıxış, sinif məruzəsi, referat, yaradıcılıq işi (məs., şəkil), layihə,